Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
88
nin məhsuludur. Amma digər tərəfdən insanın gördüyü bütün işlər, düzəltdi-
yi bütün şeylər mədəniyyət hadisəsinə çevrilmir. Bunun üçün fərdin yaratdı-
ğı müəyyən bir qrup tərəfindən, cəmiyyət tərəfindən qəbul olunmalı, onun 
başqalarına mənimsədilməsinin metodları, texnologiyası işlənib hazırlanma-
lı, onun davamçıları olmalıdır. Yəni yaradılmış bu şey ictimai həyata daxil 
olmalı, onun tərkibində və strukturunda yer tutmalı, möhkəmlənməlidir. Ye-
nə də xatırladırıq ki, fərd miqyasında mədəniyyət yoxdur.  
 Mədəniyyət ixtisaslaşmış ictimai şüur tərəfindən mənimsənilməli, hə-
min dövrdə ictimai inkişafın boyuna uyğun olmalıdır. Yəni müəyyən inkişaf 
səviyyəsində olan cəmiyyətdə hansı isə bir adamın düzəltdiyi qondarma bir 
şey mövcud mədəniyyətin səviyyəsindən aşağıda olduğuna görə, hansı isə 
bir dahinin yeni kəşfi, ixtirası isə mövcud mədəniyyətdən çox yüksək oldu-
ğuna görə, cəmiyyət tərəfindən qəbul olunmur və mədəniyyətləşmir. Hər bir 
mədəniyyət ancaq özünə uyğun olan yenilikləri mənimsəməyə, həzm edə bi-
lir. Başqa xalqlardan da götürəndə, ancaq öz təfəkkür səviyyəsinə, öz boy-
buxununa uyğun olanları götürə bilir.  
 Yetişdirdiyi dahilər özündən çox-çox qabaqda gedirsə, xalq onlardan 
bəhrələnə bilməz. Çünki yaradıcılıqla mədəniyyət arasında bir uçurum ya-
ranmış olur. Onda gərək dahi ilə ictimai şüur arasında bu şüur səviyyəsindən 
bir az yüksəkdə duran və ondan da bir az yüksəkdə duran adamlar dayansın 
ki, onlar bir növ körpü və ya kanat yarada bilsinlər. Bu da mədəniyyətin an-
caq addım-addım yüksəlmək imkanını ifadə edir. Bir adam bəlkə də öz boy-
nundan yuxarı tullana bilər. Amma bütövlükdə icma, xalq öz boyundan yu-
xarı tullana bilməz.  
 “Mədəniyyət” – geniş anlayışdır. O, həm fərdə, həm hansı isə etnik 
qrupa və bütöv millətə aid edilə bilər. Müxtəlif sahələr üzrə mədəniyyətdən 
də bəhs edilə bilər. Məsələn, hüquq sahəsində mədəniyyət – hüquqi mədə-
niyyət, ticarət sahəsində mədəniyyət, siyasi mədəniyyət və s. Yəni həm cə-
miyyət, həm fərddən cəmiyyətə gedən yolun müxtəlif dayanacaqlarında, 
həm də müxtəlif fəaliyyət sahələrinin hər birinin öz mədəniyyətindən bəhs 
etmək mümkündür. Sahə  mədəniyyətləri daha çox texnika anlayışı ilə ya-
xındır. Məsələn, yaradıcı sənətkar yeni ideyaya və bu ideyanın təcəssümünə 
görə yaradıcıdır. Qalan hallarda isə  məlum ideyaları  məlum metodlar və 


Sosial fəlsəfə 
 
 
89
yüksək peşəkarlıqla kətana köçürüb üzə  çıxarmaq – bu da sənətkarlıqdır. 
Amma burada yaradıcılıq yoxdur. Amma texnika var, metodologiya və me-
todikaların mənimsənilməsi var. Yəni hansı isə rəssam məktəb keçib, təlim 
alıb, rəssamlığın texnikasına yiyələnib. Maraq üçün iki qütb götürək. Kimə 
isə anadangəlmə, fitri rəssamlıq istedadı verilib, amma məktəb keçməyib. 
Bir başqası isə heç bir xüsusi istedadı olmasa da, ən məşhur rəssamlıq aka-
demiyasında təhsil alıb və böyük rəssamların iş üsullarını öyrənib. Bunlar-
dan birincidə təbiilik, fitrilik vurğulanır, ikincidə isə sonradan əldə edilmiş 
keyfiyyətlər vurğulanır. Və məhz ikinci “mədəniyyət” anlayışına aiddir. Hər 
bir sahə üzrə mədəniyyətin tərkibinə ilk növbədə metod və texnikaya yiyə-
lənmək daxildir. Fitri istedad, yaradıcılıq mədəniyyətə aid ola bilməz. Mə-
dəniyyət məhz fitri istedadların yaratdıqlarının ictimailəşməsi, müəyyən me-
todlarla daha geniş dairənin istifadəsinə verilməsi mərhələsinə aiddir. Hələ 
bir fərd miqyasında olan bir şey  əgər ictimailəşməyibsə, mədəniyyətə aid 
deyil. Bu mənada mədəniyyətin inkişafının mənbəyi, hərəkətverici qüvvəsi 
əslində yenə də fitri olandır, yəni təbiətdən və ya Allahdan vergidir. Lakin 
bu vergilərin heç də hamısı mədəniyyət hadisəsinə çevrilmir. Heç də bütün 
dahilərin  ətrafında məktəb yaranmır,  ənənə yaranmır. Məktəb yaradanlar 
vergini, sezgini, fitrəti normativləşdirən, rasionallaşdıran məntiqin, şablonun 
dilinə çevirən və onu çoxlarının – təlim alanların sərəncamına verəndir. Bir 
çox dahilər öz kəşflərini, yeni ideyalarını özləri şərh etmir, şablona salmır-
lar. Bu ideyalar neçə onilliklər ərzində əlçatmaz olaraq qalır. Amma kimsə 
tapılır, bu ideyanı sanki yenidən kəşf edir, amma həm də onun ənənəvi dü-
şüncə şablonlarına salınmasına nail olur. Məhz bu zaman kəşf, yenilik zirvə-
dən enərək həmin cəmiyyətin, müəyyən sahədəki ictimaiyyətin ixtiyarına 
verilir, mühitə daxil olur, düşüncə tərzini, ənənənin özünü zənginləşdirir.  
 Heç bir dahi öz kəşfinə, ixtirasına, sənət abidəsinə hansı isə  məlum 
metodların düşünülmüş  tətbiqi ilə nail olmur. Bunlar həmişə ekspromtdur. 
Həmişə şablondankənar orijinal, yeni bir yanaşma sayəsində mümkün olur. 
Yəni metod özü də qeyri-aşkar şəkildə yaranır. Yoxsa bəli metodların tətbiqi 
ilə alınan biliklər kəşf hesab oluna bilməz. Zira, bu bilikləri istənilən məktəb 
keçmiş adam əldə edə bilər. Sadəcə zəhmət, çalışqanlıq hesabına.  
 Bax,  məlum metodların, texnikanın mənimsənilməsi həmin sahədə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
90
mədəniyyətə malik olmaqdır.  
 
Sivilizasiya əmək bölgüsündən başlayır 
İnsanın fəaliyyəti mahiyyətcə fərqli olan üç istiqamətə ayrılır: dünyanı 
dərk etmək (qneseoloji), dünyanı dəyərləndirmək (aksioloji) və dünyanı də-
yişmək, əməli fəaliyyət (praktiki).  
İnsanın bilavasitə  həyatında, hamı üçün eyni olan, zəruri olan həyati 
fəaliyyətində bunların üçü də sinkretik halda olur. Yəni insan nəyi isə bilir 
və bildiyi şeyin onun üçün yaxşı  və ya pis olduğunu müəyyənləşdirir və 
yaxşıya şərait yaradıb pisin qarşısını almağa çalışır. Fərdi həyat miqyasında 
bu üç istiqamətdə fəaliyyətin sıx qarşılıqlı əlaqəsi və vəhdəti göz qabağında-
dır.  İnsanın  əməli fəaliyyəti, nəyi isə  dəyişdirmək, qurmaq, inşa etmək 
cəhdləri onun öz həyati planlarına, maraqlarına uyğun şəkildə həyata keçir.  
Bu üç halqadan ibarət dövri həyat prosesi üçün başlanğıc kimi biliyi 
deyil, əməli fəaliyyəti də seçmək olar. Marksizmə görə, idrakın da, dəyər-
ləndirmənin də  əsasında məhz praktika dayanır. Sührəvərdi də deyirdi ki, 
hərəkətlər qabiliyyətlərə gətirir. Yəni insan əvvəl nəyi isə edir, sonra bu et-
diyinin yaxşı və ya pis nəticəyə gətirdiyini görmüş olur. Bu, bir növ sınaq-
səhv metodunu xatırladır. Yəni ölçüb-biçib addım atmaqdansa, əvvəlcə ad-
dımı atıb elə praktik olaraq onun necə nəticə verdiyini yoxlamaq bəzən daha 
asan görünür. Amma “yüz ölçüb, bir biçmək” tövsiyəsi də vardır. Yəni ad-
dım atmazdan əvvəl düşünmək lazımdır. Düşünərkən isə insan ya öz şəxsi 
təcrübəsini, ya əvvəlki nəsillərin təcrübəsini yada salır, ya da müəyyən ümu-
miləşdirmələr apararaq hansı isə ümumi tendensiyaların bu məsələdə necə 
təzahür edəcəyini “hesablayır”.  
Bu sahədəki  ədəbiyyatda adətən bir-birini tarixən  əvəz edən ictimai 
fəaliyyət formalarından bəhs olunur. Məsələn, ov, əkinçilik, maldarlıq – 
bunlar daha az biliyə, daha çox hərəkətə və fiziki fəaliyyətə əsaslanan for-
malardır. Lakin bilik hər halda vacib komponentdir. Bununla belə bu bilik-
lər ancaq empirik səviyyədə olan biliklərdir. Yəni əvvəlki təcrübələrin ümu-
miləşməsindən alınan və  fəaliyyətin  ənənəvi formalarını, modellərini ya-
radan bir amil kimi çıxış edir.  
Əlbəttə, bu üç fəaliyyət sahəsi yaranma tarixinə görə fərqlənsələr də, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə