Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

 
 
- 100 -
 
  
 
Elmi-fəlsəfi həyat  
 
 
 
 “Qadınsız və kişisiz fəlsəfə”  
mövzusunda elmi-fəlsəfi seminar 
 
23 Aprel 2011-ci il, Bakı 
 
Aprel ayının 23-də Fəlsəfə Dünyasında “Qadınsız və kişisiz fəlsəfə” 
mövzusunda elmi-fəlsəfi seminar keçirildi. Seminarda Prof. Dr. Cahangir 
Məmmədli, Prof. Dr. Şahlar Əsgərov, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. 
Füzuli Qurbanov, Prof. Dr. Aydın  Şirinov, Prof. Dr. Tehran Əlişanoğlu, 
Dos.Dr. Mətanət Abdullayeva, Dr. Alov Eyvazova, Dr. Bəhram Həsənov və 
başqa alimlər, aspirant və tələbələr iştirak edirdilər.
 
 
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi 
ki, fəlsəfə insani ma-
hiyyətdən çıxış edir. 
Yəni insan-dünya mü-
nasibətlərindən bəhs 
edərkən və ya insan-
dan bir subyekt olaraq 
dünyanın dəyişdiricisi 
və dünyanı  dərk edən 
tərəf kimi bəhs etdik-
də insanın nə milli, nə 
irqi, nə də cinsi xüsu-
siyyətləri nəzərə alın-
mır. Çünki insani ma-
hiyyət hamı üçün eynidir. 
Fəlsəfədə ümumiyyətlə insanı və ya insan ümumisini səciyyələndirən 
əlamətlər onun ruh və bədənə malik olması, şüurlu varlıq olması, nitq qabi-
liyyəti və s. bu kimi universal cəhətlərdir. Əgər söhbət nisbətən konkretləş-


Elmi-fəlsəfi həyat 
 
 
- 101 -
miş insandan: cavan və ya qocadan, kişi və ya qadından gedirsə, deməli, biz 
fəlsəfədən ayrılmışıq və hansı isə bir elmi müstəvidə, yaxud adi şüur səviy-
yəsində söhbət aparılır. Məsələn, cinslərlə bağlı problemlər genetikanın, bi-
ologiyanın, fiziologiyanın, təbabətin, sosial-psixologiyanın və s. predmetinə 
aid ola bilər. Çünki onların predmeti daha konkretdir. Fəlsəfədə isə belə ay-
rı-seçkilik qeyri-mümkündür. Ona görə də, hətta Fəlsəfi Diskursda qoyulan 
sual özü bəri-başdan fəlsəfənin tələblərinə uyğun gəlməyən bir sualdır. Belə 
ki, ən azı fəlsəfənin predmetinə daxil olan insan nə kişi, nə də qadındır. Bir 
subyekt olaraq filosof özünü hansı isə bir peşə ilə, irqlə, yaş dövrü ilə, mü-
əyyən bir ölkənin vətəndaşlığı ilə bağlasa, deməli o, filosof deyil. Həmçinin 
tədqiqatçı özünü qadın və ya kişi olaraq hiss etməklə dünyaya münasibət 
bəsləyirsə, yəni dünyaya qadın gözü ilə və ya kişi gözü ilə baxırsa, deməli o, 
filosof deyil. Daha doğrusu, məhz həmin məqamda filosof məqamından aşa-
ğı enmiş, insan ümumisini xüsusiləşdirmişdir. Məhz bu cəhətləri nəzərə ala-
raq, biz Fəlsəfi Diskursda qoyulan suala belə cavab verdik ki, böyük fəlsə-
fədə nəinki qadına, elə kişiyə də yer yoxdur. 
Əlbəttə, sualı bir az konkretləşdirib bu şəkildə ifadə etsək ki, böyük 
fəlsəfə klassikləri arasında qadınlar niyə yoxdur və ya niyə azdır, onda onun 
cavabını  həm sosial müstəvidə, həm də qnoseoloji-psixoloji müstəvilərdə 
axtarmaq olar. Bax, bu xüsusiyyətlərdən danışmaq üçün sözü ilk növbədə 
qadınların nümayəndəsinə veririk. 
Dr. Alov Eyvazova çıxış edərək ilk növbədə qadın probleminin çox 
qədim olduğunu vurğuladı. O, qadın və müdriklik anlayışlarının qədimdə 
eyni məna kəsb etdiklərini, zaman-zaman sosial şərtlərin təzyiqi ilə qadınla-
rın statusunun cəmiyyət arasında itməsinin tarixini danışdı və təhlillər verdi. 
Prof. Aydın Şirinov və Prof. Füzuli Qurbanov böyük fəlsəfədə qadının 
yeri olmadığını və bunu qadının öz təbii imkanlarından irəli gəlməsi fikrin-
dən çıxış etdilər. Yəni fəlsəfə qadın işi deyilmiş. 
Bu fikir seminarın qadın iştirakçılarının ciddi etirazına səbəb oldu. Çı-
xış edən Dr. Alov Eyvazova, Dos.Dr. Mətanət Abdullayeva, Günel Piriyeva 
və tələbə jurnalistlər böyük fəlsəfə klassikləri arasında qadın filosofların da 
olduğunu və onların azlıq təşkil etməsinin isə sosial səbəblərlə və hətta kişi 
qısqanclığı ilə əlaqədar olduğunu bildirdilər. 
Prof. Dr. Cahangir Məmmədli qızların çıxışından məmnun qaldığını 
və onların öz mövqeyini məntiqli və arqumentli şəkildə müdafiə etdiyini 
vurğulayaraq buna sevindiyini bildirdi. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
 
 
 
 
- 102 -
Prof. Dr. Şahlar  Əsgərov qadınların daha praktik düşündüyünü, icti-
mai şüurla tez barışdığını və ağlabatmayan ideyaların arxasınca getmədiyini 
söylədi. Onun fikrinə görə, kişilər, qəbul olunmuş fikirlərə qarşı çıxmaqda 
daha israrlıdırlar və öz mövqelərini isbat etmək üçün məqsədyönlü tədqiqat 
aparmaq yolunu seçirlər. Ona görə  də böyük alimlər və filosoflar əsasən 
kişilərdən olur. 
Prof. Dr. Səlahəddin Xəlilov öz yekun sözündə qadın filosofların say-
ca az olmasının səbəbini gender bərabərliyinin pozulmasında, qadınların gu-
ya sıxışdırılmasında axtaran bəzi mövqelərə öz kəskin mövqeyini bildirdi. 
Onun fikrinə görə, səbəblər təbii intellektual imkanlarda və qadının düşüncə 
tərzində, təbiətə daha yaxın olmasında, instinktlərinin daha güclü olmasında 
və  ən başlıcası, öz düşüncələrində cinsi mənsubiyyətlərinin fövqünə qalxa 
bilməməsində axtarılmalıdır.  
Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə 
şəkilləri çəkildi.  
 
 
“Varislik, yaradıcılıq və inkişaf”  
mövzusunda elmi-fəlsəfi seminar 
 
7 May 2011-ci il, Bakı 
 
May ayının 7-də Fəlsəfə Dünyasında “Varislik, yaradıcılıq və inkişaf” 
mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
 
Seminarda Templ (ABŞ) Uni-
versistetin professoru Leonard Swidler, Prof. Dr. Fərman  İsmayılov, Prof. 
Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Xəzər Universitetinin 
müəllimi Dr. Elnurə Əzizova, aspirant və tələbələr iştirak edirdilər.
 
 
Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi 
ki, sualın müəllifi hesab edilən Sührəvərdi əslində deyirdi ki, “şey özündən 
daha  şərəflisini yarada bilməz”. Diqqət çəkən  əsas məsələ “daha şərəflisi” 
dedikdə, daha mürəkkəb, daha zəngin bir şeyin nəzərdə tutulmasıdır. Amma 
məsələnin “bilməz”lə yanaşı “bilər” tərəfi, bu tərəfin təhlili, ilk növbədə 
məsələnin terminoloji problemləri daha maraqlıdır. Bizi maraqlandıran 
həmçinin məsələnin yaradıcılıqla bağlı olan məqamlarıdır. Sualımıza verilən 
cavabların təhlilindən belə bir qənaətə  gəlmək olur ki, əgər “Yaradan tək 
Allahdır” konsepsiyasından çıxış etmiş olsaq, yaradılmışlar yaradandan da-
ha şərəfli ola bilməz.  


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə