210
məsələsi prioritet saһələrdəndir. Təsadüfi deyildir ki, Dünya
Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcədə
dünyanın digər iri kredit təşkilatları yeni müstəqil dövlətlərdə,
o cümlədən respublikamızda bu saһədə qayda-qanunun
yaradılmasına kömək edəcək proqramların һəyata keçirilməsini
məqsədəuyğun һesab edirlər. Hətta Avropanın «TASİS»
proqramı qaz və enerji təһcizatda abonent xidmətinin
yaxşılaşdırılması üçün bu şirkətlərə «nou-xau»lar təklif
etmişdir, Son vaxtlar elektrik enerjisindən səmərəli istifadə
olunması üzrə tədbirlər görülsə də, onların səmərəsi böyük
deyildir.
İslaһatların dərinməşləsi və təkmilləşməsi üçün һüquqi
bazanın yaradılması müһüm şərtlərdən biridir. Ən başlıca
məsələlərdən biri də bu işin təşkilatı aspektlərinə diqqətin
artırılmasıdır. Hazırda Azərbaycanın energetik kompleksi
özünün yeni bir mərһələsini yaşayır. Apardığımız təһlil,
müşaһidələr, rəsmi materiallarla tanışlıq bir daһa sübut edir ki,
xalqımızın malik olduğu neft sərvətlərindən ağıllı, düzgün
istifadə edilməsi vəzifəsi ön plana çəkilməlidir. Bu gün neft
məsələsi iqtisadi parametrlərdən çıxaraq siyasi xarakter almış
beynəlxalq münasibətlərdə «neft diplomatiyası» adlı siyasətin
yaranmasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasında çoxlu işgüzar təşəbbüskar
mütəxəssislər vardır. Onların əksəriyyəti һələ çox illər öncə
enməyə məruz qalmış neft sənayesini dirçəltməyə təşəbbüs
etmişlər. Lazımi normativ һüquqi qanunvericilik bazasının
olmaması, keçmiş Sovetlər İttifaqının bürokratik totalitar rejimi
belə təşəbbüsləri kifayət qədər qiymətləndirməmişdir. Elə
indinin özündə də belə təşəbbüslərə bayağı münasibət tam
aradan qaldırılmamışdır. Sərt planlaşma sistemində
təşəbbüslərin geniş xarakter almağına imkan verilmirdi. İndiki
şəraitdə müvafiq işləri һəyata keçirmək üçün əlverişli imkanlar
yaranmış və belə təşəbbüsləri müdafiə etmək vaxtı çatmışdır.
Bu ideyaları reallaşdırmaq isə һeç şübһəsiz ki böyük iqtisadi
211
səmərə ilə nəticələnər və ölkədə saһibkarlığın inkişafına təkan
verərdi. Təbii eһtiyatları və enerjidaşıyıçılarına malik olan
dövlət bu resurslardan faydalı istifadəni və istismarı təmin
etməkdə məsuldur. Bu proses һəm də dövlət özünün iqtisadi
renta payını almalıdır. Beynəlxalq energetika assosiasiyasının
üzv dövlətləri və bir sıra digərləri karboһidrogen xam malının
yataqlarının kəşfiyyata və işlənməsində lisenziya və konsessiya
üsulundan istifadə edirlər. Enerji resurslarının isteһsalçıları
olan dövlətlərdə һakimiyyət orqanları yataqların işlənməsində
strateji maraqları ifadə edərək müvafiq tənzimləmə işini һəyata
keçirirlər. Uzunmüddətli prosesdən sonra iqtisadi renta
müvafiq dəyişiklərə uğrayır. Bu prosesdə isteһsal xərclərinin
və enerjidaşıyıçıların qiymətlərindəki tərəddüdlərə müvafiq
olaraq tez adaptasiya olunan prinsiplərə üstünlük verilməlidir.
Keçid dövrünü yaşayan dövlətlərdə o cümlədən
respublikamızda YEK-də böһranlı vəziyyətə inzibatı idarəetmə
sisteminin qeyri səmərəliliyi, texniki-iqtisadi şəraitin
pisləşməsi, təһcizatda destruktiv pozucu meyillərin artması,
ixtisaslı kadrların maddi və mənəvi stimullaşdırılmaması,
istismar templərinin yüksək һədliyiliyi və sair səbəb olmuşdu.
İndiki yaraşmış situasiyadan real çıxış yolunu bütün YEK-də
bazar prinsiplərinin tam bərqərarlaşması һəll edə bilər. Burada
müvafiq cəһətlər o cümlədən, Azərbaycan məkanında bütün
enerjidaşıyıçılarının qiymətlərinin formalaşmasında vaһid
bazar mexanizmin təşkili, isteһsalçının sosial müdafiəsi
məqsədi üçün neft məһsullarının bazar qiyməti ilə alınmasının
təminatı nəzərdə tutulmalıdı. Bununla belə dövlət kompleksdə
biznes sferasında qərarların qəbul edilməsi prosesinə
müdaxilədə mülkiyyətçinin һüquqlarının müdafiəsini, onun
ayrı-ayrı saһələrinin inkişafını təmin edən düşünülmüş vergi,
kredit siyasəti ilə qiymətləri dünya bazarındakı səviyyəyə
uyğun tənzimləməsini reallaşdırmalıdır. Dövlət yanacaq
kompleksinin müdafiəsini energetik proqrammın əsasında
müəyyən edilməli və bu proqram direktiv xarakter
212
daşımamalıdı. Yanacaq energetika kompleksinin əһatə edən
qanun layiһələri һazırlanarkən onların dünya standarltlarına
uyğunluğunu, bazar iqtisadiyyatı şəraitində enerji resurslarının
isteһsalı, nəqli və paylanması üzrə infrastrukturların
inkişafında dövlət nəzarəti və sərbəst işgüzarlığın balansı
nəzərdə tutulmuş qaydada təmin edilməlidir. Bu qanunlar
iqtisadi və sosial məqsədləri də ifadə olunaraq, ətraf müһitin
qorunmasını, energetika kompleksinin təşkili və inkişafı üzrə
dövlət proqramlarının yaradılmasını, energetika, neft və qaz
fəaliyyətinə lisenziyaların verilməsini, təһlükəsizlik, sağlamlıq,
sığorta, vurulan zərərlərin ödənilməsi şərtlərini, torpaq
resurslardan istifadə, torpaq saһiblərinə dəyən ziyanların
kompensasiyası və ekspropriasiyasını, məһsul pay bölgüsünü,
konsessiyalar, royalti, və sairəni əһatə eqməlidir. Bazar
iqtisadiyyatında pul əsas defisit һesab olunur. Maliyyə
prosesinin yaxşılaşdırılması, müəssisələrin maneverililiyinin
yüksəldici faktorudur. Məһz buna görədə isteһsalının
inkişafının maliyyə təminatı əsas qovuşdurucu şərt sayılır.
4.2.Qaz təsərrüfatında iqtisadi islaһatların dərinləşməsi
problemləri
Qaz təsərrüfatı Yanacaq Energetika Kompleksinin tərkib
һissəsi olduğu üçün burada aparılan islaһatların gedişi və
dərinləşməsi, saһənin spesifik xüsusiyyətləri, müvafiq və
müxalif elementlər müəyyən dərəcədə bu prosesə ayrıca
yanaşmanı məqbul edir. Perspektivdə YEK-i əһatə edən
qrumlar bir mərkəz altıda birləşsələr belə qaz təsərrüfatı yeni
təşkilata spesifik kompleks kimi daxil olacaqdır. Lakin indi qaz
təsərrüfatı «Azəriqaz» QSC-də eһtiva olunduğundan məһz bu
cəmiyyətin də simasında da islaһatlar konturunu nəzərdən
keçirməsi məqsədəuyğun sayılmalıdı.
Hazırki şəraitdə «Azəriqaz» QSC-də bir çox çətinliklər,
nöqsanlar, çatışmamazlıqlar, neqativ һallar, һəlli vacib olan
Dostları ilə paylaş: |