Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   48   49   50   51   52   53   54   55   56

 
 
199
Hər yaz geniş çölləri başdan-başa,  
Yağış sularından olar tamaşa.  
Qış gələndə dagları sonsuz qardan, 
Gümüş kimi bərq vurarlar uzaqdan. 
Bu yerlərin misilsiz ab-havası, 
İnsanın başından alar həvəsı. 
Saray baxçaların sonsuz səfası, 
Oğrunu sənətdən eylər, qısası. 
Məhlələri vüsal kuyun andırar, 
Pərişan qəlblərin şamın yandırar. 
Qədim şəhrin  möhtəşəm hər küçəsi, 
Cənnət bağının, san, bir nişanəsi. 
Ürəkləri ovlayan bir şəhər bu, 
Sinələri oxşayan bir məkan bu. 
Yarandığı gündən bu günə kimi,     
Görməmiş siması xəzan nəsimi. 
Qırxbulağın zülal çeşməsi axar
Abi-kövsər kimi hər yerdən keçər.  
Kimsə suyundan bir qurtum gər dadar,     
Meyin tamın həmən o an unudar. 
Ağaclardan ucadır sarayları, 
Günəş işığına oxuyar meydan. 
Ağac budaqları bir tavus kimi, 
Başında oluşan bir çətir kimi. 
Hər tağının günəşli işləməsi, 
Üfüqdə günəşin bir nişanəsi.  
Hər kimi tutsa İrəm paxıllığı, 
Xatirindən pozular rahatlıgı. 
Suyu şuxluqdan, elə bil, gülər, 
Can evindən qəmi, kədəri silər. 
Cənnət məkanıdır ab-havası, 
Ruha qida verər zövqü səfası. 
Əbədi həyat ağacıdır, sanki, 


 
 
200
Qocalığında da bar verər çünki. 
Eyş və işrət saçan bu saraylarda, 
Naxoşluq ürəkdə heç olmaz peyda. 
Gər son zamanlar düşmüş fitnə-bəla
Qiymətli nüfuzu olmuş mübtəla. 
Əmniyyətini Xuda var eyləsin, 
Qönçə dodağın gülümsər eyləsin. 
Bazarı, xanı və karvansarası, 
Gül üzlü gözəllər onun səfası. 
Əhli dünyagörmüş bu uca yerin, 
Cümləsi yaranışıdır göylərin. 
Buralarda tədbirlidir hər bir kəs, 
Öz qismətini arar, yazar hər kəs. 
Camaat ölkəsi tək xoşsifətdir
Əhali elmə qarşı xoşxilqətdir. 
Yaranışının gözəllik mizagı, 
 Xatırladır Səfaxan çarbazarı. 
Dükanı, pasajı xatir oxşayan, 
Gözəl hücrələri əcəb xoşməkan. 
Hind Turan malları ilə dopdolu, 
Rum və İran mallarının çox bolu.   
Burda hər cür ucuz mallar satılar 
Alış-satış hər zaman rəvac olar. 
Meydanının kənarları hüdudsuz, 
Səfasıdır necə hədsiz-hüdudsuz. 
Xan məscidinin bakirə fəzası, 
Cənnət bağı parçasının səfası. 
Yerdəki daşları dür kimi parlar, 
Hər baxan baxışa bir ruh bağışlar. 
İşlənmiş beytinin həqqi hörməti, 
Riqqətə gətirər, inan, abidi. 
Əgər kimsə burda edə ibadət, 
Tərk etməz buranı bir daha, əlbət.  


 
 
201
Göz sataşsa mehrab tağına əgər, 
Onu görməkdən, inan ki, məst edər.  
Üfüqün hər bir tərəfindən, sanki, 
O tağa məhəbbətlər yağar, bil ki. 
Qaşının çatmasının işarəti, 
Nakam ürəyə şəfadır xilqəti. 
Aliliyindən hər bir güşəsinə, 
Ay, Günəş nur qondurar şüşəsinə.  
Qübbəsinin firuzədəndir rəngi, 
Boynundakı daş-qaş kimidir, sanki. 
Minarəsi-boyu uca ümidlər, 
Bu çal kişinin əsasına bənzər. 
Gül dəstələrinin lətafətindən, 
Açarlar yepyeni güllər ətrindən. 
İman əhlinə qapısı açılar, 
Bura girən təklənmiş mələk olar. 
Bir kimsə görməmiş onun bəlasın,  
Rəhmətlər olsun qoyana binasın. 
Xəyal aşa bilməz özəl bürcləri
İnsan tuta bilməz burda heyrəti. 
Qalası dünyadan tamam ayrıdır, 
Belə bürclü hasar harada vardır? 
Tikilişidir dünyada əvəzsiz, 
Bərklikdə zərbülməsəl oldu, şəksiz. 
Uca imarətləri zər-zinətli, 
Qəsrinin mənzərələri ləzzətli. 
Zəngi çayının vadisi, xüsusən,  
Xavərnak qəsridir sanki, deyəsən.  
Çayının səfası ilə qəsrləri, 
Əlçatmazlıq təsdiqidir rəmzləri.  
Zəngi çay deyil, cənnət bulağıdır, 
Aynası gözəlliklər soragıdır. 
Adı dillərdə onun dastan oldu


 
 
202
Bu səbəbdən də adı Zəngi oldu. 
Mənbəsindən ta ki, uzaq çöllərə, 
Suyunun qətrəsi getməz hədərə. 
Onun saf suyu dür kimi parıldar, 
Nisan qətrəsi tək od tutar yanar. 
Suyu içindəki saysız balıqlar, 
Dalğalardan  parça-parça tək olar. 
Üzündəki saysız ördək və qazlar, 
Ovçu və şahinlərdən kənar üzər. 
Burada ab-hava ənbər kimidir, 
Körpünün dörd yanı cənnət kimidir.  
Zəngi ətrafının yaşıl fəzası, 
Sanki, Avropanın olan nəşəsi. 
Göz oxşadıqca gülür yer elə bil, 
Harda var belə gözəllik, onu bil. 
Çəməndə xoş güllər, səbzələr içi, 
Yelpazə çəkər hər an Səba yeli. 
İnsanı şövqü-həvəsə hökm edər, 
Ruhu və canı  əyləncəyə çəkər. 
Agil bilə bilməz harda otursun, 
Güllərdən hansının ətrini alsın. 
İşrət səfa məclisi dolub daşar, 
Zövq, əyləncə və gülüş başdan aşar.  
Hər kim burda baharda getsə bağa, 
Xəzanında yüz yaz açar uçmaga. 
Qala ətrafında söyüdlük bağı, 
Ərən bağçasının eşsiz misalı. 
Yaşıllıqlarının hər bir parçası, 
Arxlarladır aşiq-məşuq misalı. 
Sərvin, ağcaqayının rişəsindən, 
Ab-kövsər su axar çeşməsindən. 
Zülal suyu yaşıllıqları bəzər, 
Göy çəmənləri, sanki, fərşə bənzər. 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə