23
Bizi maraqlandıran mövzu üzrə əsərlərin üçüncü qrupunu
sovet tarixşünaslığına aid müxtəlif əsərlər təşkil edir. Qeyd etmək
lazımdır ki, çar Rusiyası dövründə köçürmələr nəticəsində keçmiş
İrəvan xanlığı ərazisində etnik baxımdan çoxluğa nail olan ermə-
nilər, çarizmin faktiki varisi Sovet dövründə Moskvanın köməyi ilə
xüsusi respublika yaratmağa nail oldular. Məlum şəraitdən istifadə
edən ermənilər keçmişi unutdurmaq üçün bu bölgəni Şərqi Ermə-
nistan ərazisi kimi təqdim edərək, onun tarixini saxtalaşdırmağa
başladılar. Onlar uzun illər heç bir tarixi mənbəyə əsaslanmadan
İrəvan xanlığının ərazisini, yer adlarını, əhalinin etnik və say tərki-
bini, qəhrəmanlıq mübarizəsini açıq-açığına təhrif etmiş, bütün
hadisələri erməni xalqının adına çıxmışlar. Buna «xalqlar dostlu-
ğu», «beynəlmiləlçilik» kimi yalançı şüarlarla pərdələnən sovet
tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür.
Sovet tarixşünaslığında Azərbaycanın xanlıqlar dövrü tarixi-
nin bir sıra problemləri şərqşünas alim İ.P.Petruşevskinin tədqiqat-
larında işıqlandırılmışdır. Onun ayrı-ayrı əsərləri (295; 296; 297;
298; 299) Azərbaycan, o, cümlədən onun üzvi bir parçası olan İrə-
van tarixinin müxtəlif məsələlərinə-siyasi-iqtisadi, torpaq mül-
kiyyəti formaları, əhalinin sosial-silki tərkibinə, vergi və mükəl-
ləfiyyət formalarına həsr edilmişdir. Lakin müəllif erməni konsep-
siyasından kənara çıxmayaraq bəzi əsərlərdə İrəvan bölgəsinin
tarixini Ermənistan tarixi kimi qələmə almış, onun ərazisində baş
verən hadisələri erməni xalqının adına çıxmışdır. Əslində müəllifin
qeyd etdiyi ərazi Azərbaycanın qədim ərazisi olan İrəvan bölgəsinin
ərazisidən başqa bir şey deyildir. Belə ki, bu tədqiqatçının İrəvan
xanlığı ərazisini erməni dövləti kimi qələmə verməsinə baxma-
yaraq, onun əsərlərinin məzmununa baxdıqda görmək olar ki, er-
mənilərlə bağlı bütün hadisələr Eçmiədzin kilsəsindən kənara
çıxmır və qarşıya qoyulan bütün məsələlər bu kilsə və ona məxsus
mülkiyyətlə bağlıdır. Lakin buna baxmayaraq İ.P.Petruşevskinin
əsərlərinin İrəvan bölgəsi tarixinin öyrənilməsində xüsusi yeri
vardır.
Azərbaycanın XVIII yüzilliyin tarixinə aid sanballı əsər yazan
müəlliflərdən biri də V.N.Leviatovdur. Onun «XVIII əsr Azərbay-
24
can tarixinin oçerkləri» (239) adlı əsəri bizi maraqlandıran bu
mövzunun tədqiqində mühüm yeri tutur. Əsərdə konkret İrəvan
xanlığından bəhs edilməmişdir. Lakin müəllifin xanlıqların dövlət
quruluşu, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti, əhalinin
sosial tərkibi, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiy-
yətləri haqqında verdiyi ümumi məlumatları cəsarətlə İrəvan
xanlığına da şamil etmək olar.
M.R.Arunova və K.Z.Əşrəfyanın birlikdə yazdıqları “Nadir
şah Əfşarın dövləti” əsəri də mövzumuzla bağlı nəşrlərdəndir (91).
Monoqrafiyada görkəmli Azərbaycan sərkərdəsi Nadirin şah
seçilməsi və onun hakimiyyəti dövründə baş vermiş hadisələrdən
bəhs edilmişdi. Burada işıqlandırılan Nadir şahın iqtisadi və vergi
siyasəti bizi maraqlandıran elmi problemin araşdırılmasında çox
əhəmiyyətlidir.
Rus sovet tarixçisi O.P.Markova əsərində (247) XVIII yüz-
illiyin 50-90-ci illərdə Cənubi Qafqazda iri dövlətlərin məna-
felərinin toqquşduğu bir vaxtda İrəvan xanlığının Kartli-Kaxetiya
çarlığı, Rusiya, İran və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə
də müəyyən yer vermişdir. Qeyd etmək lazımdır ki, əsərdə İrəvan
xanlığı ilə bağlı hadisələrə müəllifin nisbətən obyektiv münasibəti
diqqəti cəlb edir. Lakin O.Markova da İrəvan xanlığının ərazisini
Ermənistan torpağı olduğunu qəbul edir. Məsələn, o, İ.Eminin
fəaliyyətini erməni ənənəsinə uyğun olaraq Ermənistanın azad
edilməsi kimi dəyərləndirir.
Sovet tarixçilərindən A.Ş.Milmanın XIX-XX yüzilliyin əvvəl-
lərində Azərbaycanın siyasi quruluşundan bəhs etdiyi monoqra-
fiyasından (253) da mövzumuzun tədqiqində istifadə olunmuşdur.
Əsərdə əsas tədqiqat obyekti kimi işğaldan sonra rus müstəmləkə
idarəetmə mexanizminin forma və üsulları, inzibati idarələrin və
məhkəmələrin fəaliyyəti təsvir olunmuşdu. Əsərin birinci fəslində
XVIII yüzilliyin ikinci yarısında Azərbaycan xanlıqlarının siyasi
quruluşu da öz əksini tapmışdı. Təəssüf ki, Azərbaycan ərazisində
yaranan xanlıqların adını çəkən A.Milman ermənipərəst ənənəyə
yuğun olaraq İrəvan xanlığını bu siyahıya daxil etmir. Buna bax-
25
mayaraq, monoqrafiyada təsvir edilən Azərbaycanın siyasi-hüquqi
vəziyyəti ilə bağlı məsələləri İrəvan bölgəsinə də şamil etmək olar.
H.İbrahimbəylinin 1969-cu ildə Moskvada nəşr olunmuş
əsərində (199) isə XIX yüzilliyin birinci otuzilliyində Azərbaycan
xanlıqlarının Rusiya dövləti tərəfindən işğalı tədqiq edilmişdir.
Əsərdə həm birinci, həm də ikinci Rusiya-Qacar, Rusiya-Osmanlı
müharibələri dövründə Azərbaycan ərazisinin işğalı öz əksini tap-
mışdı. Burada qısa da olsa İrəvan xanlığı ərazisində gedən döyüş-
lərə də toxunulmuşdu. Lakin müəllif bir çox sovet tədqiqatçıları
kimi İrəvan xanlığını Azərbaycan xanlıqlarından ayırır və bu xanlığı
Ermənistan dövləti kimi təqdim edir.
Mövzunun tədqiqində erməni müəlliflərinin əsərlərindən də
istifadə olunmuşdur. İlk dəfə İrəvan xanlığının tarixini tədqiq et-
məyə cəhd edən erməni müəlliflərindən V.R.Qriqoryanı xüsusi
qeyd etmək lazımdır. Onun 1958-ci ildə erməni dilində nəşr etdir-
diyi əsəri (161) xüsusi əhəmiyyətə malikdir. Ermənistanın mərkəzi
arxivi olan Matenadaranda saxlanılan sənədlər əsasında yazılmış bu
əsər İrəvan xanlığının 1780-1800-cü illər tarixini əhatə edir. Mo-
noqrafiyada İrəvan xanlığının siyasi, sosial-iqtisadi vəziyyəti, dövlət
quruluşu, inzibati-ərazi bölgüsü, təbii sərvətləri, vergi və mükəl-
ləfiyyətləri, əhalinin etnik tərkibi haqqında müəyyən məlumatlar
verilmişdir. Lakin əsərdə İrəvan xanlığının tarixi kifayət qədər
saxtalaşdırmışdı. Monoqrafiyada İrəvan xanlığının Şərqi Ermə-
nistan və yaxud Ararat ölkəsi kimi təqdim edilməsi, yer adlarının
erməniləşdirilməsi, etnik cəhətdən ermənilərin üstünlük təşkil et-
məsi və s. məsələlər haqqında verdiyi məlumatlar müəllifin erməni
ənənəsinə sadiqliyini göstərir.
Erməni müəlliflərindən olan A.R.İoannesyanın (203; 204)
əsərlərində XVIII yüzilliyin 60-80-ci illərində Rusiyanın Cənubi
Qafqaz siyasətinə özlərinin cəsusluq fəaliyyəti ilə kömək edən ayrı-
ayrı erməni xadimlərinin – İ.Lazarevin, arxiyepiskop İ.Arqutin-
skinin, İ.Eminin və başqalarının xidmətlərini erməni azadlıq hərə-
katı kimi təqdim edərək, onların İrəvan xanlığı ərazisində Erməni
dövləti yaratmaq planlarından bəhs etmişdir. Lakin bu əsərlərdə
İrəvan xanlığının siyasi, iqtisadi tarixi, əhalisi haqqında məlumata
Dostları ilə paylaş: |