Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc


Göy məscid və İrəvanın digər məscidləri



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

 
 
164
Göy məscid və İrəvanın digər məscidləri 
 
Xanlıq dövrünə aid fəsildə bu tarixi mədəniyyət 
abidəsinin tikintisi, quruluşu, daxili strukturu barədə 
bəzi məsələlərə toxunmuşduq. Son illərdə  İran  İslam 
Respublikası ilə Ermənistan arasında bağlanmış 
müqaviləyə uyğun olaraq İslam Cümhuriyyətinin mə-
dəniyyət abidələri üzrə mütəxəssislərindən ibarət 
nümayəndə heyəti Göy məscidin qalıqlarını  tədqiq 
etmiş, onun yenidən qurulması  və  bərpası ilə bağlı 
təkliflər paketi hazırlamışdır. Heyət üzvlərindən ağayi 
Bağır Ayətullahzadə  Şirazinin  şəmsi tarixi ilə 1375-ci 
ilin  şəhrivər və aban aylarında hazırladığı iki cildlik 
"İrəvan məscidinin tədqiqatı, təmiri və yenidən 
qurulması layihəsi" adlı  əsəri bu mənada xüsusi 
əhəmiyyətə malikdir. Bu fəsildə  həmin  əsərin bəzi 
hissələrindən istifadə edilmişdir. 
Əsərdə bu mədəni-tarixi abidə Came məscidi, Göy 
məscid, Xan və Hüseynəli xan məscidi adları ilə  təq-
dim olunub. Onun özünəməxsus quruluşu və memarlıq 
üslubu barədə geniş danışılıb: "Məscidin xüsusi 
quruluşa malik mərkəzi hissəsi (günbəzxana, onunla 
yanaşı olan dua otağı) bütövlükdə 13 metr uzunluqda 
olmaqla 34 kvadratmetrlik yaraşıqlı  və geniş salona 
malikdir. O, yeni və orijinal dəsti-xəttə malik olsa da, 
islam dövrü memarlığının bitkin  nümunəsi sayıl-
malıdır.  
Məscidin üslubu islam memarlığının bütün ölçülə-
rini özündə əks etdirir. Məscidin digər yerləri – mədrə-
sə də bu xüsusiyyətlərə malikdir. Mərkəzi hissənin hər 
üç tərəfi günbəzlə örtülüb. Mərkəzi günbəzin  diametri 
11,5 metr, hündürlüyü isə  məscidin mərkəzi döşəmə-
sindən sayılmaqla 20 metrdir. Günbəz iki örtüklə (ör-


 
 
165
tüklər arasında məsafə 3 metrdir) örtülüb. Günbəzxa-
nanın  ərazisi kvadratşəkilli olmaqla 20 guşəli dairəvi 
quruluşdadır. Günbəz sadə  bəzəklərlə  bəzədilib və 
bütövlükdə kaşı ilə örtülüb. 
Başdan-başa türk-müsəlman mədəniyyətini  əks et-
dirən binanın hicri -qəməri tarixi ilə 1305-ci ildən son-
ra 1330-cu ilə  qədərki  dövrdə quraşdırılmış qapı  və 
divarında təkrar-təkrar müxtəlif formada həzrəti Əlinin 
(ə.) adı yazılıb.  
Bəri başdan etiraf edək ki, binanın qalıqları  və 
onun haqqındakı tarixi məlumatlar tədqiqatçılara kö-
mək edə, onların işini asanlaşdıra bilər. Xüsusilə  də, 
İranın Tarix Muzeyində saxlanılan 1885-ci ilə aid 
qeydlər olduqca önəmlidir. Doğrudur, həmin mənbələr 
1930-cu illərə qədər yaxşı mühafizə olunsa da, sonrakı 
proseslərdə korlanmış, bir çoxları yararsız hala 
salınmışdır. Həmin sənədlərdə  məscidin dəqiq yeri, 
görkəmi verilmişdir. Tədqiqatçı yazır: "Köhnə İrəvanın 
mərkəzi, onun çox axarlı-baxarlı  məhəllələrindən biri 
olmuş Köhnə  məhəllədə bu gün Əli Came məscidinin 
qalıqlarından savayı başqa bir nişanə qalmamışdır. 
Sürətli dəyişikliklər nəticəsində İrəvan şəhərinin siması 
xeyli dəyişib, xüsusilə də 1921-ci ildən bu yana İrəvan 
fərqli bir şəhərə çevrilmişdir. 
XIX yüzilliyin sonlarında və XX yüzilliyin əvvəl-
lərində  çəkilmiş  şəkillər  İrəvan Came məscidinin yer-
ləşdiyi  ərazini təsəvvür etməyə imkan verir. Şəkilləri 
xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə  həmin yerin 
tədricən dəyişdiyini görürük. Beləliklə, hicri-qəməri 
tarixi ilə 1330-cu ilə qədər (miladi tarixi ilə 1911-ci il) 
İrəvan sakinlərinin əksər hissəsinin müsəlman olmasını 
təsdiqləyən məsciddən indi heç bir nişanə qalmayıb. 
Bu təsvirlər müsəlmanlar yaşayan məhəllələrin və 


