Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          53 

 

ə



məkdaşları  ətraf  mühit  üzrə  (ildə  dörd  dəfə)    və  sosial  missiyalarda  (ildə  iki  dəfə) 

iştirak  etmişdi.  BMK  həmçinin  kreditorlar  qrupu  adından  fəaliyyət  göstərən 

layihələndirmə üzrə müşavirlərlə BP şirkətinə regiondakı fəaliyyəti ilə bağlı məsləhət 

göstərən  Xəzər  nkişaf  Müşavirə  Şurası ilə  müntəzəm  olaraq  əlaqə  saxlayır.  Birinci 

istiqamət üzrə müzakirə edildiyi kimi Neft Fondu, büdcə sistemləri, OMXP və D P 

diqqət  mərkəzində  olmaqla,  B A  Azərbaycanda  gəlirlərin  izlənilməsi  və  istifadə 

edilməsi sahəsində şəffaflığın təmin edilməsi üçün lazımi qurumların yaradılmasında 

mühüm  rol  oynayıb.  Həmin  institusional  islahatlar  beynəlxalq  neft  şirkətləri  və 

banklar, layihə üçün daha uzun müddətli və iri maliyyənin ayrılmasına şərait yaradan 

idarəetmə çərçivəsinin yaradılmasında xüsusi rol oynayıb.  

2004-cü  ilin  fevral  ayında  AY B  3,6  milyard  ABŞ  dolları  həcmində  olan  BTC 

boru-xəttinin inşasına 125 milyon ABŞ dolları məbləğində maliyyə yardımı etmişdir. 

BTC  Xəzər  neftinin  Avropa  bazarlarına  ixracı  sahəsində  nəzərdə  tutulan  ən  böyük 

boru-xəttidir. Bu boru-xətti Xəzər dənizinə çıxaraq Gürcüstan üzərindən Türkiyənin 

Aralıq dənizi sahilinə qədər 1760 km. uzunluğunda olacaqdır. 2005-ci ilin əvvəlində 

başa  çatdırılması  nəzərdə  tutulan  bu  boru-xətti  gündəlik  1  milyon  barel  xam  neft 

ötürmək gücünə sahibdir. Qafqaz regionu üzərindən keçən bu yeni enerji dəhlizi BP-

nin  başçılığı  altında  11  ölkə  və  beynəlxalq  neft  şirkətlərinin  birgə  konsorsiumu  ilə 

fəaliyyət göstərməkdədir. 

 AY B  həmçinin  Şahdəniz  layihəsinin  uğurla  başa  çatması  məqsədilə 

hökumətimizə 300  milyon dollar məbləğində yardım göstərməkdədir. 

AY B  bu  sahədə    Azərbaycan  beynəlxalq  neft  konsorsiumunun  5  üzvünə  100 

milyon  ABŞ  dolları  məbləğində  və  Qarasu  nkişaf  şirkəti/Kür  Vadisi  Holding 

ş

irkətilə  əlaqədə  olan  Mişovdağ-Kələmətdin  PSA  üçün  45  milyon  ABŞ  dolları 



həcmində maliyyə dəstəyi etmişdir. Bank həmçinin ACG-nin inkişafı və Bakı-Tbilisi-

Ceyhan  neft-boru  kəmərinin  inşası  sahəsində  də  maliyyə  dəstəyi  etmişdir.  2004-cü 

ildə bank qaz sektorunda 2 layihənin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür: 

Ş

ahdəniz qazının qazın sıxlaşdırılması sahəsində və qazın Türk bazarına ixracı üçün 



Cənubi Qafqaz boru xəttinin inşası.  


 

                                                                                                                                                                       

                                                                                                                                                          54 

 

1995-ci  ilin  avqust  ayının  22  -  də  Azərbaycanın  iqtisadi  islahat  proqramını  və 



iqtisadi islahatları dəstəkləmək üçün reabilitasiya layihəsi üzrə 65 mln. ABŞ dolları 

məbləğində kredit - “Reabilitasiya Krediti” ayırmaq üçün qərar verilmişdir. 

Reabilitasiya  Kreditinin  məqsədi  Azərbaycanda  struktur  islahatları  və 

Hökumətin  makroiqtisadi  islahatını  inkişaf  etdirmə  fikirlərini  dəstəkləməkdir. 

Struktur  islahatları  özəlləşdirmə,  tam  şəkildə  idarəçilik  və  müəssisələrin  təzədən 

formalaşması,  özəl  sektorun  inkişafı,  rəqabətin  artırıcı  və  antimonopolist  siyasətləri 

və    bank  sektorunun  islahatlarını  əhətə  edir.  Bəhs  edilən  yerlərdəki  dəyişiklikləri 

sosial təhlükəsizlik sistemindəki inkişaflar tamamlayacaqdır. 

Hökumətin  özəlləşdirmə  proqramı  bütün  orta  və  kiçik  həcmli  və  böyük 

müəssisələrin  çoxunun  özəlləşdirilməsini  lazım  bilir.  Azərbaycan  Hökuməti  Dünya 

Bankı  ilə  sıx  bir  əlaqə  içində  olarkən,  1995-1998  illər  üçün  dövlət  özəlləşdirmə 

proqramını  qəbul  etmişdir  və  proqram  çərçivəsində  işlər  başa  çatmışdır.  Təsərrüfat 

sahəsindəki  dövlət  müəssisələrinin  təqribən  üçdə  ikisi  özəlləşdirmənin  birinci 

hissəsində  özəlləşdirilmişdir.  Amma  özəlləşdirilmiş  müəssisələrin  verimliliyini  və 

inkişafını  artırmaq  üçün  dövlət  tərəfindən  onlara  kredit,  alınan  verginin  azaldılması 

və  ya  ixracat  subvasyonları  şəklində  heç  bir  köməklik  edilməməsi  ən  böyük 

səhvlərdən  biridir.  Bu  da  özəlləşdirmənin  əsas  məqsədi  olan  iqtisadiyyatı 

canlandırmanı,  istehsalın  artırılması  və  işsizliyin  azaldılmasına  yönəldilən  

məqsədlərin  həyata keçirilə  bilməməsinə səbəb olmaqdadır. 

Özəlləşdirməyə  əlavə  olaraq  hökumət  dövlət  müəssisələrində  kökdən 

dəyişikliklər  etmək  üçün  geniş  bir  sahəni  əhatə  edən  proqramlar  həyata 

keçirməkdədir. Bu proqram çərçivəsində aşağıdakı işlər görülməkdədir: 

- Dövlət Banklarının kreditvermə qabiliyyətini artırma və zərərlə işləyən dövlət 

müəssisələrinin bu banklardan kredit almalarına son qoymaq; 

-  flas  qaydalarını  həyata  keçirtmək  və  müəssisə  borclarını  ödəmə  qayda-

qanununun yenidən hazırlanmasını sürətləndirmək; 

- Müəssisələrin birlikdə idarə olunmasını inkişaf etdirmək; 



 

                                                                                                                                                                       

                                                                                                                                                          55 

 

Özəl  sektorun  inkişafı  hökumətin  iqtisadi  dəyişikliklər  strategiyasının  ayrılmaz 



bir hissəsidir. Azərbaycanda yeni bank sisteminin qurulması üçün qərar 1992-ci ildə 

hazırlanmışdır.  Daha  sonra  isə  bəzi  çoxsaylı  tələbata  görə  özəl    bankaların  sayları 

sürətlə artmağa başladı. Hal - hazırda Azərbaycanda 50-ə yaxın bank var. Azərbaycan 

hökuməti 1999-cu ildən Mərkəzi  Bankdan başqa qalan bütün bankları özəlləşdirməyi 

planlaşdırır.  

Bazarların rəqabətə açıq olması müəssisələrin islahatı və özəl sektorların inkişafı 

üçün əsas amillərdən biridir. Hökumətin bu sahədə fəaliyyətləri 2 hissəni əhatə edir: 

1.  Rəqabətin  inkişaf  etdirilməsi.  Dövlət  tədarük  müəssisələri  özəlləşdirilmiş, 

kənd  təsərrüfatında  islahatları  sürətləndirdikcə  bu  sektorun  müəssisələri  arasında 

rəqabət mühitinin təşkil edilməsi sahəsində işlər görüləcəkdir. 

2.  nhisarçılığın  inkişafının  qarşısının  alınması.  Antimonopoliya  qanunlarının 

fəaliyyət  məkanı    qazanması  üçün  bəzi  tədbirlər  görüləcəkdir.  Reabilitasiya  Krediti 

iqtisadiyyatın  ehtiyacı  olduğu  idxalatı  maliyyələşdirilməsinə  kömək  məqsədi  ilə 

xarici  valyuta  şəklində  verilmişdir.  Bu  kredit  standart  35  illikdir  və  heç  bir  faizi 

yoxdur. Kredit 1996-ilin dekabr ayına kimi tamami ilə xərclənmişdir. 

 Kənd  Təsərrüfatı  Müəssisələrinin  Özəlləşdirilməsi  Layihəsi.  Dünya  Bankı 

tərəfindən Azərbaycana verilən bir digər kredit isə Kənd Təsərrüfatı müəssisələrinin 

özəlləşdirilməsi layihəsinə görə ayrılan 14,7 mln. ABŞ dolları məbləğində kreditdir. 

Layihəyə  görə  hərəkət  edən  qurum  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyidir. 

Kreditin  geri  qaytarılma  vaxtı    10  illik,  endirim  dövrü  ilə  birlikdə  35  ildir.  Kreditə 

görə hesablanan faiz nisbəti isə 0.75 faizdir. 

                          

 

 



 

 

 



 

 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə