Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

 
 
105
gərləri də  gəlib çatdılar. Gəlib otağın qapısında dayan-
dıq, bütün sahibmənsəblərə  və camaata minnətdarlıq 
etdik. Əsgərlər də bizim qarşımızdan keçdilər və bundan 
sonra hökumət binasına daxil olduq. Bina çox gözəl idi. 
Bu bizim əvvəl gördüyümüz bina idi, amma çox yaxşı 
təmir olunmuşdu, xeyli gözəlləşmişdi.  Şam etdik və 
şamdan sonra da ev sahibi və  vəzifə sahibləri gəldilər. 
Atəşfəşanlıq başlamışdı. Bayıra çıxdıq. Bütün pilləkən-
lərin üstündə adamlar dayanmışdı. Onlar atəşfəşanlıq 
edirdilər. Camaatın əksəriyyəti fransız, erməni və digər 
qadınlardan ibarət idi. Kişilər ayaq üstə idilər. 
Atəşfəşanlıq və qonaqpərvərlik gəldiyimiz gündən son 
gecəyədək davam etdi. Buranın bütün evlərində  Təbriz 
xalçası  və  Təbriz kilimləri var idi. Hətta otaqların pər-
dələri də xalçadan idi. 
Bu iki gündə gördüyümüz bütün kəndlərdə mal-qo-
yun sürülərinin otlaması üçün heç yerdə görmədiyimiz 
çoxlu çəmənlik və otlaqlar var idi. Burada müxtəlif 
növ qaramal, çoxlu yük eşşəyi, madyan, camış gördük. 
İnəklər, camış balası, dəvə bir yerdə otlayırdı. 
Buranın mötəbər generallarından biri bizi qarşıla-
mağa gələn Kemişov idi... Bizim gəlişimizdən sonra 
hava tutuldu, qısa ildırım və göy gurultusundan sonra 
gur yağış yağdı. Xeyli müddət idi ki, İrəvana yağış 
yağmırdı, camaat bunu bizim  ayağımızın sayalı olması 
ilə əlaqələndirdi. 
Ramazan ayının 13-ü, çərşənbə axşamı günü: 
Bu gün Dilicana getməliyik. Yolun uzunluğu 14 
fərsəngdir. Sübh namazına 1 saat qalmış yuxudan 
oyandıq. Hacı Heydər saqqalını təraş eləyib gəldi... Biz 
də əvvəlki qayda üzrə faytonlara oturduq və yola düş-
dük. Maşallah,  Əziz sultanımızın da üzü və əhvalı əla 
idi. Bu yol haqqında əvvəlki səfərimizdə müfəssəl yaz-


 
 
106
mışdım. Bu səfərdə yalnız təzə bir şey görəcəyimiz 
halda yazacağam.  Əvvəlki səfərimizdə gördüyüm İrə-
van çox bərbad vəziyyətdə idi, amma indi çox abadlaş-
mışdı. Çox yaraşıqlı evlər, çoxsaylı  məscid və  mədrə-
sələr tikilmişdi. Küçələrdən çox sürətlə keçib, İrəvan 
şəhərinin yaxşı göründüyü bir yüksəkliyə çatdıq və 
sonuncu dəfə Ağrı dağını görüb, oradan  ötüb keçdik.
1
  
Nəsrəddin  şah Avropadan geri qayıdarkən xüsusi 
həkimi fransalı Fövriyyə də onunla olub. O, yol qeyd-
lərində  İrəvan  şəhərini belə xatırlayıb: "Biz səfərə  çı-
xanlar öz fayton yoldaşlarımızla Ararat, Nuh və onun 
gəmisindən danışdığımız zaman gözlərimizin qarşısın-
dan bu quru və hündür yerlər üçün qeyri-adi görünən 
gözəl vahələr keçir. Bir hissəsi böyük meyvə  ağacları 
və barsız ağaclar arxasında qalan, aralarından yüz 
minlərlə xüsusi parıltıya malik şəffaf arxlar axan evlər 
görünür.  Ola bilsin ki, bu, şair Pirdəvinin təsvir etdiyi 
həmin yerdir: "Bu yerdəki körpə  ağaclar birbaşa ali 
əcdadımız  Nuhun əkdiyi lətif qönçələrdəndir".   
Həzrəti Nuh bu otun şirəsindən içdi və bununla da 
həmin qiymətli ot əbədiyyət qazanıb bizim günlərə qə-
dər yaşadı. Gərək onun oğlu Samın səsinə minnətdar 
olaq. Bu cür fikirlərlə İrəvan  şəhərinə çatdıq və ovcu-
muzun içindəki şəhər sıx bağlar içərisində olduğundan 
oraya daxil olanadək onu görə bilməmişdik. 
Saat yeddiyə yaxın idi, Araratın zirvəsi bütün əzə-
məti ilə görünürdü. Günəşin son şüaları dağın başında 
oynadığından və dağın aşağı hissəsinə kölgə düşdü-
yündən xüsusi mənzərə yaranmışdı. Göyçəgöl dərya-
çasının yanından yol aşağı enməyə başladı. Biz min 
                                                 
1
 Bax: Nəsrəddin şahın Avropaya üçüncü səfəri ilə bağlı xatirələri. 
İran Milli Arxivinin sənədləri (I cild), səh.108 


 
 
107
metrlik yüksəklikdə olsaq da,  4200 metr yüksəkliyə 
malik olan Ararat yenə bizi heyran etməkdəydi.  
11 sentyabr - hicri qəməri 1307-ci ilin məhərrəm 
ayının 15-i. 
Şah Eçmiədzinin böyük xəlifəsi ilə görüşmək istə-
yirdi. Eçmiədzin Ermənistanın 17 kilometrliyindədir. 
Biz saat on tamamda hərəkət etməyə başladıq. Çünki 
şah günorta vaxtı erməni keşişi ilə görüşməli idi. Yerli 
könüllü  əsgərlərin hamısına hərbi mühafizə  məqsədi 
ilə əlahəzrətlə birgə hərəkət etmək tapşırığı verilmişdi.  
Briqada generalı Bekolmışov bu qrupa rəhbərlik etməli 
olan Gürcüstan çarının nəvəsini mənə təqdim etdi. 
Bu hərbi qrup fəxri qarovul vəzifəsini yerinə 
yetirməkdən başqa, həm də bizim təhlükəsizliyimizi 
qoruyurdu. Çünki yollarda qaçaq və yolkəsənlər var 
idi. Tatar və qeyri-millətlərdən olan bu adamlar çox 
təhlükəli idilər. Yolkəsənlərdən birinin adı  Kərəm idi. 
O, bu yerlərdə çox məşhurdur və rus hərbçilərinə qarşı 
mübarizə aparır. 
Kərəm rus hərbçiləri ilə son döyüşlərin birində ya-
ralanmış  və Maku hakimi Teymur ağanın yanına qaç-
mışdır. Ruslar onu ələ keçirmək üçün Teymur ağaya nə 
qədər təkid etsələr də, Teymur ağa onu təhvil vermir. 
Kərəm daha çox İrəvan hakimi ilə düşmənçik edir, tez-
tez ona məktub göndərərək özünü onun yadına salır, 
vəziyyəti barədə  məlumat verir və bildirir ki, yaxşıla-
şan kimi onun (yəni İrəvan hakiminin) hüzuruna gəlib,  
başına bir güllə sıxacaq və intiqamını alacaq. 
Səhər saat 10-da biz faytona mindik, Zəngi körpü-
sündən keçib, şəhərdən çıxdıq. Körpüyə gedən yolun 
üstündə İrəvan sərdarlarının qəsri ucalır, onun qonşulu-
ğundakı  məhəllə hündür və boz divarlarla əhatə 
olunurdu. 


 
 
108
...Getdiyimiz yolla saat 4 radələrində  İrəvana qayıt-
dıq, hava qaralana qədər şəhərin görməli yerlərini gəzdik. 
Əvvəlcə  sərdarlar qəsrinin qarşısında dayandıq. Hər 
yerdə müsəlman mədəniyyətinin izləri görünürdü və indi 
dağılmış qəsr həmin mədəniyyətin ən gözəl nümunələrin-
dən biri idi.  Minalı və açıq mavi rəngli kaşılarla bəzədil-
miş zal, geniş qapılar, müxtəlif rəngli şüşələri olan açılan 
pəncərələr, divara, sütünlara, tavana vurulmuş kiçik 
aynaların ətraflarında zərgərcəsinə  işlənmiş ornamentlər, 
gül və buta şəkilləri bu gün İrəvanda sərdarlar qəsrinin 
abadlıq dövrünün şahidi hesab oluna bilər. 
Onun indiki mənzərəsi də diqqətdən kənar qala 
bilməz. Tağlı  şəkildə tikilmiş köhnə körpü ilə  Zəngi 
çayı ayağımızın altından axır. Bir qədər uzaqda şəhər 
bağları, ondan o tərəfdə isə geniş çöllər görünür. Ara-
ratın zirvəsi də üfüqdən aydın nəzərə çarpır.  Şəhərin 
qədim tikilisi məsciddir, adı çəkilən qəsr kimi onlar da 
xarabazarlığa çevrilib. Yalnız onun günbəzi nisbətən 
salamat qalmışdır. Məscidin daxili və xarici parlaq 
rəngli kaşılardandır. Həmin kaşılardan bəziləri qopub 
və onların sınıqları hər tərəfə səpələnib. 
Şəhərdə daha yaxşı qalmış başqa bir məscid də 
gördük, müsəlmanlar orada namaz qılır. Onun inşaat 
üslubu da əvvəlki məscidin inşaat üslubuna oxşayır. 
Əvvəlki qayda üzrə burada da rəngbərəng kaşılardan 
istifadə olunub. Lakin bu məsciddə tünd mavi rəng 
digər rənglərdən çoxdur. Onların üzərində qızılı rənglə 
Quran ayələri yazılıb.      
İrəvan bazarı Tiflis bazarına oxşayır. Yəqin ki, qa-
baqda görəcəyimiz  digər bazarlar da belə olacaq. Ti-
kintilərin quruluşu və satış qaydaları gördüklərimizdən 
çox da fərqlənməyəcək.  
Hava qaranlaşdığından gəzintini dayandırıb, bir o 
qədər də çox adam olmayan meydan yolundan şəhərin 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə