Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə29/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   25   26   27   28   29   30   31   32   ...   179

87 

Osmanlıların səyi nəticəsində Qulaməli xan Kartli-Kaxetiya 

sarayı ilə olan bütün əlaqələri kəsmişdi. O, hətta xanlıqda baş verən 

qarışıqlığı, üsyanları  bəhanə  gətirərək onun Tiflisə  gəlməsi barədə 

II İraklinin dəvətini rədd etmişdi (48, 60-61). Qulaməli xan artıq 

Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl qoymurdu. Məsələn, 

1783-cü ilin noyabrında Cəfərqulu xan İsfahan hakimi Əlimurad 

xanın və Xoy xanı  Əhməd xan Dünbülünün dəstəyi ilə  əmisi oğlu 

Abbasqulu xanı Naxçıvanda taxtdan salaraq hakmiyyətə  gəlmişdi 

(3, 220). II İrakli Qulaməli xana fərman göndərərək bu mübarizədə 

Abbasqulu xana hərbi yardım etməyi tapşırsa da, İrəvan hakimi 

onun fərmanına məhəl qoymamışdı (291, 173-175). 

Lakin II İrakli  İrəvanın onun tabeçiliyindən çıxması ilə heç 

cür barışa bilmirdi. Rusiyanın himayəsinə keçməklə bölgə 

dövlətlərinin təzyiqlərinə  məruz qalan II İrakli açıq-açığına  İrəvan 

xanlığının daxili işlərinə qarışa bilməsə  də, müxalif qüvvələrdən 

istifadə etməklə, Qulaməli xana təzyiq göstərirdi. Belə ki, Qulaməli 

xanın apardığı daxili siyasət ona qarşı müxalif qüvvələrin 

fəallaşmasına səbəb oldu. Bunu anlayan xan və tərəfdarları İrəvanı 

II  İraklinin fitnəsindən qorumaq və xanlıqda baş verən hər cür 

narazılıqların qarşısını almaq üçün xoylu Əhməd xan Dünbülü ilə 

əlaqə yaradaraq ondan kömək istəmişdilər. Yuxarıda qeyd edildiyi 

kimi, Qulaməli xanın hakimiyyətinin ilk günlərində Usmi xanın 

başçılığı ilə bir dəstə  şəxs  İrəvanda hakimiyyəti zəbt etmək niy-

yətinə düşmüşdü. Lakin bu, baş tutmasa da, xanlıqda narazılıq 

səngiməmişdi. Gənc xan xoylu Əhməd xana yazdığı  məktubda bu 

haqda ətraflı bəhs etmiş və xanlıqda baş verən narazılıqları yatırmaq 

üçün ondan kömək istəmişdi. Məktubun məzmunu belədir: «Sizin 

hörmətli qulamınız vasitəsilə göndərdiyiniz məktubu aldıq… 

Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad 

adamlar, bir dəstə üsyançı  mənim cavanlığımdan istifadə edərək 

hərc-mərclik odunu şölələndirmişlər və bütün gücləri ilə bizim 

hökmranlığa son qoymağa çalışırdılar. Onlar siz böyük hökmdara 

xəbər çatana kimi təcili olaraq öz işlərini görmək və  məqsədlərinə 

çatmaq niyyətində idilər. Allahtəalanın mərhəməti ilə onlar öz 



88 

niyyətlərinə nail ola bilmədilər. Darmadağın edilərək geri 

çəkilməyə  məcbur oldular. İrsi nurani xanlıq hökmranlığına qarşı 

göstərilən səylər nəticə vermədi. Buna baxmayaraq, ölkədə  əmin-

amanlıq hələ  də istənilən qədər bərpa edilməmiş  və istiqlaliyyət 

sütunları lazımınca möhkəmləndirilməmişdir. O, səmimi, mehriban 

xandan bu səmimini özünün xanlıq övladlarından biri hesab etmə-

sini, ölkəmizin  əmin-amanlığının bərpasına kömək göstərməsini 

xahiş edirik. Qoy xainlərin ayağı altında tapdalanan bu ölkəyə sizin 

köməyiniz nəticəsində asayiş  və sakitlik qaytarılsın. Bu səmimini 

yaddan çıxarmayacağınıza, kömək və yardım etməyinizə ümid 

edirik» (48, 62-63). 

Qulaməli xan güclü Xoy xanı ilə daha da yaxınlaşmaq, onun 

hərbi gücündən istifadə etmək üçün «nikah diplomatiyası»ndan 

istifadə etməyi qərara almışdı. O, Əhməd xanın qızı ilə evlənməklə 

hakimiyyətini möhkəmləndirməyə çalışırdı. Yuxarıda göstərildiyi 

kimi, Hüseynəli xan da bu istəyi həyata keçirməyə çalışmışdı. 

Qulaməli xanın bu niyyətini anası da dəstəkləyirdi. Anası  Əhməd 

xana yazdığı  məktubda onunla qohum olmaq niyyətində olduğunu 

bildirmiş, xanlıqda baş verən narazılıqları yatırmaq üçün ondan 

kömək istəmişdi (48, 80-81). 

İrəvan xanlığını öz təsirinə salmaq istəyində olduğundan 

Əhməd xanın özü üçün də bu qohumluq çox vacib idi. Lakin Qu-

laməli xanın tezliklə öldürülməsi bu planın həyata keçməsinə mane 

olmuşdu. 

Qulaməli xanın öldürülməsi haqqında müxtəlif mülahizələr 

mövcuddur. P.Butkovun məlumatına görə, Qulaməli xan II İraklinin 

göstərişi ilə ov zamanı öz qardaşları tərəfindən öldürülmüşdü (107, 

c.2, səh.194). Digər məlumata görə isə Qulaməli xan ögey anasının 

saray fitnəsi zamanı sui-qəsd nəticəsində öldürülmüşdü (499, 164). 

«İrəvan xanlığı»  əsərində Qulaməli xanın öldürülməsi belə  təsvir 

edilir: «Qulaməli xanın II İrakliyə xidmət göstərməsi  İrəvan 

zadəganlarını heç də təmin etmədi. Bu isə 1785-ci ildə II İraklinin 

təşkil etdiyi saray çevrilişi zamanı Qulaməli xanın qətli ilə 

nəticələndi» (35, 70-71). Əsərdə Qulaməli xanın siyasətinə düzgün 



89 

qiymət verilməmiş, ölüm tarixi isə  səhvən 1785-ci ildə olduğu 

göstərilmişdi (35, 71). Osmanlı  mənbələri isə bu hadisə haqqında 

ziddiyyətli xəbər verir. Bir mənbəyə görə, Qulaməli xan II İraklinin 

göstərişilə öldürülmüşdü (72, 102-103). Başqa Osmanlı mənbəyində 

isə Qulaməli xanın öldürülməsində II İraklinin  əli olmadığı, xanın 

qətlinə onun ağılsız təbiəti, İrəvan əhalisi ilə pis rəftar etməsi səbəbi 

olduğu bildirilmişdi (72, 95-96). 

Həqiqətən də, Qulaməli xan qısa hakimiyyəti dövründə 

apardığı siyasətlə xalqın əsl qəzəbinə gəlmişdi. Bir arxiv sənədində 

göstərilir ki, İrəvan  əyanlarını  qəzəbləndirən  əsas amil Qulaməli 

xanın təcrübəsizliyindən istifadə edərək, onun ana qohumlarının və 

dayısı Şamdin ağanın xanlıqda əsas vəzifələri tutaraq dövlət işlərinə 

müdaxilə etmələri idi. Onların özbaşnalığı xalqın narazılığına səbəb 

olmuşdu (3, 284-285). Məhəmməd xan 1784-cü il iyunun 9-də II 

İrakliyə yazdığı məktubda xalqın narazılığının səbəbini belə göstər-

mişdi: «Qulaməli xan ağılsız və təkəbbürlü hərəkət edərək, rəhmsiz 

adamların məsləhəti ilə pis işlərə qoşulmaqla xalqın qəzəbinə səbəb 

olmuşdu. Bu səbəbə görə yaxşı adamların məsləhəti ilə iki qardaş 

ayın 8-də (iyun – E. Q.) öldürülmüşdü» (250, 184). 

Lakin Qulaməli xanın ölümündə II İraklinin əlinin olmaması 

fikri ilə razılaşmaq olmaz. Yuxarıda göstərildiyi kimi, Osmanlı 

sarayına və xoylu Əhməd xana arxalanan Qulaməli xan öz siyasə-

tində II İrakli ilə hesablaşmırdı. Buna baxmayaraq, uzun illər  İrə-

vanda baş verən hadisələrə müdaxilə edən və təzminat alan Kartli-

Kaxetiya çarının burada tərəfdarları az deyildi. Digər tərəfdən, 

Qulaməli xanın siyasətindən narazı olan qüvvələr Tiflis sarayı ilə 

əlaqə yaradaraq, II İraklini  İrəvana dəvət etmək istəyirdilər. Arxiv 

sənədinə görə, xandan narazı olan yerli Azərbaycan türklərindən 

olan ayrımlar  İrəvanı  tərk edərək  Şörəyelə getmişdilər. Onların 

başçısı Qaraman bəy digər ayrım başçıları ilə  məsləhətləşərək II 

İraklinin yanına elçi göndərib, onu inandırmağa çalışırdı ki, «əgər 

siz əmr etsəniz İrəvanı ələ keçirə bilərik və hakimiyyəti istədiyiniz 

şəxsə verərik. Bunyadəli bəy və onun əmisi oğlu Qələndar bəy və 

qalada yaşayan  əhalinin  əksəriyyəti bizimlə  həmrəydir. Qalanın 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə