11
(RİXSA) və Matenadarandan toplanmış zəngin məlumatlar vardır.
Burada rus zabitlərinin İrəvan xanlığı haqqında kəşfiyyat məlu-
matları, irəvanlılara xəyanət edən ermənilərin məktubları toplan-
mışdı. Bu sənədlərdə İrəvan xanlığının qonşu xanlıqlar və döv-
lətlərlə siyasi münasibətləri, əhali haqqında məlumatlar öz əksini
tapmışdır. Lakin toplunun adından göründüyü kimi, müəlliflər bu
arxiv sənədlərinin hamısını ermənilərin adına çıxmışdılar. Halbuki
onların çox böyük əksəriyyətinin ermənilərə heç bir dəxli yoxdur.
Sənədlərin çoxu Rusiya-Azərbaycan münasibətlərinə aiddir.
«Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi» adlı digər
sənədlər toplusunda isə 1801-1813 cü illərdə baş vermiş hadisələrlə
bağlı arxiv sənədləri toplanmışdır (398). Topluda RDHTA,
Gürcüstan DTA və Ermənistandakı Matenadarandan götürülmüş
sənədlər nəşr olunmuşdu. Sənədlər içərisində İrəvan xanlığının
Rusiya, Qacar və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə aid
arxiv materialları da vardır. Toplunun adından da göründüyü kimi,
çap edilmiş sənədlərdə yalnız İrəvan xanlığından söhbət getdiyi
haldı, ermənilər bu xanlığı heç bir əsası olmadan Şərqi Ermənistan
kimi qələmə vermişdılər.
Q.Ezovun 1898-ci ildə nəşr etdirdiyi “Böyük Pyotrun erməni
xalqı ilə əlaqəsi” adlı sənədlər külliyyatında (501) İrəvan bölgəsinin
XVIII yüzilliyin əvvəlləri tarixinə aid məlumatlar da öz əksini tap-
mışdı. Bu sənədlərin də böyük əksəriyyətinin ermənilərlə heç bir
əlaqəsi yoxdur. Müəllif külliyyatda istifadə etdiyi sənədləri sax-
talaşdırmış, alban kilsə xadimlərinin və alban məliklərinin Rusiya
dövləti ilə münasibətlərini erməni xalqının Rusiya ilə əlaqəsi kimi
qələmə vermişdir.
Mövzunun tədqiqində S.İrəvanlının 1958-ci ildə Moskvada
nəşr olunmuş «Cambr» adlı əsərindən də istifadə edilmişdi (187).
1763-1780-ci illərdə erməni katolikosu olmuş S.İrəvanlının bu əsəri
əsasən Üçmüəzzinin tarixinə, onun təsərrüfat həyatına, mülkiyyət
məsələlərinə həsr edilsə də, burada bütövlükdə İrəvan bölgəsinin
siyasi və iqtisadi həyatı haqqında xeyli faktlar toplanmışdır. Məhz
bu baxımdan həmin mənbə İrəvan xanlığının XVIII yüzilliyin 60-
80-ci illərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.
12
Nəşr olunmuş erməni mənbələrindən biri də Yeqor Xubovun
«Ermənistanda unudulmaz hadisələrin təsviri» əsəridir (494). Əsər
1811-ci ildə Sankt – Peterburqda çap olunmuşdur. Erməni katoli-
kosu Simonun bacısı oğlu olan Y.Xubov birinci İrəvan yürüşünün
canlı şahidi idi. O, Məhəmməd xanın şah qoşununa qarşı mübari-
zədə kömək almaq məqsədilə rus komandanlığı ilə aparılan danı-
şıqlarda nümayəndə heyətinin tərkibində iştirak etmişdi. Çoxsaylı
mal-mülk sahibi, o cümlədən geniş bağ sahəsi olan Y.Xubov son-
ralar ruslar tərəfinə keçmişdi. 1779-cu ilin sentyabrında Hüseynəli
xanla II İrakli arasında baş vermiş döyüş və onun acı nəticələri ilə
bağlı hadisələrin təsviri ilə başlayan bu əsəri qısa olsa da, 1796-cı
ildə qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana
hücumu, Ağa Məhəmməd şah Qacarın İrəvan və Naxçıvan xanlarını
cəzalandırması, İrəvan hakimi Məhəmməd xanın xanlığın müs-
təqilliyini qorumaq naminə Rusiya və Qacar dövlətləri arasında
manevrlər etməsi, İrəvanda hakimiyyət dəyişikliyi kimi məsələlər
burada ətraflı təsvir edilmişdir. Lakin erməni ənənəsinə sadiq qalan
Y.Xubov heç bir əsası olmadan İrəvan xanlığı ətrafında cərəyan
edən hadisələri Ermənistanda baş verən olaylar adlandırmışdı.
