Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

 
 
187
getmişdir. Orada  fransız və ingilis dillərini müəyyən 
qədər öyrənən Daniş İstanbuldan Qafqaza gələrək Tif-
lisdə konsulun diqqətini çəkmiş və  nəhayət, İran kon-
sulluğunda tərcüməçi sifəti ilə  işə  qəbul olunmuşdur. 
Hicri-qəməri tarixi ilə 1296-cı ildə  ərəb  əlifbasının 
çətinliklərindən və onun dəyişdirilməsinin vacib olma-
sından bəhs edən "Risale-ye rüşdiyyə" adlı kitab 
yazaraq çap etdirmişdir. Həmin kitab ona elə bir şöhrət 
və ad-san qazandırdı ki, sonda Peterburqda İranın 
səlahiyyətli nümayəndəsi təyin olundu.  
Miladi tarixi ilə 1899-cu ildə müharibənin qarşısı-
nın alınması  məqsədi ilə Haaqada dünya ölkələrinin 
nümayəndələrindən ibarət bir konfrans keçirildi. Hə-
min konfransda bağlanan sülh müqaviləsi sülhsevərlər 
tərəfindən yüksək qiymətləndirildi. Onlar elə guman 
edirdilər ki, bu addımla ümumi sülhə nail olunacaq. 
Ürfəüddövlə bu konfransa İran dövləti tərəfindən 
nümayəndə seçildi və o, "Sülh məsnəvis"i adlı bir şeir 
yazaraq onu bütün ölkələrin prezidentlərinə  və  rəh-
bərlərinə göndərdi.         
Konfrans ümumi sülhü qoruya bilməsə də, bəşəriy-
yət üçün faydalı  və  əhəmiyyətli bir addım atılmışdı. 
Ümumiyyətlə, yalnız sülh məqsədi ilə böyük və kiçik 
dövlətlərin nümayəndələrindən ibarət bir konfransın 
təşkil edilməsinin özü mühüm hadisə idi. Buna görə də 
Asiyanın kiçik bir dövlətinin nümayəndəsi olan Ür-
fəüddövlənin "Sülh məsnəvisi" yazması  və  əsərin  şai-
rin özü tərəfindən təbliğ edilməsi onun diqqət çəkmə-
sinə səbəb oldu və o, bir neçə dilə tərcümə olundu. 
Belçika Sülh Cəmiyyəti Ürfəuddövlənin beş büstü-
nü hazırlayıb, Lion Universitetinə, Belçika Sülh Cə-
miyyətinə, Ürfəuddövlənin özünün Tehranda təsis et-
diyi "Daniş" məktəbinə, Monako Universitetinin Qale-


 
 
188
reyasına, Monakodakı şahzadə Albert Beynəlxalq Sülh 
Cəmiyyətinə göndərdi. Belçikanın Lion Universiteti 
ona  Şərq  ədəbiyyatı sahəsində doktor, Paris Sülh Cə-
miyyəti isə "Prins sülh" adını verdi. Xülasə, qısa za-
man ərzində bizim mütərcimimiz bir əsər çap etdirmək 
sayəsində çox münasib mövqe, geniş populyarlıq, belə 
demək mümkünsə, dünya şöhrəti qazandı. Sülhsevərlər 
istəyirdilər ki, bu sahədə bir nəfəri məşhurlaşdırsınlar, 
o da bu insanın bəxtinə düşdü. 
Prins Ürfə "Sülh məsnəvisi"ndən  əlavə, farsca, 
türkcə, fransızca ondan artıq mənzum və mənsur risalə 
çap etdirib. O risalələr müfəssəl  şəkildə bizim tərtib 
etdiyimiz "Ürfənamə"də dərc olunub".
1
  
Öz  şeir divanında təkrar-təkrar Ürfəuddövləni 
mədh edən şəxslərdən biri də Mirzə Əli Ləli olmuşdur. 
Aşağıdakı qitə Mirzə Rzaxan səfirliyə göndəriləndə 
yazılmışdır: 
 
Ey Ürfəuddövlə, dövlət səndən razıdır, 
Sən həm prins rütbəsindəsən, həm də əşrəfsən. 
İndi ki, sən səfir və sərdar oldun  
Sənin vəsfində qələm qılınca dönüb. 
 
Məşhur Azərbaycan  şairi Mirzə  Əli Ləli hicri-
qəməri tarixi ilə 1252-ci ildə İrəvan şəhərində dünyaya 
göz açmış, 20 yaşında atası Hacı Ağa Mirzə ilə Təbrizə 
getmişdi. Alimin bacısı oğlu, mərhum Hüseynağa Nax-
çıvani Təbriz  Ədəbiyyat  İnstitutunun hicri-qəməri ta-
rixi ilə 1335-ci ilin baharında çap etdiyi jurnalda dayısı 
haqqında yazır: "Mirzə  Əli Ləli XIII əsrin ikinci 
yarısında və XIV əsrin əvvəllərində məşhur hikmət və 
                                                 
1
 
Doktor Mehdi Müctəhidi. Recal-e Azərbaycan dər  əsr-e 
məşrutiyyət, səh.12 


 
 
189
ədəbiyyat bilicilərindən biri idi. Bu böyük alim həm də 
şeirdə fövqəladə istedada malik idi. Onun şeirləri sadə 
və aydın, dolaşıq fikirlərdən uzaq, eyni zamanda dil və 
üslub baxımından mükəmməl poeziya nümunələridir. 
Şair Xoydan İrəvana gəlmiş Hacı Həsən adlı bir şəxsə 
müraciətlə yazdığı  satirasında deyir: 
 
Görün, Hacı Həsən ağa nə qədər canə gəlib, 
Dayanmayıb bu qışı Xoydan İrəvanə gəlib. 
Bu vəxtidə onu qoymadılar çıxa evdən 
Görəsən, onlara nə üzr və bəhanə gəlib? 
Bəli, əgər İrəvan gərmsir olsaydı, 
Demək olurdu qışı şahsun Muğanə gəlib. 
Və ya olaydı bu yerdə bir övliya qəbri, 
Bərayi nəzir deyərdim bu astanə gəlib. 
Bu yer həmin İrəvandı ki, qışda daş çatlar 
Həmişə bu qış əlindən öz əhli canə gəlib.  
Yayı-yazı buraxıb qışda çıxmayan səfərə 
De, bir görüm sənə, ey bəndeyi-xuda, nə gəlib? 
 
Mərhum doktor Əbdülhadi Hairi Məhəmməd Nə-
dim İrəvaninin özünü və əsərini oxuculara təqdim edib. 
Onun yazdıqları barədə  qısaca danışacağıq. Doktor 
Hairi yazır: "Məhəmməd Nədim Barforuşinin (Hicri-
qəməri tarixi ilə 1241-ci ildə (miladi tarixi ilə 1825-ci 
ildə) vəfat etmişdir) Qərb tərəfindən istismarın geniş-
lənməsi müqabilində  və  İranda qarışıqlıq düşdüyü bir 
vaxtda idarəçilik, maliyyə  və  hərbi sahədə islahatların 
aparılması  təklifi ilə yazdığı  əsərlərin bəzisi təsir 
altında yazılsa da, lakin çox tutumlu, səlisdir.  O, Fətəli 
şahın sarayında kitabxanaçı, şahın qiraətçisi və nədimi 
olmuşdur. Onun atası  Məhəmməd Kazım  İrəvani Bar-
foruşi Ağa Məhəmməd xan Qacarın sarayında "xansa-
lar" kimi tanınırdı. Fətəli şahın nədimindən qalan yega-


 
 
190
nə kitab "Məfrəhül-qülub"dur. Onu İranda tapa bilmə-
dik. O, kitabın yeganə  əlyazma nüsxəsi Britaniya mu-
zeyinin kitabxanasında qalıb... "Məfrəhül qülub"ün beş 
fəsli  əxlaq haqqındadır. Kitabın "Xatimə" adlanan 
bölməsi də beş məqalədən ibarətdir.
1
 
Bu bölgənin müasir İran tarixində adı keçən  əsas 
şəxslərindən biri də Münşizadədir. Müvərrixüldövlə 
Sepehr onun haqqında yazır: "Mirzə  Kərim xan 
Monşavofun oğlu Mirzə  İbrahim Münşizadə  İrəvanın 
tanınmış  və  əsilzadə  nəslindəndir. 1126-cı ildə  şah 
sultan Hüseyn Səfəvi tərəfindən XIV Luinin sarayına 
səfir göndərilən Məhəmməd Rza bəy də  həmin nəslin 
başçılarından idi. 
Münşizadənin atası  Kərim xan hicri-qəməri tarixi 
ilə 1307-ci ilin əvvəllərində  Nəsrəddin  şah Avropaya 
sonuncu dəfə səfər edərkən ondan İrana köçməyə icazə 
istəyir. O vaxt 11 yaşı olan oğlu İbrahimlə birgə hicri-
qəməri tarixi ilə 1307-ci ilin cəmadiülaxir ayında 
Tehrana gəlib çıxır.    
Kərim xan kazak kazarmasında ruslar əleyhinə 
qrup yaradır və bundan qorxan Kaskov Qacar qəsrin-
dəki qonaq evində ona işgəncə verir. Münşizadə ata-
sından sonra kazak kazarmasına daxil olur və bütün 
ömrü boyu burada ruslar əleyhinə iş aparır. Nəhayət, o 
da məşhur Lyaxovun qəzəbinə  gəlir və hicri-qəməri 
tarixi ilə 1325-ci ilin səfər ayında dostu, briqada 
generalı Əsədullah Əbulfətzadə (Əbülfətzadənin tərcü-
meyi-halı ilə tanış olmaq üçün "Varlıq" jurnalına bax. 
Hicri-qəməri tarixi ilə 1372-ci ilin payız nömrəsi) ilə 
birgə kazak kazarmasından çıxıraq Məşrutə mücahid-
lərinə qoşulur. Məşrutə yaranandan sonra Münşizadə 
                                                 
1
 Nəxostin ruyarui-ye əndişegəran-e İran ba doruye-ye təməddon-
e burjuazi-ye Qərb, səh.443 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə