Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
64
verir. F.M. Dostoyevski yazırdı ki; “varlıq yalnız bir halda, yoxluq təhlükəsi
onu izlədiyi zaman mövcuddur”. Yaxud Səməd Vurğun deyirdi:
“Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək”…
Qaranlıq işığın keçməsi, soyuq istiliyin yoxluğu, ölüm isə, sadəcə bir
həyatsızlıqdırsa, belə çıxır ki, dünya bir qütblüdür, ya xeyir haqdır, ya da
şər, ya işıq həqiqətdir, ya da qaranlıq, deyilmi? Bəs insanın “yoxluq”dan bu
dərəcədə asılı olması və “yoxluğu” bütün varlığı ilə hiss etməsi nə ilə əsas-
landırıla bilər, nədən insan fani olana bu qədər tapınsın? Dünya dediyimiz
bir nəsnə, şirin bir yalana, tədbirli bir qondarmaya uymaqdırmı, yaxud insa-
nı əbədi bir heçlik, “sonsuzluq” adlı bir illüziyamı idarə edir? Məsələnin
ciddiliyi də elə bundan ibarətdir ki, məhz hansı qütb həqiqətən mövcuddur?
Qaranlıqmı, boşluqmu, soyuqluqmu, ölümmü, heçlikmi bir gerçəklikdir?
“Şeyx Sənan” da Cavid deyirdi:
“Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı!
Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı!
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!”...
Cavidin belə inkarçı düşüncələrinə bəraət qazandırmaq lazımdırmı?
Hərçənd ki, Cavid məhz bu imtina düşüncəsində varlığa münasibətini ümu-
miləşdirmişdir, lakin burada onun ədalətə çağırışlarının mənası tam açıqlan-
mır. Cavid fəlsəfəsi sadə bir şair düşüncəsindən kənara çıxır, onun fəlsəfi
ümumiləşdirmələri ədəbi düşüncədə, söz sənətində, bəlkə də müdrik bir
uzaqgörənlikdən xəbər verir.
Yenə Cavid yazırdı:
“Nə nur olaydı, nə zülmət,
nə böylə xilqət olaydı!
Tükəndi taqəti-səbrim,
ədalət et, ədalət!
Nə öncə öylə səadət,
nə böylə zillət olaydı!”
Bu fikirlər, yuxarıda bəhs etdiyimiz əbədi həyat kolliziyasının ikili
Fəlsəfə və ədəbiyyat
65
mahiyyətini qəbul etməyən bir orta əsr dahisinin düşüncəsi – Blez Paskalçı-
lıq idimi, yoxsa ədalətin varlığına çatmaq üçün müəllifin səbrinin tükənmə-
sindən doğan bir üsyanmı idi? Cavid ruhi çarpışmalarda həqiqəti tapa bilər-
dimi? S.Xəlilov bu sahədəki tədqiqlərini belə ümumiləşdirir: “İblis qəti
əmin idi ki, onun hakim olduğu mühitdə hamı ölüdür. İnsanlar ölü olduğuna
görə də, İblis özünü qüdrəti-külliyyə hesab edirdi...İblis mənən ölü olanları
cismani ölülərdən fərqləndirmirdi. Xəstə qadının dediyi “dərdimiz möhlik
imiş, çarəsi yox” sözlərini isə İblis tamam başqa mənada təkrar edir. O, mə-
nən ölüləri daha çox dərəcədə çarəsiz hesab edir, çünki öz gücünə hələ də
arxayındır” (2, s.74). Cəmiyyətdəki durğunluğu insanın ölüm halı ilə müqa-
yisə edən Cavid yazırdı:
Dərdə bax, millətə bax, niyyətə bax!
Ölülərdən ölülər feyz alacaq!
Filosof-şairin bu misraları bizə İsanın öz həvarilərinə müraciətlə dedi-
yi belə bir cümləni xatırladır. “Şagirdlərindən bir başqası İsaya dedi: Ya
Rəbb! Mənə izn ver, əvvəlcə gedim atamı dəfn edim. Fəqət İsa ona dedi: “
Mənim dalımca gəl; qoy ölülər öz ölülərini dəfn etsinlər” (İncil, Matta, 8:
21, 22). Maraqlıdır ki, çox sonralar bu məsələ Lev Şestovda “qeyri-müəy-
yənliyin fəlsəfəsi” ideyası kimi meydana qoyuldu və “Təməlsizliyin apofeo-
zu”nda doqmatik olmayan təfəkkürün təcrübəsi kimi müxtəlif versiyalarda
tədqiq olunmağa başladı. Cavidin poetik fəlsəfəsində qoyulan bu məsələ, bir
tərəfdən, Cavidi cəmiyyətdən uzaqlaşdıran bir cəhət kimi xarakterizə
olunursa da, digər tərəfdən, onun təfəkkür imkanlarının bu qədər incəliklərə
getməsi, şairi bir filosof kimi qavramağa imkan yaradır.
