Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

                                                                                                                                                    
113
Sən də Rum dilində hər nə danışsan, 
Anlar tərcümansız orda hər insan. 
Allah bu möcüzü bəxş etmiş sənə, 
Qalibsən bununla sən hər düşmənə!" 
Şah gördü bu sözdə böyük bir məna, 
Söylədi: "Baş əyər bəndə fərmana!" 
Qasiddən peyğamı qəbul eylədi: 
"Allaha biz müti bəndəyik" dedi.  
O gündən hazırlıq gördü səfərə, 
Əsla baş qoşmadı başqa işlərə. 
Kənar məşğələdən uzaq olaraq, 
Səfərə tədarük görürdü ancaq. 
Mələk gətirmişdi ona xoş xəbər, 
Əlavə olaraq, yenə İskəndər 
Tədbirlər öyrəndi hər bir alimdən, 
Çatar məqsədinə çox tədbir bilən! 
Səfərdə həmişə faydalı olan 
Mənalı kəlamlar yığdı durmadan. 
Allah tərəfindən gəlmiş mükəmməl 
O "Sifri-əzəm"dən başqa üç gözəl 
Nəsihətnamə də keçirdi ələ, 
Yazdırdı ipəyə qara müşk ilə. 
Ərəstu oldu ilk naməni yazan, 
O xəbər verirdi yaxşı-yamandan. 
Ikinci naməni bildiklərindən 
Əflatun yazmışdı duyub dərindən. 
Üçüncü xəzinə Sokratdan idi, 
Qiymətli gövhərlə doluydu içi. 
Sözlər bir-birinə rəbt edilərək, 
Üç nəsihətnamə tamama yetcək, 
Padşah möhürlədi bunları o dəm, 
Səhmanla bağlayıb saxladı möhkəm. 
Tədbirə ehtiyac duyduğu zaman 
Açıb oxuyardı bir-bir onlardan. 
O gövhərlə dolu xəzinələrdə
Dərman axtarardı düşdüyü dərdə. 
Görsəydi çətindir bir qərar vermək, 


                                                                                                                                                    
114
Allahın feyzindən istərdi kömək. 
O bir gün çıxaraq öz ac-təxtinə
166

Firuzə rəngli tac qoyaraq yenə, - 
Aqil vəzirinə buyurdu belə: 
Müti qələmini alaraq ələ, 
Elm ilə zəkaya edib riayət, 
Yazsın bir faydalı, gözəl nəsihət. 
Elə nəsihət ki, dinləsə onu, 
Dost bilsin özünə qurd da qoyunu, 
Fərmanı dinləyib vəzir hörmətlə, 
Təzim edib şaha çıxdı rüxsətlə, 
Mədəndən gövhərlər çıxarmaq üçün
167
Fikrini başına yığaraq bütün, 
Diltək itiləyib qələmi, yenə
Qamışdan qənd səpdi kağız üstünə
168

ƏRƏSTUNUN NƏSİHƏTNAMƏSİ 
Allahın mədhini edib ifadə, 
Ərəstu yazmışdı rəhbərnamədə: 
"Ey şah, elmə, fənnə sən daim yar ol
Nadandan, cahildən daim kənar ol! 
Bağlı bir qapıya açar axtarsan, 
Ancaq alimlərdə axtar, taparsan. 
Əgər sahib olsan dövlətə, vara, 
Şükr elə bununçün pərvərdigara. 
Zəfərlər çalanda, yetəndə kama 
Allahın xovfunu yaddan çıxarma. 
Allahdan qorxana bəxti yar olar, 
Ondan qorxmayanlar daim xar olar. 
Səlamət yaşamaq istəsən əgər, 
Oda üzərrik at hər gün, hər səhər. 
Pis gözə inanma, ondan gəz kənar, 
Heç öz gözünə də etmə etibar. 
Demiş müdrik qoca belə bir məsəl: 
"Gərək yaman gözdən qorunsun gözəl!" 


                                                                                                                                                    
115
Bir ağac çox uca qalxmasa, inan, 
Şiddətli küləkdən görməz bir ziyan. 
Ovlaqda ovçular ox atsa əgər, 
Dikbaş təkələrə daha çox dəyər. 
Hər kəsi ötməkçün çıxanda yola, 
Tələsmə, həsədə yol vermə əsla! 
Həsəd dərdə salar daim insanı, 
Insana yad edər dostu, aşnanı. 
Heç kəsi qaldırma kinlə yerindən. 
Qaldırdın, yerə sər arxasını sən! 
Biriylə köhnədən olarsa kinin, 
Kökünü qazıma onun nəslinin. 
Ata intiqamın alma oğuldan, 
Çalışıb onunla dost ol hər zaman. 
Günəşlə kölgədə çox azdır ara, 
Biri işıqlıdır, biri qapqara. 
Tikan xurma ilə bir yerdə bitər, 
Biri zəhərlidir, biri qənd-şəkər. 
Naqqaya qonşudur sədəf dəryada, 
Qılınc yox, dürr verir şaha dünyada
169

Qardaşın qanını alma qardaşdan, 
Tamam ayrı şeydir çünki südlə qan
170

Bir kəsçün özgəni incitmək olmaz, 
Qoyunu qoyunun ayağından as! 
İstəsən allahdan mərhəmət, kömək, 
Pisliyi kökündən atasan gərək! 
Pislərlə fələk də elər pis rəftar, 
Yaxşılıq görərlər daim yaxşılar. 
Həmişə dünyada yaxşılıq axtar, 
Yaxşı ad almaqda əbədiyyət var! 
Yaxşı adlananla yaxşı ol müdam, 
Yoxsa sən özün də olarsan bədnam. 
Zatı pis olana üz göstərmə sən, 
Qurdu bəsləməkdən ziyan çəkərsən. 
Bədgövhər adamla heç addım atma, 
Öz təmiz kimyanı küllərə qatma. 
Bədəsil olarsa əgər bir adam 


                                                                                                                                                    
116
Qırmızı gövhəri saraldar tamam. 
Ağıllı adamla dost olsan əgər, 
Elmi, mərifəti sənə də keçər. 
Çox pul qazanmağı eləsən niyyət, 
Pulsuz adamlarla etmə məsləhət. 
Ciddiyyət gözləmək yüngül adamdan - 
Gövhər istəməkdir arpa satandan. 
Gur, öküz, ya pələng, - bütün heyvanlar 
Ancaq həmcinsiylə gəzər, dolanar. 
Nacins olar isə əgər bir nəfər, 
Ondan görəcəkdir çoxları zərər. 
Iki saf güzgünü qoysan üz-üzə, 
Onlarda bir ləkə görünməz gözə. 
Qorxma acizlərə zülm edənlərdən. 
Yoxsa qəm-qüssəyə batarsan hökmən. 
Insana ram olsa aslanlar əgər, 
Bunu insafdan yox, qorxudan edər. 
Həyasız adama qarşı sərt rəftar 
Yumşaq davranmaqdan faydalı olar, 
İşini bərk tutan düşməni yoxla. 
Yumşaq-yumşaq çağır, tutdun, bərk saxla! 
Başı fitnə dolu olarsa hər kəs, 
Şirinliklə çağır, itiliklə kəs. 
Iki xam bədxahın birsə qərarı, 
Fənd ilə, tədbirlə ayır onları! 
Qurd ilə pələngi sal bir-birinə. 
Sənin istədiyin yetsin yerinə. 
Şah və ya əkinçi,- gözləmə nəsəb, 
Özünə görə ver hər kəsə mənsəb. 
Güclünün yanına güclünü göndər, 
Alimin üzünü alimə döndər. 
Göndərdiyin adam işbilən olsa, 
Heç öyüd-nəsihət istəməz əsla! 
Paslanıb kəsməsə qılıncın əgər, 
Qızıl ver, daşları dəmirə döndər
171

Xəzinə qızılı yığmaq üçündür, 
Qızıl da düşməni yıxmaq üçündür. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə