Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
64
verir. F.M. Dostoyevski yazırdı ki; “varlıq yalnız bir halda, yoxluq təhlükəsi 
onu izlədiyi zaman mövcuddur”. Yaxud Səməd Vurğun deyirdi: 
 
                             “Ölüm bir iblisdir, həyat bir mələk! 
Varlığı izləyir heçlik kölgə tək”… 
 
Qaranlıq işığın keçməsi, soyuq istiliyin yoxluğu, ölüm isə, sadəcə bir 
həyatsızlıqdırsa, belə  çıxır ki, dünya bir qütblüdür, ya xeyir haqdır, ya da 
şər, ya işıq həqiqətdir, ya da qaranlıq, deyilmi? Bəs insanın “yoxluq”dan bu 
dərəcədə asılı olması və “yoxluğu” bütün varlığı ilə hiss etməsi nə ilə əsas-
landırıla bilər, nədən insan fani olana bu qədər tapınsın? Dünya dediyimiz 
bir nəsnə, şirin bir yalana, tədbirli bir qondarmaya uymaqdırmı, yaxud insa-
nı  əbədi bir heçlik, “sonsuzluq” adlı bir illüziyamı idarə edir? Məsələnin 
ciddiliyi də elə bundan ibarətdir ki, məhz hansı qütb həqiqətən mövcuddur? 
Qaranlıqmı, boşluqmu, soyuqluqmu, ölümmü, heçlikmi bir gerçəklikdir? 
 “Şeyx Sənan” da Cavid deyirdi: 
 
“Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! 
 Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı! 
 Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm!”... 
 
Cavidin belə inkarçı düşüncələrinə  bəraət qazandırmaq lazımdırmı? 
Hərçənd ki, Cavid məhz bu imtina düşüncəsində varlığa münasibətini ümu-
miləşdirmişdir, lakin burada onun ədalətə çağırışlarının mənası tam açıqlan-
mır. Cavid fəlsəfəsi sadə bir şair düşüncəsindən kənara çıxır, onun fəlsəfi 
ümumiləşdirmələri  ədəbi düşüncədə, söz sənətində, bəlkə  də müdrik bir 
uzaqgörənlikdən xəbər verir. 
Yenə Cavid yazırdı: 
 
“Nə nur olaydı, nə zülmət, 
 nə böylə xilqət olaydı! 
 Tükəndi taqəti-səbrim, 
 ədalət et, ədalət! 
 Nə öncə öylə səadət, 
 nə böylə zillət olaydı!” 
 
Bu fikirlər, yuxarıda bəhs etdiyimiz əbədi həyat kolliziyasının ikili 


Fəlsəfə və ədəbiyyat
 
 
 
65
mahiyyətini qəbul etməyən bir orta əsr dahisinin düşüncəsi – Blez Paskalçı-
lıq idimi, yoxsa ədalətin varlığına çatmaq üçün müəllifin səbrinin tükənmə-
sindən doğan bir üsyanmı idi? Cavid ruhi çarpışmalarda həqiqəti tapa bilər-
dimi? S.Xəlilov bu sahədəki tədqiqlərini belə ümumiləşdirir: “İblis qəti 
əmin idi ki, onun hakim olduğu mühitdə hamı ölüdür. İnsanlar ölü olduğuna 
görə də, İblis özünü qüdrəti-külliyyə hesab edirdi...İblis mənən ölü olanları 
cismani ölülərdən fərqləndirmirdi. Xəstə qadının dediyi “dərdimiz möhlik 
imiş, çarəsi yox” sözlərini isə İblis tamam başqa mənada təkrar edir. O, mə-
nən ölüləri daha çox dərəcədə çarəsiz hesab edir, çünki öz gücünə hələ də 
arxayındır” (2, s.74). Cəmiyyətdəki durğunluğu insanın ölüm halı ilə müqa-
yisə edən Cavid yazırdı: 
                                             
Dərdə bax, millətə bax, niyyətə bax! 
Ölülərdən ölülər feyz alacaq!  
 
Filosof-şairin bu misraları bizə İsanın öz həvarilərinə müraciətlə dedi-
yi belə bir cümləni xatırladır. “Şagirdlərindən bir başqası  İsaya dedi: Ya 
Rəbb! Mənə izn ver, əvvəlcə gedim atamı dəfn edim. Fəqət İsa ona dedi: “ 
Mənim dalımca gəl; qoy ölülər öz ölülərini dəfn etsinlər” (İncil, Matta, 8: 
21, 22). Maraqlıdır ki, çox sonralar bu məsələ Lev Şestovda “qeyri-müəy-
yənliyin fəlsəfəsi” ideyası kimi meydana qoyuldu və “Təməlsizliyin apofeo-
zu”nda doqmatik olmayan təfəkkürün təcrübəsi kimi müxtəlif versiyalarda 
tədqiq olunmağa başladı. Cavidin poetik fəlsəfəsində qoyulan bu məsələ, bir 
tərəfdən, Cavidi cəmiyyətdən uzaqlaşdıran bir cəhət kimi xarakterizə 
olunursa da, digər tərəfdən,  onun təfəkkür imkanlarının bu qədər incəliklərə 
getməsi, şairi bir filosof kimi qavramağa imkan yaradır.  
Cavid insan-dünya münasibətlərində ardıcıldır və tənqid atəşləri yağ-
dırdığı mühitdən fərqli olaraq, insanı iblis qarşısında çox da kiçiltmir. Hətta 
bəzi mənfi keyfiyyətləri iblis insanlardan öyrənirsə  də, bu insanlığı, bəşəri 
mövcudluğu ülvi məzmundan məhrum edə bilmir. İblis də, insanın mahiy-
yətindəki qatlara tamamilə bələd deyildir, insan öz qüdrəti ilə hər an ilahi bir 
məzmun əldə edə bilər. Bu qanlı-qadalı döyüşdə insanın ilahi xislətinə isti-
nad edən S.Xəlilov yazır: “Lakin İblis insan mənəviyyatındakı zəif, əslində 
isə yalnız ilk baxışda zəif olan nurun qüdrətindən xəbərsizdir. Sən demə
insandakı insani başlanğıcı tamamilə  məhv etmək mümkün deyil. Bıçaq 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
66
sümüyə dirənəndə nə kimi möcüzələr yarandığını İblis hələ bilmir... Nurla 
atəş qarşılaşarkən, nur zərif olsa da, atəş möhtəşəm olsa da – nur atəşi ram 
edir. Nur bir məqsəd olaraq qalır və üstəlik atəşi öz vasitəsinə çevirərək 
qüdrət və qüvvət kəsb edir” (2, s.75). Təbii ki, nur mənəvi, atəş isə maddi 
məzmun daşıyır, atəş maddi olduğundan zamanca məhduddur və  hər an 
sönməyə  məhkumdur. Nur mənəvi, ruhu bir məzmuna malik olduğu üçün 
zaman tanımır, zatən sönə bilməz, yalnız əbədiyyətə qovuşa bilər. Elə Cavi-
din can atdığı sevgi də yalnız eşq atəşindən uzaqlaşıb nura çevrildikdə mad-
diliyini itirir və ilahi məzmun qazanır. Əslində Səməd Vurğunun yaradıcılı-
ğında da, xüsusilə  həyat fəlsəfəsi ilə bağlı  bəzi  şeirlərində bu məsələlər 
qoyulmuşdu, lakin Səməd Vurğunun sevgiyə münasibəti Cavidin 
münasibətindən tamamilə fərqlənir. Səməd Vurğunun sevgisi onu cəmiyyətə 
bağladığı  qədər, Cavidin sevgisi onu cəmiyyətdən uzaqlaşdırır. Səməd 
Vurğun, sanki bir sevginin xətrinə dünya ilə barışır və bu fədakarlıq ona 
dünyada ikən bir dünyasızlıq, ruhi yaşantıda ikən bir ruhsuzluq, qaranlıqda 
ikən bir nurlanma bəxş edir. Bir nurlu, eyni zamanda hüznlü bir sevdanın 
işığında daxili – mənəvi azadlıq  əldə edən Səməd Vurğun öz yaşadığı 
mühiti, yaşadığı həyatı da istədiyi kimi görür:  
 
Həyatı görmədimsə, həp gördüyümdən olmuş,  
 Həyatı sevmədimsə, həp sevdiyimdən olmuş... 
 
Görəsən, Cavid üçün sevdiyi insana münasibətin daha yüksək bir 
məqama çatması, sevginin ikili məzmunundan daha yüksəkdə olan üçüncü 
bir tərəfin formalaşması önəmli idimi? Görəsən, Cavid üçün ilahi bir sevgi-
nin Allaha daha bir addım yaxınlaşdıran ecazkar əlaqə formaları mövcud 
idimi? Onu da qeyd etmək lazımdır ki, bir Şərq təfəkkürünün daşıyıcısı kimi 
Cavidin düşüncəsindəki bədiilik, romantik əhvalı-ruhiyyə Avropa romantiz-
mindən daha əvvəl meydana çıxmış  Şərq sufizmindən irəli gəlirdi.  Əgər 
onun qələmə aldığı ruhani səhnələrdə təfəkkürün məntiqi hissəsi bəzən köl-
gədə qalırdısa, bu o demək idi ki, Cavidin mühiti ondan daha güclü idi, de-
mək Cavid mühitlə öz arasındakı səddi keçə bilməmişdi. Fəlsəfəçiliyə mey-
linə görə C. Cabbarlı tərəfindən də ittiham olunan Cavid, bəzən çıxış yolunu 
yalnız abstrakt yanaşmalarda görürdü.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə