E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
129
ması və inkişafı Komitasa və onun tərəfdarılarına dalana dirənmə
kimi gəlirdi.
Beləliklə, hörmətli oxucular, burada mürəkkəb bir və-
ziyyət yaranmışdı: ya müstəsna olaraq özünün kilsə monodiya kök-
lərinə əsaslanan klassik erməni musiqisinin dalana aparan yolla for-
malaşdırılması, ya da türk-Azərbaycan melodiyalarından ibarət olan
erməni xalq musiqisinə istinad edilməsi. Komitası məhz bu səbəbdən
tez-tez böyük etnoqraf kimi təqdim edirdilər, çünki o, öz həyatını xalq
musiqisinin toplanmasına, işlənməsinə və nota köçürülməsinə həsr
etmişdir. Yazılı erməni musiqi plagiatçılığının kökləri də elə buradan
başlayır. Axı erməni musiqi mütəxəssislərinin özlərinin etiraf etdiklə-
rinə görə, (əvəlki paraqraflara bax) erməni şifahi
musiqi ənənəsi türk-
Azərbaycan musiqisinə əsaslanırdı, çox vaxt isə orijinal Azərbaycan
variantları ifa olunurdu. Bu mənada yazılı (not) musiqi plagiatçılğı
yazılı ədəbi plagiatçılıqdan çox da fərqlənmirdi. Bu, özünü xüsusən,
Azərbaycan rəvayətləri, bayatıları, atalar sözləri, yaxud dastanları
“erməniləşdirilərək” yazılı mətnlərə çevrilib erməni əsərləri kimi nəşr
olunuqda göstərirdi. “Vikipediya” saytında (“Azad ensiklopediya”)
qeyd edildiyi kimi, Komitas 12 yaşında Eçmiədzinə gəldiyi zaman,
hələ erməni dilində danışmağı bacarmırdı, IV Qevorkun salamına ca-
vab olaraq o demişdr: “Mən ermənicə danışmıram, əgər istəyirsiniz-
sə, mahnı oxuyum.”
Elə buradaca qeyd olunur ki, Komitas Bakı neft
maqnatı Mantaşevin pulu hesabına Berlində öz təhsilini başa vurub
qayıtdıqdan sonra “Ermənistanın müxtəlif rayonlarını gəzir, minlərlə
erməni, kürd, iran və türk mahnılarını toplayır və mahnıların işlənmə-
sini yaradır”. Türk motivlərinə əsaslanan xalq müsiqisinə Komitasın
münasibətindən danışarkən, biz heç də onun erməni dini musiqisinə
diqqətini, kilsə nəğmələrinin oxunması sahəsindəki tədqiqatlarını və
bəstəkarın yaratdığı dini əsərləri istisna etmirik. Bir daha onun xalq
musiqisinə olan xüsusi munasibətini qeyd edirik. Təsadüfi deyildir ki,
Komitas Eçmiədzinin dindarları ilə əlaqəni pozub İstanbula qayıda-
raq, burada konsert proqramında xalq mahnıları üstünlük təşkil edən
“Qusan” xorunu yaradır. Katolikos I Vazgenin Komitas haqqında de-
diyi: “Erməni xalqı öz ürəyini Komitasın mahnısında tapmış və tanı-
mışdır...” sözlərlə biz də razıyıq.
K A M R A N İ M A N O V
130
S. Ginzburqun “SSRİ xalqlarının musiqi ədəbiyyatı”nda isə
Komitas belə təqdim olunmuşdur: “Yüksək vətənpərvərlik hissi ilə
hərəkətə gətirilən Komitas özünün həyati vəzifəsi kimi qarşısına qoy-
muşdu ki, erməni xalqının öz musiqi ənənəsinin
olduğunu sübut et-
sin, onun milli özünəməxsusluğunu göstərsin və əsaslandırsın...”
deyirdi: Komitas, -gedin, ondan (xalqdan) öyrənin...- deyirdi. Təbii
ki, vətənə qayıdandan sonra Komitasın diqqət mərkəzində xalq mah-
nılarının dərindən tədqiq edilməsi dururdu... “Komitasın qeydləri və
məqalələri erməni xalq musiqisini düzgün başa düşmək üçün yolu tə-
mizlədi”. “Krım erməniləri” elektron soraq kitabçasında onun silah-
daşı X. Qara-Mirzə belə təqdim olunur: “Erməni milli musiqisinin in-
kişafında X. Qara-Mirzənin xidmətləri şübhəsizdir... QaraMirzə nəinki
erməni dini və xalq mahnılarını toplayır, onları notlara köçürür, həm
də onların ifalarını təşkil edirdi.” Oxucuların başa düşdüyü kimi, er-
məni klassik musiqisinin formalaşdırılmasında Komitas musiqi kre-
dosu qələbə çaldı və bu, türk və Azərbaycan xalq musiqisinin hesabı-
na baş verdi.
Özünüz
mühakimə yürüdün, hörmətli oxucular, erməni bəstəkar-
ları və musqişünasları tərəfindən yazıya köçürülmüş və işlənmiş folk-
lor musiqisi nümunələrinin hesabına 200-dən artıq Azərbaycan kom-
pozisiyaları “erməniləşdirilmiş” və not redaksiyasında Rusiyanın
Moskva, Sankt-Peterburq və digər şəhərlərində nəşr edilmişdir. “Türk
başlanğıclı” erməni musiqisinə can yandıranlar Komitasdan başqa,
həm Qara-Mirzə, həm T.Çuxaçyan, həm N. Tiqranyan, Yemelyan,
Nalbandyan, S. Melikyan və bir çox digərləridir. “Mənimsəmə-
çilik” vakxanaliyası o dərəcədə vüsət tapmışdı ki, əsl qədim erməni,
daha doğusu, kilsə musiqisi tərəfdarlarının hər hansı fikri süngü ilə
qarşılanırdı.
Misal üçün, erməni klassik musiqisinin kilsə mahnıları
əsasında yaradılmasını müdafiə edən və Azərbaycan-türk musiqisinin
“erməniləşdirilməsi”nin əleyhinə olan musiqişünas Tirakyan xain
kimi lənətlənmişdi. Erməni klassik musiqisinin inkişafına dair öz
nöqteyi-nəzərinə münasibətdə bu cür nihilizm təzahürünə qarşı ba-
rışmaz mövqe tutan Komitas indi, Q.Gedokyanın “Komitasın üslubu
və XX əsr musiqisi” monoqrafiyasında və “Erməni musiqisinin da-
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
131
hisi” və digər məqalələrində yazdığı kimi: “xalq sənətinə yeni şəkildə
yanaşdı..., Komitasın novator prinsipləri...
təzahürünü nəinki təkcə
erməni milli musiqisi çərçivəsində, həm də daha geniş planda: dünya
musiqi incəsənətinin inkişaf perspektivində tapır”. Daha sonra:
“Komitas yaradıcılıq meydanına musiqi incəsənətinin çox çətin bir
dövründə - böhran və dəyərlərin yenidən qiymətləndirilməsi dövrün-
də çıxmışdı. Belə bir şəraitdə yenilik heç də həmişə qabaqcıllığın
sinonimi olmurdu, yenilik axtarışı isə daha çox formal-səthi xarakter
daşıyır və musiqi sənətini çıxılmaz vəziyyətə sürükləyirdi...” Bir
sözlə, Gedokyana görə, “Komitas” təzahürü dar milli musiqi incəsə-
nəti çərçivəsindən kənara çıxır və XX əsr dünya mədəniyyəti kon-
tekstində Debyussi, Bartok, Srtravinski ilə bir sırada təqdim olunur.
Yaxud Komitasın məşhur tədqiqatçısı Atayan görün nə yazır: “Musi-
qişünaslıqda Komitas yaradıcılığının dəyərləndirilməsi üzrə iki məş-
hur nöqteyi-nəzərdən biri
- Komitas bəstəkardan daha çox, etnoqraf-
dır,- fikri çoxdan səhv hesab edilmişdir. İkinci nöqteyinəzər daha
mühüm və layiqli yanaşma idi: Komitas xalq mahnılarının spesifik
xüsusiyyətlərini saxlamaqla müasir yüksək peşəkar mahnılar yaradan
və beynəlxalq musiqi incəsənətində yeni yollar açan bəstəkarklassik və
parlaq bir şəxsiyyətdir (Atayan, “Komitasda xalq mahnısının hormo-
nizasiya prinsipi”).
Hörmətli oxucular başa düşdüyü kimi, Komitas yaradıcılığına
verilən indiki qiymətləri təsadüfən misal gətirmirik. Bununla belə,
XX əsrin əvvəlinə qayıdaq. Belə ki, xalq musiqi ənənələri əsasında
klassik erməni musiqisinin formalaşması nəinki zəngin folklor mate-
rialının yazıya köçürülməsini və işlənməsini, həm də bu ənənələrə
söykənən müəyyən bütöv klassik əsərin yaranmasını tələb edirdi.
Çox sonralar Komitasın əsərləri,
daha dəqiq desək, onun mahnıları S.
Aslamazyan, A. Babacanyan, R. Andreasyan tərəfindən işlənmişdir.
Lakin məhz elə bu illərdə klassik əsərlərin ənənələrinə söykənən
musiqi etalonu meydana gəlmişdi. Belə əsər isə yalnız Ü. Hacəbəyov
tərəfindən yaradılmışdır. Bu əsər onun yaradıcılığının mirvarisi olan
“Arşın mal alan” komediyasıdır.
K A M R A N İ M A N O V
132
Məhz bu dahiyanə musiqili operetta Azərbaycan xalq musiqisinin
klassik dərk edilmə etalonu olmuşdur. Məhz, “Arşın mal alan” ope-
rattası çox-milyonlu auditoriyanın ürəyinə yatmış, erməni cəmiyyəti-
nin şirin xəyala daldığı əlçatmaz və əbədi arzuolunan musiqi olmuş-
dur. Bu əsərin öz parlaq yolunda hansı sınaqlardan keçdiyi, hansı er-
məni hiyləgərliklərindən və maneələrdən, mənimsəmə və saxtakarlıq-
dan keçdiyi barədə sonrakı paraqrafda məlumat alacaqsınız.