81
kapital resurslarına qoyulan vergini nəzərə alsaq, onda hər min kub metr
qazın qiyməti 18,50 dollara gəlib çıxır.
Azəriqaz 1996-cı ildə zərərin 27 mln. dollar olacağını
proqnozlaşdırıb ki, bu da hər min kub metr qazsa əmələ gələn 4,40
dollarlıq itkisinin yaranması ilə əlaqələndirilir.Əhaliyə verilən qazın
qiymətini qaldırarkən nəzərə almaq lazımdır ki, əhalinin həyat şəraiti
keçmiş SSR respublikaları ilə müqyisədə ən aşağı səviyyələrdən birini
tutur.
Bu sahədə siyasətin hazırlanması ilə Maliyyə Nazirliyi, qtisadi
nkişaf Nazirliyi, Nazirlər Kabineti, Prezident Aparatı, ARDNŞ,
Azəriqaz, Azərenerji, Yanacaq və Energetika Nazirliyi məşğul olurlar.
Çıxış yollarından biri kimi sayğacların qoyulmasını göstərmək olar. Bu
qaz itkisini azaltmağa və istehlakçılarda stimul yaratmağa imkan verə
bilər.
3.3.Azə rbaycan Respublikasında yoxsulluğ un azaldılması və davamlı inkiş af
üzrə Dünya Bankı ilə ə mə kdaş lığ ın geniş lə ndirilmə si
Yoxsulluq hazırda bəşəriyətin üzləşdiyi əsas problemlərdən biri hesab edilir.
Dünya bankının məlumatlarına görə XXI əsrin başlanğıcında dünya əhalisinin 2,8
mlrd. nəfərinin gündəlik gəliri 2 ABŞ dollarından, 1,2 mlrd. nəfərinin isə gündəlik
gəliri 1 ABŞ dollarından aşağı səviyyədə olmuşdur. Doğulan hər 100 uşaqdan 6-sı bir
yaşına, 8-i isə 5 yaşına çatanadək tələf olmuşdur. Məktəb yaşına çatmış hər 100
uşaqdan 23-nün təhsil almaq imkanı olmamışdır. Inkişaf etməkdə olan ölkələrdə
yaşayan 4,4 mlrd. insanın 3/5-ü normal sanitariya şəraitinə, 1/4- i normal mənzil
şə
raitinə, 1/3-i normal içməli su təchizatına, 1/5-i isə normal qidalanma imkanlarına
malik olmamışdır.
82
Məsələyə Azərbaycan kontekstində baxsaq, görərik ki, ölkəmizdə yoxsulluğun
kökü yaxın keçmişlə sıx bağlıdır. Hələ sovet hakimiyyəti illərində baxmayaraq ki,
bizim istehsal olunan milli gəlirimiz istehlak olunan milli gəlirdən xeyli artıq idi,
ə
halinin maddi rifahının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublikalar
arasında 10-cu yer tuturdu. Belə ki, 1990-cı ildə Azərbaycanda orta əmək haqqı
ittifaq üzrə orta göstəricisidən 1,5 dəfə, baltikyanı respublikalarla müqayisədə isə 2
dəfə aşağı idi. Nəzərə alsaq ki, əhalinin pul gəlirinin strukturunda əmək haqqının payı
70 faizdən çox idi, onda 1990-cı ilin rəsmi sratistikasına görə respublika əhalisinin 35
faizdən çoxunun gəlirinin yaşayış minimumdan az olmuşdur. Beləliklə SSR -nin
dağılması ərəfəsində Azərbaycanda yoxsulluğun start səviyyəsi son dərəcə yüksək
idi.
Azərbaycanın müstəqilliyinin ilk illərində son dərəcə qeyri-sabit ictimai-siyasi
vəziyyət bir tərəfdən, naşı, səviyyəsiz xalq cəbhəsi nümayəndələrinin hakimiyyətə
gəlməsi digər tərəfdən, çoxsaylı problemlərin həlli ilə məşgul olmağa imkan
vermirdi. Nəticədə 1991-1994-cü illərdə əhalinin onsuzda ağır olan həyat səviyyəsi
3,6 dəfə aşağı düşdü.
Möhtərəm Prezident Heydər Əliyevin hakimiyyətə qayıtması ilə 1994-cü ilin
sonunda Azərbaycanda ictimai-siyasi vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək
mümkün oldu ki, bu da genişmiqyaslı iqtisadi islahatlar aparılmasını nəzərdə tutan
düşünülmüş və məqsədyönlü iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata
keçirilməsinə başlamağa imkan verdi.
Dünya Bankının ekspertləri 1995-ci ildə Azərbaycanın yaşayış şərait sorğusunu
keçirmişlər və həmin il üçün ölkədə yoxsulluğun səviyyəsi ölkə üzrə 61,5 faiz
müəyyən edilmişdir. 1995-ci ildən başlayaraq makroiqtisadi sabitliyin təmin
olunmasına, struktur islahatlarına və iqtisadiyyatın artımının bərpasına və əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilmiş siyasətin həyata keçirilməsi
nəticəsində yeddi il ərzində respublikada böyük müsbət dəyişikliklər baş verdi və
aşağıdakılar mümkün olmuşdur.
83
-
ÜDM-ə nisbətdə büdcə kəsirini 1994-cü ildəki 10 faizdən 1-2 faizə endirmək
və bu kəsirin Milli Bankın kreditləri hesabına bağlanmasına son qoymaq;
-
sosial ehtiyaclarına dövlət xərclərini 50 faizdən yuxarı qaldırmaq;
-
Milli Bankın kredit dərəcələrini 1994-cü ildəki 250 faizdən 10 faizə endirmək;
-
ölkənin 4-5 aylıq idxala bərabər olan və valyuta bazarında səmərəli şəkildə
manevr etməyə imkan verən sanballı qızıl-vayyuta ehtiyatı yaratmaq;
-
dönərli valyutalara nisbətdə ölkənin milli valyutasının- manatın məzənnəsini
sabitləşdirmək;
-
dövlətsizləşdirmək prosesinə başlamaq və 2003-cü il yanvarın 1-nə pul və çek
hərracları vasitəsilə 40 mindən çox kiçik və orta və mindən artıq iri müəssisəni
özəlləşdirmək;
-
alqı-satqı hüququ verilməklə kənd sakinlərinə pulsuz olaraq 1,3 milyon
hektardan çox kənd təsərrüfatına yaralı sahələr paylamaqla torpaq islahatı keçirmək.
Bunun nəticəsində artıq indiyədək kənd yerlərində 40 mindən çox fərdi fermer
təsərrüfatı və təsərrüfatçılığın 5 minə qədər digər bazar formaları (kooperativlər, kiçik
müəssisələr və s.) yaradılmışdır;
-
dövlət idaəetmə sistemində bir sıra ciddi struktur islahatlar aparmaq, 30-a
yaxın nazirlik, dövlət komitə və konserni ləğv etmək, onlarca səhmdar cəmiyyəti
yaratmaq, ölkədə peşəkar dövlət qulluğunun əsasını qoymaq;
-
Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün ilkin böyük hazırlıq işləri
aparmaq.
Nəticədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin göstəricisinə
görə 2003-cü ilin axırına ölkədə yoxsulluğun səviyyəsi 49 faizə qədər azalmışdır.
Azərbaycanda yoxsulluğun müəyyən edilməsi Dövlət Statistika Komitəsi müntəzəm
şə
kildə həyata keçirilən ev təsərrüfatlarının tədqiqatından (ETT) əldə edilmiş
məlumatlara əsaslanır. 2001-ci ildən etibarən aparılan ETT təsadüfi seçmə üsulu ilə
müəyyən edilmiş 8000-8500 ev təsərrüfatlarını əhatə edən illik sorğulara əsaslanır.
Illik sorğunun nəticələri hər rüb rotasiya üsulu ilə müəyyənləşdirilir. Belə ki, hər rüb
2000 ev təsərrüfatında sorğular aparılır və hər rübün sonunda həmin ev təsərrüfatları
Dostları ilə paylaş: |