Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə27/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

 
109 
vəkil etməyin.” (İsra 2) ayəsinə uymalıyıq. Necə ki: Nəm-
rudun adamları Hz. İbrahimi atəşə atmaq istədikdə Allahdan 
başqa güvənəcəyi heç kəs yox idi. Biz də: “Ey atəş! İbrahimə 
qarşı  sərin və  zərərsiz ol! (Hətta soyuğun belə ona zərər 
yetirməsin!)”-deyə, buyurduq.”(Ənbiya 69) 
Allahın “əl-Vəkil”isminə  təvəkkül edərkən bizlər tarlanı 
şumlayıb, toxum səpib, suvarıb, gübrələyib sonra da hər şeyi 
Allaha həvalə edəcəyik. Çünki o əkdiyimiz toxum Allah is-
təməsə torpaqdan çıxmaz, ya yağış yağmaz və yaxud da sel 
basıb məhv olar. Həm də bizim Allahı vəkil edərək hər şeydə 
Ona təvəkkül etməyimiz, elə Allaha ibadət etməkdir.”Ya Və-
kil” ismi Heyy və Qayyum isimləri qədər təsirli və güclüdür.  
1. “Ya Vəkil” ismi-şərifini davamlı oxuyan kimsə bəla və 
müsibətlərdən qorunmuş olar.  
2. Malına, canına zərər gəlməsindən qorxan, zəlzələ, 
şiddətli küləkdən və yanğından qorxan kimsə, hər gün 76 
dəfə“Ya Vəkil” ismi-şərifini oxusun.  
3. Qurani-Kərimdə Uca Allah Hz. Peyğəmbərə: “Fəttə-
xizhu vəkilə”- deyə bütün işlərində yalnız Allahı vəkil etməyi 
buyurmuşdir. Hz. Peyğəmbər (s.ə.s.) də bütün işlərini Ona 
həvalə etmiş və işlərində Zati-Alisini vəkil etmişdir.  
Allah-təala bizlərə buyurur ki: ”Həsbinəllahi niəməl 
vəkil”-deyərək bütün işlərində Allahı  Vəkil etməyi bacaran 
hər kəs üçün “yox” yoxdur.  
 
 
əl-Qaviyyu-116-Zəifliyə uğramayan, çox güclüdür, yenil-
məyən və məğlub olmayan deməkdir.  
“Çox qüvvətli” anlamına gələn “əl-Qavi” ismi Quranda 
doqquz dəfə keçmişdir.  
 
110
 əl-Ənfəl-52-Rəbbimiz Musanın qarşısında Fironun məğ-
lubiyyətini anladarkən: “Şübhəsiz, Allah çox qüvvətlidir, cə-
zası şiddətlidir”-deyə buyurmuşdur.  
Hud-66-“Saleh tayfasının məhvi barəsində  əmrimiz gəl-
dikdə bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə 
iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qur-
tardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət sahibi, qüvvət 
sahibidir!” Burada Saleh Peyğəmbər Rəbbimizin “əl-Qavi” 
isminin zikr edildiyini bildirir.  
Həcc-49- “O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz 
Allahdır”- dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıl-
dılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müş-
rikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Alla-
hın adı çox zikr olunan (rahiblərin yaşadığı monastırlar), 
kilsələr, məbədlər (yəhudi məbədləri) və  məscidlər dağılıb 
gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım 
edənlərə,  şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenil-
məz qüvvət, qüdrət sahibidir!” 
Sayı-hesabı bilinməyən ulduzları, dənizdəki canlıları, ha-
vadakı quşları yaradan, qoyduğu qanunlar içində yaşadan çox 
qüvvətli Rəbbə iman edən bir mömin güclü ordulara, güclü 
pullara, güclü görünməyə çalışanlara məhəl qoymadan Allah 
yolunda yeriməyə davam edər. Dəyərsiz dünya üçün alçaqlara 
baş əyməyən: Bizim dayağımız, güvəncimiz, etimadımız Yal-
nız Allahadır”- deyərlər. Bu ayədə  də olduğu kimi “düşmən 
üçün qüvvət hazırlayın”- dedikdə bizlər də güclü olmağa 
çalışırıq və Qavi olan Allaha sığınırıq.  
Ənfəl-60-“(Ey möminlər) Allahın düşmənini və öz düş-
məninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın 
bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə 
qarşı bacardığınız qədər qüvvə  və  (cihad  üçün  bəslənilən) 
döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun 


 
111 
əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq 
edilməz!” 
1. Bu ismi 116 dəfə ”Ya Qaviyyu” ismini zikr edən bütün 
düşmənlərə qalib gələr. Bütün çətinlik və məşəqqətlərə qarşı 
dözümlü olar.  
2. Bədəni zəif, taqətsiz olan kimsə, bir kasa suyun üzə-
rinə 116x116= 13454 dəfə  
“Ya Qaviyyu” ismini oxuduqdan sonra 10 gün müddə-
tində həmin suyu içərsə, qüvvət və səhhət sahibi olar.  
3.”Ya Qaviyyu”ismi-şərifini oxuyan qüvvətli olar və 
düşmənlərin  şərrindən amanda olar. Bu ismi-şərifi 114 dəfə 
yə va 1000 dəfə oxuyan insanın istəkləri yerinə yetər.  
 
əl-Mətin-500-Çox sağlam, mətin olan-deməkdir. Hər şe-
yə gücü yetən, yeganə qüdrət sahibi. "Şübhəsiz, ruzi verən, 
güc və qüvvət sahibi olan ancaq Allahdır. "  
“əl-Mətin” ismi Quranda Rəbbimizin ismi olaraq bir dəfə 
keçir: “Şübhəsiz, Allah ruzi verən, çox qüvvətli, çox 
sağlamdır” (Zariyat-58) 
Zariyat surəsi 56-cı ayədə isə insanlar və cinləri Allaha 
ibadət etmələri üçün yaratdığını və onlardan ruzi istəmədiyini 
xəbər verdikdən sonra ruzi verənin güclü və sağlam Allah 
olduğunu xəbər verir.  
1. “Ya Mətin” ismi-şərifini davamlı oxuyan kimsə 
qüvvətli olar. 500 dəfə oxuyan müsəlman sevgi və zövqlə 
ibadət edər.  
2. Südü az olan ana ”Ya Mətin”ismi-şərifini oxusa, Alla-
hın izni ilə südü çoxalar və öz övladını ana südü ilə bəsləyər.  
3.”Ya Mətin” ismini zikr edən mətin, güclü və dəyanətli 
olar. Nə qədər yol getsə, belə yorulmaz.  
 
112
4. Yeriməsi gecikən uşağa bir kasa suyun üzərinə 500 
dəfə “Ya Mətin” ismini oxuyub içirdilərsə, uşaq tez yeriyər 
və qüvvətli olar.  
5. Xəstə olan bir kimsə “Ya Qaviyyu Ya Mətin” isim-
lərini hər gün 616 dəfə bir kasa suyun üzərinə oxuyub içərsə, 
xəstəlikdən qurtarıb, şəfa tapar.  
 
əl-Valiyyu-2116-Hər cür hərəkət və davranışdan 
xəbərdar olan. Bütün yaratdıqları ilə dost olan, son dərəcə 
şəfqət göstərən və yaxşılıq edən deməkdir.  
Hər hansı bir bəndə kimliyindən, harada olmasından, 
hansı dində olmasından asılı olmayaraq səmimi qəlbdən 
Allaha niyyət və istəklərini bildirərsə, istəkləri qəbul olunar. 
Allah bütün yaratdıqlarının istək və niyyətlərindən, ibadət və 
itaətindən xəbərdardır.  
Bəqərə-256-“Dində  məcburiyyət (zorakılıq) yoxdur. 
Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər 
kəs Taqutu (Şeytanı  və ya bütləri) inkar edib Allaha iman 
gətirsə, o, artıq (qırılmaq bilməyən)  ən möhkəm bir ipdən 
(dəstəkdən) yapışmış olur. Allah (hər  şeyi olduğu kimi) eşi-
dəndir, biləndir!” 
Allah-təala Günəşi seyr və dövr etdirdiyi və digər 
gəzəgənlərin də nurunu var etdiyi müddətcə, “Xaliq” isminin 
təcəllisi olan nur və işığını Yaratdığı bütün məxluqata payla-
maqdadır. Fəzada neçə-neçə  gəzəgənlər, ulduzlar və  hələ  də 
elmə məlum olmayan planetlər vardır. İstər yerdə, istərsə də 
kainatda bütün varlıqlar Allahın Heyy və Qayyum isminin 
təcəllisindən nur, güc və həyat alır.  
Nur-20-“Yaxud (onların əməlləri) zəngin dənizin zülmə-
tinə  bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, 
onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə