Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə21/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

53 
Muxtar Respublikasının Simferopol şəhərində [10, s.34], 2011-ci ildə 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY 
təşkilatı  və Azərbaycan Milli Kitabxanası birgə Milli kitabxanaşünaslıq 
elminin banisi, professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş 
beynəlxalq elmi konfrans [7, s.19], 2012-ci ildə Dahi Azərbaycan şairi Nizami 
Gəncəvinin anadan olmasının 870 illiyinə həsr edilmiş “Nizami irsinin təbliği” 
mövzusunda beynəlxalq elmi konfrans, Kipr Respublikasında beynəlxalq 
konfrans, Ankarada Türkiyə Milli Kitabxanasında və  İstanbul Aydın 
Universitetində M.F.Axundzadəyə həsr olunmuş simpozium [8, s.22], 2014-cü 
ildə Ankarada Türkiyə Milli Kitabxanasında hər iki qardaş ölkənin milli 
kitabxanalarının təşkilatçılığı ilə XX əsr Azərbaycan  ədəbiyyatının klassiki, 
görkəmli dramaturq İlyas  Əfəndiyevin anadan olmasının 100 illiyi, 2014-cü 
ilin sonlarında qırğız  şairi, ozan və  bəstəkarı Toktakul Satılqanovun 150 
illiyinə  həsr olunmuş beynəlxalq elmi konfrans [9], 2015-ci ildə 
B.Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar tədbir [10, s.42], 2016-cı ildə XI 
əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş konfrans, 
Şəki  şəhərində türk dünyasının böyük şairi, alım və mütəfəkkiri Yusif Xas 
Hacib Balasaqunluya həsr olunmuş beynəlxalq elmi konfrans, Ankarada 
TÜRKSOY-da, Türkiyə Milli Kitabxanasında Xalq şairi Səməd Vurğunun 
anadan olmasının 110 illiyi münasibətilə yubiley tədbirləri təşkil edilmişdir 
[11, s.49]. 
TÜRKSOY təşkilatının mühüm fəaliyyət istiqamətlərindən biri də 
“TÜRKSOY kitabxanası” seriyası ilə türk dünyasının görkəmli  şəxslərinin 
ədəbi və elmi irsinin təbliği məqsədilə silsilə kitabların nəşridir. Bu 
istiqamətdə 2010-cu ilin dekabr ayında Azərbaycan Milli Kitabxanasında 
böyük türkmən  şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi haqda 
çap olunmuş “Məxdimqulu Fəraqi. Seçilmiş əsərləri” adlı kitabın [12], 2011-ci 
ilin mart ayında Azərbaycan Milli Kitabxanasında türkmən xalqının böyük 
şairi və mütəfəkkiri Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr edilən 
“Şeirlər, poemalar, dastanlar” kitabının [15], 2014-cü ilin sonlarında 
Toktakulun TÜRKSOY tərəfindən türk dilinə  tərcümə olunmuş “Toktakul 
Satılqanov. “Seçilmiş  əsərlər”” və Türkiyə  Əskişehir valiliyi tərəfindən 
Toktakulun 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən) nəşr 
edilmiş “Şeirə, nəğməyə çevrilən ömür” kitablarının, 2015-ci il oktyabr ayının 
28-də Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə 
əlaqədar TÜRKSOY tərəfindən hazırlanmış “Türk dillərində  Bəxtiyar 
Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimləri təşkil edilmişdir. Bu 
kitabların nəşri və keçirilmiş  təqdimat mərasimləri türk xalqları arasında 
ədəbi, mədəni  əlaqələrin daha da inkişafı, genişləndirilməsi, türk dünyasının 
görkəmli  şair və yazıçılarının dünyaya tanıdılması istiqamətində mühüm 
əhəmiyyət kəsb edir. 
TÜRKSOY təşkilatı türkdilli ölkələr arasında elmi, mədəni,  ədəbi 
əlaqələrin inkişafında xidmətləri olan ölkələri, onların nümayəndələrini 
diqqətdən kənarda qoymamışdır. Belə ki, 2014-cü ildə “TÜRKSOY-un 20 


54 
illiyi” yubiley medalı  təsis edilmiş  və türk dünyası  mədəni irsinin təbliği, 
türkdilli ölkələr arasında  əməkdaşlığın gücləndirilməsi sahəsində  həyata 
keçirilən layihələrdə mühüm xidmətlərinə görə bir sıra elm və  mədəniyyət 
xadimlərinə təqdim edilmişdir. Milli Kitabxananın direktoru, professor Kərim 
Tahirov da təltif olunan şəxslər arasındadır. 
Bütün deyilənlərə yekun olaraq demək olar ki, yaranmasının 20 ildən 
artıq bir müddətində TÜRKSOY təşkilatı  və onun keçirdiyi tədbirlər türk 
xalqlarının mədəniyyətlərinin inteqrasiyasında son dərəcə böyük rol 
oynamışdır. Aparılan tədqiqat göstərir ki, Azərbaycan Milli Kitabxanası həmin 
tədbirlərin həm daimi iştirakçısı  və  həm də  fəal təşkilatçısı olmuşdur. 
Kitabxana daim TÜRKSOY bayrağı altında birləşən dövlətlərlə  sıx 
əməkdaşlığa hazır olmuş və bunu bu gün də müvəffəqiyyətlə davam etdirir. 
CENL (Conference of European National Librarian-Avropa Milli 
Kitabxanaçıları Konfransı)Azərbaycan Milli Kitabxanasının beynəlxalq 
təşkilatlarla əlaqələrində CENL təşkilatı xüsusi yer tutur. CENL - 1987-ci ildə 
Avropa  Şurasının təşəbbüsu ilə yaradılmış  və onun dəstəyi ilə  fəaliyyət 
göstərir və 49 Milli Kitabxananı birləşdirir. Bu təşkilata üzv olan kitabxanalar 
öz ölkələrinin intellektual irsini uzun müddətli  ənənəvi və  rəqəmsal formada 
mühafizə etmək məsuliyyəti daşıyır, kitabxana- informasiya işində  təhsil və 
elmi-tədqiqatların aparılmasını  dəstəkləyir. CENL-in əsas vəzifəsi vahid 
informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini 
təmin etməkdən ibarətdir. 2005-ci ildə Azərbaycan Milli Kitabxanası Avropa 
Milli Kitabxanaçılar Konfransı beynəlxalq təşkilatına üzvlüyə qəbul edilmişdir 
[1, s.75]. 
Milli Kitabxana CENL-ə üzv olduqdan sonra onun əlaqələri daha da 
genişlənmiş, keçirdiyi tədbirlərdə  fəal iştirak etməklə öz fəaliyyətini 
modernləşdirməkdə onun tövsiyələrindən istifadə etmişdir. 
2008-ci ildə Milli Kitabxananın  əməkdaşları Nidеrlandın Haaqa 
şəhərində “Avropa Еlеktron Kitabxanası”na (AЕK) yеni üzvlərin qəbulunu 
nəzərdə tutan “FUMAQABA” layihəsinin təqdimat mərasiminə həsr olunmuş 
toplantıda iştirak  еtmişlər. Bu toplantıda Azərbaycan Milli Kitabxanasından 
başqa AЕK-na yеni qəbul olunacaq daha 7 ölkənin (Albaniya, Ukrayna, 
Gürcüstan, Moldova, Makеdoniya və b.) milli kitabxanalarının rəhbərləri və 
nümayəndələri, müşahidəçi qismində isə Rusiya və Türkiyə Milli 
kitabxanalarının nümayəndələri iştirak еdirdilər. 
Azərbaycan Milli Kitabxanasının bu layihədə iştirakı barədə ilkin razılıq 
2007-ci ilin fеvralında Riqada kеçirilən bеynəlxalq еlmi konfrans zamanı əldə 
olunmuşdur və  həmin ilin sеntyabrında CЕNL-in Hеlsinkidə  kеçirilən illik 
toplantısında müvafiq qərar qəbul  еdilmişdir. FUMAGABA layihəsi – 
müxtəlif Avropa ölkələrinin mədəniyyətlərinə girişi təmin edən, Milli 
Kitabxanaların zəngin fondunu və  mədəni irsini dünya ictimaiyyətinə açmaq 
missiyasını həyata keçirməyi nəzərdə tutan bir layihədir. 
Azərbaycan Milli Kitabxanasının bu layihədə  iştirakı Azərbaycan 
oxucularının Avropanın milli kitabxanalarının xidmətindən birbaşa istifadə 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə