Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

 
 
151
prezidenti cənab Vilsonun "hər millətin öz müqəddəra-
tını həll etmək hüququ vardır"  fikrinə əsaslanacağıq.  
Naxçıvanın müsəlman vəkilləri: Cəfərqulu xan, 
Bəhram xan, Mehdiqulu xan, Mirzə  Həsrullah,  şeyx 
Cabbar”. 
Naxçıvan  əhalisi bu teleqrafdan əlavə, Xoy cama-
atına da yardım xahişi ilə müraciət etmişdi. Xoy əhalisi 
də öz növbəsində kömək üçün hər an hazır olduğunu 
bildirmişdi. Mükərrəmül Mülkün bu barədəki 
məktubunda deyilir: “Sizin bəndəniz Xoy əhalisinin 
hazırlığı barədə xəbər tutan kimi onların qarşısını aldı. 
Xoylulara açıq şəkildə yazdım ki, onların atdığı addım 
dövlət əleyhinədir. Əgər sizlər hər hansı bir tədbirə əl 
atsanız, dövlət qarşısında məsuliyyət daşıyacaqsınız.  
Naxçıvan  əhalisinə  də teleqrafla bildirdim ki, onlara 
rəsmi cavab verilənə  qədər sakit oturub, gözləsinlər. 
İndi tədbir görmək üçün tezliklə qərar qəbul etməyinizi 
xahiş edirik. Rəbiüləvvəl ayının 11-i. 9926 nömrəli 
məktub. Mükərrəmül Mülk. Azərbaycan əyaləti". 
Naxçıvan camaatına qarşı erməni silahlı qüvvələri-
nin təcavüzləri ilə bağlı Nazirlər Kabinetinin dəftərxa-
nasından Təbrizdəki vəliəhd aparatının  əməkdaşlarına 
müraciətlə bir məktub göndərilib. Həmin məktubda de-
yilir:  “Qüdrətli sərhədçilərdən sayılan Maku sərdarı 
İqbalüs-səltənədən və başqa xanlardan öz könüllü dəs-
tələrindən istifadə etməklə erməni təcavüzkarlarının 
qarşısını almağı  və ermənilərdən Naxçıvan camaatına 
qarşı təcavüzdən əl çəkməyi tələb etməliyik. Əks halda, 
İran daxilində xalq ermənilərlə pis rəftar edəcək və 
intiqama  əl atacaq. Bu barədə erməni rəhbərləri ilə 
müzakirələr aparmaq üçün Təbrizdən də bir nüma-
yəndə heyəti göndərmək lazımdır...”. 


 
 
152
Həmin məktubun bütöv mətni belədir:  "Əzəmətli, 
şan-şöhrətli  əlahəzrət vəliəhdin kargüzarlarının mü-
barək hüzuruna!  
Əvvəlki teleqraflara və müqəddəs  əlahəzrətin son 
teleqrafına  cavab olaraq bildiririk: Əvvəla, sərdar İq-
balüs-səltənəyə, digər rəhbərlərə, xanalra əmr verilsin 
ki, tezliklə öz qüvvələrini səfərbər edib, hər hansı si-
lahlı qüvvənin  İran torpağına girməsinin qarşısını 
dərhal alsınlar.  
İkincisi, bu fərmanda göstərildiyi kimi, Təbriz və 
Tehranda möhtərəm  şəxslərdən ibarət bir heyət yara-
dılaraq xüsusi təlimatla təlimatlandırılıb döyüş  və hü-
cum bölgələrinə göndərilsinlər. Onlar erməni silahlıla-
rının böyükləri və komandanları ilə görüşüb əlahəzrə-
tin və İran dövlətinin adından onlarla danışıq aparsın-
lar. Desinlər ki, İran torpaqlarında sizin çoxsaylı həm-
məzhəbləriniz məskunlaşıb və uzun illər asayiş içində 
yaşayıblar. Əgər onlar müsəlmanlara qarşı təcavüzkar  
hərəkətlərinə son qoymasalar, xüsusilə də İran təbəələ-
rinin malına və canına ziyan toxundursalar və bu 
barədə  xəbərlər  İran dövlətində yayılsa, onda dövlət 
rəhbərliyi  İranın erməni sakinlərinin təhlükəsizliyi ilə 
bağlı heç bir hadisənin məsuliyyətini üzərinə götürmə-
yəcək.  Biz dövlət olaraq sizin həmməzhəblərinizə qarşı 
müsəlmanların düşmənçilik hisslərinin qarşısını alma-
ğa qadir olmayacağıq. Bundan əlavə, İran dövləti Nax-
çıvanda öz təbəələrini mühafizə və himayə etməyə məc-
bur olacaq. Buna görə  də, intiqam hissini bir kənara 
qoyub sülhlə rəftar etmək və müsəlmanlarda canlarına, 
mallarına və öz gələcəklərinə inam yaratmaq lazımdır.  
Bütün bunlarla bərabər, qorxu və dəhşətdən qaçqı-
na çevrilərək  İran torpağına pənah gətirmiş  şəxslərlə 
imkan daxilində mehribanlıqla rəftar edilməlidir. Yerli 


 
 
153
əhalini onları yaxşı qəbul etməyə təşviq etmək lazımdır 
ki, onlar özlərinə qarşı soyuqluq hiss etməsinlər". 
Naxçıvan camaatının vəliəhdə göndərdiyi və nəticə 
görmədiyi teleqraflardan üç ay keçəndən sonra Naxçı-
van, Ordubad, Şərur camaatı  tərəfindən baş nazir Vu-
suqəddövləyə aşağıdakı məzmunda məktub göndərilir.  
Bu zaman İran dövləti gizlində ingilislərlə müqa-
vilə bağlamışdı. 1919-cu ildə bağlanan bu müqavilə ilə 
İran olan-olmaz müstəqilliyini də itirmişdi. Naxçıvan 
camaatı isə bundan xəbərsiz idi. Onların baş nazirə ün-
vanladığı məktubda deyilirdi: "Əzəmətli və şövkətli baş 
nazirin yüksək məqamına!  
Üç ay əvvəl təkrar-təkrar müqəddəs  əlahəzrətin 
mübarək hüzuruna və ali məqamına  İrana birləşmək 
barədə öz çoxdankı arzumuzu ərz etmişdik. Bildirmiş-
dik ki, Naxçıvan və  Ordubad vilayətlərinin əhalisi  rus 
imperiyasının istibdadı və qəsbkəranə istilasından son-
ra bütün vətənpərvərlik hissləri ilə ümid gözlərini Kəbə 
timsallı ali İran dövlətinə dikib. Onlar gözləyirdilər ki, 
millətlərin azadlığının bütün dünyada sülhün əsası ki-
mi qəbul olunduğu, imperializm hərisliyinin  ədalətə 
məğlub olduğu indiki zamanda yenidən ali dövlət bu 
ayrı düşmüş xalqı öz idarəçiliyi altına alaraq, üç yüz 
minlik İran müsəlmanlarının həyatını təmin edəcəkdir. 
Təəssüf ki, əhalinin bu barədə xahişi dövlət başçıları 
tərəfindən qulaqardına vurulmuş, nəticədə  İrəvandakı 
müvəqqəti erməni hökuməti bu gün bəyan etdiyi kimi 
istilaçılıq fikrinə düşmüşdür. Onlar istəyirlər ki, bütün 
ədalət və azadlıq ölçülərinin  əksinə olaraq Naxçıvanı 
işğal edib, İrəvan müsəlmanlarının başlarına gətirdik-
ləri qanlı olayları bizim də başımıza gətirsinlər. Canı-
mızı, malımızı qətl-qarət etsinlər.  


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə