Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
170 
 
Qılınclar bəzəkli, qalxanlar qəşəng, 
Bəzədi çölləri gültək, çiçəktək. 
Sıçradı o dünya şahı yəhərə, 
Dünyanın tozunu saçdı göylərə. 
Üz qoydu səhraya, gəlib çatantək 
Payladı qoşuna mal-dövlət, yemək. 
Dünya səfərinə qızışdığından 
Qızışmış çöllərlə çapdı durmadan. 
On gün biyabanla çapıb getdilər, 
Göründü əkinli, abad bir şəhər. 
Ağ rəngdə gördülər onlar şəhəri, 
Sanki kafurdandı bütün evləri. 
Şah sordu: "Kimindir, xaqan, bu şəhər? 
Bura xəritədə nə ad vermişlər?" 
Bilici bu cürə elədi bəyan: 
"Məhrumdur bu şəhər məhsuldan, bardan. 
Burda hökm eləyir elə bir padşah 
Ki, onu qüdrətdə sanırlar allah. 
Qəriblər çəkinir bu məmləkətdən, 
Ürəyi nurlular qaçar zülmətdən. 
Ancaq qızıl-gümüş burda bol olar, 
Başqa şeylərdənsə kasaddır bazar. 
Günəş dan yerinə sancanda bayraq 
Başlanır dənizdə taraqqataraq. 
O dəhşətli nərə, o gurultular 
Insanın qəlbinə vahimə salar. 
Dəhşətə gəlməsin deyə, bu yerdə 
Körpələr saxlanır zirzəmilərdə. 
Səsdən qulağını tutar böyüklər, 
Yoxsa onların da ürəyi gedər!" 
Bu sözlər şaha çox elədi təsir, 
Soruşdu alimdən buna bir tədbir. 
Alim cavabında dedi ki: "Ey şah. 
Əmr elə, gözünü açanda sabah, 
Xoruz banlamamış, qoy səhər erkən 
Təbillər vurulsun düşərgələrdən. 
Təbil çala-çala təbil oyunu 


               _______________  
Milli Kitabxana
  ________________ 
171 
 
Oynayıb boğsunlar o gurultunu. 
Bu sayaq gün doğub qalxana qədər 
Təbil səslərini əksiltməsinlər. 
Bu halda dənizdən qopan qorxunc səs 
Heç kəsə vahimə, dəhşət gətirməz!" 
Şah dedi alimə: "Bu səslər nədən 
Eşidəni edir başdan, beyindən. 
Ondakı fəryadın nədir səbəbi?  
Külək də dinləyir... Aç bu mətləbi!" 
Alim cavab verdi: "Bir xatirəm var, 
Ustadımdan qalıb mənə yadigar. 
Sular qızaranda səhər günəşdən, 
Dalğalar od alır sanki atəşdən. 
Döş-döşə gələndə dağtək dalğalar 
Dənizdə dəhşətli nərələr qopar. 
Dərya təndir kimi zəbanə çəkər, 
Gurlayıb ətrafa qığılcım tökər! 
Başqa bir alim də deyir ki, guya 
Civə qarışmışdır həmin o suya. 
Günəş suya düşüb qızdıran zaman 
hərarət civəni qaldırır sudan. 
Günəş ki, axşamlar batıb yox olar, 
Dincələr o coşğun civəli sular. 
Çırpınan dənizdə, qarışanda şər 
Qopar dalğalardan qorxulu səslər!.." 
Dünyanın hakimi belə buyurdu: 
Şəhərə çatmamış dayansın ordu. 
Düşüb dincəlməyə o, qərar verdi, 
Burdan da yoluna tədarük gördü. 
Şəhər əhalisi tutanda xəbər, 
Alver etmək üçün axıb gəldilər. 
Burda şəhər üçün hər cür mətah var, 
Acıdan, şirindən baxıb aldılar. 
Oldu bu alverdən bütün şəhər şad, 
Artdı əhalinin qazancı qat-qat. 
Şah da öz malından hər müştəriyə 
Əvəzsiz, minnətsiz etdi hədiyyə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
172 
 
Bir az da ayırıb puldan, qızıldan 
Başçıya göndərdi sovqat, ərməğan. 
Şəhərin başçısı bunu görəntək 
Şahın ənamından vəcdə gələrək
Göndərdi şövqlə o da hər cürə 
Xuruşlarla dolu zəngin bir süfrə. 
Bişmişdi xuruşlar balıqdan, ətdən. 
Vardı o süfrədə hər bir nemətdən. 
Gəlib üzr istədi: "Əfv elə bizi. 
Verə bilmədik yol azuqənizi. 
Azuqə tapılmaz bizim çöllərdə. 
İsti havalar var ancaq bu yerdə. 
Şah ona şərh etdi öz ayinini, 
Zəngin biliyini, doğru dinini. 
O da qəbul edib oldu minnətdar, 
Haqqı nişan verdi ona hökmüdar. 
Şah da bu əməldən çox razı qaldı. 
Ona xələt verdi, şad yola saldı... 
Qırmızı pərdəni göy yığan zaman 
Düşdü qızıl teşti uca damından
224

Şah öz yoldaşları ilə bərabər 
Yatıb dincəldilər səhərə qədər. 
Ətirlər saçanda sübhün reyhanı 
Yüksəldi dənizin yenə fəğanı. 
Sanki dünən düşən teştdir bu təhər 
Belə guruldayır indi bu səhər. 
Bu qorxunc səsdən şah hövlə gələrək
Dilləndi gurlayan döyüş təblitək. 
Əmr etdi: hərəkət eləsin ordu, 
Hər yandan təbillər saldı gurultu. 
Onların səsləri dəhşətlər saçdı, 
Xoruzun boynundan zəngləri açdı
225

Bu səslər bürüdü səmanı, yeri, 
Bu səslər batırdı başqa səsləri. 
Təbillər dünyaya hay-küy salaraq 
Gurladı nahara qədər bu sayaq. 
Səsdən bütün şəhər cuşə gələrək 


               _______________  
Milli Kitabxana
  ________________ 
173 
 
Dəydi bir-birinə məhşər günütək. 
Axışdı buraya həm pir, həm cavan, 
Dəccalın təbliydi sanki çalınan
226

Dənizin səsini batırdı bu səs, 
Buna çox təəccüb elədi hər kəs. 
Gün qalxıb olanda günorta çağı, 
Şah yenə qaldırdı səfər bayrağı. 
Şaha təzim edən ərlər, qadınlar 
Ona dedilər ki: "Bir arzumuz var: 
Bəlkə qorxunc səsli bu təbildən sən 
Birini burada qoyub gedəsən? 
Ta ki, ucaldıqca onun gur səsi 
Boğula dənizin qorxunc nərəsi!" 
Vida eyləyəndə böyük hökmüdar, 
Bəxş etdi bir neçə təbil yadigar. 
O gündən şəhərdə, tezdən hər səhər, 
Təbil çaldırmağı adət etdilər. 
Şah da bu adəti etdirib davam 
Təbil çaldırardı sübh çağı müdam. 
Onlar yol getdilər bir aya qədər, 
Abad Çin mülkünə gəlib yetdilər. 
Gəlib ordugaha çatdı hökmüdar, 
Fələyi görəndə yenə xoşrəftar, 
Çəkildi düz bir ay istirahətə, 
Başladı ləzzətlə eyşə, işrətə... 
 
 
 
İSKƏNDƏRİN ŞİMALA ÇATMASI VƏ 
   YƏCUC SƏDDİNİ BAĞLAMASI 
 
Müğənni, ürəyim düşübdür dara, 
Bu dərdə sazınla sən eylə çara! 
Könlüm cuşə gəlib qəmdən, qüssədən, 
Sazının telilə ram et onu sən! 
 
Günəş öz evinə edəndə şitab 
İstidən aslanlar oldular kabab
227



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə