75
mənbələri hesabına maliyyələşdirilməsinə son qoyulmuş, bu sahədə xarici maliyyə
mənbələrinə üstünlük verilmiş və bununla da inflyasiya 1996-cı ildən özünün
hiperinflyasiya səviyyəsindən - 6%-dən də aşağı düşmüş, manatın ABŞ dollarına olan
məzənnəsi sabitləşmiş və real iqtisadi artıma nail olunmuşdur.
BVF ilə Azərbaycan Hökuməti arasında Maddələr Sazişinin IV Maddəsinə
uyğun olaraq indiyədək Azərbaycan hökumətinə iqtisadi proqramların həyata
keçirilməsinin dəstəklənməsinə təqdim edilmiş maliyyə yardımları ilə yanaşı BVF
texniki yardım, institusional və monetar idarəetmə üzrə potensialın artırılması üzrə
Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması,
vergi-gömrük siyasəti və idarə olunması, mərkəzi bankçılıq, bank nəzarəti, pul
siyasəti və statistika sahələrində texniki yardımlar da göstərmişdir. Azərbaycanda
makroiqtisadi təhlillər və siyasət, maliyyə proqramlaşdırılması, fiskal siyasət və
idarəçilik, mərkəzi bank mühasibatlığı və bank nəzarəti sahələrində BVF tərəfindən
təmin edilmiş təlimlərdən bəhrələnmişdir.
3.2. Dünya Bankının Azərbaycanda tətbiq etdiyi inkişaf strategiyası
2003-cü ilin fevral ayında Dünya Bankı tərəfindən Azərbaycan üzrə 2003-
2005-ci illər üçün “Ölkəyə yardım Strategiyası” təsdiq olunmuşdur. Bu strategiya
üzrə nəzərdə tutulan layihələr çərçivəsində artıq 65 milyon ABŞ dolları həcmində
kredit sazişi imzalanmış və təsdiq olunmuşdur. Bundan başqa strategiyada nəzərdə
tutlan layihələrdən biri də “Yoxsulluğun azaldılmasına yardım kreditidir. Bu layihə
Yoxsulluğun azaldılması və qtisadi nkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulan
tədbirləri müəyyənləşdirmək və struktur islahatları davam etdirmək məqsədilə
ayırılır. Kreditin məbləği 60 milyon ABŞ dolları təşkil edir və 3 il ərzində hər il 20
milyon ABŞ dolları olmaqla ayrılacaq.
Dünya Bankı 2003-2005 maliyyə ilindəki fəaliyyətini əsasən yoxsullugun
azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının dəstəklənməsinə yönəltmişdir.
Bankın fəaliyyəti bu proqramın bütün 6 mərhələsini əhatə edir. Bu fəaliyyət 4 strateji
məqsədlə ifadə olunur və əsasən B A-nın investisiyaları hesabına təşkil olunmuşdur.
76
Bankın Azərbaycan Respublikası üçün 4 əsas inkişaf strategiyasi bunlardır:
Neft gəlirlərindən səmərəli istifadə etməklə makroiqtisadi stabillik yaratmaq,
Holland Sindromunun yarada biləcəyi mümkün təhlükədən qorunmaq;
ş yerlərinin yaradılması, qeyri neft sahəsinin inkişafı, biznes mühitinin
təkmilləşdirilməsi, kənd təsərrüfatının stimullaşdırılması;
Xidmət sahələrinin inkişafına nail olmaq, ifrastrukturanın inkişafına yardım
göstərmək;
Neft və qaz potensialının realizə olunmasına yardım.
1) Neft axınının idarə olunması
Bu strategiya Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə
dövlət proqramına əlverişli şərait yaratmaq, xüsusən ilk iki mərhələsinə
dəstəl verməkdir. SAC və BTA adlanan texniki yardım proqramları bu
işdə əsas vəsitələrdir və mühüm istiqamətləri aşağıdakılardır:
a) neft sektorunda şəffaflığa nail olmaq üçün ali audit institutunun
yaradılması və onun fəaliyyətinin təşkili
b) biznes mühitinin yaxşılaşdırılması
c) daha şəffaf büdcə siyasəti
2) ş yerlərinin yaradılması və qeyrı neft sektorunun davamlı
inkiş
afı
Bu strategiya YA DP –nin ikinci mərhələsinə uyğun gəlir. Əsas
məqsədi kiçik və orta sahibkarlığın və fermerlərin inkişafı üçün dövlətə
və investorlara yardım etməkdir. Əsas 4 istiqamət aşağıdakılardır:
a)daha əlverişli ixrac tarifləri müəyyən etməklə ticarət mühitinin
yaxşılaşdırılması
b)Azərbaycanın ÜTT –na qəbulunun sürətləndirilməsi, regional və
Avropa birliyi ölkələrinin bazarına nüfuz
c)Lisenziyalaşdırma və biznes qeydiyyatı proseduralarının, əmək
bazarı siyasətinin, vergi qanunvericiliyinin, ictimai sektorun idarəsinin
təkmilləşdirilməsi
77
d)spesifik sənaye strategiyasını inkişaf etdirməklə təhcizat
mexanizmini yaxşılaşdırmaq və müəssisə daxili əməkdaşlığın güclən-
dirilməsi
Bundan başqa Beynəlxalq nkişaf Assosiyasiyası (B A) qeyri-neft
sektorunun inkişafı üçün bir sıra tədbirlər planı hazırlayıb:
a)bank sektorunda rəqabət mühitinin inkişafı, qeyri-bank maliyyə
sektorunda birgə müəssisələrin yaradılması
b)özəl bankların maliyyələşdirilməsi üçün kredit xəttlərinin
yaradılması
c)biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayelərin ölkəyə
axınının stimullaşdırılması və buna mane olan amillərlə mübarizə
d)Kənd təsərrüfatı məhsulları istehsalına yardım
Maliyyə sektorunun inkişafı
YA DP maliyyə sektorunun inkişafını da nəzərdə tutur, hansı ki
B A və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən dəstək-
lənir. Azərbaycan Respublikası Dünya Bankı qrupuna daxil olan
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq edir. BMK-
nın fəaliyyəti əsasən özəl sektorda cəmləşmişdir və ayırdığı kreditlərin
ümumi dəyəri 136,3 mln. ABŞ dolları təşkil edir. Bundan başqa BMK
Bakı-Tbilisi-Ceyhan
neft
kəmərinin
çəklişini
maliyyələşdirmək
məqsədilə 300 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. BMK
eyni zamanda Mаkromaliyyələşdirmə Bankının 23,75%-lik payla
səhmdarıdır.
Hal-hazırda Azərbaycanın bank sektorunda aparıcı yer Azərbaycan
Beynəlxalq Bankına məxsusdur. O bazarın 60-70%-nə sahibdir. Qalan
kiçik banklar isə çox az paya malikdir. Bakı xaric digər regionlar bank
xidmətləri çox məhduddur. Buna görə də bu proqramın əsas priorиtet
məsələləri bunlardır: