Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

183 

 

Bir zaman dərindən nəzər salınca, 



Görər hər budaqda gülür yüz qonça. 

Cənnətdən bir guşə kəsilmiş cahan, 

Nəşələr, sevinclər saçmada hər yan. 

Əlində gözəlin saçları yenə 

Sallana-sallana çıxar çəmənə. 

Şəkər çeşməsini çiçəklə bəzər, 

Dünyada bir zaman şadlıqla gəzər. 

 

Şahlar dəftərini yazan ustalar 



Tarix beşiyini belə yırğalar: 

Isfahan şəhrində sakin oldu şah, 

Başından göylərə ucaldı külah. 

Iki gün nəşəyə daldı İskəndər, 

Dara mişkusundan tutunca xəbər

171


Kəyan ayiniylə xələtlər saçdı, 

Düz yeddi xəzinə ağzını açdı. 

Rumun, Misrin, Çinin qumaşlarından 

Dəyərli zinətlər yığdı hökmüran. 

Şahlara yaraşan dəyərli paltar 

Vücudu təzələr, ürəyi oxşar. 

Zər ilə işlənmiş qumaşlar, xəzlər 

Geyənə istilik, məhəbbət verər. 

Çox boyun bağları - xalis gövhərdən, 

Bundan başqa hədsiz zərdən, zivərdən, 

Möhrü açılmamış müşk ilə ənbər

Ən incə dəridən nəfis geyimlər, - 

Şahın mişkusuna göndərdi dərhal, 

Matəm paltarları dönüb oldu al. 

Firuzəni mərcani rənginə saldı, 

Matəm lacivərdi qızıl rəng aldı. 

Vurdu qara daşa qızıldan zivər, 

Məhəkdə qızılı sınamaq istər. 

Dara şəbistanı matəmi atdı. 

Bənövşə yerinə al gül yaratdı. 

O bağa nəşəli yaraşıq verdi, 

Sevimli çöhrəyə bir işıq verdi. 



_______________  

Milli Kitabxana

  ________________ 

184 

 

Üç, dörd gün səbr ilə oldu çox dəmsaz, 



O bahar qönçəsi açılsın bir az. 

Gəlinlər bəzəyə alışıb dursun. 

Başına ən incə bəzəklər vursun. 

Sevgini ürəkdən alsın dimağa. 

Üzünü çevirsin işıq - çırağa. 

Bildi ki, matəmdən qalmamışdır iz, 

Yengini matəmdən elədi təmiz. 

Ağıllı vəzirə dedi: "Durma, get, 

Addımı, dilini, bacar, geniş et! 

Mişkuya gedərək məndən ver xəbər

Gəlmiş bir iş üçün bura İskəndər. 

O Dara nəsəbli, ayüzlünü mən 

Görməklə şadlanım, qəlbim olsun şən. 

Şux şəbistanına çəkərəm hasar. 

Əmrimlə ucalar kənizlər, qızlar. 

Qızıldan şahanə bir təxti-rəvan, 

Bəzəyi firuzə, inci və mərcan, 

Götür o nazənin müşkin dilbərə. 

Göy xuraman olub ensin yerlərə. 

Yel qanadlı atlar, zərnişan yəhər 

Apar, minsin onu qəlbən sevənlər". 

Bilici vəzirə şaH verdi tədbir

O əmri yerinə yetirdi vəzir. 

Daranın xüsusi evinə getdi, 

Evdə olanlarla xoş rəftar etdi. 

Dara sarayına getdiyi zaman 

Sanki bulaq axır cənnət bağından. 

Huriylə dopdolu bir cənnət gördü, 

Aldandı, aldadan yüz afət gördü. 

Alma üzlü qızla oynayar, gülər. 

Sanki alma ilə oynar bir nəfər. 

Padşahdan öncə bir salam söylədi. 

Yaşınan kəslərə pəyam söylədi: 

"Şahanə müşkuya şahdan nur axsın. 

Ortadan ikilik büsbütün qalxsın. 

Bir xəta işlədi azğın zamana, 




_______________  

Milli Kitabxana

  ________________ 

185 

 

Uzatdı əlini bu xanimana. 



Ortada böyük bir itki var, bəlli, 

Bu işdə olmamış padşahın əli. 

Nəhayət, məndə bir belə arzu var 

Ki, ümidsiz ondan olsun ümidvar. 

Bu evdə xoşbəxtlik quracaqdır şah, 

Öz böyüklüyündə duracaqdır şah. 

Daranın fərmanı öz zəkasilə, 

Gəlibdir qohumluq təmənnasilə. 

Şövkətli padşahın istəyi budur: 

Ismət pərdəsində parlayan o nur 

Olsun şəhriyarın işıq ülkəri, 

Tacının Rövşənək olsun gövhəri. 

Gözləri nurlansın bu işıq üzdən, 

Köşkünü bu güldən etsin bir gülşən. 

Bu işə Darayla bağlamış peyman, 

Ay üçün göndərmiş bir təxti-rəvan. 

Yalnız bu məqsədlə uca tacidar 

At çapmış, bu yerdə tutmuşdur qərar. 

Bir qıfıl vurmuş hər söyləyən dilə, 

Şah özü gəlmişdir bu məqsəd ilə. 

Mindirin taxta o pəri peykəri, 

Işi tez bitirin, durmayın geri!" 

Elçiyə tərcüman belə söylədi: 

"Şahın kölgəsində yaşa əbədi! 

Bu evə uca şah nəslindən yarar

Yel ilə gələni yel də sovurar. 

Qızıldan yazılsın gərək bu sözlər: 

"Çarvadar əkəni dəvəçi biçər."

172 

Taxtının guşəsi bir tacdır bizə, 



Taxtının ayağı meracdır bizə. 

Kəniztək alsa da, alsın, biz nəyik, 

Qadın edəcəksə, etsin, bəndəyik. 

Əmrindən boynunu qaçıran kimdir? 

Hər əmri bir qızıl açar kimidir. 

Bu işi edərsə uca tacidar, 

Rövşənək başını göyə ucaldar. 



_______________  

Milli Kitabxana

  ________________ 

186 

 

Padşaha varmağa qəlbimizdir şən



Dünyaya gəlmişik şahlar nəslindən. 

Hər zaman istəsə böyük şəhriyar, 

Birləşmək istəyi tutunca qərar, 

Ayini yerinə yetirib daha, 

Şadlıqla gələrik uca dərgaha." 

Saraya döndü bu xəbərlə vəzir, 

Qərarı padşaha anlatdı bir-bir. 

Şahın sevincindən parladı üzü, 

Insanı ovlarmış insanın sözü. 

Hər cavab qulaqda qoparsa qubar

Dinləyən ürəkdə kədər doğurar. 

Taleyi ona yar olan zamanda, 

Baxışlar vüsala dolan zamanda 

Atalar rəsmiylə uca tacidar 

Eylədi özünə Rövşənəyi yar. 

Kəyan rəsminə də riayət etdi, 

Ürəkdən çox hörmət, məhəbbət etdi

Şənlənsin deyə bu ömrünün bağı 

Kəbinə yazıldı Iran torpağı. 

Əmr etdi: çirmənsin iş bacaranlar. 

Bəzənsin, düzənsin hər küçə, bazar 

Rum ilə Xarəzmin ipəkləriylə, 

Ölkələr bəzənsin bəzəkləriylə. 

Padşahın istəyi kimi Isfahan 

Ipəklə, gövhərlə bəzəndi əlvan. 

Qapılar, bacalar, damlar, küçələr 

Gözəl xalçalardan aldılar zivər. 

Bayraqlar dikəldi uca göylərə, 

Bu dünya aldı bir başqa mənzərə. 

Hər küçə başında çadır quruldu, 

Işlərin gedişi başqa tövr oldu. 

Hər çarsu başında mütrüblər oynar, 

Oturmuş xanəndə, çalğı çalanlar. 

Çalğıdan hərarət gəlincə uca, 

Düşməni ud kimi salırdı oda. 

Zindərud nəhrindən Xuzanə qədər 

Çalğının səsindən canlandı yerlər. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə