Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

Fəlsəfə və ədəbiyyat
 
 
 
61
nin yalnız xarici ziddiyyət məqamını deyil, həm də daxili ziddiyyət mə-
qamlarını müvəffəqiyyətlə, yüksək bədii ustalıqla əks etdirə bilmişdir” (2, s. 
88). Cavidin yaradıcılığında bütün bəşəri ideallara, onların müxtəlif şəkildə 
təqdimatına rast gəlmək olur. Lakin müəllif bu idealların gerçəkləşdirilməsi 
yolundakı maneələri yalnız naqis cəmiyyətlə bağlayır və bu cəmiyyətin, 
hətta  İblisin də, arzu və istəklərini dolğun  şəkildə reallaşdıra bilməsi üçün 
yararlı olmadığını vurğulayır.  İblis özünün əsil mahiyyətini gizlədir, müx-
təlif obrazlara girir, maskalanır və sanki sosiallaşır, cəmiyyətə, insanlığın 
cari yaşantılarına qatıldıqca, insanda onun bütün bəşəriyyətin varlığına ha-
kim kəsilməsi təsəvvürünü yaradır. İblis özünü rahat hiss etmək üçün insan-
ların arasında gəzir, daha təhlükəsiz yer tapsın deyə, – cəmiyyətə səpələnir 
və cəmiyyəti bürüyür, birdən-birə cəmiyyətdə insanın bütün xilas yollarının 
bağlandığı hiss olunur. Şər dünyaya yayılır və bir anlıq da olsa, cəzasızlıq 
sindromu tük ürpədir: “Naqis ictimai mühitdə, “qüvvətə və altuna tabe dün-
yada” İblisə yalnız bir yerdə və bir dəfə deyil, addımbaşı rast gəlmək müm-
kündür. Belə dünyada İblis özünü evindəki kimi hiss edir. Bu dünyanın hör-
mətli nümayəndəsi də, nurani qocası da İblisdir” (2, s. 90). İblislə mübarizə-
də ən sadə və doğru yol budur ki, İblisi özünə, geriyə qaytarmaq, maskasını 
yırtmaq, əsil simasını açmaq ki, cəbhələr açıq-aydın görünsün, dünya yalnız 
İblisin həqiqi üzü ilə, sanki divin şüşədəki canı ilə təkbətək qaldıqda şərin 
həqiqi mahiyyətini tanıya bilər. Yalnız bundan sonra mənəvi - ruhi mübarizə 
üçün meydan açılır və silah, yaxud ideya rolunu oynayacaq amillər müəy-
yən bir məna kəsb etməyə başlayır. S.Xəlilovun dediyi kimi: “İblis yalnız o 
zaman eybəcər və dəhşətli görünür ki, insanlarda bu eybəcərliyin əks qütbü 
– nəcib hisslər təzahür etsin, habelə onlar bu eybəcərliyin mahiyyətini dərk 
etsinlər və hadisələrə bu yeni mövqedən – kamillik zirvəsindən qiymət ve-
rilsin. İnsanlar mühitin açdığı qapılardan keçməyəndə, ona qarşı çıxanda İb-
lis də öz niqabını atmalı olur, öz rəngində, öz donunda görünür” (2, s. 90). 
Bu mübarizənin bir çətinliyi də orasındadır ki, insan yalnız həqiqi şərlə de-
yil, həm də bu şərə yoluxanlarla mübarizə aparmalı olur. Cavid lokal müna-
sibətlər səviyyəsində ilişib qaldıqda, bəzən onun özünü axtarışları tamamla-
nıb başa çatmır, onun sevgisi yüksəlib ilahi bir sevgidə ümumiləşə bilmir. 
Böyük bir əsərdə kiçik bir tərəddüd anı, sanki oxucunun, tamaşaçının mənə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
62
vi dünyasının mahiyyətini büsbütün dəyişir. Hətta “Peyğəmbər”  əsərində 
təsvir olunan islam dininin dahisi də, Arif kimi real həyatdan kənara çəkilir, 
özünə inanmır, halbuki pisliyi görməmək onun olmadığına  şəhadət verə 
bilməz, tarixən peyğəmbər bizə öz döyüşləri ilə daha mübariz və daha ağıllı, 
daha tədbirli bir insan kimi təqdim olunmuşdur. Bu cəhətinə görə, peyğəm-
bəri olduğu məqamdan aşağı saldığı üçün, adiləşdirdiyi üçün Cavidi sovet 
dövründə təqdir edənlər də var idi. Cavidin ideal yanaşmalarında, mistisiz-
mində, hətta antropomorf Allah da, onun rəsulu olan peyğəmbər də, insan-
dan, dünyadan aralı düşür. Haradasa, uzaqlarda, göyün ənginliklərində ideal 
bir dünya var və bu qeyri-müəyyənlikdə hər şey gözəldir, lakin Yerdə, Ca-
vidin  ətrafında dünya qara rəngə boyanıb,  şərlə çirklənib,  şər xeyri üstələ-
yibdir. Bu mühit bizə J.P.Sartrın “Toşnota”  əsərindəki mənəvi-ruhi mühiti 
xatırladır. Antuan Rokantenin gündəlik, cari sarsıntıları, vasvası axtarışları - 
“xırdaçılıq” – “skrupuleznostluq” insanı yorur və  həyatdan bezdirir. “Kim 
nəyi axtarırsa, onu da tapır” deyimi yada düşür və oxucu, tamaşaçı istər-
istəməz nicat yolunu cəmiyyətdən kənarda axtaran müəllifə qoşulur. Cəmiy-
yətin təlatümləri Cavidin qəhrəmanlarını silkələyir, titrədir və istinad nöqtə-
si tapa bilməyən bu insanlar həyat burulğanlarında çırpındıqca, çapaladıqca 
daha dərinə düşürlər. Bu acizlik bəzən oxucuya, tamaşaçıya elə real bir şə-
kildə sirayət edir ki, dünya müharibəsinin acı nəticələri, iblisin fəallaşması 
və meydan sulaması tamaşaçıda qəribə bir narahatçılıq, bəlkə də həqiqətin 
varlığına şübhə yaradır. Həqiqətin, mizanül-hikmətin mövcudluğuna gətiri-
lən şəkk, fəlsəfi düşüncələrə də sirayət edir, hətta filosof da, qaçmaqla qur-
tara biləcəyi haqda düşünür...  
Belə bir sual oxucunu, tamaşaçını narahat edir. Cümlə  xəyanətlərə 
bais olan iblis şərin tərənnümçüsüdürsə, görəsən o, real bir qüvvə kimi insan 
həyatına necə daxil olur? Cavidin yaradıcılığında iblis obrazını  təhlil edən 
S.Xəlilov iblisin, şər qüvvələrinin insana təsirini belə ifadə edir: “İblis”də 
fəlsəfi motivlər” kitabında təhlil etdiyimiz “Həqiqət və güc”, “İnsan, dünya, 
Allah” problemləri də artıq müəyyən dərəcədə işıqlandırılmışdır. Onlar üçün 
“iblisin məhz insan xislətində olması” o dərəcədə “aydındır” ki, xüsusi təd-
qiqata və geniş müzakirəyə heç ehtiyac da duymurlar. Bizdə narahatlıq ya-
radan odur ki, bu cür mübahisəli bir mövqe niyə belə  əminliklə  qəbul 


Fəlsəfə və ədəbiyyat
 
 
 
63
olunur? Bunun səbəbini ancaq nitsşeçiliyin dəbə minməsindəmi, yoxsa fikir 
tənbəlliyindəmi axtarmaq lazımdır? Çünki belə sadə izah “İblis”in son teatr 
qoyuluşundakı rejissor versiyası ilə də, adi şüur səviyyəsindəki təsəvvürlərlə 
də üst-üstə düşür. Görünür, gənclərimiz Cavidi daha dərindən başa düşmək 
üçün Məsud Əlioğlunun, Yaşar Qarayerin müvafiq şərhlərini və bu sətirlərin 
müəllifinin “İblis”də  fəlsəfi motivlər”  əsərindəki hərtərəfli təhlili ya 
mənimsəyə bilmir, ya da sadəcə oxumurlar ( 2, s.17).  
 İblisin varlığı və onunla mübarizə dünya ədəbiyyatında və fəlsəfi fik-
rində  əbədi bir mövzudur. Umberto Eko öz fəlsəfi düşüncələrində, daha 
doğrusu, “Qızılgülün adı” romanında iblisin varlığını cismaniliyin, maddili-
yin ruhanilik üzərindəki qələbəsi deyil, ruhun təkəbbürü hesab edir, onun 
“təbəssümsüz bir inanc” olduğunu vurğulayır və öz fikrini “şübhəyə uğradıl-
mayacaq bir həqiqət” kimi əsaslandırırdı. Əgər insanın cismi yalnız bir vasi-
tədirsə, onu necə günahlandırmaq olar? Dini rəvayətə görə iblis oddan törə-
miş ruhani bir varlıqdır, mələkdir və onun Adəmlə münasibətinin əsasında, 
lap əvvəlcədən bir qısqanclıq, təkəbbür dayanırdı. Lakin bu bizim düşüncə-
mizdə mövcud olan insani təkəbbür deyildi, daha mükəmməl və ideya sə-
viyyəsində mövcud olan, maddi məzmundan daha yüksəkdə dayanan bir ib-
lis təkəbbürü idi. İblisin hiyləsi Adəm və Həvvanı maddiləşdirməklə onları 
çox ağır cəzalandırsa da, iş bununla bitmədi, iblis küfr yolunu tutdu və in-
sanların qəlbinə yiyələnmək məqsədilə möhlət aldı. Burada məsələ heç də 
bir nağılın ciddiyyətindən, yaxud metaforik mənasından ibarət deyildir. 
Məsələnin ən önəmli cəhəti odur ki, bu “iblis” mövzusu zaman etibarilə çox 
- çox qədimlərdən motiv qazanmışdır və məhz buna görə də dünya ədəbiy-
yatının, ictimai-fəlsəfi fikrinin konflikt zonasını həmişəlik işğal etmişdir. Ən 
ümdə bir məsələ olan qədimlik, zamana sahiblik iddiası, məhz bu motivi 
əsaslandırmağa imkan verir. İblis obrazı ilə Xeyir və  Şər kolliziyası elə 
ciddi bir dilemma, yaxud baş sındırmalı koan kimi meydana atıldı ki, uzaq 
keçmişdən bu günə  qədər “İnsan – şeytan” melodramı dünya səhnəsindən 
düşmək bilmir. O müdhiş gündən etibarən, bu münasibət müxtəlif yanaşma-
larda gah tezis, gah antitezis, gah da sintez kimi təqdim olunur. Dünya bir 
qütblüdürsə, xeyir və şərin, yalan və doğrunun, işıq və qaranlığın mövcudlu-
ğu bizə yoxluğa və heçliyə nəinki şübhə ilə yanaşmağa, hətta inanmağa əsas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə