121
larını, əsas şəxsləri, hərəkətverici insanları, barışmaz
qüvvələri həbs və sürgün edir, onları aradan götürmək
üçün silaha əl atırdı. Sonradan məlum oldu ki, hərəkat
liderləri gizli iclas keçirərək ümumi tətil elan etmək,
hakimiyyət nümayəndələrinə qarşı terrordan istifadə
etmək və dövlət aparatını iflic etmək barədə qərar
qəbul ediblər. Moskva şəhərinin komendantı, Bakının
valisi, Gəncə Jandarm İdarəsinin rəisi, Batumun üç
şəhər rəhbəri iki-üç gün müddətində qətlə yetirildi.
Əksər dövlət idarələrində: dəmiryol, poçt, teleqraf və s.
məmurlar sabotaja əl atdılar. Zavodlar tətil edir, fəhlə-
lər işə çıxmırdı, qarma-qarışıqlıq və qeyri-stabillik
bütün ölkəni bürümüşdü. Hətta çarın öz iqamətgahını
tərk edərək ailəsi ilə haradasa sığınacaq tapması barədə
şayiələr dolaşırdı...
Batumda və Rusiyanın bir çox digər şəhərlərində
son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Bu zaman
dövlət rəhbərliyi min bir hiyləyə əl atsa da, xalqın tə-
ləblərini qəbul etməkdən başqa çarəsi yox idi. Beləlik-
lə, 1905-ci ilin oktyabr ayında çar xalqa azadlıq verilə-
cəyi haqda manifest elan etdi. Manifestdə xalqa hər cür
azadlıq, o cümlədən azad seçkilər, Duma təşkili və s.
vəd edilirdi.
Bu mürəkkəb və gərgin illərdə Qafqaz xalqlarının
milli oyanışı Rusiya sarayında ciddi narahatlıq
doğurmuşdu. Rusiyanın hakim dairələri bu oyanışın
mərkəzi hakimiyyətə qarşı yönələcəyindən qorxaraq
milli münaqişələrə əl atdılar. Jan Mari Karzu yazır:
"1905-ci ildə Bakıda ermənilərlə azərbaycanlılar ara-
sında qanlı çarpışmalar oldu. Bu çarpışmaların kökünü
Rusiya imperiyası üçün təhlükəli ola biləcək milli
oyanışda axtarmalıyıq. Rusiyanın hakim dairələri
Qafqazın oyanışında güclü millətçilik tendensiyasının
122
olduğunu iddia edirdilər. Bu tendensiya böyük Rusiya
imperiyasının planlarının ziyanına idi. Ona görə də çar
hökuməti bu oyanışı hansı vasitə ilə olursa-olsun
beşiyində boğmağa çalışırdı. 1894-cü ildə hakimiyyətə
yiyələnmiş Rusiyanın sonuncu çarı II Nikolay Roma-
novlar sülaləsinin ömrünü uzatmaq üçün bütün hiylələ-
rə əl atırdı. Rusiyada yaşayan xalqların arasında qırğın
salmaq da bu fəndlərdən biri idi. Çarizmin fikrincə,
daxili müharibələrə meydan verməklə, xalqları bir-
birinə qarşı qoymaqla öz zəifliyini gizlədə və
hakimiyyətdə qala bilər.
Oktyabr inqilabının rəhbəri Lenin doğru olaraq
Rusiyanı xalqlar həbsxanası adlandırmışdı. Üzeyir
Hacıbəyov da belə bir əqidədə idi: "Rusiya məmləkə-
tində bərabərlikdən əsər-əlamət yoxdur. Hamı bir göz-
də görünmür. Birinə ehtiramla yanaşılır, digərinə mə-
həl qoyulmur. Biri qul olur, digəri saray sahibi. Belə
bir şəraitdə biz müsəlmanların vəziyyəti hamınkından
dəhşətlidir".
Çar Rusiyasında milli məsələ həlldedilməz bir
problemə, xroniki bir xəstəliyə çevrilmişdi. İmperiya-
nın xalqlara eyni gözlə baxmaması, birinə qayğı ilə
yanaşması, digərinə təhqiramiz münasibət bəsləməsi
ölkədə hərc-mərcliyə, xaosa gətirb çıxarmışdı. Bununla
bərabər, çar hökuməti xalqların mərkəzi hakimiyyət
əleyhinə birgə mübarizəsinin qarşısını almaq üçün
onları bir-birindən təcrid edir, açıq və gizli şəkildə bir-
birlərinə qarşı qoyur, yalançı təbliğatlarla onlarda bir-
biri haqqında səhv təsəvvürlər yaratmağa çalışırdı.
Məsələn, onlardan biri tənbəl, digəri xürafatçı, başqa
birisi xəsis kimi təqdim edilirdi. Hətta xalqların bir-
birini təhqir etməsi üçün onların xəsisliyi, satqınlığı
haqqında müxtəlif yalan əhvalatlar düzəldib yayırdı.
123
Çarizmin bu təfriqəçilik və səhv təsəvvürləri yaymaq-
da yalnız bir məqsədi var idi - o da özünün qanlı haki-
miyyətini əbədiləşdirmək. Belə məşum hadisələrdən
biri Arazın o tayında ermənilərlə müsəlmanlar ara-
sındakı dava oldu.
"Molla Həsrəddin" jurnalının birinci sayında bir
karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə
düşmən olan müsəlmana və erməniyə silahı bir çar
kazakı verir və bunun müqabilində onların hər ikisinin
cibini boşaldır.
Bakı şəhər idarələrinin 1905-ci il qətliamının baş-
laması barədə təhqiqatların və bu münaqişədə rusların
oynadığı rola aid (dövlət və ordu idarələrinə aid)
sənədlərin üzərindən müəmma pərdəsini götürəndə
məlum olur ki, nifaq və xəyanət toxumunu ruslar ək-
mişlər. Onlar ermənilər və türklər arasında şayiə yayır-
dılar ki, qarşı tərəf hücum məqsədilə silahlanır və əlavə
edirdilər ki, polis heç bir halda intiqam əməliyyatlarına
müdaxilə etməyəcək. Xülasə, barışıq və asayişi bərqə-
rar etməli olan polis (bəzən hadisələrə müdaxilə etmə-
dən) bir şəxsin həbsi və ya düşmən tərəflər arasında
dava zamanı qəsdən yubanmaqla öz niyyətini həyata
keçirirdi.
1
Qafqazın ayrı-ayrı xalqları arasında təfriqə və
düşmənçilik siyasəti yürütmək əvvəldən, bir qədər də
dəqiq desək, Qafqazın ruslar tərəfindən işğalınadək da-
vam edirdi. "Mərkəzi Asiyada və Qafqazda dəyişiklik-
lərin mahiyyəti" kitabının müəllifləri bu barədə ya-
zırlar: "Rusların azərilərə qarşı diskriminasiya siyasəti
və onların açıq-aşkar erməniləri himayə etmələri
1
Bax: R. Rəisniya. Üzeyir və inqilab, səh. 50
124
ermənilərlə azərbaycanlılar arasında ictimai və iqtisadi
ziddiyyətlərin dərinləşməsinə səbəb oldu.
1872-ci ildə azərbaycanlıların 5 faizi neft çıxarmaq
hüququ qazandığı halda, ermənilərin səhmi azərbay-
canlılarınkından 10 dəfə çox idi. 167 neft müəssisə-
sindən cəmi 49 kiçik sex azərilərə məxsus idi. 1900-cü
ildən sonra 115 neft müəssisəsindən 49 kiçik sex
azərbaycanlıların əlində olduğu halda, erməni ailələri
55 orta və böyük istehsal gücünə malik sexə
yiyələnmişdi. 1900-cü ildən sonra Bakı quberniyasın-
dakı 115 sənaye müəssisəsinin 29 faizi ermənilərin,
yalnız 18 faizi azərilərin əlində idi. Azərilər rəqabətdən
tamamilə kənarda idilər. Baxmayaraq ki, məhsuldar
qüvvə baxımından azərilər qat-qat çox idilər. Bakı
fəhlələrinin 17,5 faizi erməni, 70 faizi isə azərbaycanlı-
lardan və başqa millətlərin nümayəndələrindən ibarət
idi. Erməni əhalisinin 4,83 faizi böyük iş icraçısı və
digər vəzifələrdə çalışırdı. Həmin dövrdə ermənilərin
39 faizi şəhərlərdə, 61 faizi isə kəndlərdə yaşayırdı.
Azərbaycanlılarla ermənilər arasında mədəni və
dini ixtilaflardan əlavə, konflikt yarada biləcək bir sıra
digər səbəblər də var idi. Məsələn, inkişaf etməkdə
olan Azərbaycan kapitalizmi erməniləri özü üçün
maneə hesab edirdi. Üstəlik, azərbaycanlı fəhlələr də
erməni iş icraçılarına qarşı birləşməyə məcbur olmuş-
dular".
1
Müştərək məzhəbin, adət-ənənənin, dini etiqadın
mühüm amil sayıldığı bu dövrdə ermənilərlə ruslar ara-
sında əlaqələrin sıxlaşması cənub istiqamətində sərhəd-
lərini genişləndirmək arzusunda olan çar Rusiyasının
isti sulara çatmaq ehtirasını daha da artırır və bu
1
Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh. 69
Dostları ilə paylaş: |