 
 
166
məscidin  ətrafının necə viranəliyə çevrilməsini də 
əyani şəkildə göstərir".  
Bu gün məscidin  ətrafı onun öz ərazisindən iki 
metr hündürdür (Yəqin ki, bu, geoloji proseslər nəticə-
sində baş vermişdir). Tarixi faktlar həmin məscidin bir 
zamanlar necə bir qaynar məkan olduğunu təsdiqləsə 
də, fəqət bu gün onun keçmiş əzəmətindən əsər-əlamət 
qalmayıb. Bu əraziyə daxil olmaq qadağan edilmişdir. 
Fikrimizcə, imkan yarandığı halda, bu yerlərdə arxeo-
loji qazıntılar aparmaqla müsəlman sakinli tarixi 
İrəvan şəhərinin əslini bərpa etmək olar. 
 1885-ci  ilə aid (hicri-qəməri tarixi ilə 1303-cü il) 
sənədlər (şəkillər)  İrəvan Came məscidinin o zaman 
hələ dağılmadığını  və    işlək olduğunu göstərir. Bu 
vəziyyət hicri-qəməri tarixi ilə 1330-cu ilə  qədər 
(miladi tarixi ilə 1912-ci ilə qədər) davam edib. Həmin 
dövrə  qədər müsəlmanlara Came məscidindən istifadə 
etməyə rəsmən icazə verilibmiş.    
İlk tədqiqat zamanı məlum olub ki, İrəvan Tarix və 
Təbiət  Muzeyi məscid-mədrəsə kompleksinin ərazisini 
bütünlüklə  işğal edilib. Binadan muzey kimi istifadə 
olunduğu bu 65 il ərzində ona vəhşi münasibət bəslə-
nilib. Dağıdıclıq elə bir səviyyədə olub ki, bu, faktiki 
olaraq məscidin fiziki mövcudluğuna son qoyub... 
Məsciddə çoxlu kitabələr var. Cənub-şərq tərəfdəki 
şəbistanın cənub divarında mehrabşəkilli daşın 
üzərində nəstəliq xətti ilə Hüseynəli xan, İrəvan şəhəri, 
"Came məscidi", məscidin tikilməsinə  çəkilən xərclər 
haqqında məlumatları özündə ehtiva edən 12 beytlik 
bir  şeir həkk olunub. Onun sonunda kitabəni yazan 
katibin adı, yazılma ili (1179-cu il) və  binanın tikilmə 
tarixi göstərilib. 


 
 
167
Məscidin tikinti xərci bəylərbəyi,  İrəvan hakimi 
Hüseynəli xan Qacar tərəfindən ödənilib. Həmin 
məbləğ 6 min tüməndən çox olmuşdur. Kitabələrdə 
yazıdığına görə, günbəzxana və iki qonşu  şəbistandan 
ibarət olan məscidin  əsas hissəsi Zəndiyyə dövrünün 
əvvəllərində Hüseynəli xan Qacar tərəfindən tikilib və 
istifadəyə verilib.      
Bu məsciddə bir neçə  qəbir daşına da rast gəlinib. 
Məsələn, iki qəbir daşı  dəhlizdədir. Onlardan birinin 
üzərində hicri-qəməri tarixi ilə 1204-cü il yazılıb, qərb 
eyvanının şimal hissəsindəki digər qəbir daşında isə bu 
sözlər nəqş edilib:    
 
Va fədət aləlkərim Bəğirzad 
Mən əl-həsənat valğəlb-ül islam. 
Vəl həml-ül zad əğbəh koll-i şeyin 
İza Kan əl-vofud il-əl kərim. 
 
 
Zamanın əşrəfi nəcib cənnətməkan xanın 
Mələk sifəti heç bir bəyana sığmaz. 
O, mələk əxlaqı bəyənilmiş bir insan idi, 
O, insan libası geyinmiş bir mələk idi. 
                                                          1330 
 
 
 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə