Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   48   49   50   51   52   53   54   55   56

 
 
203
Küknar söyüd ilə olmuş qol-boyun
Narbəndlər başdan ayağa bir oyun. 
Yasəmənlər kölgəsilə əl-ələ, 
Hər birinin altı ayrı mənzərə. 
Gülüstanı bir zümrüd parçasıdır, 
Qırmızı söyüdü mərcan daşıdır. 
Yaşıllıqlarında eşq dolu otlar, 
Səfaları ilə qəlbləri oxşar. 
Bülbülünün fəğanı yaxın qəlbə, 
Şəlalə səsi edər axın qəlbə. 
Cana can verər sərvinin nihalı, 
Azadlığı əldən alar xəyalı. 
Söyüd budaqları, sanki, bir Məcnun, 
Leyli saçları tək olmuş didərgin. 
Şəhər bağçasından bir az aralı, 
Əsən külək, sanki, Səba misalı. 
Ulu böyüklərin təb dünyası tək, 
Yan-yörəsi çox da genişdir, gerçək. 
Yenişli-yoxuşlu bütün hər yanı, 
Cənnət misalı tək səfa bagları. 
Bağçaları Misir bağları tək, 
Dadlı-tamlı meyvələr verər qəşəng. 
Dadanlar bu meyvələrin dadından,   
Olarlar çox uzaq bir daha qəmdən.  
Dadı yüz kam ləzzət verər insana, 
Bal dadı ondan heç düşməz uzağa. 
Qızılı almalarının ətrindən, 
İnsana ruh bağışlar ləzzətindən. 
Ruhu, lətafəti canlı kimidir, 
Bağban yetirdiyi daru kimidir. 
Ayaması Qoşazənəxdanlıdır, 
Dəribən yenməsi daha tamlıdır. 
Narı dodaqlara təbəssüm qoyar, 


 
 
204
Dadından dünyada kimsəmi doyar? 
Ləzzəti fərəh bəxş edər aləmə, 
Bağların büsatın yayar aləmə. 
İçi, sanki, balla, şərbətlə dolu, 
De ki, şərab şüşəsidir dopdolu. 
Meyvələrinin nur parlaqlığından, 
Danələri olar kənardan əyan. 
Yeyliməsi insana qüvvət verər
Həyat mənbəyi tək ona güc verər. 
Gül, parıltıdan haldan-hala düşər, 
Bağ onun ətrindən gülaba dönər. 
Armud düşkünlərə bir əlac olar, 
Bostan şənliyinə bir saqi olar. 
Qəndli budaqları qızıla bənzər, 
Dolu sürahiləri bal və şəkər. 
Qaranlıqda o çəmənlərdə gecə, 
Damlası şam tək işıq saçar necə. 
Şirinlə lətafət araya gəldi
Ondan armud adı dünyaya gəldi. 
Parlaqlıqda meylər ilə yarışar, 
Gözəllərlə bir arada sayrışar. 
Ətəkləri tavus quyruğu kimi, 
Heyva sarılığı çırağban kimi. 
O vadinin quruluşu, sanki, Tur, 
Ağacların rəngi bir behişti-nur.  
Cənnət ağacından başqa heç biri, 
Bu heyvalar qədər verəmməz barı. 
Gözəl şəmailli Yusifin ətri
Bir neçə mənzildən alınar ətri. 
Yetməz barın qaldırmağa budağı, 
Torpaq olmuşdur onun səcdəgahı. 
Bülbüllərin qəmli şaqraq səsləri,  
Paran-parça edər duyan qəlbləri. 


 
 
205
Təzə əriyi gözəl bir qız kimi, 
Yanağın al ilə süsləmiş kimi. 
Səhər vaxtı günəş üfüqdən parlar, 
Yanar ağac kimi  parıltı saçar. 
Kaftanı çün bədəninə təng gəldi, 
Təpələri zəfərana döndərdi. 
Bir anda hər şey öz yerini aldı, 
Buluğ sərhəddinə özü ucaldı. 
Hər tərəfdən onu arzu edərlər, 
İstək, arzular baş alar, gedərlər. 
Bu xoş mənzərənin çox şövqü olar, 
Bundan çoxlu istəklər peyda olar. 
O ərik deyildir, gözəl, vüqarlı, 
Budaqda meyvədir dolu nabatlı. 
Hacət yoxdur ona tərəf getməyə, 
Və ya azar edib dərdin çəkməyə
Aşiqlərin o vəfalı məşuqu, 
Özü düşər, sevindirər aşiqi. 
Saflığından tumu nəmayan olar, 
Huri vücudu, sanki, əyan olar. 
Vəsfin əgər etmək istəsə bir kəs, 
Dadlara bələd olmalıdlr bəs. 
Adını dilinə ğətirsən əğər, 
Şəkərdən dodaqlar yapışar məğər. 
Üzümlərinin rəngarəngliyindən, 
İstəklər qarışar onun əlindən. 
Parlaq ulduzlara tarması bənzər, 
Ətəkləri tərtəmiz, altı ğülzar. 
Saysız salxımından nəşələr yağar, 
Dünya onun eşqinə tərif söylər. 
Gözəl salxımına nəzər edə kəs, 
Baxışından ol şəxs həmən olar məst. 
O nəfis noğulun şəffaflığından, 


 
 
206
Nəfis zay olar giriftarlığından. 
Nəşəni üstələmiş dadı ilə, 
Bir mey mənbəsidir salxımı ilə. 
Təminin ləzzətindən kam alar nuş, 
Şirinlik dünyası olar fəramuş. 
O tapılmaz noğula düşsə kölğə
Ağırlığa dözməz, su olar, bəlkə. 
Dadlı tamı onun rənginə sığmaz, 
Lətafəti tum fəzasına sığmaz. 
Zənginin kənarı, dərə bağları, 
Dörd tərəfdən xatırladar bulvarı. 
Fələyin kəhkəşanıdır bəzəyi, 
Çün burdan alarlar həmən ənbəri. 
Onun kamalına tam bir nişanə, 
Ağıllar onunla yetişər kama. 
Qüdrəti hiyləsiz pərgar yaratdı, 
Bağçalardan Zəngar xətti yaratdı. 
Həndəsi gözəlliklərin ziynəti, 
Gümüşü arxla bəzədi xilqəti. 
Hər bir bağın var cənnətə oxşarı, 
Zəngidən çox arxlar onun axarı. 
Hərəsi bir çeşmə içməli suyu, 
Gecədən alarlar qara-qorxuyu. 
Ceşmə nuru Günəş işığı qədər, 
Topa buludlardan görünər məgər. 
Ağıl gücü ilə canı dərk edə, 
Mümkünsüzdür gözlər onu dərk edə. 
Su sadəliyin isbatı vardır, 
... dandır ki, dəlili vardır. 
Xəlxəl gözəlləri xoşsifət olar
Buzun aynasından həm gözəl olar. 
Ağac boyları huri qaməti tək, 
Baxan ürəklərə nur verər gerçək. 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə