E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
113
Hörmətli
oxucular, hər hansı bir şişirtmə olmadan təsdiq edə bilə-
rik ki, Üzeyir Hacəbəyovun bu yeniliyi Avropa və Şərq musiqisi ara-
sında əsrlərlə toplanmış inkişaf ənənələrinin “sərhədləri”ni dağıdan
bir kəşf olmuşdur. O, ilk dəfə olaraq Şərq və Qərb nusiqi mədəniy-
yətləri arasındakı elə bil sarsılmaz olan bir divarı dağıtmışdır. Lakin
sonralar erməni müəllif-tənqidçiləri Üzeyir bəyin musiqi sahəsində
qazandığı ilkinliyi öz həmvətənlərinə- məşhur erməni bəstəkarı
A.Xaçaturyanın adına yazmışlar. Diqqət yetirin, görün D.Arutyunov
özünün “A.Xaçaturyan” (M., “Muzıka”, 1983) kitabında A.Xaçatur-
yanın “bu bədii kəşfini” necə təqdim edir
: “Prinsipial cəhətdən müx-
təlif musiqi ənənələrinin üzvi şəkildə birləşməsi və Şərq musiqi mədə-
niyyətinin spesifik xüsusiyyətlərinin, onun melodiyalarının Avropa
klassikasının janrları, formaları və ifadə vasitələrinin qanunauyğun-
luqları ilə sintezi”(kursiv bizimdir). Üstəlik, Ü.Hacıbəyova istinad
olmadan qeyd edilir ki, Xaçaturyanın kəşfi - “onun yaradıcılığına
muğamatın və aşıq sənətinin”, bir sözlə, böyük Üzeyir bəyin
yenidən
işlədiyi həmin Azərbaycan mənbələrinin təsirinin nəticəsidir.
İndi isə,
hörmətli oxucular, bilavasitə A. Xaçaturyanın özünı və
onun xalq musiqisinin istifadəsi və Avropa klassikası ilə sintezi ilə
bağlı fikirlərinə müraciət edək. Beləliklə, A.Xaçaturyan necəsə qeyd
etmişdir ki, “müasir musiqidə plaqiat yoxdur, müasir musiqidə kollaj
vardır.”
Burada aydınlaşdırmaq vacibdir, kollaj altında, nə başa düşü-
lür və məşhur erməni bəstəkarının bu fikrində nə nəzərdə tutula bilər-
di. Əgər biz “Xarici sözlər lüğəti”nə müraciət etsək, “kollaj” sözünün
fransız mənşəli olduğunu və bilavasitə “yapışdırma” mənası verdiyini
görərik. İstinad gətirilən lüğət göstərir ki, bu, “təsviri incəsənətdə tex-
niki üsuldur”, yəni hər hansı bir özülə ondan rənginə və fiquruna görə
fərqlənən materialların yapışdırılması, həmçinin bütünlüklə bu üsulla
yaradılmış əsər”. Oxşar izahat 1985-ci ildə nəşr olunmuş “Ensiklope-
dik lüğətdə” də verilir. İndi isə, hörmətli oxucular, “musiqidə kollaj”
anlayışını aydınlaşdırmaq üçün bir haşiyə çıxmalıyıq ki, musiqi əsər-
lərində plagiat və mənimsəmə problemlərini düzgün təsəvvür edə
bilək.
K A M R A N İ M A N O V
114
Musiqi əsərində bədii obrazlar səslər vasitəsi ilə ifadə olunur.
Səslər isə sözün konkret mənasını olduğu kimi verə və rəssamlıqda
olduğu kimi, dünyanın təsbit edilmiş görünən mənzərəsini canlandıra
bilmir. Xüsusi şəkildə düzülmüş və təşkil
edilmiş səslər intonasiya
təbiətinə malik olur və bununla da onlar səslə ifadə olunan incəsənətə
çevrilir. Beləliklə, musiqi nə qədər gözəl olsa da, o qədər asan mə-
nimsənilə bilir və bir o qədər də plagiatın müəyyən edilməsi çətin
olur. Əgər biz ədəbi əsərlərdə məzmunu (süjeti, fabulanı) formadan
(obrazlar, dil) asan ayıra biliriksə, musiqi əsərində bu daha mürək-
kəbdir, ona görə ki, musiqidə ifadəliliyin başlıca komponenti olan
melodiya musiqinin həm formasını, həm də məzmununu müəyyən
edir. İş burasındadır ki, melodiya elə əslində bir səslə ifadə olunan
musiqili fikirdir.
Polifoniya,
harmoniya, ritm və s. – bütün bunlar
musiqili formanın əlavə vasitə və komponentləridir. Biz burada əsas
mətləbə gəlirik. Müəllif hüququ əsərin formasını qoruyur. Əsərin
məzmunu isə onun qorunan əsərin formasına daxil edildyi səviyyədə
qorunur.
Elə məsələnin kəskinliyi də bundadır: əsərin melodiyası
müəllif hüququ ilə qorunurmu? Qorunursa, deməli, onda melodiyanın
təkrar edilməsi plagiatdır, qorunmursa, onda bu iqtibas onu edənin
yaradıcılıq məqsədinə uyğundur. Hazırda müəllif hüququ sahəsinin
müasir peşəkarları birmənalı şəkildə etiraf edirlər ki, baxmayaraq ki,
melodiya, musiqi əsərinin müstəqil obyekti deyil, bununla belə, o,
müəllif hüququ çərçivəsində qorunmalıdır. Bu birmənalı fikrin səbəbi
də ondadır ki, melodiya musiqi əsərinin başqa elementləri cəlb edil-
mədən sərbəst şəkildə təkrar oluna bilər. Musiqi əsərinin harmoniya,
yəni eyni vaxtda səslənən notların birləşməsi, eləcə də ritm - yüksək
və alçaq səslərin ardıcıl səslənməsi və s. kimi digər komponentləri isə
müəllif hüququ ilə qorunmur. Razılaşın ki, nə harmoniya, nə də ritm
öz-özlüyündə mənimsənilə bilməz. Onlar yalnız melodiya ilə birlikdə
müəllif hüququ ilə qorunma əldə edə bilər. Ancaq bu hələ hamısı
deyil: axı musiqi əsəri uyğunlaşdırıla, məsələn bir səsdən, yaxud bir
alətdən digərinə uyğunlaşdırıla bilər. Bu elə aranjirovkadır. Onun bir
növü də orkestrovkadır, yəni bir musiqi aləti üçün yazılmış musiqi
əsəri orkestrə uyğunlaşdırılır.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
115
Oxucuların nəzərinə! Əgər sovet dövründə aranjirovka və orkes-
trovka müəllif hüququ ilə qorunmurdusa, indi onların
nəticəsində
yaradılmış musiqi əsərləri, baxmayaraq ki, onlar müstəqil deyil, oriji-
naldan asılıdır, bununla belə, onlara müəllif hüququ ilə qorunma veri-
lir. Bu, variyasiyalara da aiddir, burada ilkin orijinalın əsas musiqi möv-
zusu tanınan şəkildə qalır. Burada ritm və taktın dəyişməsi sayəsində,
yəni manera və tonallıq variyasiya edilərək, melodiya düzümünə və
harmoniyaya təsir edilir və bununla da müstəqil olmayan, lakin müəl-
lif hüququ ilə qorunan əsər yaranır. Hörmətli oxucular, bütün bu sa-
dalananlar: aranjirovka, orkestrovka, variasiya-bunlar əsərin yenidən
işlənməsidir. Yenidən işlənmə yenidən işləyənə yaradıcılıq fəaliyyə-
tində böyük variyasiyalığa imkan verir. Belə ki, bu paydan asılı ola-
raq yenidən işlənmiş əsər orijinaldan tam asılı da ola bilər, tam sər-
bəst də. Birinci halda mahiyyətcə, orijinalın əsas obrazı kimi melodi-
yanın surəti
çıxarılır və onun ifadə vasitəsi olan dil musiqi pərdəsi
cüzi şəkildə dəyişdirilir. İkinci halda isə yalnız ayrı-ayrı obraz ele-
mentləri istifadə olunur və ifadə vasitələri tamamilə dəyişdirilir. Bu
qıraq formalar arasında yenidən işlənmənin aralıq forması mövcud-
dur.
Gördüyümüz kimi, musiqinin yenidən işlənməsi plagiat (birinci
hal) və ya qeyri-plagiat, yəni tam müstəqil, yaxud orijinaldan zəif
asılı olan iqtibas ola bilər.
Nəhayət, məsələ ilə bağlı əhəmiyyətinə görə yox, şərh edilmə
mənasında sonuncu qeydimiz. Müəllif hüququnda toplu anlayışı, də-
qiq desək, elementləri digər əsərlərdən ibarət olan tərtib edilmiş əsər
anlayışı vardır. Məsələn, mahnılar, havalar kimi mövcud olan bir sıra
kiçik formalar əsasında böyük formalı musiqi əsərinin yaradılmasını
misal çəkmək olar. Belə ki, müəllif-hüquq qanunvericiliyində belə
tərtib olunmuş əsərə daxil edilmiş komponentlərin seçiminə, ardıcıllı-
ğına və bağlılığına görə yeni əsər kimi baxılır
və müəllifinə qorunma
hüququ verilir. Təkrar edirik: yalnız orijinal ilkin materialın seçilməsi
və düzülməsi üzrə yaradıcılıq əməyinə görə. Özü də yenidən yaran-
mış əsərə onun elementləri kimi daxil edilmiş orijinalların müəllifləri
öz müəlliflik hüquqlarını qoruyub saxlayırlar.
K A M R A N İ M A N O V
116
Hörmətli oxucuların, başa düşdükləri kimi, bu, elementlər qis-
mində ayrı-ayrı mahnılar, yaxud başqa müəlliflərin əsərlərindən par-
çalar olan iri musiqi əsərləri üçün qəbuledilməzdir. İş ondadır ki, belə
mürəkkəb əsəri yaradan bəstəkar ona bütövlükdə müəllifi olduğuna
iddia edir və əsər tam şəkildə onun adı ilə bağlanır. Axı bəstəkar -
yeni bütöv musiqi əsərinin yaradıcısıdır, başqa əsərlərdən öz fikrinə
uyğun konqlomerat və kollaj etmiş tərtibçi deyil. Həm də yadda sax-
lamaq lazımdır ki, folklor musiqisi, eləcə də şifahi xalq yaradıcılı-
ğının digər janrları müəllif hüququ ilə qorunmur və onların götürül-
məsi və plagiatına, üstəlik də, mənşəyinin
mənimsənilməsinə görə
məsuliyyət hələlik əxlaqi səciyyə daşıyır və yaradıcılıq etikasının
predmeti olaraq qalır.
Hörmətli oxucular, əsas mövzuya qayıdaq və qeyd edək ki,
Üzeyir Hacıbəyovun bədii kəşfi bütün Cənubi Qafqazın peşəkar mu-
siqisinin inkişafına çox böyük təsir göstərmişdir. Qlinkanın rus opera
sənətində tutduğu yeri Üzeyir bəy Azərbaycan opera sənətində tut-
muşdur. Onun yeni janrın yaranmasındakı nailiyyətləri, şübhəsiz ki,
dərin öyrənilmə predmeti olmuşdur. Üstəlik, Üzeyir Hacıbəyovun
yaradıcılıq metodunun inkişafı öz əksini “Leyli və Məcnun”dan sonra
“Koroğlu” (1937) operasında tapmışdır. “Leyli və Məcnun” milli ən-
ənələrin Avropa musiqi kompozisiyasının qanunları ilə üzvi şəkildə
birləşdiyi, muğamların ahəngdarlığı vasitəsi ilə isə Füzulu poema-
larının lirizminin
musiqili ifadə imkanlarının əldə olunduğu muğam
operası idisə, “Koroğlu” operası aşıq ahəngdarlığı şəklində milli mu-
siqi ənənələrinin Avropa harmoniyası ilə ayrılmaz vəhdəti oldu.
Hörmətli oxucular, bu, Avropa operalarının ən təkmil standart
nümunəsi idi. Ü.Hacıbəyov yazırdı: “Mən Çaykovski yaradıcılığının
coşqun pərəstişkarlarından biriyəm. Mən Çaykovskidən xalq - mahnı
ənənələrini sərbəst yaradıcılıq şəklində həyata keçirmə prinsipini
mənimsəmişəm...”. Hacıbəyovun bədii kəşfi böyük əhəmiyyət kəsb
edən yeni amildə də - böyük bəstəkarın
poetik sözə münasibətində,
onun incə bədii zövqündə, parlaq biliyində və bədii materialı anla-
masında
öz əksini tapmışdır. Puşkin-Çaykovski tandeminə xas olan
harmoniya Füzuli-Hacıbəyova da aiddir. Hacıbəyovun Çaykovskiyə