E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
105
rizə edilməsi də bunun sonuncu səbəbi deyildi. Deməli,
musiqi folk-
lorunun bu növünü “erməniləşdirmək” mümkün olmamışdır. Bunun
səbəbləri çox dərindir. Muğam - dilin poetikasının rezonansından,
muğam musiqisi ilə ahəngdarlığından yaranmış xüsusi bir incəsə-
nətdir. Muğamı qəzəl, qəsidə, rubai, bir sözlə, Şərq poeziyası olma-
dan oxumaq mümkün deyildir. Məhz buna görə ermənilərin onu yal-
nız instrumental səviyyədə mənimsəməsi mümkün olmuşdur. Ancaq
son zamanlar ermənilər “erməni muğamı”nın olduğunu və üstəlik,
“erməni muğam sənətinin inkişaf etdiyini” də iddia edirlər.
Misal üçün, M.Brutyan erməni muğam ifaçılarının əslən Bakı və
Şuşadan olduqlarını təsdiqləməsinə və muğamın Ermənistanda olsa-
olsa, instrumental səviyyədə ifa olunması faktını etiraf etməsinə bax-
mayaraq, bununla birlikdə, bir fikri sırımağa çalışır ki,
ermənilər
“erməni-fars” və vokal-instrumental musiqisindən ibarət konsert ve-
rirlər, əslində isə o, “Bayatı-Şiraz” Azərbaycan muğamını nəzərdə
tutur. Üstəlik də, onun fikrinə görə, erməni muğamı ümumşərq mu-
ğamat mədəniyyətindən ayrılaraq, Ermənistanda milli xüsusiyyətlər
nəzərə alınmaqla inkişaf edə bilmişdir. Bununla yanaşı, o, təəssüflə
qeyd edir ki, ermənilər orta əsrlərdə muğamatın inkişafında daha fəal
iştirak edirdilər (M.Brutyan, “Muğamatın Ermənistanda yaşaması”;
Kn. “Makomlar,
muğamlar və müasir bəstəkarlıq sənəti”, Daşkənd,
1978). Hörmətli oxucular,
göründüyü kimi, Şaverdyan vaxtilə
“Bayatı-Şiraz”ı işləmiş bəstəkar N.Tiqranyanla bağlı qərarında tələs-
mişdir, ona görə ki, erməni plagiatının imkanları həqiqətən, sərhəd-
sizdir. Oxucular başa düşdükləri kimi, bu cür mühakimələr və nəti-
cələr üçün hansısa əsaslar lazımdır. Bunlar isə tapılır və həmişə oldu-
ğu kimi saxta. Sən demə, yuxarıda haqqında söhbət açdığımız Təh-
məzyan əvvəllər, hələ 1968-ci ildə “Şərq musiqisi dərsliyi”ni öz
şərhləri ilə birlikdə buraxır, müəllif kimi
isə XVIII əsr erməni nağa-
raçısı Arutini göstərir. Kitab elə “Nağaraçı Arutin” (Türk dilindən
tərcümə və şərh N.Təhməzyanındır, Yerevan, Erm. EA, 1968) adla-
nır. Bəlli olur ki, bu nağaraçının dərsliyi hansı səbəbdənsə, Azərbay-
can dilində, ancaq erməni əlifbası ilə yazılmışdır. Hörmətli oxucular,
gördüyünüz kimi, bu artıq sizə bəlli üsuldur. Üstəlik də, Təhməzyan
K A M R A N İ M A N O V
106
inandırmağa çalışır ki, bu kitab fars musiqi mənbələri əsasında yazıl-
mışdır. Beləliklə, muğamatın dərk edilməsi
üçün Azərbaycan dilində
fars mənbələri əsasında erməni əlifbası ilə dərslik yazılmışdır. Hər
necə olsa da, bu əsərə istinad etmək və Ermənistanda muğamatın
inkişafı haqqında nəticə çıxarmaq imkanı yaranmışdır, bunu da digər-
ləri, məsələn, L.Yerncakyan, “Ənənəvi monodiya janrı Erməni-İran
musiqi əlaqələrində” (M., Sovetskiy kompozitor, 1987) edir. Bununla
birlikdə, məsələ aydınlaşır, sən demə, nağaraçı Arutinin “yaratdıq-
ları” məşhur Azərbaycan muğamatçıları - azərbaycanlılar Həşim bəy
və Zakir bəyin yaratdıqlarının elə surəti imiş. Bunlar isə fars mənbə-
lərinə yox, məhz Azərbaycan mənbələrinə - S.Urməvi və A.Marağa-
yiyə əsaslanaraq yazılmışdır. Uydurulmuş keçmişlə əsaslandırılan
erməni muğam yalanının qısa tarixi belədir.
“Muğamatın inkişafı”na dair başqa bir misal. Biz bəstəkar N.
Tiqranyanın muğamatı işləməsinə görə musiqişünas Şaverdyanın gö-
zündən düşməsi barədə artıq danışmışdıq. Belə ki, N.Tiqranyan hələ
1884-1904-cü illərdə 12 Azərbaycan muğamının not variantının üzü-
nü fortepianoda çalmaq üçün köçürmüşdü. Buraya həm “Bayatı-
kürd”, həm “Bayatı-Şiraz”, həm də “Segah-Zabul” və başqaları daxil
idi. Bunları isə onun üçün erməni tarzəni Ağamal Məlik-Ağamalyan
ifa etmişdi. Məhz bu not toplusunu N.Tiqranyan “Fars muğamları”
adı altında çap etdirmişdi. Sonuncu fakt, adətən olduğu kimi məlumat-
sızlara, bəlkə də, bilmək istəməyən mütəxəssislərə həmin not
mətnlərini “erməni muğamları” kimi təhlil etməyə imkan vermişdir.
Beləliklə muğamla məşğul olmasına görə N. Tiqranyanın
bağışlanması bu cür olmuşdur. Adıçəkilən Təhməzyan yazırdı ki,
Komitas “fars mahnıları”nı not yazılarına köçürürməyi bacarmışdısa,
onun müasiri N.Tiqranyan bir çox klassik (fars) muğamlarını
dərindən öyrənən və onları not variantında, özü də “yaxşılaşdırılmış”
şəkildə təsvir etməyi bacaran ilk Şərq bəstəkarı olmuşdur
və nəhayət,
A.Spendiyarov muğam melosunu simfoniyalaşdırmaqla yekun
mərhələdə çox böyük zirvələr fəth etmişdir. Təqdim və təsvir edərkən
“Azərbaycan” sözünü işlətməkdən bacardıqca uzaq qaçdıqları erməni
muğamatı bax, elə belədir.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
107
İndi isə, ötən illərdə qazanılmış ənənələri layiqincə inkişaf etdir-
məklə, mahnılarımızın müasir texniki vasitələrlə rəqəmli yazısının
həyata keçirildiyi erməni oğurluqları haqqında danışaq. “Ani-
Rekords” və “Full Xauz” adlı səsyazma studiyalarının nümunəsində
həyata keçirilən musiqi oğurluqlarından başlayaq. Özü də ona görə
ki, Azərbaycanın onlarla musiqi nümunələrini mənimsəmiş və pirat
məhsullarına görə hazırda lisenziyadan məhrum edilmiş “Ani-
Rekords” studiyasının “fəaliyyəti” mətbuat səhifələrində çox işıqlan-
dırılmışdır. “Erməni musiqisi”, “erməni rəqsləri”ni ştamplayan, üs-
təlik də riyakar pərdə altında “guya bütün istiqamətlərdə erməni mu-
siqi mədəniyyətinin ən yaxşı nümunələri”ni “seçmiş” bu studiyanın
“xidməti siyahısında” mənimsənilmiş “Vağzalı”, “Tərəkəmə”, “Yallı”,
“Uzundərə”, “Qazağı”
folklor rəqslərimiz, “Xan bacı”, “Dəli ceyran”,
“Ay Leyli”, “Sarı köynək” mahnılarımız və B. Nəsibovun “Ay qız”,
O. Kazımovun “İndi məni tanımadı”, Ə. Tağıyevin “Mənim dün-
yam”, “Olmaz-olmaz”, P. Bülbüloğlunun “Dilim can incidəndir” və
s. bir çox müəllif əsərləri olmuşdur. Bu piratların lisenziyaları yalnız
onlar Rostov vilayəti, Çıltır kəndi, Myasnikyan küçəsi, 90 ünvanda
qeydiyyata alınaraq öz fəaliyyətlərini leqallaşdırdıqdan sonra RF-nın
müvafiq orqanları tərəfindən əllərindən alınmışdır. Bunu ona görə
xatırladırıq ki, həmin studiyanın fəaliyyəti dayandırıldıqdan sonra
onun rəsmi rəhbəri X.Avedyanın Rostovda çıxan “Yeddinci paytaxt”
qəzetində çap olunmuş “izahatı”nı misal gətirək: “...Azərbaycan mu-
siqisinə gəlincə, mən haradan bilim ki, o, erməni musiqisi deyil, onu
həmişə bizdə çalırlar.” Təhlil göstərmişdir ki, bu studiyanın
işləyən
başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını
iri planda nəzərə çarpdırmaqdır. Hazırda bu studiya “Full Xauz”
studiyasının timsalında özünün layiqli “davamçısı”nı tapmışdır, Ru-
siya səlahiyyətli orqanlarının fikrinə görə, həmin studiya heç bir
yerdə qeydiyyata alınmadan qeyri-qanuni fəaliyyət göstərir. Onun
“Şərqin instrumental xitləri.
Sehrli tütək -1” adlı pirat serialındakı 15
musiqi kompozisiyasından 7-si Azərbaycan bəstəkarlarına məxsus-
dur, lakin heç birində onların müəllifliyi göstərilməmişdir, əvəzində
isə, duduk ifaçısı D.Qasparyan və qədim “erməni” aləti duduk haq-
K A M R A N İ M A N O V
108
qında zəngin məlumat verilmişdir. Bu topluda oğurlanmış əsərlərin
siyahısında T. Quliyevin “Sənə də qalmaz”, R. Hacıyevin “Saçlarına
gül düzüm”, C. Cahangirovun “Ay qız”, E. Sabitoğlunun “Neylə-
yim”, Ə. Tağıyevin “Sən gəlməz oldun”, E. Mansurovun “Melodiya”
və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır.
Erməni musiqi plagiatı MDB hüdudlarını çoxdan aşmışdır. Misal
üçün, ABŞ-ın Los-Anceles şəhərində “Parseqyan-Rekords” tərəfin-
dən buraxılmış “Klarnet və zurna” erməni SD-ni göstərmək olar. Er-
məni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14
kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbay-
canın 12 müəllif əsərindən və folklor musiqisindən
ibarət kompozisi-
yanın mənşəyi haqqında isə susurlar. “Şərur yallısı”, “Köçəri”, “Bə-
növşə”, “Fuadı”, Zabul rəngi”, İbrahim Topçubaşovun “Söz olmasay-
dı” və başqaları bunların sırasındadır. Plagiatçılar öz “oğurluqlar”ını
“Armenians Best...” ümumi adı altında, yəni ən yaxşı erməni nümu-
nələri kimi “möhkəmləndirmişlər.”
Bax “erməni musiqi yaradıcılığı” barədə məlumatı olmayanları
beləcə inandırmağa çalışırlar. Bütün bunlarada ən qəribəsi odur ki,
ermənilər plagiatçılığa o dərəcədə aludə olmuşlar ki, ermənilərin
çoxu ifa olunan Azərbaycan musiqisinin erməni mənşəli olmasına
heç təəccüb də etmir. Misal üçün, yuxarıda xatırlatdığımız lizenzi-
yadan məhrum edilmiş “Ani Rekords” studiyasının rəhbərinin gül-
məli fikri ilə Azərbaycan musiqi folkloru
nümunələrindən ibarət
“Vokaliz” kompozisiyasının ermənilər tərəfindən oğurlanması ilə
bağlı hadisə çox yaxındır. Erməni millətinin nümayəndələri İnternet-
də belə izah edirlər ki, “Baqdaguli” “qədim erməni” kompozisiyasını
hələ uşaq ikən eşitmişlər. Maraqlı faktdır, ona görə ki, ermənilər mə-
nimsədikləri Azərbaycan mahnısının adının “bağda gül” mənasını
ifadə edən etimologiyası üzərində heç düşünmürlər də. B. Dadaşova-
nın “Vokaliz”i ilə yanaşı, A.Səmədzadənin məşhur “Məktəb illəri”
müəllif mahnısı, eləcə də V.Şahbazovun yazdığı və ifa etdiyi “Leyla”
mahnısı da ermənilər tərəfindən oğurlanmış və mənimsənilmişdir.
İndi isə, hörmətli oxucular, görün İnternetdə nələr baş verir?