Cavid insan-dünya münasibətlərində ardıcıldır və tənqid atəşləri yağ-
dırdığı mühitdən fərqli olaraq, insanı iblis qarşısında çox da kiçiltmir. Hətta
bəzi mənfi keyfiyyətləri iblis insanlardan öyrənirsə də, bu insanlığı, bəşəri
mövcudluğu ülvi məzmundan məhrum edə bilmir. İblis də, insanın mahiy-
yətindəki qatlara tamamilə bələd deyildir, insan öz qüdrəti ilə hər an ilahi bir
məzmun əldə edə bilər. Bu qanlı-qadalı döyüşdə insanın ilahi xislətinə isti-
nad edən S.Xəlilov yazır: “Lakin İblis insan mənəviyyatındakı zəif, əslində
isə yalnız ilk baxışda zəif olan nurun qüdrətindən xəbərsizdir. Sən demə,
insandakı insani başlanğıcı tamamilə məhv etmək mümkün deyil. Bıçaq
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
66
sümüyə dirənəndə nə kimi möcüzələr yarandığını İblis hələ bilmir... Nurla
atəş qarşılaşarkən, nur zərif olsa da, atəş möhtəşəm olsa da – nur atəşi ram
edir. Nur bir məqsəd olaraq qalır və üstəlik atəşi öz vasitəsinə çevirərək
qüdrət və qüvvət kəsb edir” (2, s.75). Təbii ki, nur mənəvi, atəş isə maddi
məzmun daşıyır, atəş maddi olduğundan zamanca məhduddur və hər an
sönməyə məhkumdur. Nur mənəvi, ruhu bir məzmuna malik olduğu üçün
zaman tanımır, zatən sönə bilməz, yalnız əbədiyyətə qovuşa bilər. Elə Cavi-
din can atdığı sevgi də yalnız eşq atəşindən uzaqlaşıb nura çevrildikdə mad-
diliyini itirir və ilahi məzmun qazanır. Əslində Səməd Vurğunun yaradıcılı-
ğında da, xüsusilə həyat fəlsəfəsi ilə bağlı bəzi şeirlərində bu məsələlər
qoyulmuşdu, lakin Səməd Vurğunun sevgiyə münasibəti Cavidin
münasibətindən tamamilə fərqlənir. Səməd Vurğunun sevgisi onu cəmiyyətə
bağladığı qədər, Cavidin sevgisi onu cəmiyyətdən uzaqlaşdırır. Səməd
Vurğun, sanki bir sevginin xətrinə dünya ilə barışır və bu fədakarlıq ona
dünyada ikən bir dünyasızlıq, ruhi yaşantıda ikən bir ruhsuzluq, qaranlıqda
ikən bir nurlanma bəxş edir. Bir nurlu, eyni zamanda hüznlü bir sevdanın
işığında daxili – mənəvi azadlıq əldə edən Səməd Vurğun öz yaşadığı
mühiti, yaşadığı həyatı da istədiyi kimi görür:
Həyatı görmədimsə, həp gördüyümdən olmuş,
Həyatı sevmədimsə, həp sevdiyimdən olmuş...
Görəsən, Cavid üçün sevdiyi insana münasibətin daha yüksək bir
məqama çatması, sevginin ikili məzmunundan daha yüksəkdə olan üçüncü
bir tərəfin formalaşması önəmli idimi? Görəsən, Cavid üçün ilahi bir sevgi-
nin Allaha daha bir addım yaxınlaşdıran ecazkar əlaqə formaları mövcud
idimi? Onu da qeyd etmək lazımdır ki, bir Şərq təfəkkürünün daşıyıcısı kimi
Cavidin düşüncəsindəki bədiilik, romantik əhvalı-ruhiyyə Avropa romantiz-
mindən daha əvvəl meydana çıxmış Şərq sufizmindən irəli gəlirdi. Əgər
onun qələmə aldığı ruhani səhnələrdə təfəkkürün məntiqi hissəsi bəzən köl-
gədə qalırdısa, bu o demək idi ki, Cavidin mühiti ondan daha güclü idi, de-
mək Cavid mühitlə öz arasındakı səddi keçə bilməmişdi. Fəlsəfəçiliyə mey-
linə görə C. Cabbarlı tərəfindən də ittiham olunan Cavid, bəzən çıxış yolunu
yalnız abstrakt yanaşmalarda görürdü.
Dostları ilə paylaş: |