Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   33   34   35   36   37   38   39   40   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

149 

 

Qənimət almasın amansız yağı. 



Zənci öz tacına düzüncə gövhər 

Çin şahı taxtından düşdü dərbədər

149



Gecənin köksündən ay doğdu parlaq 



Şəfəqli güzgütək işıq saçaraq. 

Bir çöldə yığıldı hər iki ordu, 

Hər iki cəbhəni düşmənlik yordu. 

Döyüşdən əl çəkib döndülər geri, 

Yudular yaranı; tozu, qan-təri. 

Hamını almışdı kədər, düşüncə 

Nə zühur edəcək şəfəq sönüncə? 

Saf, təmiz portağal o səhər erkən 

Bir dəstə gül kimi güldü üfüqdən 

Üz-üzə dayandı hər iki ordu. 

Pəhləvanlar qalxıb şikargah qurdu 

Qılınc, ox, kamanla uzun bir zaman 

Qol gücü göstərdi uca asiman. 

Yorulan ordunun saraldı rəngi. 

Əl cilov itirdi, ayaq üzəngi, 

Daranın iki baş sərdarı vardı. 

Üzdə dost, ürəkdən çox kin tutardı. 

Daranın kinindən yorulmuşdular. 

Ortada bir ürək incikliyi var. 

Şahı öldürməkçin oldular əlbir, 

Kin ilə oturub tökdülər tədbir. 

Bəzəmək istərkən qanlı bir bazar. 

Gedib İskəndərə sığındı onlar: 

"Daranın bizə çox etimadı var. 

Tək bizə inanır qoca tacidar. 

Zülmündən yanaraq etmişik tədbir, 

Öldürmək fikrində olmuşuq əlbir. 

Biz sabah bir həmlə edərik, bəlkə 

Zülmdən qurtulsun bu məzlum ölkə. 

Yerində möhkəm dur, dayan bu gecə

Düşmənin bu səhər dönəcək heçə. 

Bu səhər bayraqla çıxarkən hərbə 

Qılıncdan yeyəcək böyrü bir zərbə. 



_______________  

Milli Kitabxana

  ________________ 

150 

 

Ancaq sən doğru qal bu şərtimizə, 



Xəzinə ağzını geniş aç bizə! 

Hər birimizi sən varlandırasan, 

Qulluğumuz üçün qızıl saçasan." 

Bu iki xainə rumlu hökmüran 

Söz verdi, onlarla bağladı peyman. 

Lakin inanmadı buna İskəndər: 

Daranı öldürə bilsin xainlər. 

Ancaq düşmənindən qurtulmaq üçün 

Hər kəs üçün çarə aramaq mümkün. 

Bu zülmü ədalət gördü hökmüran

Gəldi xatirinə köhnə bir dastan: 

"Dovşanını hər bir yerin, - məsəl var,- 

Yenə də o yerin tazısı tutar." 

Şahını öldürmək istəyən kəslər 

Ağıllı kimsədən alınca xəbər, 

İskəndərdən güclü pul almaq üçün. 

Həm də ki, Daradan qurtulmaq üçün, 

Şahın nemətini unutdu onlar

Onu öldürməyə verdilər qərar. 

Günəş yaqutunu oğru çalınca 

Bu dünya düşmüşdü yaqut dalınca. 

Məhtabı tutaraq dedilər: "Oğru, 

Günəşdən gövhəri oğurlamış bu."

150 


Iki dağ kimi səf çəkmişdi ordu, 

Çarpışma hər iki cəbhəni yordu. 

Döndülər o künü vurunca başa, 

Hazırlıq görüldü gələn savaşa. 

 

 

DARANIN  



SƏRKƏRDƏLƏRİ TƏRƏFİNDƏN 

ÖLDÜRÜLMƏSI 

 

Ey saqi, dur, məndən bu mənliyi at! 



Gəl, üzüm suyundan cahanı parlat! 

Bir şərab ver, məni mənzilə salsın, 

Çox könül alan var, o, kədər alsın. 



_______________  

Milli Kitabxana

  ________________ 

151 

 

 



Qalana cənnətdir dünyanın halı, 

Tələsən adamın oddadır nalı. 

Bu bəzəkli bağda iki qanı var, 

Yoxdur heç birində qıfıl, bənd, açar. 

Birindən gir, bağı görüncə dolaş. 

O biri qapıdan çıxıb uzaqlaş. 

Ağlın var, gül ilə olma həmnişin. 

Çünki qalmağından deyilsən əmin. 

Bu anı xoş keçir, hər şeydən vaz keç. 

Gələcək və keçmiş çünki heçdir, heç. 

Dünyaya gəlmədik zövqə, işrətə, 

Işimiz qatlanmaq ağır zəhmətə. 

Eşşəyi toylara kimdir çağıran, 

Çağrılır su, odun bitdiyi zaman. 

 

Bu gözəl dastanı yazan ravilər 



Doğrular dilindən belə nəql edər: 

Elə ki, gündüzün atəşi söndü, 

Fələklər tüstüdən dona büründü. 

Ay doğub yaraşıq verdi gecəyə, 

Gözəldir aydınlıq düşsə kölgəyə. 

Hər iki ordunun sabaha qədər 

Kəşfiyyat qolları keşik çəkdilər. 

Onların səsindən bir dəyirmantək 

Bilməzdi burclar nədir dincəlmək. 

"Cəbhədə dincəlim" deyə yatanlar 

Fillər nərəsindən diksinib qalxar. 

Vücudu zəhmətdən yorulmuş insan 

Gözünü açardı yatdığı zaman. 

Yalvarır, yaxarır hər iki əsgər: 

Bitməsin bu gecə, olmasın səhər, 

Bir qədər geciksin, uzansın zaman. 

Bəlkə gec açılsın döyüşə meydan. 

Unudub kinini iki tacidar 

Bəlkə sübh etməyə versinlər qərar. 

Al günəş tacını qoyduğu zaman, 

Elə ki, ayrıldı qaralıq ağdan, 



_______________  

Milli Kitabxana

  ________________ 

152 

 

İskəndər və Dara gəldi meydana. 



Ürəklə düşsünlər dostluq ardına. 

Şəfqətlə, hörmətlə edib barışıq, 

Xeyirli işə qol qoysunlar artıq. 

Bu işdə istədi tədbir və çara, 

Kimsədən düz cavab almadı Dara. 

Sülh üçün bir nəfər olmadı rəhbər, 

Dedilər: bu işi qılınc həll edər. 

Iranlı rumludan acizdir məgər? 

Onlar bu savaşda qazanmaz zəfər. 

Səhərki döyüşlə qızışar meydan, 

Rumludan salamat qoymarıq bir can". 

Daranı aldatdı belə sözlərlə, 

Birisi hiyləylə, biri hünərlə. 

Daranın düşməni iki sərkərdə 

Buna səy edirdi hər an, hər yerdə. 

İskəndər düşündü nə tədbir qursun 

Ki, Dara önündə dağ kimi dursun. 

O iki sərdarı tutdu nəzərdə, 

Əz igidliyinə güvəndi bir də. 

Rum əsgərlərinə dedi İskəndər: 

"Bu qatı mərkəzdə olunca səhər 

Ər kimi çalışmaq, çarpışmaq gərək, 

Canı dişə yığıb igidlik etmək. 

Bu dünya bizimdir çalsaq qələbə, 

Daranın olacaq yeyərsək zərbə. 

Deyirlər insana gizlidir məhşər, 

O məhşər görünər bizə bu səhər". 

Hər iki ordu bu düşüncələrlə 

Gecəni keçirdi dərin kədərlə. 

Dünyaya pəncərə açınca ziya 

Bambaşqa bir oyun başladı dünya. 

Bir ovuc qığılcım oldu bir atəş, 

Bir komac kimiydi parlayan günəş. 

Dağ kimi tərpəndi hər iki ordu, 

Dünyanın ürəyi titrəyib durdu. 

Firidun və Bəhmən nəvəsi əъdər 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə