Elmira Fikrətqızı
115
Türkay yaradıcılığında mifoloji-kosmonomik qaynaqları ilə seçi-
lən ən böyük əsərlərdən biri dünya və kainat haqqında yazılmış
“Lotusun içinə uçmaq” adlı modern dastandır. Dastanın adının da
mifologiya ilə bilavasitə əlaqəsi vardır. Bəhaəddin Ögəl “Türk mi-
fologiyası” əsərində lotus barəsində yazır: “Bilhassa evlenmemiş ve
bekar kızların Lotüs gölündə bir kuğu şekline
girmiş olarak yüzdük-
leri, Hint mitolojisinin ilk çağlarından beri görülmeğe başlamıştır”
(Ögel, 1989: 492). Bu əsərdə pəri kimi insan cildinə girən iki qız –
Göytürk Şəfəqi və Kainatlar Şəfəqi obrazları vardır. Həm də on-
lardan Kainat Şəfəqi, əsərin sonunda bildirildiyinə görə, müəllif 7-8
yaşlarında olarkən bir axşam yoldaşları ilə oynadığı zaman ağ tülə
bürünmüş halda gözünə görünmüş və şair onu anasının ruhuna bən-
zətmişdir. Lakin lotos iki növə malik
çiçək kimi də məşhurdur və
antik dövr yunan ədəbiyyatının mifologiya ilə sıx əlaqəsi olan epos-
larından “Odisseya” əsərində də bu simvolik anlam kəsb edən bitki-
nin adı çəkilir; doqquzuncu nəğmədə lotofaqlar - lotos çiçəyi ilə do-
lanan əfsanəvi xalq onun yoldaşlarına bundan yedizdirib adada sax-
lamaq istəyirlər. Türkayın yazdığı dastanda
da lotos və ya nilufər
çiçəyi yaddaşın itirilməsi üçün istifadə olunur və Homer də xa-
tırlanır. Mustafa Balcı isə bu çiçəyi daha çox Buddizmlə bağlayır:
“... çamurlu sularda açtığı halde tertemiz kalabilmesi sebebiyle
Budacılar tarafından temizlik simgesi olarak kabul edilen lotüs
çiçeği de onun şiirlerinde gördüğümüz bir kelimedir. Lotüs nilüfere
benzeyen çeşitli su bitkilerinin ortak adıdır.
Hint ve eski Yunan mi-
tolijisinde bu çiçeğin çok önemli simgesel bir yeri vardır... Lotüs
Budacılıkta doğum, bereket, saflık, temizlik, cinsellik ve yeniden
doğuşu işaret ettiği gibi uluhiyetin simgesi olarak da kabul edilir.
Çeşitli devirlerde Budacıların ileri gelen rahiplerinden dhyani
(muhayyel) budalarla bodisatvaların lotüs çiçekleri üzerinde oturur-
ken resmedildikleri görülür”. (Balcı, 2004: 80-81) Həqiqətən də,
həm bu
modern dastanda, həm də “Qiyamət günü müşahidəçiləri”
əsərində lotos daha çox yenidən doğumu rəmzləşdirir.
Osman Türkayın poetik irsi
116
Dastan, “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin struktu-
runda olduğu kimi, giriş və 12 bölümdən ibarətdir. Giriş hissədə 12
noyabr 1988-ci ildə yuxusunda gördüyü qeyri-adi, “fəzavi” yazılar-
dan bəhs olunur və röyada geniş bir sarayın mavi divarlarında oxu-
duğu mətnlər oyandıqda “Dünyada ilk Göytürk Şəfəqi” adlı şerə
çevrilir. “Gültiqin” və “Bilgə Kağan” abidələrinin ümumi məzmu-
nuna uyğun olan şeir Gökbilge Batur Alpın dilindən yazılmışdır.
Adları çəkilən Orxon abidələrindən “Gültiqin”də işlənmiş “
Tenqri
tək tenri” ifadəsi şeirdə
“Onlar bizim önceki yurtlarımız/ Soluk so-
luğa parıltı/ Göğe benzer göğün içinden gelen…” şəklində verilir
və Göy kultu Yer planetində yaradılışın əsası kimi göstərilir. Daha
doğrusu, Yerdəki həyatın mənbə və mənşəyinin Göylərdən
gətirilməsinə dair fikirlər səslənir. Bunun isə, təbii ki, mifik kökləri
vardır: “… yer üzünün bir çox xalqları özlərinin əsillərini –
kökləri-
ni mifoloji təsəvvürlərdə göylərlə bağlamış, eləcə də türklər əcdad-
larının göydən endiyinə inanmışlar.” (Bəydili, 2003: 136) “
Duyun
zamanlar gelip geçecek/ Atalarınız gökyüzünden konuşacak” bəya-
natı və
“Niye Göktürk demektir/ Tanrının sözlüğünde ilk evren yol-
cuları?” sualı ilə qarşısındakını düşünməyə və özünə qayıdışa (Bil-
gə Kağanla daha bir assosiasiya) vadar edən müəllif sonda bunun
izahını verir:
Tanrı buyruğuyla indi
Tanrı Dağlarına atan
Ara onu, ara ki göresin yaşadığın
En uzun öyküyü.
(Türkay, 1990: 200)
“Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında
insan oğlu”nun (Rəcəbov, Məmmədov, 1993: 78) meydana çıxma-
sını və onun şanlı döyüşlərini Gökbilge Batur Alp aşağıdakı şəkildə
təsvir edir:
Elmira Fikrətqızı
117
Biliniz evrende insan tektir
Bu Göktanrının buyruğu…
Ben bu anıtın taşında Gökbilge Batur Alp
Yukarı gök, aşağı yer, ileri doğu, geri batı
Ben susunca söyler benim türkümü.
(Türkay, 1990: 198)
Lakin ulu, qəhrəman Ata mifoloji təsəvvürlərdən bir az kənara
çıxaraq, Göy oğullarına polad qanadlı atlarla qalaktikalararası səya-
hətlərindən və Gökbilgelerin – Göy müdriklərinin öyrətdiyi unudul-
muş keçmişdən də bəhs edir:
Altın bir parıltıdır yönelen
Karanlık göğün yüreğine
Arayıp buldu
Zamanın uzayda kalan parmak izlerini
Gösterdi göğe benzer göğün içinden
Tanrı- İnsan yüzlerin!
(Türkay, 1990: 199)
Bu misralar türk kosmoqonik miflərindən olan “Oğuz Kağan”
dastanında Oğuzun Göylər qızı ilə evlənməsi və makrokosmosa aid
üç övladın – Gün xan, Ay xan, Ulduz xanın dünyaya gəlməsi mo-
tivləri ilə səsləşir.
Oğuzun mikrokosmosa aid edilən Göy xan, Dağ xan və Dəniz
xan adlı övladlarının doğulduğu “gözü göydən daha göy” Yerin qızı
isə aşağıdakı misralarda təsvir olunur:
Yalpak bir kadın yansır yüreğimden
Gözü mavi, buğulu, gökçe
Bolca ışıltılı.
(Türkay, 1990: 199)