Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   48   49   50   51   52   53   54   55   56

 
 
195
vaiz,  şirindilli natiq olub. Çiçək xəstəliyi nəticəsində 
iki gözünü itirmiş  və üzü çopur-çopur olmuşdu. O, 
hədsiz güclü hafizəyə malik olub. Şair dostları arasında 
qurman kimi tanınıb, çillə plovu və badımcanı sevib. 
Çox vaxt aşağıdakı beyti zümzümə edərmiş: 
 
 
Canım kimi sevdiyim yeməklər 
Çillə, cücə və badımcandır. 
 
Şəhab  İrəvani:  Məhəmməd xan Qacar İrəvaninin 
oğlu Həsən xan ilk gəncliyindən nümunəvi  əxlaqı, 
gözəl davranışı ilə seçilib. O, dövrünün elmlərini kamil 
öyrənib. Məhəmməd Mirzə yazır: "Həsən xan gəncli-
yində Əli Nağı Mirzənin yaxın dairəsinə düşüb və indi 
də (hicri-qəməri tarixi ilə 1240-cı il) həmin şəxsin ya-
nında hörmət və izzət sahibidir. Bu insanların köməyi 
ilə  qəzəl yaradıcılığında xeyli irəli gedib". Həsən xan 
Mahmud Mirzəni mədh eləyən bir şeirində deyir: 
 
Zülfün üzündə oddan çıxan tüstüyə bənzər, 
Ey hökmdar, sənin tüstündən göz yaşarır. 
 
Qabil İrəvani: Məhəmməd xan Qacarın oğlu, Çeş-
mə və Şəhab İrəvanilərin qardaşı olan Hüseynəli Mah-
mud Mirzənin müasirlərindən və yaxınlarındandır. 
Onun belə bir şeiri var: 
 
Sənin zülmlərindən çox gileyim var, 
Bizim gileyimiz çox, sizin hövsələniz. 
O uzun hörüklərdən təkcə mən həyəcanlı deyiləm, 
Bu hörüklər mənim kimi çox insanları divanə etmişdir. 
 
Nazim İrəvani: Abbasqulu xan Cavanşirin oğlunun 
yavəri olan Əli  Əkbər xanın oğlu  Əli xan İrəvandan 
İrana köçmüşdü. Nəsrəddin şaha yaxın idi. Bir müddət 


 
 
196
xarici işlər naziri və ədliyyə naziri olmuşdu. Əli Əkbər 
xan Təbrizdə məskunlaşmışdı. İbrət Naininin yazdığına 
görə, o, buradan Herata göndərilmişdi... Heratdan qayıt-
dıqdan sonra Tehrana gəlmiş və orada vəfat etmişdi.  
Tehranda doğulan Əli xan fars dili üzrə təhsil aldıq-
dan sonra orduda xidmət etmişdi. O, polkovnik rütbəsinə 
yüksəldikdən sonra bir müddət rus səfirliyinin mühafizə-
sinə rəhbərlik etmiş, sonra köhnə qoşun hissələri dağıdıl-
dığına görə, kazak məktəbində çalışmış, bir müddət orada 
hərbi fənləri tədris etmişdi. Tədricən sultanlıq rütbəsinə 
yüksələn Əli xan dəfələrlə  Ərdəbil və Qaracadağa ezam 
olunaraq orada öz vəzifəsini yerinə yetirmişdir. Bundan 
sonra ingilis səfirliyinin mühafizəsinə  rəhbərliyə  cəlb 
edilmiş  və altı il həmin vəzifədə çalışmışdı. Hal-hazırda 
qoşun komandanlığının baş müşavirlər idarəsində 
xidmətini davam etdirir. Əsas məşğuliyyəti qəzəl 
yazmaqdır və bu sahədə  mərhum  şair Mühitin yolunu 
davam etdirir. O, şeirlərindən birində yazır: 
 
Nə üçün sənin ətrini gülə veriblər? 
Məgər onlar sənin gözəl üzünü görməyiblər. 
Gülə de ki, rəngin ilə fəxr eləmə
Bir külək əsər səni soldurar. 
 
Əgər qiyamət günü Nazim torpaqdan qalxsa,  
Birinci səni axtarıb tapar. 
1
  
      
                                                 
1
 Tərcümeyi-hallar və ixtisarla verilmiş  İrəvan  şeir nümunələri 
Əziz Dövlətabadinin "Qafqazda fars şeirinin nümayəndələri" 
kitabı əsasında hazırlanmışdır. 


 
 
197
İrəvanın Mirzə Müslüm Qüdsinin  
qələmi ilə tərənnümü 
 
Hacı Mirzə  Ağasinin atası “Qüdsi” təxəllüslü 
Mirzə Müslüm İrəvan şairlərindəndir. O, əsərlərində, o 
cümlədən üç yüz beytdən artıq olan bir məsnəvisində 
doğulduğu torpağı  vəsf etmişdi. Beytləri kitabın 
müxtəlif fəsillərində  Həsən Xəttam adı ilə verilən bu 
məsnəvini oxuculara təqdim etmək yaxşı olar. Əziz 
Dövlətabadi onun haqqında yazır: "Qüdsi divanının bir 
nüsxəsi 2814 nömrəsi altında Hacı  Məhəmməd 
Naxçıvaninin “Şadrəvan” kitabxanasında saxlanılır. 23 
x16 ölçüdə olan divan 350 səhifədən ibarətdir və  hər 
səhifədə 18 beyt vardır. Burada Rəsuli-Əkrəm (s.s), 
dövrün  əmir və  vəzirlərinin tərifi, tarixi hadisə  və 
faciələrə, böyüklərin vəfatına  aid madeyi-tarixlər, fars, 
türk, ərəbcə məsnəvilər, qəzəllər yer almışdır.  
Bu məsnəvidə Çuxursəd, Qırxbulaq, Xan bazarı, 
Dərəbağı, Xan məscidi, Göyçə yaylağı kimi İrəvan 
məhəllələrinin bir çoxunun adı çəkilir".         
 


 
 
198
Mirzə Müslüm Qüdsi 
"İrəvanın vəsfiməsnəvisi  
 
Yer üzü Şərqdən Qərbə, heç şübhəsiz
İnsanın cismi kimidir bir fərqsiz. 
O üzdən ki, bədən cana möhtacdır, 
Bu bədənin ruhu məhz İrəvandır. 
Onda ki, səadət tutmuşdur qərar, 
Ondan adın  Çuxursəd qoydular. 
Fələkdən nə qədər ad nazil olsa,  
Dünyada ona tay tapılmaz əsla. 
Xoşbəxtlikdə o qədər ki, müşərrəf, 
Vilayət adın ondan almış, əlbət. 
Çün qızıldan qiymətlidir torpağı,  
Bəs ondan törəmiş dövləti, varı.  
Gümüşdən qiymətli bir içim suyu, 
İnsana can verər bu su, doğrusu. 
Torpağının hər qarışı qazılar, 
Tanrı sənətinin mədənini andırar. 
Birisi canın qoya bu  ölkəyə,  
Sahib olar çoxlu vara-dövlətə. 
Kimsə bir ovuc yerə toxum səpər,  
Ondan sonsuz qədər məhsullar dərər. 
Hər qarışı bərəkət torpağının, 
Tükənməzdir il boyu məhsulu. 
Torpağının dəmyədir hər parçası, 
Bir çaya deyil möhtac tüm bucagı. 
Araz nəhri qollarsız Araz deyil
Dəryaya qovuşmasi yaxın deyil. 
Var suyunun şirinliyi bu sayaq, 
Saysız qollarından deyildir uzaq. 
Kimsə ona sahib ola bilməzdi, 
Gər İrəvan bunu rəva görməzdi. 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə