8
dövründə İrəvan xanlığının hərbi-siyasi vəziyyətindən bəhs edən
xeyli faktlar toplanmışdır. Bu mənbələrdə diqqəti cəlb edən əsas
məsələlərdən biri, Pənahəli xanın dövründə vaxtilə İrəvan xan-
lığının Göycə mahalına daxil olan və Tərtər çayına qədər uzanan
şərq torpaqlarının Qarabağ xanlığı tərəfindən işğal edilməsidir. Bu
faktın İrəvan xanlığının siyasi sərhədlərinin dəqiqləşdirilməsində
böyük əhəmiyyəti vardır.
Mövzunun tədqiqində A.Bakıxanovun məşhur «Gülüstani-
İrəm» əsərindən də istifadə olunmuşdur (95). Qeyd etmək lazımdır
ki, Azərbaycan tarixinin sistemli şəkildə tədqiq edilməsinə ilk dəfə
cəhd göstərən A.Bakıxanov (1794-1847) olmuşdur. O, XIX
yüzilliyin əvvəllərində baş vermiş siyasi hadisələrin və hər iki
Rusiya-Qacar müharibələrinin canlı şahidi və iştirakçısı olduğu
üçün onun əsəri Azərbaycan tarixşünaslığında haqlı olaraq ilkin
qaynaq kimi dəyərləndirilir. «Gülüstani-İrəm» əsəri Azərbaycan və
Dağıstan tarixinin qədim dövrlərindən 1813-cü ilədək, yəni
Gülüstan müqaviləsinin bağlandığı zamanadək olan bir dövrünü
əhatə edir. Monoqrafiyanın yazılmasında bu əsərin beşinci fəslindən
geniş istifadə edilmişdir. Bu bölmədə birinci və ikinci İrəvan
yürüşləri, bu yürüşlərdə irəvanlıların rus qoşunlarını məğlub etməsi,
əhalinin durumu ilə bağlı hadisələr haqqında verilmiş məlumatlar
xususilə əhəmiyyətlidir. Onun İrəvan əmirlərinin və əhalisinin əksə-
riyyətinin Azərbaycan türklərindən olan Qacarlara məxsusluğunu
göstərməsi önəmli bir faktdır.
Tədqiqatımız zamanı A.Bakıxanovun 1983-cü ildə nəşr
olunmuş, müxtəlif illərdə yazdığı əsər, qeyd və məktublarından da
istifadə olunmuşdu (94). Toplanmış bu sənədlərdə xanlıqların
idarəçilik sistemi, əhalinin sosial təbəqələri haqqında verilən
məlumatların mövzumuz üçün böyük əhəmiyyəti vardır.
Monaqrafiyanın yazılmasında Osmanlı arxiv sənədlərindən və
mənbələrindən də istifadə olunmuşdur. Osmanlı arxiv sənədlərinin
bir hissəsi «Osmanlı dövləti ilə Azərbaycan türk xanları arasında
münasibətlərə dair arxiv bilgiləri» adı ilə iki cilddə nəşr edilmişdir
(72; 73). Bu arxiv sənədlərinin əhəmiyyəti ilk növbədə ondadır ki,
bu sənədlərdə İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri kimi
9
dəyərləndirilmişdi. Sənədlərdə İrəvan xanlarının Osmanlı sarayı ilə
yazışmaları, sultan fərmanları, Rusiya, Kartli-Kaxetiya və Qacar
təcavüzü ilə bağlı Osmanlı paşalarının rəsmi məktubları öz əksini
tapmışdır. Osmanlı sənədləri İrəvan tarixi ilə bağlı bəzi siyasi
hadisələrə Osmanlı dövlətinin münasibətinin öyrənilməsi baxı-
mından da çox əhəmiyyətlidir.
1724-cü ildə Osmanlı qoşunlarının İrəvana hücumunu əks
etdirən mənbələrdən Mustafa ağa Kamaninin “İrəvan fəthnaməsi”
adlı tarixi əsərini (74) də qeyd etmək lazımdır. Hadisələri öz gözü
ilə görmüş müəllif İrəvanın osmanlılar tərəfindən tutulması ilə bağlı
ətraflı məlumat vermişdi.
Mövzunun yazılmasında erməni mənbələrindən də istifadə
olunmuşdu. Erməni xalqının çoxsaylı ideoloqlarından olan bu
müəlliflərin əsərlərində İrəvan bölgəsinin tarixi saxtalaşdırılmış, bu
ərazinin Şərqi Ermənistan ərazisi olduğu iddia edilmiş, təsvir
edilmış hadisələrdə əhalinin əksəriyyətini təşkil edən Azərbaycan
türkləri kölgədə qalmış və ermənilərin fəaliyyəti həddindən artıq
şişirdilmişdi. Bu mənbələrin ən qüsurlu cəhətlərindən biri də yer
adlarının-toponimlərin erməniləşdirilməsidir. Odur ki, gələcəkdə
İrəvan bölgəsində dövlət yaratmaq üçün ideya zəmini hazırlayan
erməni müəlliflərinin əsərlərinə ehtiyatlı yanaşmaq və onları digər
mənbələrlə müqayisə etmək zərurətini bir an belə unutmamışıq.
İrəvan bölgəsi haqqında məlumat verən erməni mənbələ-
rindən Z.Kənəkirlinin “Xronika” əsərini xüsusi qeyd etmək lazımdır
(225). Əsər İrəvan bölgəsi haqqında zəngin məlumatlarla diqqəti
cəlb edir. Mənbədə Qaraqoyunlu dövlətindən başlayaraq 1699-cu
ilə qədər bir dövrü əhatə edən hadisələr işıqlandırılmışdır. Müəllifin
XVII yüzilliyin sonlarında İrəvan bölgəsinin siyasi-iqtisadi həyatı
və inzibati-ərazi quruluşu haqqında verdiyi məlumatları daha
maraqlıdır.
Erməni mənbələrindən biri də “1722-1736-ci illərin erməni
anonim xronikası” adlandırılmış əsərdir (87). “Xronika”da hadisələr
əfqan tayfalarının İranı işğal etməsi və şah I Sultan Hüseynin (1694-
1722) hakimiyyətinin devrilməsinin təsviri ilə başlayır. Sonrakı
məlumatlar Osmanlı-Səfəvi müharibələrindən bəhs edir. Burada
10
Osmanlı qoşunları tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin, o
cümlədən İrəvanın işğal edilməsi və Nadir şahın fəaliyyəti haqqında
məlumatlar verilir. Bu mənbənin mövzumuzla bağlılığını şərtlən-
dirən cəhət bir də ondan ibarətdir ki, burada bildirilir ki, hərbi
əməliyyatlar nəticəsində İrəvan əhalisi böyük itkilərə məruz qalmış,
onların bir hissəsi müharibələrdə öldürülmüş, bir hissəsi də qonşu
əyalətlərə köçmüşdü. Bu da İrəvan bölgəsinin əhalisinin say tər-
kibinə mənfi təsir göstərmişdi. Lakin müəllif saxtakarlığa yol ver-
miş, Osmanlı qoşununa qarşı yalnız ermənilərin və qaraçıların
mübarizə apardığını göstərməyə çalışmış, bölgə əhalisinin böyük
əksəriyyətini təşkil edən Azərbaycan türkləri haqqında məlumat
verməmişdir. Əsərin qüsurlu cəhətlərindən biri də, İrəvan bölgə-
sində olan yer adlarının erməniləşdirilməsidir.
İrəvan bölgəsinin siyasi tarixini özündə əks etdirən erməni
mənbələrdən biri də A.Şamaxılının “Təhmasibqulu xanın yürüşləri
və onun şah seçilməsi” əsəridir (497). Mənbə XVIII yüzilliyin 20-
30-cu illərində Azərbaycanda baş vermiş hadisələri yığcam şəkildə
özündə əks etdirmişdi. Müəllifin 1735-ci ildə Nadir xanın İrəvan
bölgəsini Osmanlı qoşunlarından geri alarkən, buradan Xorasana
köçürdüyü ailələrin sayını göstərməsi xeyli maraq doğuran
faktlardan biridir.
XVIII yüzilliyin birinci yarısına aid erməni mənbələrindən
Abram Kretatsinin “İranlı Nadir şah və baş vermiş hadisələr
haqqında tarix” əsərini (238) xüsusi qeyd etmək olar. Üçmüəzzin
kilsəsinin katolikosu olmuş müəllifin göstərilən əsərində XVIII
yüzilliyin 30-40-cı illərin əvvəllərində baş vermiş hadisələr
işıqlandırılmışdı. Burada Osmanlı-Səfəvi müharibələri, Nadirin şah
seçilməsi, onun apardığı müharibələrin və ağır vergi siyasətinin acı
nəticələri, İrəvan bölgəsinin inzibati-ərazi quruluşu kimi süjetlər öz
əksini tapmışdır. A.Kretatsi də İrəvan bölgəsini “Ararat əyaləti”
adlandırmış, çay və yer adlarını erməniləşdirmişdi.
İrəvan bölgəsinə aid üç cilddən ibarət arxiv sənədlərinin xeyli
hissəsi «Erməni-rus münasibətləri» adı ilə müxtəlif illərdə nəşr
olunmuşdur (88; 89; 90). Külliyyatlarda Rusiya Dövlət Hərbi Tarix
Arxivi (RDHTA), Rusiya İmperiyası Xarici Siyasət Arxivi
Dostları ilə paylaş: |