Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə18/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

 
73 
 “ər-Rafi’” ismi bir dəfə Rafi olaraq Ali İmran-55-də, bir 
də dəfə də Rafi-ud-dəracət (Mumin-15) olaraq keçmişdir. On 
üç dəfə  də  “əfədə” yüksəltdi, yüksəldir  şəklində fel olaraq 
keçir.  
İlanları yerdə süründürən “Xafid, ”quşları yüksəklərə 
uçuran “Rafi” olan Allahdır. Göy üzünü dirəksiz yüksəldən 
(Rad 2), Peyğəmbərlərin dərəcələrini yüksəldən (Ənam 165), 
Hz.  İsanı Öz qatına qaldıran (Nisa-185) Hz. Muhəmmədin 
şənini ucaldan, elm sahibi olanların dərəcələrini yüksəldən. 
Allah Ona iman edən möminin önünə heç kimi keçirməz. 
Allahın ucaltdığı kimsəni kimsə alçalda bilməz. Alçaltdığı 
kimsəni də kimsə yüksəldə bilməz.  
Allahın Rafiu isminin mənası: Nəfsinə uyan, üsyan və 
günah edənləri Cəhənnəmin alt dərəcələrinə alçaldan, nəfsinə 
qalib gələn və yaxşı  işlər görənləri isə  Cənnətin  ən üst 
dərəcələrinə yüksəldəndir. Quyunun dibinə atılan Hz. Yusifi 
Misirə sultan edən, onu quyuya atanları isə bir gün Yusifin 
önündə səcdə etdirən də Odur.  
1. ər-Rafiu ismi günəş çıxarkən gümüş bir lövhə üzərinə 
yazıb boynunda daşıyan və gündə 362 dəfə “ya Rafiu” ismini 
zikr edən kimsə  hər kəs tərəfindən sevgi və hörmətlə 
qarşılanar və vəzifə sahibi olar.  
2. Hər gün 100 dəfə “Ya Rafiu” ismi-şərifini oxuyan 
bəndənin Allah izzət və şərəfini artırıb, dərəcəsini yüksəldər.  
3. Zalımın  şərindən qorunmaq üçün 70 dəfə oxumaq 
lazımdır.  
 
 
əl-Muizzu-117 -İzzət verən, şərəfləndirən deməkdir.  
Ya Muizzu İsmi-şərifinin vəqfini Cümə günü günəş 
doğarkən gümüş bir lövhəyə yazaraq boynunda gəzdirsə, 
 
74
izzət və şərəfi artır. Hər kəsin yanında etibar görər, hər yerdə 
sözü keçər. Hər namazdan sonra 117 dəfə Ya Muizzu ismini 
zikr edən izzət və şərəfə çatar.  
Beyti: Sə`əltukə ızzən ya Muizzu li əhlihi,  
Muzillu fəzəllil-iz-zaliminə muttəqilə.  
İzzəti yalnız Səndən dilədim, əhlinə izzət verən ya Muiz ! 
Zalımları cəzalandırıb, zəlil edən ya Muzillu ! 
 
 
əl-Muzillu-770-Xar və  zəlil edən , izzət və  şərəfi alan 
deməkdir.  
1. Pis nəfsli, həsədçi, qısqanc kimsələrin  şərindən 
qurtarmaq üçün gündə 75 dəfə ”Ya Muzillu”ismi-şərifini 
oxuyub, səcdəyə gedib: ”Ya Allah, məni filan adamın şərin-
dən qoru”-desə, Tanrı pislərin şərindən o bəndəni qoruyar.  
2. Çərşənbə günündən başlayaraq üç gün oruc tutub, 
üçüncü günü ikindi namazından sonra iki rükət namaz qıla-
raq, 1-ci rükətdə ayaq üstə 100 dəfə, rukuyə getdikdə 100 
dəfə, 1-ci səcdədə 100 dəfə, 2-ci səcdədə 70 dəfə “Ya Mu-
zillu” ismini zikr edib, ardınca bu duanı oxuyan, Allahın 
köməkliyi ilə qısa müddətdə haqqsızın əlindən qurtarar.  
 
 
əzilli fulənən(adı) bi həqqı ismikəllah. yə muzillu kulli 
cəbbərin.  
 
 


 
75 
əs-Səmi-180-Eşidən. Kainatdakı  hər səsi, istər gizlin, 
istər aşkar, istərsə  də  pıçıltı olsun, hamısını  və  qəlbin səsini 
eşidən Rəbbim. Gizli və aşkarı, hər şeyi eşidən deməkdir.  
əs-Səmiu-ismi Qurani-Kərimdə 47 dəfə keçmişdir. Sev-
diklərimizə, dostlarımıza söyləyəcəyimiz kəlmələrin  ən in-
cəsini könül ələyindən  ələyərək söyləmək, o sözləri heç kəs 
eşitmədən  əvvəl  əs-Səmi olan Allahımız eşidir. Düşmənə 
söylədiklərimizi də  eşidir. Bu haqda Qurani-Kərimdə buyu-
rulur: (Taha 44-46) Fironla belə danışarkən yumşaq olan kəl-
mələr seçərək danışın. Rəbbimiz “Haqqında biliyin olmayan 
şeyin ardınca düşmə. Çünki qulaq, göz və könül, bunların 
hamısından sorumludur” (İsra 36)-deyərkən, burada qulaq 
kəlməsini  ən birinci söyləyir... (İnsanda ilk yaranan və son 
ölən qulaqdır). Qulağımızla insanları dinlərkən qarşımızda-
kının kim olmasından asılı olmayaraq onun sözlərinə önəm 
verməli və çalışmalı ki, qulağımızdan girən kəlmələr könül 
dənizimizi kirlədəcək kəlmələr olmasın və Haqqın kəlamı 
birinci sırada olsun.  
Bəqərə-186-(Ya Rəsulum!) Bəndələrim Məni səndən 
soruşduqda söylə ki, yaxınam. Dua edib Məni çağıranın dua-
sını qəbul edərəm.” 
Verilən eşitmə duyğusu ilə Allahın “Səmi” ismini təfək-
kür edən hər bir insan bilir ki, O”Səmi”və “Bəsir” olan Uca 
Yaradan qaranlıq bir gecənin yalnızlığında  əllərini Rəbbinə 
açaraq, səssizcə ağlayan qulunun qəlbində olan yalvarışlarını 
eşidir. Hər nemətin  şükrü, o nemətin yaradılış qayəsindən 
istifadədir…eşitmə nemətinin şükrü də O Haqq-kəlama qulaq 
asmaqla  əldə edilir: “Və dinlə, o gün ki, bir carçı, yaxın bir 
məkandan nida edər. O gün (İsrafil  ə. s. ) ikinci dəfə Sura 
üfürdükdə Haqq olan O gün (bütün yaranmışlar) dəhşətli (tü-
kürpərdici) səsi doğrudan-doğruya eşidəcəklər.” (Qaf-41-42) 
Bu ayədə buyrulduğu kimi qulunu hüzurunda toplayacaq, 
o dəhşətli gün üçün xəbərdar edər və bu hiss ilə yaşayan 
 
76
bəndələrini sevgi nəfəsinə bürüyüb, onlar üçün əbədi rahat 
yurd olan Cənnəti hazırlayar.  
Duası: ”Ey Rəbbim! Sən günahların və səhvlərin izsiz bir 
quru çölə çevirdiyi könül dünyamızı bu, rəhmət nəfəsinlə 
(yellərinlə) bürü, sadəcə  Sənə yönələn yalvarışlarımızı  eşi-
dərək qəlbimizi gül bağçasına çevir. Bizi Sənə dəvət edən o 
möhtəşəm rəhbərin Muhəmməd Mustafanın (s.ə.s.) səsini 
əsrlər  əvvəl qəlb qulağı ilə duyaraq, gül Nəbinin dəvətinə 
layiq olanlardan eylə. Sadəcə  ən gözəl sözü dinləyən o ən 
gözəl səsi eşidib, yalnız gözəl söz söyləyən və əmrlərinə layiq 
olaraq yaşayanlardan eylə. Bir incidir dua. Bu gün bir pıçıltı 
ilə dua et. Yalnızlığın səssizliyində. Yalnızlığın qaranlığında. 
Heç toxunulmamış. Heç əskilməmiş. Heç bilinməmiş. Heç 
duyulmamış bir nəfəslə dua et. Bir içdən dua et. Ürəyində bir 
ləkəsiz duyğu ilə. Rəbbinlə yalnız olduğun zamanlar de: 
“Kun fə yəkun" “Ol” deyər, o da olar! ”Sözün bitdiyi yerdə 
qələmlər durur. Əzəmətinin təsirindən sətirlər qırılır, tökülür 
Kun!… Sözün başladığı yerdir! Kun!… Qələminə ”Ol” de-
diyi yerdir… Qəlbimdən keçənlərin kağıza vurduğu qələ-
minin ləfzini hayqırışla başladığı yerdir, Kun!… ”Ol” deyər 
və olar! Bütün qadağaların qadağan olduğu, ləfzinin kəlmə-
lərə büründüyü, hər şeyin Onun olduğu yerdir Kun! Olmanın 
cavabdehliyini daşımağa başladığım an… Var olmamın, 
ziyarətimin səbəbini təfəkkür etdiyim zamandır… Və ucsuz-
bucaqsız düşüncələrimi düzgün yönəltməyə çalışdığım, gözü-
mün yaşını  kəlamımla sildiyim, səmanın gözəlliyində Onu 
fərq edib də qorxu və sevgimi bildirdiyim yerdir Kun! Kun… 
Onun “Ol” deyişi…Həzin namələrini  ərşdən endirdiyi vaxt 
göz yaşlarımla yanaqlarımı silən mənim güvəncimdir…  əv-
vəlim, axırım,  əzəlim,  əbədimdir mənim Allahım və Onun 
“Kun”, ”Ol” kəlməsi…” 
1. Hər kəs bir mətləb və ya hacət almaq istəyirsə, həf-
tənin 3-cü günü xiftən namazından sonra, heç kəslə görüşüb, 
danışmadan"Ya Səmi"ismini 100 dəfə oxusun.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə