Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   48   49   50   51   52   53   54   55   56

 
 
191
bir çox mühüm vəzifələrdə çalışmış, Qar və Feşafuyə-
də maliyyə  işçisi, hicri-qəməri tarixi ilə 1332-ci ildə 
Xar və Firuzkuhda maliyyə  nəzarətçisi olur.  Daha 
sonra isə o, Cəza Komitəsinin əsasını qoyur.
1
  
1378-ci şəmsi ilində Türkiyədə vəfat etmiş məşhur 
tərcüməçi Məsud Rəcəbniya  İranda tanınan məşhur 
irəvanlılardan idi. İrəc  Əfşari onun haqında yazır: 
"Güclü qələmə sahib tərcüməçi,  ədəbiyyat və  mədə-
niyyət yanğısı ilə yaşayan insan Türkiyədə  vəfat etdi. 
Atası  Rəcəbov tanınmış ziyalı idi və  İrəvandan  İrana 
köçmüşdü. Doktor Yusif İrəvaninin dostlarından və 
həmyerlilərindən idi. Rəcəbovun üç oğlu var idi; Mə-
həmməd Asim (O da mütərcim idi və 1323-cü ildən 
başlayaraq onun tərcümələri dövrün jurnallarında 
nəşr olunurdu. Bir-iki roman tərcümə edib), mühəndis 
Davud Rəcəbi (Müsəddiq dövlətində nazirlikdə işləyib) 
və bizim fazilimizin qiymətli dostu Məsud Rəcəbniya.   
Doktor Mirin oğlanları deyirdilər ki, onların mər-
hum ataları  İsveçdən  İrana qayıdanda fars dilini dürüst 
bilmirdi. Doktor Mir həmişə deyirmiş ki, fars dilini Mə-
suddan öyrənmişəm. Məsud üç-dörd yaşında ikən dok-
tor Mir onunla böyüklərdən daha çox söhbət edərmiş. 
Rəcəbniya tarixi kitabları və Səfərnamələri tərcümə 
etməyi sevərmiş. O, Bəhmən  Əncüməninin səmimi 
üzvlərindən idi. Bəhmən  Əncüməni  əlli il doktor Mə-
həmməd Dəbirsiyağinin və doktor Məhəmməd Cavad 
Məşkurun sayəsində mövcud olmuş və hələ də bir neçə 
nəfərin  hesabına yaşamaqdadır. 
Rəcəbniya nəfsi tox, insansevən adam idi. O, 
aramla danışardı və şirin bəlağət sahibi idi".
2
 
                                                 
1
 İran dər cəng-e bozorg, səh.416 
2
 "Buxara". 6-cı say, 1378-ci ilin xordad və tir ayları, səh.215 


 
 
192
İrəvan şairləri 
 
İrəvandan bir çox görkəmli şairlər çıxmış və onlar 
şeirlərini  əsasən Azərbaycan türkcəsində  və farsca 
yazmışlar. Onların arasında  ərəb dilində yazanlar da 
olmuşdur. Əvvəlki səhifələrdə həmin şairlərdən bəzilə-
rinin haqqında qısa məlumat verdik və onların yara-
dıcılıq  nümunələrilə tanış olduq. Sonda bir daha bu 
mövzuya qayıdaraq İrəvan əsilli bəzi sənətkarlar barə-
də söhbət açmaq, onların yaradıcılığından qısa nümu-
nələrlə sizi tanış etmək istəyirik: Aşüftə İrəvani, Aşub 
İrəvani, Bidil İrəvani, Çeşmə  İrəvani, Höccət  İrəvani, 
Hərif  İrəvani, Dəlil  İrəvani,  Şakir  İrəvani, Fəxri  İrə-
vani, Qabil İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani və s. 
Onlardan üçü, Rzaqulu xan - Çeşmə    İrəvani, Hü-
seynəli xan - Qabil İrəvani, Həsən xan - Şəhab İrəvani 
təxəllüsü ilə yazıb yaratmışdır. Çeşmə və Qabil İrəvani 
Fətəli  şahın oğlu Mahmud Mirzənin yaxın qohumu, 
Şəhab İrəvani isə Fətəli şahın digər oğlu Rüknüldövlə 
adlanan Molla Zaman Əlinağı Mirzənin nəslindən idi. 
Aşüftə İrəvaninin əsl adı Kəlb Hüseyn bəy idi. O, 
İrəvanın  əsil-nəsəbli ailəsindən çıxmış  və vilayət 
şeyxülislamı Hacı Molla Məhəmmədin qardaşı  oğlu 
idi. Cavanlığında Tehrana gələrək Zilli-sultan Əlişahın 
himayəsində yaşamışdı. Onun bəlağətli və  lətafətli 
nitqinə müasirləri həsəd çəkmişdir. Aşuftə  İrəvani 
şeirlərindən birində deyirdi: 
Dedin, mənim vüsalımı məgər yuxuda gördün?  
Məgər mən yata bilirəm ki, yuxu da görəm? 
Aşub  İrəvani: Bu təxəllüs altında yazıb-yaradan 
Mirzə İsmayıl hicri-qəməri tarixi ilə XIII əsrin məşhur 
İrəvan  şairlərindən olmuşdur. O, Fətəli  şah Qacarı 


 
 
193
(hicri-qəməri tarixi ilə 1211-1250) mədh edən çoxlu 
şeirlər, qəsidələr yazmışdır. 
O, Müslümün oğlanlarının məzarı üstündə Hüseyn 
xan (Fətəli şahın kürəkəni və İrəvan hakimi) və  onun 
qardaşı  Həsən xan tərəfindən ucaldılmış  məqbərəni 
ziyarət edərək aşağıdakı beytləri söyləmişdi:  
 
Sarayı asimana ucalan xaqanın hakimiyyəti dövründə
Cəsarətli şəhriyarın dünyanı bəzədiyi günlərdə,  
Aşub öz qələmilə bu möhtəşəm tarixi yazdı... 
(Bu səadətin əsasını Hüseyn və Həsən qoydu) 
 
Bidil  İrəvani:  İrəvanın tanınmış zadəganlarından 
biri olan bu şəxsin  əsl adı Paşaxan idi. O da hicri-
qəməri tarixi ilə XIII əsrin istedadlı  şairlərindən hesab 
olunur. "Bidil" təxəllüsünü qəbul etmiş  sənətkarın 
ürəyəyatımlı məhəbbət şeirləri vardır: 
 
Hüsnündə və nazında çox fitnələr var, 
Kaş ki, əhdində vəfalı olaydın. 
Gəldin, gəlişinlə behişti bəzədin, 
Getdin, gedişinlə qiyaməti əyan etdin və qiyamət  
                                                                   qopardın. 
Əgər sənin billur kimi əlindən bir cam içsəm,  
Məst olub, məhşər gününədək özümə gələ bilmərəm. 
 
Çeşmə  İrəvani:  Əsl adı Rzaqulu idi. O, Fətəli 
şahın oğlu Mahmud Mirzənin  əmirlərindən olan 
Məhəmməd xan Qacar İrəvaninin oğlu idi. Rzaqulu 
İrəvani illərlə Nəhavənddə şahın baş xidmətçisi olmuş
yüksək  əxlaq və  mədəniyyəti ilə  fərqlənmişdi. O, hər 
yerdə hörmət və izzətlə qarşılanmışdı. Aşağıdakı 
nümunə onun şeirlərindəndir: 


 
 
194
Əgər bu dilbər mənə mehribandırsa,  
Asimanın mehriban olmaması da kədərli deyil. 
Qəlbimdən çıx, ey qəm, çünki bu gecə  
Canan ilə görüş ehtimalı var. 
 
Höccət  İrəvani: Mirzə  Məhəmməd  İrəvani hicri-
qəməri tarixi ilə XIII yüzilliyin söz sahiblərindəndir. 
Fətəli xan Səbanın qəsidəsinə cavabında  İrəvan 
sərdarının dilindən aşağıdakı mətləli şeiri deyib: 
  
Ey Səba, sənin yurdundan bu diyara səba gəldi, 
Onun ətrindən hər yan müşki-ənbər qoxusu ilə doldu. 
 
Hərif  İrəvani: Hicri-qəməri tarixi ilə XIII əsrdə 
yaşayıb. Naibüssəltənə Abbas Mirzənin mədhinə 
aşağıdakı mətləli qəsidəni yazıb: 
 
Novruz gəldi və isfənd ayı keçdi, 
Keçdi azər ayı və yenə gəldi azar ayı. 
 
Dəlil  İrəvani: Fətəli  şah Qacar dövrünün şairidir. 
Şahı  mədh edən bir qəsidə yazıb və  həmin qəsidənin 
bir yerində  İrəvan hakimi Hüseyn xanın bünövrəsini 
qoyduğu İrəvan məscidinin tikintisindən söz açmışdı: 
 
Bu mina üzlü məscid 
İrəvanda da onlardan yadigar qaldı, 
Dəlil ondan ilham alıb, yazıb- yaratdı, 
Onların xeyirxahlığından bir məscid ucaldı. 
 
Şakir  İrəvani:  Şeyx Musa İrəvani hicri-qəməri 
tarixi ilə XIV əsrin söz sahiblərindəndir. O, Şakir 
təxəllüsü ilə yazıb-yaratmışdır.  Şeyx Musa  xoşavazlı 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə