72
müəyyənləşdirdiyi məzənnə üzərindən ən çox (+/-) 5 manat fərqlə alım və ya satım
edə bilməkdədir.
Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Azərbaycan Mərkəzi Bankının
(AMB) valyuta ehtiyatları 2010-cü ildə təxminən altı milyard dollar olmuşdur. Bu
miqdar ölkənin təqribən 5 aylıq mal və xidmət idxalı qədərdir. Valyuta ehtiyatlarının
artışı daha çox AMB-nın valyuta bazarında həyata keçirdiyi alışlardan
qaynaqlanmışdır. Umumiyyətlə Neft Fondu və diğər rezervlər daxil edilərsə ölkənin
valyuta ehtiyatı iyirmi milyard dollara çatmaqdadır.
Valyuta ehtiyatları 2004-cü il sonu etibariylə isə, bir əvvəlki ilə görə 15.82%
artaraq 876.86 milyon dollar oldu. 2004-cü ildə BVF kreditlərinin əsas və faiz
ödəmələri üçün Milli Bank ehtiyatlarından 62.6 milyon dollar xərclənmişdir. Beləcə
nisbi artış 182 milyon dollardan çox olmuşdur. Valyuta ehtiyatlarındakı artış əsas
etibariylə ölkə daxili valyuta baza-ından alışlara istinad etməkdədir. 2004-cü ildə
Milli Bankın valyuta bazarına müdaxiləsi, ölkəyə ölkə xaricindən valyuta axması
səbəbiylə milli valyutada baş verə biləcək devalvasiyanın qarşısı alınmışdır.
Eyni zamanda 2006-cı ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda
denominasiya həyata keçirilmiş, pulun nominal dəyəri 5 000 dəfə azaldılaraq “Yeni
Azərbaycan Manatı” tədavülə çıxarılmış və bu proses 2007-ci ilin yanvar ayının 1-ə
qədər davam etdirilmişdir. Yeni Azərbaycan Manatının həm fiziki göstəriciləri
olaraq, həm də dəyər olaraq Avroya yaxın olması müəyyən mənada ölkədə dollar
hegomonluğuna zərbə vuracaqdır. Çünki ölkədəki pul əməliyyatlarının əhəmiyyətli
bir hissəsi dollar ilə reallaşması, Azərbaycan manatının tədavül bazarını
məhdudlaşdırırdı.
Respublikanın valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq,
dövlətin iqtisadi tələbatı sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun
ödənilməsi
sahəsində
öhdəlikləri
yerinə
yetirmək
məqsədilə
yaradılan
mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. Bu ehtiyyatlar
respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir.
Onların formalaşması qaydası Respublika Prezindenti tərəfindən müəyyən edilir.
73
Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə
ilə yaradılır və ondan istifadə olunması barədə sərəncamı ARMB verir.
Azərbaycanın valyuta ehtiyatlarının kifayət miqdarda olması əhəmiyyətlidir.
2015-ci ilin ilk aylarına ölkənin valyuta ehtiyatları 50 milyard ABŞ dolları
həcmindədir. Ancaq, milli sərvətlərlə sadəcə dövlətin deyil, onun vətəndaşlarının da
mülkiyyəti daxildir. Müasir dünyamızda dövlətin varlığı xəzinədəki pulun
məbləğindən daha çox, onun vətəndaşlarının rifah səviyyəsinin yüksək olması ilə
ölçülür. Bu cəhətdən isə, Azərbaycanda bəzi problemlərin mövcudluğu gözə çarpır.
Xalqın gəlir səviyyəsi aşağı, sosial təbəqələşmə kəskin, ortatəbəqə yox deyiləcək
qədər zəifdir. Bu məsələnin həllində, həm neft fondunda yığılan gəlirlərdən, həm də
xarici kreditlərdən daha yaxşı istifadə edilməsi lazım gəlir.
Azərbaycan Respublikasının milli iqtisadiyyatının getdikcə dünya iqtisadi
sisteminə inteqrasiyasının dərinləşməsi Azərbaycan Mərkəzi Bankının (AMB)
struktur bölmələrinin xarici texniki yardıma olan ehtiyaclarının daha dərindən
öyrənilməsini, vaxtında və keyfiyyətli texniki yardımların əlaqələndirilməsini və
gücləndirilməsini zəruri etmişdir. AMB-nin fəaliyyətinin bütün istiqamətlərində işin
beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas hədəf olması beynəlxalq təcrübənin
öyrənilməsi və əməkdaşlığın genişləndirilməsini, beynəlxalq imicin yüksəldilməsini
daha da aktuallaşdırmış və bu istiqamətdə müvafiq işlər aparılmaqdadır. Bu işlər
AMB-nin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan
islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan
xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə AMB-nin beynəlxalq
arenada layiqincə təmsil edilməsinə zəmin yaratmışdır.
AMB-nin strateji hədəfləri sırasında ölkənin maliyyə-bank sistemini beynəlxalq
standartlara uyğun olaraq inkişaf etdirmək və xarici dövlətlərin maliyyə-bank
sisteminə inteqrasiya əsas istiqamətlərdən biridir. Eyni zamanda AMB-nin
beynəlxalq maliyyə institutları ilə əlaqələrinin intensivləşdirilməsi xüsusilə də BVF
ilə və maliyyə sektorunun inkişafı ilə əlaqədar yeni layihələrin cəlb olunması
74
istiqamətində işin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən birinə
çevrilmişdir.
Cədvəl 1.3.1
BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramlar:
1
Mexanizmlərin
adı
Valyuta
Məbləğ
Faiz
Tarix
Güzəştli müddət (il)
STF Kredit
SDR
58,5 mln.
1,9–3,5
1995
4,5
Stand By
SDR
58,5 mln.
3 – 4,5
1995
5,1
EFF Kredit
SDR
58,5 mln.
1,9–3,5
1996
4,5
SSFF Kredit
SDR
56,3 mln.
1,9–3,5
1999
3
PRGF+ESAF
KK Kredit
SDR
80,5+93,6 mln. 0,5
2001
5
BVF-nin Azərbaycanla əməkdaşlıq əlaqələri də S P kontestində qurulmuşdur.
Qeyd etmək lazımdır ki, əməkdaşlıq əlaqələrinin ilkin qiymətləndirilməsi dövründə
BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramların iqtisadi səmərəsi böyük
olmuşdur. Belə ki, 1992–1994-cü illərdə ölkənin üzləşdiyi dərin iqtisadi böhrandan
çıxmaq məqsədilə BVF-nin maliyyə dəstəyi ilə aparılmış struktur islahatları proqramı
daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə
imkan vermişdir. 1995-ci ildən başlayaraq struktur islahatları çərçivəsində aparılmış
sərt fiskal və monetar siyasət nəticəsində dövlət büdcəsinin kəsirinin inflyasiya
1
Azərbaycan Respublikası Mərkəzi Bankının internet saytı-www.cbar.az