Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
52
mir. Baxmayaraq ki, formal məntiq prinsipləri bütün düşüncələr üçün eyni-
dir, amma düşüncə tərzlərinin tam eyniyyətini qəbul etmək olmaz. Ən azın-
dan, insan ancaq müəyyən halda-məqamda olarkən əql qapıları onun üzünə 
açıla bilir. Bir sözlə, elm özü də subyektiv olmaya bilmir. O ki qaldı fəlsəfə-
yə, onun predmeti elə lap əvvəldən insanı da ehtiva edir. Yəni dərk edən özü 
idrakın obyektinə daxil olur. Fəlsəfə insansızlaşmış dünyanı deyil, “Mən”lə 
dünyanın münasibətini öyrənir. 
Sual olunur ki, insanın bədəni, nəfsi və əqli Mən-lə nə dərəcədə əlaqə-
dardır? Orta əsrlər islam fəlsəfəsində, xüsusən İbn Sina və Ş.Sührəvərdinin 
əsərlərində Mən əsasən nəfslə eyniləşdirilir. Dekart insanın mövcudluğunu 
onun düşüncəsi, əqli ilə bağlayır. Materialist təlimlər və adi şüur isə insanın 
varlığını daha çox dərəcədə bədənlə eyniləşdirir. Lakin diqqətlə yanaşıldıq-
da bütün insan bədənləri təxminən eyni bir funksiyanı icra edir və onların 
fərqi insan həyatlarının rəngarəngliyini ifadə etmək üçün əsla yetərli deyil. 
Digər tərəfdən, ölümdən sonra bədənin öz funksiyalarını itirməsi, onun heç 
də müstəqil və ya aparıcı olmadığına dəlalət edir. Ölüm isə nəfəsin dayan-
ması və nəfsin bədəndən ayrılması kimi başa düşülür. Deməli, bədənə həyat 
verən, onu bir canlı varlıq kimi yaşadan əslində nəfs imiş. Əqlin fəaliyyətinə 
gəlincə, o universal səciyyə daşıyır və bütün insanlar üçün təxminən eynidir. 
Düşüncə qabiliyyətləri, potensial imkanlar fərqli ola bilər. Lakin yol eyni 
yoldur. Görünür, buna görə  də,  əqlin fərdi Mən-i səciyyələndirmək  şansı 
azdır.  
Lakin nəfslər necə, fərdidirlərmi və  nə  dərəcədə? Platon belə hesab 
edirdi ki, nəfs (ruh) bir insan öldükdən sonra başqa insanlarda və hətta hey-
vanlarda yaşamaqda davam edir. Bununla da nəfsin fərdiliyi, unikallığı in-
kar edilirdi. Buna baxmayaraq, hər bir fərdin öz şəxsi həyatında nəfsini tək-
milləşdirməsi və deməli, sonrakı nəsillərə irs olaraq daha sağlam ruh qoyub 
getməsi imkanı açılırdı. Deməli, tərbiyə, bir tərəfdən insanlar arasındakı 
münasibətin sayəsində mümkün olursa, digər tərəfdən, insanın öz Mən-ini 
təkmilləşdirməsi sayəsində həyata keçir.  
 
“Öz” və “Mən” 
Özünü tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də 


Fəlsəfə tarixi 
 
 
53
bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, 
başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, 
amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə 
isə bir iş görmək  şansı olmayıb. Amma kimə ki, özü ilə görüşmək nəsib 
olur, onun keçirdiyi ilk hiss heyrət və vahimə ilə müşayiət olunur. Başqası-
nın istəklərinə və düşüncələrinə soyuqqanlı yanaşmaq, onları tənqidi surətdə 
nəzərdən keçirmək emosiyasız da mümkündür. Yaxın adamlarının mövqeyi-
nə, həyat tərzinə biganə qalmaq çətindir. Özünə qarşı biganəlik qeyri-müm-
kündür. (Düzdür, insan özünü heç tanımadan rahatca «yaşayır». Amma əs-
lində kimin həyatını yaşayır? Başqalarının həyatına əlavəyə çevrilmir ki?).  
Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün əslində nə ol-
ması haqqında fikirlərin tarixən dəyişilməsinə yönəldir. Misirlilərin bu haq-
da düşüncələrini ifadə etmək üçün Neyt ilahəsinin məbədində həkk olunmuş 
məşhur yazını misal gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam: 
heç kim mənim pərdəmi götürməmişdir» (4, s. 248-249). İnsanın özünə mü-
nasibəti, özü haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan yu-
nan təfəkküründə daha aydın qoyulur və «özünü dərk et» şəklində konkret-
ləşir. Hegel bu fikri izah edərək yazır ki, burada söhbət heç də hər bir insa-
nın öz müsbət və mənfi, üstün və zəif cəhətlərini anlamasından getmir. Əsas 
məsələ  ümumiyyətlə insanın özünü dərk etməsidir (4, s. 249). Bu mənada 
özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir və tarixi bir 
prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında məhz öz fərdi varlığını 
dərk etməsi problemi də çox önəmlidir. Həm də bu zaman proses daha çox 
dərəcədə duyğu, hissiyyat müstəvisində gedir, insan həyatının tərkib hissəsi 
kimi yaşanır.  
Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini bilmək im-
kanı insanı vahimələndirir. İnsanın özü ilə həqiqi görüşü onun özü haqqında 
yaratdığı himsiz-bünövrəsiz, çox təxmini, ufaq obrazın, bəzən mifin dağıl-
ması ilə nəticələnə bilər və insanın həqiqi siması özü üçün tam bir yenilik 
ola bilər. Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz mövcudlu-
ğuna təəccüb və heyrətlə baxmır.  İnsan öz şüurlu həyatını yaşayarkən, öz 
mövcudluğuna izahat tələb etməyən bir reallıq kimi baxır. Lakin insanın öz 
Mən-inə kənardan baxmaq imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
54
olur ki, insanın kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının  əksinə 
yönəlmişdir (5). 
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinirlər, 
onlar öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə,  əxlaqi 
dəyərlərə uyğun surətdə qurmağa çalışır və əslində nə kimi bir materialla iş-
lədiklərinin fərqinə varmırlar. Lakin bu material  insanın istəyindən, arzu-
sundan asılı olmadan irəlicədən verilmiş, başqası  tərəfindən yaradılmış bir 
gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi 
reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən
sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin et-
diklərindən uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır. 
Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi 
Mən-inin realizasiyası kimi həyata keçir. 
 
Ədəbiyyat: 
 
1.
 
Sartre J.-P., “Conscience de soi et connaissance de soi” , Société Française de 
philosophie, Séance du 2 juin 1947. 
2.
 
Spiegelberg HerbertThe phenomenological Movement, Dordricht-Boston, 1994.   
3.
 
Вопросы философии. № 3, 1986. 
4.
 
Гегель Г.В.Ф. Философия истории. Санкт–Петербург, «Наука», 2000. 
5.
 
Шопенгауэр  А.  Мир  как  воля  и  представление.  Приложение 2-е.  О 
метафизической потребности человека, Мн.: ООО "Попурри", 1999. 
 
 
S.Khalilov 
Positivism and phenomenology 
(abstract) 
 
In the article the positivism and the phenomenology are considered as diffe-
rent and even contradictory approaches, ways of “scientification” and actually de-
nial of traditional philosophy. The increasing of the prestige and influence of 
science and scientific thinking led to their distribution in the areas of thoughts, 
which are incoherent with science. Thus, for author, religion and mystic cognition 
are incompatible with scientific thinking, as well as the traditional, true philosophy. 
The author finds unacceptable the new view of the philosophy attributed by the 
positivism and phenomenology.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə