E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
157
mağa
cəhd göstərirlər, ikincisi isə, ictimaiyyəti oğurlanmış xalçaların
erməni-arsax mənşəli olmasına, yaxud onların plagiat nüsxələrinin
orijinallarına münasibətdə ilkinliyinə inandırmağa çalışırlar.
“Xalçaların erməni təbliğatı”nın tipik nümunələri bunlardır. “Qa-
zıntılar zamanı tapılmış ən erkən xalça qalıqları b.e.ə. II-I minilliyə
aid edilmişdir. B. e.ə. XIV-IX əsrlərə aid zirzəmidə tapılmış xalça
üzərində svastika nişanı, su və ilan rəmzləri vardır”. Erməni mənbə-
lərinin yazdığına görə, “tapılmış xalça qalıqları onların bu günkü er-
məni xalçaçılığı ilə böyük oxşarlığını təsdiq edir”. Sonra göstərilir ki,
“yunan-roma, iran, ərəb, bizans, bolqar mənbələrində qədim və orta
əsrlər dövrünün məşhur erməni xalçaları və karpetləri
(əllə toxunan
erməni milli xovsuz xalçaları) haqqında çoxsaylı sübutlar vardır.
XIV-XX əsrlər Avropa rəssamlıq əsərlərində erməni xalçalarının
kompozisiyaya daxil edilmiş təsvirlərinə tez-tez rast gəlinir.” Qeyd
olunur ki, nadir erməni xalçaları az qala dünyanın bütün muzeylə-
rində saxlanılır. Ermənilərin yazdığına görə, “xalçalardan 1202-ci ilə
aid edilən və üstündə ermənicə yazı olan ən qədimi Qandzak (Gəncə)
vilayətinin Banans kəndində toxunmuşdur. Məlum olub ki, Londo-
nun Viktoriya və Albert muzeylərində XVII əsrə aid xalça saxlanılır.
Nyu-York şəhərindəki Metropoliten muzeyi XVI əsrə aid xalça əldə
etmişdir” və i.a. Xüsusi qeyd edilir ki, “erməni xalçaları haqqında
Herodot və VIII, IX, X əsr ərəb tarixçiləri” məlumat vermişlər.
Bir sözlə, hörmətli oxucular, yalnız erkən orta əsrlərdə erməni
xalçasının “Bolqarıstandan Türkmənistana, Bağdaddan Konstantino-
pola qədər” şöhrət tapmasına kömək etmiş erməni əsilli
Bizans mo-
narxı Baqratayds haqqında informasiya istisna olmaqla, az qalır ki,
Azərbaycan xalçasının tarixi barədə yuxarıda yazdığımız təzədən da-
nışılır. Erməni xalçasının uydurulmuş tarixi, köhnə vərdişə uyğun
olaraq, miflərlə müşayiət olunur. Məsələn, şəbəkənin maraqlanan
istifadəçisi “öyrənə bilər” ki, “bolqar kralının minə qədər adam yer-
ləşən böyük çadırının hər yeri erməni xalçaları ilə döşənmişdi”.
Faktlar qəsdən baş-ayaq salınaraq, məlumat verilir ki, “60-cı illə-
rin ortalarından etibarən, Azərbaycan Mədəniyyət Nazirliyinin nüma-
K A M R A N İ M A N O V
158
yəndələri respublikanın ermənilər yaşayan bölgələrindən və erməni-
lərdən xalçaların satın alınmasına başlamışlar (guya söhbət XX əsrdə
baş verən hadisələrdən gedir). Ermənilərin məlumatlarına görə, guya
köhnə erməni xalçalarına və karpetlərinə (əl
ilə toxunmuş erməni
xovlu xalçalar) görə sakinlərə heç də az olmayan pul təklif olunmuş-
dur”. Erməni ekspertləri “hesablamışlar” ki, “altmışıncı və yetmişinci
illərdə Azərbaycanda altmış mindən çox erməni xalçası və əllə to-
xunmuş karpet satın alınmışdır”. “Hiddətlənmiş” ermənilər bəyan
edirlər ki, “zəngin və informativ naxışlı erməni xalçaları, bir qayda
olaraq, özündə xristianlıq rəmzini və erməni yazılarını da göstərir,
lakin bunlar həmin xalçaların bir çoxunun Bakıda nəşr olunmuş
şəkilli “Azərbaycan xalçaları” foliantında (Bakı, 1983) təqdim olun-
masına maneçilik törədə bilməmişdir.
Yuxarıda göstərilən aşkar yalanla yanaşı, erməni “xalçaçılıq”
saytları yalan elmi müzakirələrə başlayır, “qədim erməni xalçaları”-
nın mövcud olmayan xüsusiyyətlərini oxuculara zorla sırıyaraq, eyni
zamanda, onların itirilməsi barədə gileylənirlər. Xüsusilə, qeyd olu-
nur ki, qorqa və karpetin (erməni xalça növləri) “xarakterik rəngləri
olur: qara, qırmızı, sarı, ağ-bunlar erməni xalçalarına xas olan ən tpik
rənglərdir”. “Yaşıl, qəhvəyi və ümumiyyətlə, yarımtonlar (mavi, cəh-
rayı, firuzəyi, bənövşəyi və s.) müsəlman incəsənəti
üçün səciyyəvi-
dir, ancaq bunlar erməni mədəniyyətinə, xüsusən də, erməni xalçala-
rına xas deyil”: ermənilər belə yazırlar. Yekun olaraq göstərirlər ki,
“zaman keçdikcə erməni xalçalarının bir çox sirləri itmişdir, xalça to-
xuma sənəti və onun fəlsəfəsi tənəzzülə uğramış və ərəb və müsəl-
manların güclü təsiri altına düşmüşdür. Simvolların mənası və onla-
rın təsvir üsulları tədricən unudulmuş, təsvirlərdə isə qeyri-erməni
rəngləri və naxışları görünməyə başlamışdır. Nəticədə, müasir erməni
xalçalarında çox şey, yumşaq desək, ermənicə deyildir.
Bu hal müəy-
yən qədər, erməni havaları və sözləri ilə yanaşı, çox tez-tez müsəl-
man sözləri və melodiyalrı ilə rastlaşdığımız erməni xalq musiqisin-
dəki vəziyyəti xatırladır ”.
Arzu olunanın həqiqət kimi təqdim edilməsinə aid ermənilərın
sitatgətirmələrinin kifayət qədər olduğunu bilərək, faktlara müraciət
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
159
edək. 1952-ci ildə Moskvada Mərkəzi Sənaye Şurasının himayəsi
altında buraxılan “Ermənistan SSR-nin xalçaları” kitab-kataloqu qar-
şımızdadır. Bu kitabda təsdiq edilir ki, inqilaba qədər Ermənistanda
xalçaçılıq aşağı səviyyədə idi, ona görə ki, “xalçaçının özü yun əldə
etməli, onu yumalı, əyirməli, rəngləməli idi, ... həmin məhsulun satıl-
ması qayğısı da onun üzərinə düşürdü” (Yeri
gəlmişkən, Azərbaycan
xalçaçıları da həmin çətinliklərlə üzləşirdilər, ancaq xalça toxuculuğu
aşağı səviyyədə deyildı, onların məhsulu isə dünyanın hər yerinə
yayılırdı və əlbəttə ki, bu işdən yaxşı qazanan erməni möhtəkirlərinin
də buna köməyi dəyirdi).
Daha sonra göstərilir ki, “Yerevan, Leninakan, Stepanavan, İcevan,
Sevan, Bəyazit və Zəngəzur Ermənistanın əsas xalçaçılıq rayonla-
rıdır.” Hörmətli oxuculardan diqqət yetirmələrini xahiş edirik. Bu
rayonlar deportasiyaya qədər ənənəvi xalçaçılıq vərdişləri olan azər-
baycanlıların kompakt yaşadığı yerlər olmuşdur. Əgər biz sual versək
ki, o vaxt Ermənistanda hansı xalçalar toxunmuşdur, onda bizi
kataloq müəlliflərinin (müəlliflərdən biri də L.Q Karamanyandır) son
dərəcə heyrətləndirici bir cavabı gözləyər. Məlum olur ki, “Ermənis-
tan SSR-də “Yerevan”, “İcevan” xalçaları hazırlayırlar
və bununla
yanaşı,
“artellər “Quba”, “Şirvan”, “Gəncə”, “Qazax”, “Qarabağ”
tipli xalçalar buraxır” (kursiv bizimdir). Belə çıxır ki, Ermənistan
artellərinin buraxdığı 7 xalça növündən 5-i Azərbaycan xalçaçılıq
məktəbinin xalçalarının plagiat surətləridir (tipləridir). Göstərilən
xalçaların naxışlarına diqqət yetirsəniz, bu deyilənlərin həqiqət oldu-
ğuna inanmaq çətin deyildir. Azərbaycan xalçaları 35 cədvəldə nü-
mayiş etdirildiyi halda, “Yerevan”, “İcevan” xalçalarına daha az,
cəmi 15 cədvəl verilmişdir. Hələ onu demirik ki, “İcevan” xalçaları-
nın bəziləri tamamilə Azərbaycan xalçalarının orijinallarının təkrarı-
dır. Bu da səbəbsiz deyildir, ona görə ki, Göyçə xalçaçılıq mərkəzi
yaxın keçmişdə İcevanla yanaşı, Qazax xalçaçılıq məktəbinə daxil
olan Göyçə (indi Sevan) gölü ətrafındakı əraziləri də özündə birləş-
dirirdi.
Başqa bir yazılı mənbəyə müraciət edək və Raymond Benardutun
1978-ci ildə Londonda ingilis dilində nəşr etdirdiyi “Qafqazın böyük
K A M R A N İ M A N O V
160
xalçaları” adlı məşhur kitabını
(“Cancasian Ruds”, by Raymon'd
Benardout) götürək.
Albom şəkillərlə çox zəngindir, 96 səhifədə
məşhur Azərbaycan, Dağıstan və erməni mənşəli xalçaların şəkilləri
verilmişdir. Hörmətli oxucular, albomun illüstrativ əlavəsində göstə-
rilmiş gözəl ornamentli və mürəkkəb kompozisiya naxışlı 66 iri xal-
ça, palaz və kilimin yalnız ikisi ermənilərə aiddir, 56-sı isə Azər-
baycan xalçasıdır. Bunların da 9-u Qazax xalçaçılıq məktəbinə, 4-ü
Gəncə, 10-u Şirvan, 1-i Abşeron xalçaçılıq məktəbinə aid olan, həm-
çinin Azərbaycan ustalarının toxuduqları bir çox digər xalçalardır.
Xalçaların böyük dəyərləndiriciləri olan ingilislər Azərbaycan xalça-
çılıq məktəbinin dünyanın boyük xalçaları xəzinəsinə verdiyi töhfəni
məhz belə qiymətləndirmişlər.
Bu əhəmiyyətli faktlarla kifayətlənərək, indi də “erməni”lərin
“karpet” termininin izahına keçək.
Hörmətli oxucular ! Bildiyiniz kimi,
“karpet” ingiliscə “xalça”
deməkdir, ingilis dilinin etimoloji lüğətinə əsaslansaq,
bu termin
“qalın yun parça” mənasını verən
“karpita” latın kökündən əmələ
gəlmişdir. Ancaq siz bilmirsiniz ki, erməni mənbələri inandırmağa
çalışırlar ki, “karpet əllə toxunan xovsuz milli erməni xalçası”dır. Bu
isə məhz azərbaycanlıların əsrlər boyunca “kilim” adlandırdıqları
incəsənət əsəridir. Maraqlısı başqa şeydir. Bir halda ki, ermənilər öz
xalçalarının (qorqa və karpet) tarixini b.e.ə. II əsrin axırlarına və I
əsrin əvvəllərinə aid edirlər, onda belə çıxır ki, latınlılar və üstəlik də,
ingilislər “karpet”i ermənilərdən mənimsəmişlər. Bu qəribə işin aydın
olmasına baxmayaraq, ermənilərin xalçaçılıq iddialarına aydınlıq
gətirən bir misalı gözdən keçirək. Azərbaycan, Dağıstan, Ermənistan
və Gürcüstan xalçaşılıq nümunələrini özünə daxil etmiş alman dilin-
də çıxan illüstrasiyalı “Qafqaz xalçaları” albomunda (“Avrora” nəş-
riyyatı, Leninqrad, 1984) ən yaxşı xalça nümunələrini verilmişdir.
Bir şey də diqqəti cəlb edir. Azərbaycan xalçaları 71 illüstrasiyada
verilmişdir ki, bu da albomun 60%-ni təşkil edir, ermənilərə aid
illüstrasiyalar isə (cəmi 27) cəmisi 16%-dir.
Başqa bir fakt da əhə-
miyyətlidir. Albomdakı 91 nömrəli illüstrasiyada “karpet – Dilican
kilimidir” kimi (keçmişdə Azərbaycan şəhəri olmuş, Sovet hakimiy-