Əsərin adı ilə məzmununun uyğun gəlməməsi erməni saxtakarlığını
ifşa etmək üçün də əla faktdır.
Erməni mənbələrindən biri də «A.Araratlının həyatı» adlı
əsərdir (86). Memuar xarakterli bu əsərdə XVIII yüzilliyin 70-90-cı
illərində İrəvan xanlığının tarixi ilə bağlı maraqlı faktlar öz əksini
tapmışdır. Əsərdə 1779-cu ildə Kartli-Kaxetiya çarı II İraklinin
İrəvana üçüncü yürüşü, bu yürüşün acı nəticələri öz əksini tap-
mışdır. Daha sonra mənbədə 1785-ci ildə dağıstanlıların Kartli-
Kaxetiyaya yürüş zamanı onların İrəvana hücumları, Ağa Məhəm-
məd şah Qacarın Cənubi Qafqaza yürüşü, bu yürüşə qarşı İrəvan
hakimi Məhəmməd xanın gördüyü tədbirlər haqqında xeyli məlu-
matlar vardır.
İrəvan bölgəsi ilə bağlı bəzi sənədlərdən ibarət toplu “XIX
əsrdə Ermənistanda kəndli hərəkatı” adı ilə 1948-ci ildə nəşr
olunmuşdu (237). Bu topluda XIX yüzilliyin 30-50-ci illərdə İrəvan
13
bölgəsində baş vermiş hakimiyyətə və yerli bəylərə qarşı kəndli
hərəkatı haqqında xeyli arxiv materialı toplanmışdı.
Monoqrafiyanın yazılmasında Rusiya qaynaqlardan da
istifadə olunmuşdur. İrəvan bölgəsinin siyasi tarixini öyrənmək
üçün Rusiya Dövlət Hərbi Tarix Arxivindən (RHTA), Rusiya
İmperiyasının Xarici Siyasət Arxivindən (RİXSA), Rusiya Elmlər
Akademiyasının Arxivindən gətirilmiş və hal-hazırda Azərbaycan
Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun
Elmi Arxivində saxlanılan sənədlərdən istifadə olunmuşdur (2; 3; 4;
5; 6;7; 8; 9; 10; 11; 12; 13; 14; 15; 16). Bu arxiv sənədləri XVIII
yüzilliyin 40-ci illərin sonlarından xanlıq işğal olunana qədər keçən
bir dövrü özündə əks etdirir və İrəvan xanlığının Rusiya, Qacar və
Osmanlı dövlətləri, Kartli-Kaxetiya çarlığı, Xoy, Qarabağ, Nax-
çıvan xanlıqları ilə siyasi və iqtisadi münasibətləri öz əksini
tapmışdır. Bu qiymətli sənədlərə rus komandanlığının yüksək
rütbəli zabitlərinin və ermənilərin İrəvanla bağlı müxtəlif illərdə
mərkəzə göndərdikləri məlumatları, Osmanlı paşalarının İrəvan
hakimlərinə yazdıqları məktubları, Kartli-Kaxetiya çarı II İraklinin
məktubları aiddir.
Azərbaycan Respublikası DTA-nın 24-cü fondunda saxlanılan
1 saylı sənəddə baş komandan general-adyutant Paskeviçin general
adyutant Spyaginə məktubunu əldə etmişik (18). Həmin məktubda
İrəvan qalasının işğalı ilə bağlı bəzi məqamlar öz əksini tapmışdır.
Monoqrafiyanın yazılmasında arxiv materialları ilə bərabər
müxtəlif illərdə çap olunmuş qaynaqlardan da istifadə olunmuşdur.
Belə qaynaqlardan ən zəngini XIX yüzilliyin ikinci yarısında
A. Berjenin redaktorluğu ilə toplanan 12 cilddən ibarət sənədlər top-
lusu-“Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” adlı topludur.
Monoqrafiyanın yazılmasında həmin toplunun on bir cildindən
istifadə olunmuşdu. QAKA külli miqdarda rəsmi və qeyri-rəsmi
sənədlərdən ibarətdir. “Aktlar”da toplanılmış sənədlərin hər biri
ayrı-ayrılıqda qiymətli məlumat mənbəyidir. Bu sənədlər bizə
İrəvan bölgəsinin XVIII yüzilliyin ikinci yarısından XIX yüzilliyin
ortalarına qədər siyasi-iqtisadi tarixi, inzibati-ərazi quruluşu, torpaq
Dostları ilə paylaş: |