Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

 
 
180
Azərbaycandan nümayəndə seçilmişdir. Doktor Müctə-
hidi onu ciddi alim və siyasətçi kimi dəyərləndirmişdir: 
"Mirzə  Fəzləli ağa Mollabaşı Hacı Mirzə  Əbdülkərim 
İrəvani-Təbrizinin oğlu idi. Onun atası Azərbaycanın 
fəzilət sahiblərindən olmuş  və hicri-qəməri tarixi ilə 
1294-cü ildə  vəfat etmişdir. Hicri-qəməri tarixi ilə 
1262-ci ildə Təbrizdə onun fars dilinin qrammatikasına 
aid risaləsi nəşr olunub. Bu şəxsin əruz vəzni və qafiyə 
sistemi haqqında da əsərləri də vardır. Mirzə  Fəzləli 
ağa hicri-qəməri tarixi ilə 1272-ci ildə anadan olub və  
1337-ci ildə müalicə olunmaq üçün Berlin şəhərinə 
getmiş və orada vəfat etmişdir. 
Mirzə Fəzləli ağanın çoxlu əsərləri var. Onun ən ka-
mil əsəri "Hədayiqül-arifin"dir. Bu əsərdə o, bəzi ayə və 
surələri təfsir etmişdir. Müəllif öz şərhlərində  şiələrin 
məşhur yeddi böyük kitabına - "Kafi", "Mən la yəhzər-əl 
fəqih", "Təhzib", "Estebsar", "Vafi", "Vəsail", "Bəhar"a 
istinad etmişdir.  O, şeir yazmış, divan bağlamışdır. 
Əslən İrəvandan olan Mollabaşı tərcümə sahəsində 
də ciddi fəaliyyət göstərmişdir. Ümumiyyətlə, onun əs-
li-nəsli irfan və təsəvvüfə bağlı olmuşdur. Şeyxiyyəçi-
lər və şəriçilər arasında mübahisələr də olsa, Mollabaşı 
hər iki tərəf arasında etimad qazanmışdı. Birinci Məc-
lisə seçkilər zamanı o, şeyxiyyəçilər tərəfindən vəkil 
seçilərək Tehrana göndərilib. 
Mirzə Fəzləli ağa fazil və alim bir insan idi. Onun 
bilik və  zəkasnı iki böyük müasiri də  təsdiqləmişdir. 
Bunlardan biri Seyid Həsən Tağızadə idi. O, "Kavə" 
qəzetində Mirzə  Fəzləli ağanın fəzilətindən və yüksək 
elmi savadından söhbət açmışdır. Məhəmməd xan 
Qəzvini isə özünün iyirmi məqalədən ibarət avtobioq-
rafik  əsərində Berlində Mirzə  Fəzləli ağa ilə görü-
şündən və onun geniş  zəkasından bəhs etmişdir. O 


 
 
181
yazırdı: "Mirzə Fəzləli ağanın ərəb və əcəm ədəbiyyatı 
sahəsində heyrətamiz biliyə malik olduğunu gördüm".  
Mollabaşının nəsli Movləvi soyadını    qəbul et-
mişdir. Bununla da onlar irfana olan məhəbbətlərini bir 
daha təsdiq etmişlər.
1
  
Kəsrəvi Azərbaycan nümayəndələrinin, o cümlə-
dən Mirzə  Fəzləli ağanın Tehrana gəlişi barədə yazır: 
"Həmin gün Tehranda başqa bir şadyanalıq var idi. 
Dediyimiz kimi, o gün yeddi vilayətin nümayəndələri 
Tehrana gəlib çıxmışdı. Adamlar dəstə-dəstə küçələrə 
çıxır, gələnləri sevinc və sevgi ilə qarşılayırdı. Tehran 
özlüyündə nadir günlərindən birini yaşayırdı. Həmin 
dövrdə Azərbaycanın adı daha ucadan səslənirdi. Xalq 
yeddi vilayətin nümayəndəsinin gəlişini Məclis üçün 
qələbə hesab edirdi. Sənətkarlar darvazanın ağzında 
sıraya durmuşdular. Tehran camaatı nümayəndələr gə-
lən kimi onların ayağının altında qurbanlar kəsdi. Hacı 
Sadıq adlı bir nəfər ucadan şüarlar səsləndirirdi. O, 
Azərbaycandan gələn nümayəndələrin ayağı altında 
kəsmək üçün iki yeniyetmə  oğlunu gətirmişdi. Ağa 
Mirzə  Fəzləli dedi: "Biz özümüz gərək bu iki növca-
vanın qurbanı olaq. Bizim dövranımız keçib, biz nə 
ediriksə, onlar üçün edirik". 
2
  
Məhəmmədəli şah tərəfindən Məclis top atəşinə tu-
tulduqdan sonra Mirzə Fəzləli ağanın da mənzili qarət 
edildi. Yalnız çox-çox sonralar ədliyyə orqanı  təşkil 
olunarkən o, Möhtəşəmüssəltənə Mirzə  Həsən xanın 
dəvəti ilə onun üzvü oldu. Hicri-qəməri tarixi ilə 1326-
cı ilin rəbiüssani ayının 5-də  İran  ədliyyə dövlətinin 
ədalət məhkəməsinin Mirzə  Fəzləli ağaya göndərdiyi 
                                                 
1
 Bax: Doktor Mehdi Müctəhidi. Məşrutə dövründə Azərbaycanın 
şəxsiyyətləri, səh.124 
2
 Ə.Kəsrəvi. İranın Məşrutə tarixi, səh.216 


 
 
182
məktubda oxuyuruq: "Cümə günü... möhtərəm vücudi- 
şərifinizin ziyarətinə nail olmağı  və bununla səadətə 
yetməyi öz həyatımızda  ən yaxşı  qənimət və  sərmayə 
hesab edəcəyik".
1
 
O, hicri-qəməri tarixi ilə 1334-cü ildə müalicə üçün 
Avropaya səfər etdi və beş il orada yaşamalı oldu. Pet-
roqrad, Stokholm, Hollandiya və Londona səyahət 
edərək, elmi, ədəbi, tarixi məsələlərə aid dərin 
məzmunlu  bir "Səfərnamə" yazdı. Onun əsl iqamətga-
hı və mənzili Berlində olub. O, iranlıların ədəbi cəmiy-
yətinin üzvü idi... Aşağıdakı bir neçə beyt onun 
Berlində yazdığı "Novruziyyə" qəsidəsindəndir:  
 
Yenə Cəmşidin fərvərdin bayramı və novruzdur,  
Qoca dünyanın cavanlıq çağıdır. 
Uzaq insanların və sirr əhli olan dostların heç biri 
Bu məclisdə kədərli və qəmli olmamalıdır. 
Qəlyanları tez yandırın, ud və bərbətləri çalın! 
 
Ey piri muğan, bu gün bayram və şadlıq günüdür,   
Səndən bir işarə gəlməlidir ki, ləbinin şirinliyini bilək. 
Zamanı fövtə vermədən Cəmin yadigarı olan çərx  
                                                              dövr eləyir, 
Asimandan bayram mübarəkdarlığı gəlir: 
"Yaşasın İran və onun xalqının başı uca olsun!" 
 
Bütün iranlılar, onların dünyadakı dostları üçün  
Dövranın humayununu daim xöşbəxt və 
                                                           səadətmənd et. 
Elə et ki, bundan dünyaya pay düşsün.    
Ey bir olan Allah, bütün bu işləri ehtiyacsız et. 
                                                 
1
 Qulamhüseyn  Mirzə Saleh. Bohran-e demokrasi dər məcles-e 
əvvəl, səh.1 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə