Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə46/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   42   43   44   45   46   47   48   49   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

187 

 

Şərab bir çay kimi axıb gedirdi, 



Mamişan dodağı onu dişlərdi. 

Isfahan gülləri ətir saçırdı, 

Tərazın müşki də ağız açırdı. 

Toya al çiçəklər səpirdi şəfəq, 

Şəkərdən ay, günəş doldurmuş təbəq. 

Sanki bir saraydır tikmiş şəkərdən, 

Bir günbəd ucaltmış al çiçəklərdən. 

Dəbdəbə, şövkətdən coşmuşdu hər yan, 

Ətrafa can verir çalan, oxuyan. 

Qaraltı incə bir qumaş geyincə 

Müşk ilə, ay ilə bəzəndi gecə. 

Göydə ay parlaq bir sədəfə bənzər, 

Kərx əttarı ona səpərdi ənbər. 

O müşkin saçlı ay şaha ərmağan 

Qənd, badam düzəltdi gözdən, dodaqdan. 

Onları göndərdi şah mişkusuna, 

Layiqdir müşk ilə mah mişkusuna. 

Al günəş o səhər şəfəq sökərkən 

Çıxdı bir gəlintək incə ipəkdən. 

Çırpındı şah qəlbi gəlin eşqiylə

Sanki rus zəngidir salmış vəlvələ. 

Çalğıdan, şərabdan qurdu bir işrət, 

Utandı, qibtədən tər tökdü cənnət. 

Dostlarla içərkən artır fərəhi, 

Şərabdan dönürdü başı, qədəhi. 

O qədər xəzinə bəxş etdi o gün, 

Yer onu çəkməkdən olurdu düşgün. 

Gecə al günəşdən düyümü dəldi, 

Şəfəqin əlinə bir əqiq gəldi. 

Onu da uddu Busəhaq firuzə, 

Busəhaqlara bax, ilişdi sözə

173


Vüsala yetişmək üçün İskəndər 

O müşkin mişkuya göndərdi xəbər, 

Rövşənək olsun bir işıqlı çıraq, 

Gəlsin, qədəmindən zinət alsın bağ. 

Dedi Rövşənəyə sevimli ana: 

"Gedirsən İskəndər şahın yanına. 



_______________  

Milli Kitabxana

  ________________ 

188 

 

Qiymətli yaqutsan İskəndər üçün, 



Bir inci gövhərlə birləşsin bu gün. 

Bu dövlət əqdinə bir arxa verək, 

Yenə də ölkədə padşahlıq sürək. 

Əmrindən yaramaz boyun qaçırmaq, 

Sənə bu Rum şahı layiqdir ancaq. 

Saçından xidmətə bağlarsan kəmər, 

Taleyi sənə də səadət verər. 

Ondan başqa hər kəs adını çəkər. 

Saçıntək başları kəmərə dəyər

174


Qulağında qızıl halqa daşısan, 

Qapı halqasıdır onsuz bu halqan. 

Rəftar et ki, odur bu gündə Dara

Daratək bizimlə edər müdara". 

Ananı dinlərkən o sevimli qız 

Həyadan tər tökdü, baş əydi yalnız. 

Saraya hərəkət əzmiylə durdu, 

Ay kimi qızıldan taxta oturdu. 

Aldılar padşaha məxsus gərdəyə, 

Hər tərəf sarıldı ipək pərdəyə. 

İskəndər səxavət əlini açdı, 

Məclisin gözünə bir heyrət saçdı. 

Şahdan hədyə aldı xidmətçi, dayə, 

Qızıldan gövhərdən verdi hədiyyə. 

Yabançı kəslərdən boşaldı saray, 

Bir yerə toplandı günəş ilə ay. 

Mehriban anası gəldi irəli, 

Dənizə tapşırdı incə gövhəri: 

"O uca padşahlar nəslindən nişan 

Yalnız bu boy atmış sərvdir qalan. 

Mən ona demirəm qiymətli gövhər

Ya da ki, ərinə adlı-sanlı ər. 

Atasız qalmışdır, dərdə salınmış, 

Yetimdir, əlindən mülkü alınmış. 

Əmanət tapşırdım sənə bir çiçək, 

Bir sən bil, bir əqlin, bir də gələcək". 

Şah qəbul edərək yanaşdı ona, 

Yoldaşlıq tacını qoydu başına. 



_______________  

Milli Kitabxana

  ________________ 

189 

 

Şümşada tay oldu bəzəkli süsən, 



Sevimli bir sərvə yurd oldu çəmən. 

O gövhər ləlindən uca İskəndər 

Başladı almağa dəyərli gövhər. 

Gördü bir pəridir sevimli dilbər, 

Pərəstiş etmədə ona pərilər. 

Canlı bir sərv idi, xurmadır barı, 

Şəkərə dadımlıq verir göftarı. 

Füsunkar gözləri kəskin, can alan, 

Hər dərdə şəfadır, xəstəyə dərman. 

Dirsəyi qısadır, saç, gərdən uzun, 

Dodağı şəkərdir, xalı da uyğun. 

Çənəsi sadədir, sallanmış buxaq, 

Qaynar gözlərində gülabdan bulaq. 

Bəslənmiş qırmızı qanla ciyərtək, 

Sanki göz içində parlayır bəbək. 

Duz səpsə sağalar xəstə ürəklər, 

Dodağı dünyaya saçar çiçəklər. 

Hər gülən dodağı şəkər saçardı, 

Gülüşü gülüşə bir yol açardı. 

Gözündən gül üzə gülablar axmış, 

Beli incə idi, sinəsi qalxmış. 

Qıvırcıq saçları müşkə çalırdı, 

Günəş çeşməsinə kölgə salırdı. 

Çeşməni, kölgəni görüb şəhriyar 

Mənzilə yetişdi, oldu bəxtiyar. 

Vəfalı gözləri xoş gəldi ona, 

Ürəyi çırpındı, basdı bağrına. 

Sıxıb qollarını boynuna saldı, 

Kam aldı, kamından kami-dil aldı. 

Rövşənək işıqlı çıraqtək yandı, 

Eyvanı cənnəttək nura boyandı. 

"Cahanbanu" deyə, yeni ad taxdı, 

Bütün ixtiyarı ona buraxdı. 

Olduqca ayıqdı, dinc və həyalı, 

Söylənməz sözlərdən ağzı qapalı. 

Şahlığın açarın ona tapşırdı, 

Başının tacını göyə qaldırdı. 



_______________  

Milli Kitabxana

  ________________ 

190 

 

Onu görməsəydi dözməzdi bir an, 



Ayrılmazdı onun bir an yanından. 

O behişt ölkədə şad bir ürəklə 

Yaşadı cənnətdən gələn mələklə. 

Səhər çöhrəsindən pərdə atarkən 

Həbəşə bac üçün dağ çəkdi Xütən

175


Getdikcə köpürür xoruzlu bardaq, 

"Nuş olsun, iç" deyir xoruz coşaraq. 

O tovuz dodaqlı kuzə ağzından, 

Küplərdən camlara tökərdi al qan. 

O məclis, o şərab, o çalğı, o çəng 

Dünyanın üzünə verdi başqa rəng.. 

Yeddi ölkə şahı Kəyan rəsmiylə 

Yeddi çeşmə kəmər bağlamış belə. 

Günəştək taxtına oturdu səhər, 

Fələk xidmətinə bağladı kəmər. 

Yenidən bir içki məclisi qurdu, 

Görənin başından ağlı uçurdu. 

Məclisə düzüldü yararlı kəslər, 

Hər gələn yer tutdu hünəri qədər. 

Mütrüblər, çalğılar saçardı fərəh, 

Saqi ruh verirdi əlində qədəh. 

Coşduqca kamança və sazın səsi, 

Çay kimi silirdi başqa həvəsi. 

İskəndər yenidən açdı xəzinə, 

Öz səxavətinə başladı yenə. 

Çox hədiyyə aldı Iran əsgəri, 

Başını parlatdı öz ətəkləri. 

Hər kəsə payladı şahanə xələt, 

Verdi bu dünyaya başqa bir zinət. 

Uca bir günəştək verərkən ziya 

Nurundan çox fayda alırdı dünya. 

Günəş xəzinəsi daima axar

Şimşək nuru isə bir kərə çaxar. 

Səxavətli olsun gərək cahandır, 

Şahlığın xisləti, bax, belə yaşar! 

 

 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə