17
1816-1817-ci illərdə Rusiya dövlətinin A.P.Yermolovun
başçılığı ilə Tehrana göndərdiyi nümayəndə heyətinin tərkibində
məsləhətçi kimi iştirak etmiş A.Y.Sokolovun verdiyi məlumatlar da
çox dəyərlidir (485; 486). A.Y.Sokolovun əsərlərində XIX yüzil-
liyin əvvəllərində Pəmbək hadisələri, keçmiş Axalkələki hakimi
Şərif paşanın başladığı üsyan, Qacar dövlətinin Cənubi Qafqazla
bağlı planları, əhali barəsində məsələlər, Hüseynqulu xanın şəx-
siyyəti haqqında xeyli məlumat toplanılmışdır.
Ermənilərin İrəvan xanlığına köçürülməsinin təşkilatçıların-
dan biri olan yazıçı və diplomat A.S.Qriboyedovun «Gündəlik» və
məktublarının da mövzumuz üçün böyük əhəmiyyəti vardır. Bu
sənədlərin əksəriyyəti əvvəlcə 1889-cu ildə və sonra isə təkrarən
1988-ci ildə Sankt-Peterburqda nəşr olunmuşdu (159; 160). Sə-
nədlərdə Hüseynqulu xanın şəxsiyyət və fəaliyyəti, İrəvan qalası,
ermənilərin köçürülməsi haqqında maraqlı məlumatlara rast gəlmək
olar. A.S.Qriboyedov hadisələrin canlı şahidi olduğundan bu
məlumatların İrəvan xanlığının tarixinin öyrənilməsində əhəmiyyəti
misilsizdir.
Rusiya işğalından sonra İrəvan bölgəsində olmuş rus məmur-
larından N.Nefedyevin və F.Korfun yol qeyidləri (256; 235) də
mövzunun tədqiqində xüsusi əhəmiyyəti olan mənbələrdəndir. XIX
yüzilliyin 30-cu illərin axırlarında İrəvan bölgəsində olmuş hər iki
müəllif İrəvan şəhəri, qalaları, iqtisadiyyatı və əhalisi, iqlimi
haqqında maraqlı məlumat vermişdilər.
“XIX əsrin 20-60-cı illərində Rusiya çarizminin Azərbay-
canda müstəmləkəçilik siyasəti” adlı ikicildlik sənədlər külliy-
yatında (233; 234) çarizmin həyata keçirdiyi müstəmləkəçilik si-
yasəti ilə bağlı külli miqdarda sənədlər toplanmışdı. Bu sənədlərdə
Azərbaycanda, eyni zamanda onun tərkib hissəsi olan İrəvan
bölgəsində həyata keçirilən inzibati-ərazi, məhkəmə və iqtisadi
islshatlar öz əksini tapmışdı.
Mövzunun tədqiqində işğaldan sonra Rusiya hakim dairələ-
rinin Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda keçirdiyi
inzibati-ərazi, məhkəmə və təhsil islahatları ilə bağlı “Rusiya
imperiyası qanunlarınin tam külliyyatı”ndan (369; 370; 369; 372;
18
373) və “Xalq Maarif Nazirliyinin jurnalı”ndan (189; 190) da
istifadə edilmişdi.
Mövzunun tədqiqində müxtəlif səyyah məlumatları və
xatirələrindən də istifadə edilmişdi. İngilis səyyahı C.Hanveyin
səyahətnaməsi Azərbaycan, habelə onun İrəvan bölgəsinin XVIII
yüzilliyin birinci yarısına aid tarixi mənbələrdəndir. C.Hanvey
1743-cü ildə ticarət məqsədilə Rusiya ərazisindən keçərək Əfşarlar
dövləti ərazisinə səyahət etmişdi. Səyahət müddətində səyyah
gördükləri və eşitdiklərini qələmə almış və İngiltərəyə qayıtdıqdan
sonra onun bu gündəliyi 1753-cü ildə Londonda nəşr etdirmişdir.
Sonralar onun bu səyahətnaməsi müxtəlif dillərə tərcümə olun-
muşdu. Monoqrafiyada bu əsərin Azərbaycan MEA-nın A.A.Bakı-
xanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan,
L.M.Kiryakov tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilmiş
nüsxəsindən istifadə edilmişdir (493). Səyahətnamənin İrəvan böl-
gəsi haqqında, Osmanlı qoşunlarının 1724-cü ildə İrəvan şəhərinə
hücumları, Nadirin onlarla döyüş səhnəsi qarşıya qoyduğumuz
problemin həllində müəyyən qədər rolu vardır.
Tarixşünaslıq. Qeyd etmək lazımdır ki, Azərbaycanın bu
əzəli torpağının tarixi ilə yad tarixçilər məşğul olduğundan onun
tarixi birtərəfli öyrənilmiş, saxtakarlıqlara məruz qalmış, problemin
ayrı-ayrı məsələlərinə ümumiyyətlə toxunulmamışdı. Digər tərəf-
dən, mövzu ilə bağlı mənbələrin məhdudluğu və naqisliyi onun
tədqiqini xeyli çətinləşdirmişdi. Lakin qeyd etmək lazımdır ki, möv-
zunun tədqiqi ilə bağlı ilk əsərlər hələ XIX yüzilliyin 30-cu illərin
əvvəllərindən yazılmağa başlamışdı.
İndiyəqək İrəvan bölgəsi tarixi ilə bağlı olan əsərləri bir neçə
qrupa bölmək olar. Birinci qrupa oktyabr çevrilişinə qədərki ayrı-
ayrı toplu və jurnallarda nəşr edilmiş əsərlər daxildir. Qeyd etmək
lazımdır ki, XIX yüzilliyin əvvəllərində Rusiyanın Cənubi
Qafqazda geniş işğallara başlaması ilə rus hakim dairələrinin bu
diyarı siyasi və iqtisadi baxımdan öyrənilməsinə maraq artmışdı.
Bununla əlaqədar olaraq rus qafqazşünaslığı adlandırılan bir məktəb
yarandı. Lakin rus qafqazşünasları heç də Azərbaycan tarixini, o
cümlədən İrəvan bölgəsinin tarixini tədqiq etməyi qarşılarına
19
məqsəd qoymamışdılar. Onların əsərləri əsasən rus qoşunlarının
hərbi yürüşlərinə, müstəmləkəçilik siyasətinə həsr edilmiş və bu
siyasəti Rusiyanın mənafeyi baxımından şərh etməyə çalışmışdılar.
Lakin bu əsərlərdə Qafqaz xalqlarının siyasi – iqtisadi tarixi, mədə-
niyyəti, ticarəti, dövlət quruluşu, coğrafiyası, etnoqrafiyası, əhalinin
sayı, etnik və sosial tərkibi və s. haqqında məlumatlar toplanmışdı.
İrəvan bölgəsinə aid zəngin məlumat işğaldan sonra, 1836-ci
ildə nəşr edilmiş «Obozreniye rossiyskix vladeniy za Kavqazom»
adlı topluda öz əksini tapmışdır (258; 259; 260). Bu topluda ayrı-
ayrı rusdilli müəlliflər Azərbaycanın müxtəlif bölgələri, o cümlədən
İrəvan bölgəsinin müstəqil xanlıq və işğaldan sonrakı dövrü
haqqında təbii-coğrafi şəraiti, iqlimi, çayları, meşələri, dağları, bitki
örtüyü, yolları, iqtisadi vəziyyəti, kənd təsərrüfatı, ticarəti, sərhəd-
ləri, inzibati-ərazi bölgüsü, əhalinin etnik və dini tərkibi, şəhər və
kəndi haqqında qısa statistik, etnoqrafik məlumatlar toplanmışdır.
İrəvan xanlığının tarixinə aid zəngin faktlar rus qafqaz-
şünaslarının əsərlərində də mövcuddur. Bu qafqazşünasların bəzisi
rus qoşunlarının bölgəyə hərbi yürüşlərində iştirak etmiş və
hadisələrin canlı şahidi olmuşdular. Ona görə də onların yazdıqları
əsərləri mənbə xarakterli hesab etmək olar. Əsərlər ayrı-ayrı ha-
disələrin təsvir edilməsində zəngin mənbələrdən istifadə edildiyinə
görə əhəmiyyətlidir. Belə müəlliflərdən S.B.Bronevski (1763-1830)
1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana
yürüşünün iştirakçısı olmuş və 1802-1808-ci illərdə Qafqazda hərbi
xidmətini davam etdirmişdi. O, Cənubi Qafqazda olduğu müddətdə
bu bölgənin tarixi, etnoqrafiyası və coğrafiyası ilə bağlı məlumat
toplanmış, 1823-cü ildə özünün iki cildlik əsərini nəşr etdirmişdi.
Mövzunun tədqiqində onun əsərinin birinci cildindən istifadə olun-
muşdur (104). Bu kitabda İrəvan xanlığı daxil olmaqla Azərbaycan
xanlıqlarının tarixi, dövlət quruluşu, əhalisi, əhalinin sosial tərkibi
haqqında məlumat verilmişdir.
Rusiyalı qafqazşünaslar arasında Azərbaycan xanlıqları və
xüsusilə, İrəvan xanlığı haqqında məlumat verən müəlliflərdən biri
də P.Q.Butkovdur (1775-1857). O da 1796-cı ildə rus qoşunlarının
Azərbaycana yürüşlərinin iştirakçısı olmuşdu. Uzun müddət Qaf-
Dostları ilə paylaş: |