E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
145
onun “Arşın mal alan” operettasının şöhrəti
Azərbaycan, Rusiya, Er-
mənistan, Gürcüstan və digər ölkələrin hüdudlarını aşaraq, Amerika-
da da qalibiyyətli yürüşünü davam etdirirdi. 1917-ci ildə “Arşın mal
olan” Nyu-Yorkda tamaşaya qoyulur (“Exo”, 13 may 2002-ci il,
“Arşın mal alan”ı necə oğurladılar” məqaləsi). O cümlədən K.
Şahverdinin verdiyi məlumata görə, 1917-ci il fevralın 16-da “Molla
Nəsrəddin” jurnalının 2-ci sayında belə bir xəbər dərc olunmuşdu:
“Amerikanın Nyu-York şəhərində çıxan qəzetlərin birində məlu-
mat verilir ki, “Arşın mal alan” operettası Amerika teatrlarında tama-
şaya qoyulur. Öz adımdan deyə bilərəm ki, 6 aylıq səhayətim zamanı
Aşqabadda, Daşkənddə, Orenburqda, Samarada, Astraxanda, Tsari-
sında, Petrovskda, Vladiqafqazda, küçələrdə və bazarlarda “Arşın
mal alan” operettası haqqında gedən söhbətdən
başqa nə isə az eşit-
mək mümkündür... Bu məşhurluğun sirrini “Arşın mal alan” operet-
tasının “sirri”ndə axtarmaq lazımdır. Ona görə həm ermənilər, həm
gürcülər, həm ruslar, həm də amerikalılar öz aralarında bu əsərin
qazandığı müvəffəqiyyəti bölüşürlər...”
20-ci illərdə Zaqafqaziya respublikaları sovetləşdikdən sonra
Amerikaya köçmüş erməni teatr-plagiatçıları burada Ü. Hacıbəyov
musiqisinin çox böyük populyarlığı ilə qarşılaşır və onlar bundan öz
əllərini “qızdırmağa” başlayırlar. Misal üçün, belə plagiatçılardan biri
Sedrak Surabyan bu məşhur tamaşanı 1923-cü ildə Nyu-Yorkda
səhnəyə qoyur. Tamaşanın dirijoru pianoçu Kuşnaryan olmuşdur.
“Arşın mal alan” operettasının
benefisi Boston, Filadelfiya, Çikaqo,
Detroyt, Los-Anjeles və Amerikanın başqa şəhərlərində davam
etdirilirdi.”
1915-1921-ci illərdə “Arşın mal alan” operettasını 800 dəfədən
artıq erməni, gürcü, Azərbaycan və rus dillərində səhnəyə qoymuş
əvvəl adını çəkdiyimiz Sidrak Maqalyanın truppası Amerikada pla-
giatçılıq sahəsində də “rekord vurmağa” müvəffəq olmuşdu. “Arşın
mal alan” operettasının erməni və gürcü dillərində səhnə qoyuluşu
haqqında” məqalədə (Azərb. SSR EA-nın “Ədəbiyyat, dil və incəsə-
nət seriyası”, 1978, № 1) qeyd edildiyi kimi, S.Maqalyan “Şant” adlı
truppası ilə 1923-cü ildən 1958-ci ilə qədər “Arşın mal alan“ operet-
K A M R A N İ M A N O V
146
tasının (müəllifinin adını göstərmədən) tamaşası ilə bütün Amerikanı
dolanmağa “müvəffəq olmuşdur.”
Ü.Hacıbəyovun şəxsi
və əmlak müəllif
hüquqlarının pozulmasını
həmin S. Maqalyan həyasızcasına və bununla birlikdə təmtəraqla bö-
yük bəstəkarın müsiqisinin Amerikada təbliği ilə izah edirdi.
Buna o qədər də təəccüblənmək lazım gəlmir, çünki biz oxucuları
erməni plagiatının anatomiyası ilə artıq tanış etmişik.
Təəccüblüsü digər məsələdir. XX əsrin 70-ci illərinin sonlarına
yaxın yuxarıda qeyd etdiyimiz “Azərb. SSR EA-nın Xəbərləri, “Ədə-
biyyat, dil və incəsənət” seriyasında dərc olunmuş məqalədə məlumat
verilirdi ki Maqalyan truppasının Amerikada böyük uğur qazanma-
sının səbəbi onun aktyor ansamblının yüksək ifaçılıq ustalığı ilə
əlaqədardır və qeyd olunurdu ki, Maqalyan tərəfindən “lütfkarlıqla
bizə təqdim edilən fotoplakatlar və proqramlar” sayəsində erməni di-
lində tamaşanın qoyulmasında iştirak edən artistlərin adı Amerikada
məşhurlaşdı. Bununla da dolayı yolla bu plgiatçının və Ü.Hacıbəyo-
vun müəllif hüquqlarını pozan şəxsin bu işdəki rolu rədd olunur.
Bu məşhur operettanın “erməni mənşəli olması”, daha dəqiq de-
sək, yalançı müəllifin, “erməni operettasının şahı” Maqalyanın əsəri
olması barədə fikir bax bu cür Amerika tamaşaçılarının ictimai
şüuruna yeridilirdi. Amerika bir yana, elə A.Paronyan adına Yerevan
Dövlət Musiqili Komediya Teatrı praktiki olaraq, həmişə Ü.Hacıbə-
yovun yaradıcılığına müraciət edirdi. Məşhur operettanın
səhnə qo-
yuluşlarından biri Saruxanyanın tərcüməsində A.Qulakyanın rejissor-
luğu ilə həyata keçirilmişdi, bütövlükdə isə “Arşın mal alan” tamaşa-
sı bu teatrın səhnəsində 300 dəfədən çox göstərilmişdir.
Qarşımızdakı 1955-ci il (Suxumi şəhəri) tarixli afişa belə tama-
şaların birindəndir. Hörmətli oxucular, bu afişada bütün erməni işti-
rakçılarına yer tapılmış, yalnız... tək müəllifin - Ü. Hacıbəyovun adı
göstərilməmişdir.
Bir daha xüsusi qeyd edirik,
hörmətli oxucular, Ü.Hacıbəyovun
hüquqlarının kobud şəkildə pozulması uzaq Amerikada yox, o za-
mankı vahid dövlət olan SSRİ-nin ərazisində baş verirdi.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
147
Həmin dövrdə uzaq Amerikada başqa bir erməni plagiatçısı,
rejissor R. Mamulyan “Arşın mal alan” operettasını ekranlaşdırır,
yenə də Ü.Hacıbəyovun əsərin müəllifi olduğu gizlədilir. Bu, 1937-ci
ildə Hollivudda baş vermişdir. Yalnız böyük bəstəkarın SSRİ-nin o
vaxtkı rəhbəri Stalinə müraciəti “Arşın mal alan”ın bu görkəmli
müəllifin rəhbərliyi altında ekranlaşdırması üçün əsas oldu. Şübhəsiz
ki, əsərin bu məşhur ekran variantı Üzeyir bəyin mənəvi və ya şəxsi
hüquqlarını təsdiq etdi, ancaq onun pozulmuş əmlak hüquqlarına
münasibətdə heç nəyi həll etmədi. O vaxtlar SSRİ müəllif hüquqla-
rının qorunması üzrə heç bir Konvensiyanın üzvü deyildi, ona görə
də Üzeyir bəyə verilməli olan qonorar hesabına erməni plagiatçıları
varlandılar. “Mənəviyyat qanunları-həm də incəsənət qanunlarıdır”,-
bunu Şuman demişdir, ancaq incəsənətlə bağlı bu
cür formulun
erməni saxtakarlarına heç bir aidiyyəti olmamışdır.
Hörmətli oxucular! Biz “Gəldim, gördüm...mənimsədim” adlı bi-
rinci bölmədə musiqi plagiatı və mənimsəmələr haqqında olan silsi-
lənin yekununa yaxınlaşırıq. Burada “Azərbaycanın mədəni irsinin
mənimsənilməsi erməni ənənəsi” haqqında danışaraq, yekun hissədə
sizin diqqətinizi L.Qumilevin çox gözəl bir müşahidəsinə yönəltmək
istərdik: “Müasir dövrdə müşahidə olunan hər bir hadisənin başlan-
ğıcı bəzən yaxın, bəzən də uzaq keçmişdə olur, ancaq heç vaxt son-
suzluqda olmur... İndiki dövrdə mövcud olan
istənilən prosesin tarixi
- bu prosesin bu və ya digər səbəblər üzündən başlandığı anın dava-
mıdır...”
Söz sizindir, hörmətli oxucular, özünüz qərar verin, ancaq zənni-
mizcə, gətirilən sitat müasir erməni musiqi plagiatçılığının və Azər-
baycan musiqisinin mənimsənilməsinin başa düşülməsi ilə həmahəng
səslənir.
Biz məşhur erməni şairi Avetik İsaakyanın Azərbaycan klassik
musiqisinin banisinə və deməli, bütün
Azərbaycan musiqisinə ünvan-
lanmış çox gözəl sözlərini sitat gətirərək, bu başlığı tamamlayırıq:
“Hacıbəyov öz parlaq operalarını yaradarkən erməni xalqına doğma
kimi yaxın olan, zəngin və ecazkar Azərbaycan xalq musiqisindən
istifadə etmişdir...”
K A M R A N İ M A N O V
148
“Oğurlamaq imkanı- məhz oğrunu meydana gətirir” (Bekon),
“dost olmayana əsil üsulla cavab vermək isə-ona bənzəmədən cavab
verməkdir” (B.Fontenblok) kəlamlarını sizə xatırlatmaqla, bu paraq-
rafı sizin ünvanınıza ən xoş arzularla başa vururuq.