14
mülkiyyəti formaları, vergi və mükəlləfiyyət növləri, əhalisinin
sayı, etnik, dini və sosial tərkibi haqqında zəngin materiallar verir.
A.V.Suvorovun müxtəlif vaxtlarda çar sarayına göndərdiy
məktublarının (171) da mövzunun tədqiqində əhəmiyyəti vardı.
II Yekaterina hökuməti tərəfindən 1780-ci ildə Qafqazda rus qo-
şunlarının baş komandanı təyin olunan A.V.Suvorov bu bölgəni
işğal etmək üçün ilk növbədə məlumat toplamalı və hücum planı
hazırlamalı idi. O, əldə etdiyi məlumatları məktub şəklində mərkəzə
göndərirdi. Bu məktublarda İrəvan xanlığının sərhədləri, əhalisi
haqqında məlumatlar toplanmışdı. Lakin İrəvan haqqında məlu-
matlar Suvorova əsasən ermənilər tərəfindən verildiyindən məktub-
larda xanlığın əhalisinin etnik tərkibi haqqında saxtakarlığa yol
verilmişdi. Belə ki, sənədlərdə xanlıq əhalisinin əksəriyyətinin er-
mənilər təşkil etdiyi göstərilmiş, hətta Azərbaycan türklərinin
yaşadığı Pəmbək sultanlığının ermənilərdən ibarət olduğu qeyd
edilmişdi.
Mövzunun tədqiqində 1770-1773-cü illərdə Qafqazda səya-
hətdə olmuş İ.P.Güldenşteynin səyahətnaməsindən (154) də istifadə
olunmuşdu. Onun İrəvan bölgəsi, habelə onun əhalisi haqqında
verdiyi məlumat xüsusilə maraq doğurur. Səyahətnamənin
əhəmiyyəti ondan ibarətdir ki, müəllif burada İrəvan bölgəsinin
əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu göstərmişdi.
İrəvan xanlığının siyasi tarixinin və tarixi coğrafiyasının
öyrənilməsində çar Rusiyası dövründə nəşr olunan «Qafqaz məc-
muəsi» adlı toplular seriyasının I, XXI, XXII, XXIV, XXVIII və
XXX cildlərindən (219; 220; 221; 222; 223; 224) istifadə edilmişdi.
Topluda Gülüstan müqaviləindən sonra İrəvan xanlığının Rusiya ilə
münasibətləri, ayrı-ayrı rus zabitlərinin şəxsi gündəlikləri və
Qafqazdakı rus ordusu qərargahının 1826-1828-ci illər müharibəsi
ilə əlaqədar küllü miqdarda sənədləri toplanmışdı. Bu sənədlərdə
İrəvan xanlığının siyasi – iqtisadi vəziyyəti, tarixi coğrafiyası və
əhalisi haqqındakı məlumatlar böyük əhəmiyyətə malikdir. Qeyd
etmək lazımdır ki, bu materialların bəzisi ilk dəfə olaraq bizim
tərəfimizdən bu monoqrafiyada elmi dövriyyəyə gətirilmişdir.
15
XIX yüzilliyin 50-ci illərində Tiflisdə nəşr olunmuş «Qafqaz
təqvimləri»ndə işin tədqiqi ilə başlı xeyli material cəmləşmişdi
(216; 217; 218). Bu “Təqvimlər”də İrəvan şəhəri və bölgəsinin bəzi
mahallarının siyasi-iqtisadi tarixi və əhalisi haqqında məlumatlar
vardı.
İrəvan bölgəsinə aid bəzi məlumatlar «Sbornik materialov
dlya opisaniya mestnostey i plemyon Kavkaza» adlı topluda tapmaq
olur. Monaqrafiyanın yazılmasında Çox cildli toplunun I, IV və IX
cildlərindən istifadə edilmişdir (472; 473; 474). Jurnalda İrəvanın
siyasi tarixi, iqtisadi vəziyyəti, xanların şəcərəsi, əhalinin sayı,
köçürülməsi və mədəniyyəti haqqında xeyli material əldə edə
bilmişik.
1887-ci ildə Tiflisdə çap olunmuş çoxcildlik «Svod mate-
rialov…» toplusunda da İrəvan xanlığı və Rusiya işğalı dövrünə aid
bəzi məlumatlar toplanmışdır (476; 477; 478). Bu toplu İrəvanın
müstəqil xanlıq və Rusiya işğalı dövründə dövlət quruluşu, inzibati-
ərazi bölgüsü, əhalinin say, etnik, sosial və dini tərkibi, vergi və
suvarma sistemləri haqqında əhəmiyyətli məlumatları ilə diqqəti
cəlb edir.
İrəvan xanlığı haqqında bəzi məsələlər «Kavkazskiy vestnik»
(212; 213; 214; 215) «Oteçestvennıye zapiski» (263), «Russkaya
starina» (469) jurnalların materiallarında da əksini tapmışdır.
İ.Şopenin «Rusiya imperiyasına birləşdiyi dövrdə Erməni
vilayətinin tarixi abidələrinin vəziyyəti» əsərini (499) İrəvan
bölgəsinin siyasi-iqtisadi tarixi, mədəniyyətini öyrənmək üçün ən
mühüm mənbələrdən biri hesab etmək olar. Geniş statistik məlu-
mata söykənən bu əsər işğaldan sonra çar orqanları tərəfindən
həyata keçirilmiş siyahıyaalınma nəticəsində tərtib edilmişdi. Belə
ki, İrəvan xanlığının işğalını həyata keçirən rus qoşunlarının baş
komandanı Paskeviçin təşəbbüsü ilə bu bölgəni Rusiyanın xammal
bazarına çevirmək, gəlir mənbələrini dərindən öyrənmək üçün
1829-cu ilin aprelindən burada siyahıyaalınma həyata keçirilməyə
başlanmış və bu iş 1832-ci ilin mayında tamamlanmışdır. Əsərdə
bölgənin «Erməni vilayəti» adlandırılması Rusiyanın işğaldan sonra
Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi.
16
Burada İrəvan bölgəsinin siyasi tarixi, coğrafiyası, iqlimi, iqtisa-
diyyatı, kənd təsərrüfatı, sənətkarlığı, məişəti, adətləri, suvarma
sistemi, bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər, inzibati-ərazi
bölgüsü, əhalinin sayı, etnik və dini tərkibi və s. haqqında zəngin
statistik məlumatlar toplanmışdır. Lakin işğaldan sonra həyata
keçirilən bu siyahıyaalınmaya tənqidi yanaşmaq və onu dövrün
digər mənbələri ilə müqayisə etmək lazımdır. Çünki işğal pro-
sesində İrəvan xanlığının ərazisi və əhalinin əksəriyyətini təşkil
edən Azərbaycan türkləri çoxlu itkiyə məruz qalmış, erməni əhalisi
əksinə rusların köçürmə siyasəti nəticəsində süni şəkildə çoxal-
dılmışdı. Digər tərəfdən, İrəvan bölgəsinin siyasi tarixinə toxunan
müəllif erməni mənbələrinin təsirinə düşmüş və onun tarixini er-
mənilərlə bağlamışdı.
Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-
ayrı rus məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan
biri 1783-1787-ci illərdə Kartli-Kaxetiya sarayında Rusiyanın
nümayəndəsi olmuş rus səyyahı və diplomatı S.D.Burnaşovun
«İrandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti»
adlı əsəridir (105). Bu əsərin əhəmiyyəti ilk növbədə ondan ibarət-
dir ki, müəllif İrəvan da daxil olmaqla bütün xanlıqların yerləşdiyi
ərazini «Adrebijan», yəni Azərbaycan adlandırır. Bu faktın özü
İrəvan xanlığının Şərqi Ermənistan adlandıran erməni müəlliflərinə
tutarlı bir cavabdır. Əsərdə İrəvan xanlığının qonşu xanlıqlar ilə
siyasi münasibətləri, hərbi qüvvələri, sərhədləri, coğrafi mövqeyi,
əhalisinin etnik tərkibi, sayı haqqında qısa da olsa məlumat veril-
mişdir. S.D.Burnaşovun bu əsərində maraq doğuran məlumatlardan
biri də Makunu İrəvan xanlığının tərkib hissəsi kimi təqdim
etməsidir.
Bundan əlavə, S.D.Burnaşovun müxtəlif illərdə P.S.Pot-
yomkinə yazdığı məktubları «1783-1787-ci illərdə Gürcüstanda
olmuş S.D.Burnaşovun tərcümeyi-halı və fəaliyyəti üçün yeni ma-
teriallar» adı altında Sankt-Peterburqda nəşr edilmişdir (106). Əsər-
də Azərbaycan xanları, eləcə də İrəvan xanlığı haqqında kəşfiyyat
xarakterli məlumat vardır.
Dostları ilə paylaş: |