Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   48   49   50   51   52   53   54   55   56

 
 
207
Tuba misal agacın hər guşəsi
Xoşavaz quşların saysız yuvası. 
Sərməstlər dövrəsində büsat qurar, 
Başların çiyninə qoyar uyuyar. 
Söyüdlər sərvləri qucmuşlar, bax elə, 
Aradan Ay, Gün nuru sızmaz belə. 
Hər kəs onun ləziz dadına yetər, 
Şəkər neyinə üzü qarə yetər.  
Tut ağacının say-hesabsız qolu, 
Çəmənin olmuşlar ipək örtüyü. 
Yaşıl yarpaqları mənzərə açmış, 
Budaqları zümrüd tablo yaratmış. 
Tut adlı şəkərli noğulu çoxdur, 
Tərifin yetirmək imkanı yoxdur. 
Noğulunun ləzzətin Səba ölçər, 
Xoşluğunu gəlinlər nisar eylər. 
Onun şövqi məzəsinin şənliyi, 
Qənd ilə adam ondan alar tərliyi. 
O, bir huri bakirənini məməsi
Şərbət kamıdır ürəyə nəşəsi. 
Ballı südü ilə cocuğa məlhəm, 
Beşik zəifinə bir odur məlhəm. 
O tapılmaz noğula düşsə nəzər, 
Şəffaflıqdan ərir, suya dönər. 
Lütfün gözü ilə, bax, necə haldır, 
Bir baxmaqla hasil olan kamaldır. 
Hər yanıyla o qənd parçası yanar, 
Ulduzlar tək birlikdə də parıldar. 
Baldır, süddür tərliyindən təzəsi, 
Kamlar hasilə yetirər nəşəsi. 
Noğlunun ətəyindən sürüşməsi,  
Budağına zərər verməz düşməsi
Gər hüsnü insana bir sevincdir, 


 
 
208
Pulla alınması rəvac deyildir. 
Bazarı hər  ləyaqət sahibinin, 
Məskənində olar kasad onun. 
Məxsusən, dünya vəzinən ölkənin, 
Bilgisi süst ola ölkə əhlinin. 
Qələm ki, baxçanın vəsfindən yazar, 
O yazının hər sətrindən bal axar. 
Bax ki, suyun dəyişən qüdrətinə, 
Nəbat butə bal olar qüvvətinə. 
Sənayedə var olmayan ölkənin
Torpağından qənd olar hasil, yəqin. 
Nazlı dilbərlərin sözü kimi, 
Həyat bağışlar cana özü kimi. 
Onda gülabla qənd vüsala yetmiş, 
Sonda xam şəkərin dadını vermiş. 
Qəndin gərçi nəşəsi olur da çox, 
Nə yazıq onun qədər fərahı yox. 
Del ki, təzə qəndin eşqinə düşər, 
Dadının atəşi ciyərə düşər. 
Bitki eşitsə zülalın balını, 
Tilsimin şüşəsi sanar  malını. 
İncəliyindən bir uşaq kimidir
Dodaqları cocuq təbəssümüdür. 
Sözlərini gözləri ilə söylər,  
Özündən təzə qənd olurmu məgər? 
Yeyə onu, olmamış hasil, xəyal, 
Ürək parçalanar, üz verər məlal. 
Birəcik uşaq kimi o nazpərvər, 
Azca tozdan olar dərdli o sərvər. 
Bıçaq parıltısı tək üzə düşər, 
Şəkər tək çilənər, axar da, gedər. 
Yanında bıçağın çəkilməz adı, 
Yazılar varlığına anda adı. 


 
 
209
Nur səsi əgər ona əyan olar
Sanasan, Turi-sina yeksan olar. 
Musaya çox da vacib olmuş bu iş, 
Ol vadidə nəleynini çıxarmış. 
Ud, mişki yetişdirən çəkər cəfa, 
İyindən ətrafı alarlar səfa. 
Hər yerdə o yaşasa, salsa məskən, 
Ətrindən o yerlər olarlar gülşən. 
Ancaq Misirli lütf üzlü Yusif, 
Züleyxa mehrinin qurbanı Yusif, 
Bir anda dost əğyarından ayrılar, 
Zindanlar qəminə giriftar olar. 
Qəm yemə, nədən ki, qəm ağladandır, 
Zindandan çıxanlar əziz adamdır. 
Əzm yazını alar, yenidən yazar, 
Yazılmışı qurdlar əlilə pozar. 
Onun ətrafı yaylaq mənzərəsi, 
Meydən sonra olan həyat nəşəsi. 
Gözdə görünər hər kəsə möcüzə, 
Burda hər bir tərəf özü möcüzə. 
Ərz ki, gövhər ətəyindən ayrılar, 
Uzaqlıq, sanasan, bir yaxın olar. 
Dörd tərəfi yaylaq dağları sarmış, 
Elə bil, dörd daşı olan daşqaşmış. 
Bir tərəfdə onun Ağmanqan dağı, 
İran şahlarının bəyən oylağı. 
Vəsfinə bəsdir ki, xaması onun, 
Namələrə olmuş ünvanı onun. 
Oradan bir adlı-sanlı istəsən, 
İşrəti natamam olmaz biləsən. 
İstək yapışar hər kəs yaxasından, 
Çəkər bura İran uzaqlarından. 
İşrətin büsatın qurarlar burda, 


 
 
210
Qalmasın arzular gözdə, ürəkdə. 
Əgər bu mənanı tuta bilməsən, 
Təhmasibi, Nadiri düşünəsən. 
Bir yanda Elaks dağı sərəfrazdır, 
Gəlintək gözəldir, işvəlinazdır. 
Tər gül gözəli ilə bir arada, 
Ürəkdə dözüm şövqü qalmaz arada. 
Hər yerdən minlərlə çeşmələr doğmuş, 
Sevinc yaşları tək somsoyuq olmuş. 
Həkim olaydım kaş, gül cövhəri, 
Neçə sirrdən hali edərkən əqli. 
Bir təbdən olur bunca mümkün hasil, 
Bir qarışdan yüz cür gül olur məhsul. 
Bütün çöllər, dərə, səhra və düzlər, 
Maral buynuzundan meşəyə bənzər. 
Bütün kəvşənləri ahu ilə dolu
Dağlıqları ağlı, bozlu, kəklikli. 
Havanı tutmuşdur tərlan şahinlər, 
Tüləklər, qırqovullar, həm laçınlar. 
Leyləyin balası güclü və nazlı, 
Poladdan çəngli, almaz dimdikli. 
Gözəl əlamətli xoş mənzərəsi, 
Ürəklər ovlayar mənzərəsi. 
Əgər ondan birini əldə edə kəs, 
Sanki, vilayəti ovlamışdır bəs. 
Ovuna elə ki, pərvazlanar o, 
Cəldlikdə şahini dalda qoyar o. 
Ov qəsdilə qanad çalanda hərdən, 
Qartal qorxusundan tük tökər onlar. 
Erkək quş görsə onun kölgəsin
Yuvasında itirər öz kölgəsin. 
Tümüylə açarsa ov qanadını, 
Əsqa quş daha açmaz qanadını. 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə