Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

                                                                                                                                                    
121
ƏFLATUNUN NƏSİHƏTNAMƏSİ 
Oyanıb qalxanda günəş yuxudan 
Müşkə kufur səpdi sanki asiman
180

Şad xəbər göndərib dedi: "Əflatun 
Qələmlə ipəyə nəqşələr vursun. 
Elə gözəl namə yazsın o gərək, 
Hər bir oxuyana eləsin kömək!" 
Şahın buyruğuyla əzəmətli pir 
Mədəndən gövhərlər çıxardı bir-bir. 
Müti qələmindən saçıldı gövhər, 
Beləydi dəftərə yazdığı sözlər: 
"Bizdən yaradana min-min ehtiram, 
Yerdən də, göydən də ziyadə salam!" 
Allaha şükr elə mədəni açdı, 
Sonra söz bəzminə gövhərlər saçdı: 
"Şahımız ucadır bütün aləmdən, 
O, parlaq gövhərdir, bu aləm - mədən. 
Əsildir, yüksəkdir o da gövhərtək, 
Özünü həmişə qorusun gərək
181

Hər kəs, yaxşı-yaman, - nə qoysa əsər, 
Bununla zatını büruzə verər. 
Oğru ovlağıdır bizim bu cahan, 
Onu özbaşına qoyma heç zaman! 
Keşikçi olmasa həmişə ayıq, 
Deyildir dünyanı güdməyə layiq. 
Hər kim bu dünyanı istəsə tutmaq, 
Qılıncla, tədbirlə fəth edər ancaq. 
Mərdlərin qan tökən qılıncı, bəli. 
Alim tədbirilə olar kəsərli! 
Şahın məclisi də gərək hər zaman 
Ola alimlərə şərəfli məkan. 
Şah yeyib-yatmağa meyl etməyərək, 
Bilik toplamağa çalışa gərək! 
Şaha yoldaş olam iki bəla var, 
Yoxsuldan uzaqdır həmin bəlalar; 


                                                                                                                                                    
122
Biri aşpazdır ki, yağlı yeməklər 
Bişirib, padşahı ona cəlb edər, 
Biri də cilvəli şux məşuqəsi 
Ki, ona bağlanar könlü, həvəsi. 
Bunlar xeyir verməz: biri doldurar 
Qarnını, o biri şirəni sorar. 
Nə çox əylənən ol, nə də çox yeyən 
Bunlardan süstləşər, keyiyər bədən! 
Qırmızı və sarı gördüyün cahan  
Bir rəngin büsatdır - adam aldadan. 
Məşuqə adlanan bir əjdəhadır, 
Bu dünya kam vermir. ancaq can alır. 
Dünya yurdumuzdur, candan əzizdir, 
Bizim həm yerlimiz, həm yerimizdir. 
Dünyanı dördəlli tutmayaq gərək, 
Nədən can-ciyərlə süfrə bəzəyək? 
Qanla qidalanıb yaşayır bədən, 
Ciyərsiz bu qanı alarıq nədən? 
Dörd tərkib birləşib ahəngdar olmuş, 
Dörd cövhər birləşib, həyat var olmuş. 
Yığmasaq onların ipini əgər, 
Hərəsi bir yana baş alıb gedər. 
Su dönsə torpaqda çiçək ətrinə, 
Qayıdar əslinə o bir gün yenə. 
Tuluğu dağıdıb qaçdı bir eşşək, 
Sahibi qəmləndi bu halı görcək. 
Dünya tikanlıdır, kirpiyik biz də, 
İynə var, tikan var xislətimizdə
182

İki qarı qızın başladı bəhsi, 
Dünyanı götürdü onların səsi
183

Bu dedi: "Üzünün çirkinliyindən 
Ərə getməmisən bu vaxtacan sən!" 
O dedi: "Üzün çox göyçəkdir sənin, 
Bununçün almırlar səni də yəqin!" 
Bu qədər nə üçün yataq dünyada? 
Yuxu da ölümə bənzər mənada. 
Bir də duracaqmı həmin yuxudan? 


                                                                                                                                                    
123
Bunu doğru, dürüst bilməyən insan 
Yuxudan ölümtək etməli həzər, 
Çünki bir-birinə bunlar çox bənzər! 
Dovşan yuxusutək pis yuxu olmaz, 
Yatanla öləndə hiss, duyğu olmaz! 
Yuxu igidlərə hiylə quranda 
Gözlər yumulmaya kaş bircə an da! 
Hər bir gizli sirri o, baxıb görə. 
Yaxşıya, yamana düz qiymət verə. 
Insan əl çəkəydi boş xəyallardan, 
Yersiz qovğalardan, qalmaqallardan. 
Niyə bircə qarın çörəkçin yalnız 
Çəkişək, vuruşaq belə amansız? 
Neçün biz dağlara, daşlara düşək? 
Bunların səbəbi - bir parça çörək! 
Səfərə başlayan müdrik insanlar 
Yolda yox, mənzildə rahatlıq umar. 
Keçərlər dünyanı tapdalayaraq, 
Rahatlıq fikrinə düşməzlər ancaq. 
Hamı yol gedənlər, uzaq görənlər 
Mənzilə çatana afərin deyər. 
Dinclik - asudələr ölkəsindədir, 
Bundan başqa nə var - bir əfsanədir. 
Yeddi qat yanar od içrə, nəhayət, 
Kabablıq ət üçün nədir bu zəhmət?
184
Neçindir bu zillət, əziyyət bütün? 
Hamısı yeməklə geyinmək üçün. 
Bizim əmrimizdə olanda bunlar, 
Hələ başqa-başqa hesablar da var. 
Əzaba qatlaşıb canından keçən 
Dənizdən dürr tapar, dağlardan mədən. 
Kimsə ruzusunu atlayıb keçməz, 
Əndazəylə yeyər ruzunu hər kəs. 
Fəqət var dünyada elə insan da 
Zəri yerdə saxlar, həsədi canda. 
Qızılı torpaqda basdırsan əgər, 
Taleyin başına sənin kül ələr. 


                                                                                                                                                    
124
Yesə çörəyini dostlarla insan, 
Onundur var-dövlət, onundur cahan. 
Açıb kisəsini rəhmə gələrək, 
Bir neçə yoxsula o edər kömək. 
Arpaca olsa da vəzndə gövhər, 
Ona "Çox samballı daşdır" deyərlər. 
Əllərimiz boşdur, yol isə uzaq, 
Yoxdur mənzildən də hələ bir soraq. 
O qədər xəbərsiz yatma ki, haşa,  
Yatmışkən sel gəlib başından aşa. 
Yuxusuz, yeməksiz qalma ki, bədən 
Süstləşib, yorulub düşər qüvvədən. 
Yola çıxan yolçu cövlan edərək, 
Çapmasın hər yana gərək dəlitək. 
Keşikçi düzdürsün yollar uzunu. 
Getsin təhlükəsiz ta ki, yolunu. 
Olsun gecə-gündüz işində oyaq, 
Yatanı oğrutək ruzgar soyacaq. 
Arxaya, qabağa zillənsin gözü, 
Onu aldatmasın yadların sözü. 
Yola bələd olsa rəhbərlik edən, 
Ordu qorxu bilməz çətinliklərdən. 
Yollar dağa-daşa salsa da onu, 
Dağılmaz başından əsla qoşunu. 
Qoşunla yeriyər yağıştək, qartək, 
Əyləşər heybətlə o, dəryalartək. 
Çatdığı ölkədən bir neçə nəfər 
Yedirdib, içirdib ələ gətirər. 
Sirr alıb, ənamlar verər o kəsə, 
Toxum göyərərmi su verilməsə? 
Işini düzəldər bu sayaq asan, 
Gərək çətinlikdən bezməsin insan. 
Sülh əgər bir başla olsa bərqərar, 
Artıq baş kəsməyin nə mənası var? 
Yolda qoluzorlu rast gəlsə əgər, 
Üstünə yerimək bəla gətirər. 
Mümkün deyildirsə qələbə çalmaq, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə