Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

 
 
136
pisliklərin oxşarıdır. Bunlardan darılma. Bizim kiçik 
şəhərimiz Ordubad da bu dərdə mübtəladır). 
Bir tərəfdən, vətən və millətin mühafizəsi fikri, di-
gər tərəfdən xalqın  əyanların  ətəyindən yapışması  və 
onların oyunbazlığı, mənasız işlərə görə ədavət toxumu 
səpmələri ziyalıları çox ciddi şəkildə narahat edirdi. 
Həmin günlərdə  İrəvana xəbər çatdı ki, ermənilər mü-
səlmanları mühasirəyə alıb və onları  qırırlar. Müsəl-
manlar bu xəbəri eşidən kimi bərk həyəcana düşüb, mə-
yusluq və ümidsizliyə qapıldılar. Onlar özlərini  düşmən 
mühasirəsində hiss edirdilər.  Ətraf erməni kəndləri ilə 
əhatə olunduğundan  təklənmək  qorxusu var idi.  
Bu zaman İrəvana təkcə cənub yolu ilə gediş-gəliş 
davam edirdi. Ancaq qırğın başlayan kimi o da kəsildi. 
Müsəlman kəndlilərinin vəziyyəti son dərəcə ağırlaşdı. 
Kəndlər təkcə  İrəvandan deyil, həm də bir-birlərindən 
təcrid olundular. Müharibə görmüş  və savadlı on 
minlərlə erməninin müqabilində, müharibə görməmiş 
və savadsız müsəlman kəndlisinin bircə yumruğu var 
idi (Ermənilər  şəhərdə  hər gün kiçik çaplı tüfənglərlə 
müsəlmanların evlərini dağıdırdılar. Silahsız-sursatsız 
müsəlmanlar isə öz ölüm saatlarını gözləyirdilər. Buna 
görə  də hamının sifətində  əcəl kölgəsi vardı. Onlar 
bunu Allahdan gəlmiş  bəla hesab edir və  əksər halda 
nəzir-niyaz verməklə canlarını xilas edəcəklərinə ümid 
edirdilər (Doğrudur, nəzir-niyaz bəlanı dəf edir, ancaq 
bu məsələdə onun bir faydası ola bilməzdi. Fikrimcə, 
yersiz təvəkkül və vaxtsız ümid axmaqlıqdır).  İmkanı 
olan  şəxslər istəyirdilər ki, bacardıqca tez başqa bir 
yerə köçsünlər. Onlar canlarını 
və mallarını 
vətənlərindən çox istəyirdilər. Bu şəxslər təkcə öz 
arvad, uşaqlarını  təhlükədən xilas etmək barədə 
düşünürdülər. İmkanı olmayanların düşmən əlində əsir 


 
 
137
qalıb-qalmaması onları maraqlandırmırdı. Üstəlik, bu 
biqeyrətlər özlərinə insan və müsəlman deməkdən 
çəkinmirdilər. Bəli!  İrəvanda rəhbərlər arasında bu 
intriqalar gedəndə bölgədə qan su yerinə axır, günahsız 
başlar kəsilir, müsəlmanlar qan gölündə üzürdülər. 
İrəvanda müqəddəs kitablar yandırılanda özünü 
Quran  əhli kimi təqdim edənlər təfriqəçiliklə  məşğul 
idilər.  İslam arxivlərinə od vurulanda onlar rəhbərlik 
davası döyürdülər. Köməksiz, kimsəsiz insanların 
fəryadı  şəhəri bürüyəndə  İrəvanın  əyan-əşrəfi iclas 
keçirib, tayfabazlıq edirdilər.  Xülasə, İrəvan şəhəri bir 
atəş ocağına çevrilmiş, nəcib müsəlman milləti od və 
tüstü içində yanıb külə dönürdü. İrəvanın  şərq 
tərəfindəki Qırxbulaq adlanan yerdə yaşayan  əhalinin 
dörddə üçünü ermənilər, dörddə birini isə yazıq və 
məzlum müsəlmanlar təşkil edirdilər.  
İyun ayının ilk günündə 20 evdən ibatət olan 
Kuzəcik kəndində baş verən faciə ilə yeni fırtına və 
qırğınlar başladı. Tirjabat adlı qonşu erməni kəndində 
hazırlanan və  həyata keçirilən həmin hücumu ardıcıl-
lıqla sizə təqdim edirik:   
Məşum Güzəcik faciəsi - 1905-ci il iyunun 1-də 
günortadan sonra ermənilər Güzəcik kəndini mühasirə-
yə alaraq onu  şiddətli atəşə tutdular. Kənd əhli silahsız 
olduğundan, hər kəs öz əhli-əyalını götürüb yarım 
verstlikdə yerləşən Mənkus müsəlman kəndinə doğru 
qaçmağa başladı.  Onları təqib edən ermənilərin Mən-
kus kəndinə də hücum etmək planı  var idi. Kəndin ağ-
saqqalı Hümmət bəy Hüseynzadə şəhərə köçdüyündən, 
əlli yaşlı bir kişi ağsaqqallıq vəzifəsini öz üzərinə 
götürdü. Onun adı Novruz idi. Mənbələr onu Novruz 
Kazım oğlu kimi təqdim edir. Novruz KİŞİ azərbay-
canlıların ermənilərin qabağında qaçdığını görüb, hün-


 
 
138
dür bir yerə çıxaraq qışqıra-qışqıra onlara müraciə edir: 
"Ey oğullar, hara qaçırsınız? Siz öz fərariliyinizlə biz 
Qafqaz müsəlmanlarını başqa millətlərin yanında başı-
aşağı eləmək istəyirsiniz? Məgər qaçmaqla ermənilərin 
əlindən qurtara biləcəksiniz? Onlar sizdən əl çəkəcək? 
Yox! Yox! Əgər ermənilərin qabağından qaçsanız, on-
lar daha da cəsarətlənəcək, bizi və ailəmizi  görün-
məmiş təhqirlərə məruz qoyacaqlar. 
Məgər onlar həmin ermənilər deyillərmi ki, bir il 
əvvəl mən bir barmağımı  tərpədən kimi az qalırdılar 
Qırxbulağ mahalından baş götürüb qaçsınlar. Bəs indi 
sizə  nə olub? Niyə qadınlara qoşulub onların qarşısın-
dan qoyun sürüsü kimi qaçırsınız? Qaçırsınızsa, qaçın, 
amma mən tək-tənha qalsam da, onların qarşısında təs-
lim olmayacağam, ölənəcən öz kəndimi, elimi, evimi 
qoruyacağam.  
Ey müsəlmanlar! Hər bir millət gərək öz şəxsiyyəti-
nə  və heysiyyətinə hörmət etsin. İslam  şəriətinə, 
peyğəmbəri  əkrəm həzrəti Məhəmmədin (s) buyruğuna 
və Allah təalanın hökmünə görə, düşmən qarşısında 
fərarilik edərək ölmək pis əməl və günah işdir. Bilirsi-
nizmi, bu qəbiristanda yatan əcdadlarımızın sümükləri 
qəbirlərdən çıxarılandan və qonşu kəndə od vurulandan 
sonra bu məzarların yerində Ermənistan yaradılacaq. 
Mən axirət məsuliyyətini gözümün önünə alaraq son 
nəfəsədək cihad edəcəyəm. Sizi də cihada çağırıram". 
O, nitqini  başa çatdırır,  əhali bu qeyrətli və  vətən-
pərvər insanın – Novruz Kişinin dediklərinə  əhəmiyyət 
vermədən qaçmağına davam edir (Müəllifin qeydi: 
 
Bağışla məni, ey ustad! Sənin sözlərinin qarşısında 
özümü saxlaya bilmirəm.  Əgər o günlərdə  ağalarımız 
ağa, bəylərimiz bəy olsaydılar, özlərini satmasaydılar, 
xalqı başçısız qoymasaydılar, bir çox məsələlər elə o 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə