E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
153
Məşhur Azərbaycan plovu “aş” da “aş” kökü ilə bağlıdır. Ermə-
nilər “loba xaşu” xörəkləri haqqında izahat verəndə onu “qırmızı
lobyalı şorba”
kimi izah edirlər, bu isə Azərbaycan dilində “qırmızı
iobyadan hazırlanmış xörək”
mənasını ifadə edir. “Lobya” (rus di-
lində “fasol”) Azərbaycan sözü olduğu üçün buradan da Azərbaycan
plovunun bir növü olan “lobyalı aş”ın adı yaranmşdır. Yaxud ermə-
nilərin “un xaşılı” kimi adlandırırdıqları “erməni xörəyi-xəşil”i götü-
rək. “Xaşıl” sözü Azərbaycan dilində qatı undan sıyıq şəklində hazır-
lanmış xörəyi bildirir, azərbaycanlılar eyni adlı xörəyi una yağ, do-
şab, yaxud bal əlavə etməklə hazırlayırlar.
Hörmətli oxucular, sizcə, “erməni xörəyi” “südlü sıyıq” hansı mə-
nanı bildirir? Azərbaycan dilində “yarıduru” mənasında olan “sıyıq”
süd və ya su ilə qarışdırılaraq hazırlanmış “qatı” xörək növüdür,
“südlü” isə Azərbaycan dilində “südlə hazırlanmış” deməkdir. Bax
budur, Azərbaycan mətbəxinə aid olan “erməni xörəyi!” Buna oxşar
misalları davam etdirmək olar.
İndi isə qədim “tonir”lərdə - gil sobalarında bişirilən məşhur “er-
məni milli çörəyi-“lavaş” haqqında. Ermənilər yazırlar ki, “tonir” ocaq
növü kimi ilk dəfə ermənilərdə olmuş və sonra bütün Zaqafqaziyaya”
yayılmış və elə “lavaş” da bu qaydada ermənilərdən mənimsənil-
mişdir. Gəlin indi, bişirilən bu qida məhsulunun və onun bişirilməsi
üçün istifadə olunan qurğunun etimoloji nöqteyi-nəzərdən hansı
məna daşıdığını araşdıraq.
Azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş
“tonir” variantı da buradan yaranmışdır) bişirirlər. Təsadüfi deyildir
ki, ən qədim təndir Azərbaycan ərazisində tapılmışdır. Bu xüsusi gil
sobalarında
çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən
istifadə edilərkən, “dəm qazı” əmələ gəir. Elə “tindir” sözü də Azər-
baycan dilində “dəm qazı” mənasını bildirir. Bütün təndirlərin, o cüm-
lədən erməni redaksiyasınada
verilən “tonir”lərin hava çəkən yeri -
“külfə”si vardır. Təndirdən istifadə edən xalqlar onu məhz belə ad-
landırmışlar. O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Biz artıq
izah etmişik ki, “lavaş” çörəyi türk sözü “aş”-dan yaranmışdır. Onun
K A M R A N İ M A N O V
154
ən nazik növünü isə azərbacanlılar “yuxa”, yaxud “yayma” kimi ad-
landırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və
onlar ermənilər tərəfindən mənimsənilmişdir.
“Erməni mətbəxinin bəzi sirləri” qısaca bundan ibarətdir.
İndi isə bir az xalçalar haqqında. Madam ki,
biz bu işi görməyə
hazırlaşırıq, onda zamana görə vaxtı uzadılmış “xalça” qəbilli əqli
mülkiyyət oğurluqlarına aid misallar üzərində dayanmaya bilmərik.
Söhbət ermənilərin Azərbaycan xalçalarını dünyaya erməni xalçaları
kimi təqdim edərək, onları “erməniləşdirmək” üçün əllərindən
gələni
etməklərindən gedir
.
Hətta “Sovet Ensiklopediya Lüğəti”ndə (1985-
ci il) belə göstərilir ki, “İran, Azərbaycan, türkmən, türk və çin xalça-
ları dünyada məşhurdur”. Bir sözlə, erməni xalçalarının tanınması ba-
rədə heç bir məlumat yoxdur. Buna baxmayaraq, Avropada olan hər
kəs mağazalarda “erməni xalçaları” olan lövhələrə, yaxud sahibləri
sadəcə ermənilər olan “Xalça” mağazalarında erməni etnosuna heç
bir aidiyyəti olmayan “erməni xalçaları”ının satılmasına
diqqət yetirə
bilər.
Azərbaycan xalçalarından başlayaq. Xalçalar Azərbaycan xalqı-
nın həyatında xüsusi rol oynayır. Onların üzərində xalqımızın nəinki
mənəvi aləmi, intellekti, xarakteri və dünyagörüşü əks olunur, həm
də minilliklər boyu azərbaycanlılar xalçaların
üstündə doğulur və
dünyadan köçürdülər. Bir sözlə, xalça adət və ənənə kimi bizi beşik-
də qarşılaylır və biz o dünyaya gedəndə də bizimlə vidalaşır. Xalça-
çılıq milli mədəniyyətimizin tarixində, demək olar ki, mərkəzi yeri
tutaraq, Azərbaycan xalqınin məişəti ilə o qədər sıx bağlanmışdır ki,
mahiyyətcə onun simvoluna çevrilmişdir. Müxtəlif naxışlar və təsvir-
lərlə bəzədilmiş xovlu və xovsuz xalçalar Azərbaycanda divarların
bəzədilməsi və döşəmənin üstünə salınması üçün istifadə olunmuş və
istifadə olunmaqdadır. Yalnız xovsuz xalçaların 8 növü vardır:
bunlar
palazlar, cecimlər, kilimlər, şedlelər,
vərnilər, zililər və sumaxlardır.
Toxunmanın üslubuna, kompozisiya quruluşuna, naxışın zəngilliyinə
və rəng koloritinə görə, onlar öz texnologiyaları ilə uzaq keçmişin
həsirlərinə və hörmələrinə gedib çıxır.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
155
Azərbaycan xalçaçılıq ənənəsinin qədimliyinə şübhə yoxdur.
Arxeoloji axtarışlar və yazılı mənbələr göstərir ki, Azərbaycanda bu
sənətlə hələ bürünc dövründən (b.e.ə. II əsrin
sonu və I əsrin başlan-
ğıcı) məşğul olurmuşlar. Azərbaycan ərazisində tapılmış gil at fiquru
üzərində təsvirlərlə bəzədilməş çul şəkli b.e.ə. II minilliyə, belinə çul
atılmış şir təsviri isə b.e.ə. I minilliyə aid edilir. Mingəçevirdə sər-
dabə məzarlıqlarında aparılan arxeoloji qazıntılar zamanı I –II əsrlərə
aid olan palaz və xalça qalıqları tapılmışdır. Herodot, Klavdiy Elian,
Ksenofont və digər antik mənbələr, eləcə də alban tarixçisi Kalantuk-
lu Azərbaycan xalçaçılığı haqqında məlumat vermişlər. “Kitabi-Dədə-
Qorqud” dastanında Azərbaycanın ipək xalçaları tərənnüm edilir,
Nizaminin, Qətran Təbrizinin və Xaqaninin əsərlərində xovlu və xov-
suz xalçalar haqqında söz açılır, ingilis səyyahı Antoni Cenkinson
(XVI əsr), hollandiyalı Yan Streyts (XVII əsr) qızıl və gümüş saplar-
la toxunmuş Azərbaycan xalçaları haqqında məlumat verirlər. Azər-
baycan xalçalarının naxışları və ornamentləri onları Hans Memlinq,
Van Eyk, Hans Holbeyn (XV əsr) kimi bir çox Avropa rəssamlarının
əsərlərinə və miniatürlərinə gətirmişdir. Heç də təsadüfi deyildir ki,
alman sənətşünası Q.Rop “Şərq xalçası” kitabında (“Qafqaz xalça-
ları” bölməsi)
sübut etmişdir ki, Asiya xalçalarından əvvəl yaranmış
xovsuz Azərbaycan kilimləri Qafqazda ən yaxşı kilimlər sayılır. Mü-
təxəssislərin rəyinə görə, Qafqaz xalçaçılıq məktəbi məhz Azərbay-
can məktəbidir və məşhur Qafqaz xalçalarının kompozisiyasının 90
faizini Azərbaycan ustalarının əl işləri təşkil edir.
Xalçaların coğrafi ənənəsi
də
çox zəngindir. Bunların sırasında
Quba, Bakı (Abşeron), Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz
məktəbləri fərqlənir. Naxışlarına, quruluşuna və rəng seçiminə görə
fərqlənərək, onlar bir-birini tamamlayır və koloritli və dünya şöhrətli
Azərbaycan xalçası fenomenini formalaşdırır. Məhz, elə buna görə də
Azərbaycan xalça ustalarının şah əsərləri dünyanın ən yaxşı muzey-
lərini bəzəyir.
Əgər Quba xalçalarının bəzəyini üslublaşdırılmış bitki, bəzən hən-
dəsi bəzəkli naxışların zoomorf motivləri təşkil edirsə, Bakı xalça-
çılıq məktəbi üçün oval, yumşaqlığı və rəng həllərinin intensivliyi ilə
K A M R A N İ M A N O V
156
seçilən əyri cizgili bitki elementləri xarakterikdir. Şirvan xalçaları
mürəkkəb kompozisiya naxışlarına
malikdir, Gəncə məktəbi ipək
xalçaların yüksək keyfiyyəti, Qazax məktəbi isə kolorit həmahəngliyi
ilə şöhrət tapmışdır. Azərbaycanda ən qədim və məşhur olan Təbriz
xalçaçılıq məktəbinə gəlincə, o, İran xalçaçılığının meydana gəlmə-
sinə və formalaşmasına böyük təsir göstərmişdir. Yalnız onu xatırlat-
maq kifayətdir ki, Təbrizdə toxunmuş (1539-cu il) məşhur “Şeyx
Səfi” xalçası (sahəsi 56,12 kv m.) naxışlı xalçaların mirvarisi kimi bu
gün də Londonun Viktoriya və Albert muzeyində saxlanılmaqdadır.
Bir neçə kəlmə də ərəb tarixçiləri al-Müqəddəsi və Məsudi tərə-
findən xatırladılan Qarabağ xalçaçılıq məktəbi haqqında. Zəngəzur
və Naxçıvan xalçaçılıq mərkəzlərini də yaxınlığına görə bu məktəbə
aid etmək olar. Qarabağ xalçaları Qarabağ təbiətinin
çox zəngin rəng
çalarllarını əks etdirən rəngarəng boyalı palitranı xatırladır. Bu xalça-
ların ən bariz xüsusiyyətlərindən biri, qədim ənənəyə uyğun olaraq,
xalçaların aralıq hissələrinin qırmızı rənglə işlənməsidir, boyaq mad-
dəsi isə nəinki bitkilrdən, eləcə də həşaratlardan alınırmış. Qarabağ
xalçalarının bir çoxu təsadüfən dünyanın ən gözəl muzeylərini bəzə-
mir, XIX əsr mətbuatında yazılanlara görə, Şuşada toxunmuş xalçalar
və palazlar Qafqazda o dövrün ən yaxşı nümunələri sayılırdı. Qara-
bağ xalçalarına ümumdünya şöhrəti gətirən XVI-XVII əsrlərdə Bər-
dədə toxunmuş və hazırda Berlində incəsənət muzeyində saxlanılan
ipək zili olmuşdur. Ləmbəranda toxunan xovsuz “Vərni” xalçası isə
Nyu-York şəhərində “Metropoliten” muzeyində saxlanılır.
Hörmətli oxucular! Tam təbii səbəblərə görə məşhur Azərbaycan
xalçaçılığının bəzi incə məqamları üzərində dayanırıq. Son dərəcə
gözəl tətbiqi incəsənət nümunələrimiz
yüz illər boyu erməni təca-
vüzünə məruz qalmış, son onilliklərdə isə qarət edilmiş Qarabağ
xalçaları, o cümlədən Şuşa tarix-diyarşünaslıq muzeyinin kolleksiya-
sından qarət edilmiş nümunələr “erməni mədəniyyəti predmetləri”nə
çevrilmiş və Azərbaycanın hüdudlarından kənarda “erməni xalçaçılıq
nümunələri” kimi nümayiş etdirilir.
Erməni xalçaçılıq-təbliğat maşını iki istiqamətdə çalışır: birincisi,
ermənilər bütün üsullarla “milli xalçaçılığın tarixi keçmişi”ni yarat-