Elmira Fikrətqızı
7
özünü göstərən bu xidmətin son nəticəsi bu sanballı
tədqiqatın meydana çıxmasına təkan vermiş, Elmira
Fikrətqızı 2007‐ci ildə “Müasir Kipr türk poeziyasının
formalaşmasında Osman Türkayın rolu” mövzusunda öz
aktuallığı və elmi yeniliyi ilə seçilən namizədlik dis‐
sertasiyasını uğurla müdafiə etmişdir. Oxucuların ixtiyarına
veriləcək bu kitab bəhs etdiyimiz mövzuda qələmə alınmış
ilk əsər kimi olduqca aktualdır.
Monoqrafiyanın strukturu və məzmunu, elmi‐nəzəri müd‐
dəaları ilə dərindən tanışlıq imkan verir deyək ki, tədqiqat
işinin bütün fəsil və bölmələri (tədqiqat işi giriş, üç fəsil,
nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və adlar göstəri‐
cisindən ibarətdir) problemin konkret aspektləri ilə bağlı
olduğundan mövzu tam açılmışdır. Ilk növbədə qeyd edək
ki, Kipr poeziyası bir problem kimi indiyə qədər bu şəkildə ‐
hərtərəfli, bütün parametrləri ilə araşdırmaya cəlb olun‐
mamışdır. Müəllifin istifadə etdiyi çoxsaylı ədəbiyyatın (bu
ədəbiyyatın içində son beş‐on ildə çap olunan elmi‐nəzəri
əsərlər, xüsusilə də, ilk mənbələr üstünlük təşkil edir) heç biri
deklarativ, məlumatçılıq xarakteri daşımır. Monoqrafiyada
istifadə olunan elmi‐nəzəri mənbələrin hamısı tədqiqatçının
sağlam yaradıcı‐tənqidi baxışlarından keçərək qiymətlən‐
dirilir.
Tədqiqatda Kipr və onun ədəbiyyatına dair məqalələri
olan azərbaycanlı tədqiqatçılardan C.Nağıyev, İ.Öməroğlu,
K.V.Nərimanoğlu, S.Kazımoğlu, L.Tağızadə, C.Əmirova,
T.Abbasxanlının; Kiprli alimlərdən Mustafa Yeniasır, Şövkət
Öznur, Tuncay Özdoğanoğlu, Mehmet Qansu, Fikrət Dəmi‐
Osman Türkayın poetik irsi
8
rağ, Nəriman Cahid, Gülgün Serdar, Z.Yılmaz, R.Oxumuş və
digərlərinin; tatar tədqiqatçısı və Osman Türkayın rus dilinə
tərcüməçisi Ravil Buxarayevin; türkiyəli ədəbiyyatşünaslar
Tələt Səid Halman, Müzəffər Uyğunər, Doğan Hızlan,
Mustafa Balcı və başqa görkəmli elm adamlarının estetik
tutumu və dərin elmi mündəricəsi ilə seçilən əsərləri iddiaçı
tərəfindən diqqətlə araşdırılıb, yaradıcı şəkildə istifadə edilib
və düzgün elmi‐nəzəri nəticələr çıxarılıb.
Monoqrafiyada bizi razı salan ən ciddi elmi məqamlardan
biri də müəllifin bu sahənin nəzəriyyəçisi kimi çıxış etməsi,
öz araşdırmasında müasir ədəbiyyatşünaslıqda əksəriyyətin
söykəndiyi metodoloji konsepsiyaya – sosial‐tarixilik
prinsipinə və müqayisəli təhlil metoduna söykənməsidir.
Məlumdur ki, təxminən 3500 illik tarixi olan Kipr adası
minilliklər boyu xetlərin, misirlilərin, finikiyalıların, asur‐
ların, farsların, romalıların, bizanslıların, ingilislərin və vene‐
siyalıların idarəsində olmuş, sonunculardan 1571‐ci ildə
osmanlılar almış, iki yüz il burada hökmranlıq etdikdən
sonra yenidən ingilislərə verməyə məcbur olmuşlar. Yaxın
tarixin, yəni 1960‐cı ildən sonrakı hadisələr, 1974‐cü il türk
Barış Hərəkatı və 1983‐cü il Kuzey Kıbrıs Türk Cümhu‐
riyyətinin qurulması kimi şanlı səhifələr də bilinən reallıq‐
lardır.
Monoqrafiyanın I fəslində məhz yuxarıdakı tarixi hadisə‐
lər kontekstində Kipr türk ədəbiyyatının və ümumiyyətlə,
ədəbi‐estetik fikrinin yaranması və inkişafı tarıxində böyük
rolu olan Qədim və Erkən Orta əsrlər Şərq epos mədəniy‐
yətinin, klassik türk ədəbiyyatının, Qərbi Avropa ədəbi
Elmira Fikrətqızı
9
konsepsiyalarının, XX əsrin yeni və ən yeni dövr türk
poeziyasının dərin elmi təhlili vardır. Yenə burada Türki‐
yənin Namiq Kamal, Ziya Paşa, Məmməd Əmin Yurdaqul,
Yəhya Kamal, Əhməd Haşim, Nazim Hikmət, Orxan Vəli,
M.C.Anday kimi ədiblərinin yaradıcılığının təhlili fonunda
onların müasir Kipr türk poeziyasının formalaşmasındakı
xidmətləri işıqlandırılır.
Monoqrafiyanın dərin elmi‐nəzəri ümumiləşdirmələri ilə
seçilən II fəsli bütövlükdə müasir dünya poeziyasının kiprli
dahisi, 50‐dən artıq yerli və beynəlxalq mükafata layiq
görülmüş, iki dəfə (1988 və 1990‐cı illərdə) ədəbiyyat sahə‐
sində Nobel mükafatına namizədliyi irəli sürülmüş, müxtəlif
janrlı onlarla kitabı çap olunmuş, bir çox əsəri dünyanın
müxtəlif dillərinə tərcümə edilmiş Osman Türkayın həyat və
yaradıcılığına həsr olunmuşdur. Tədqiqatçı Kiprlə yanaşı, az
bir müddət Türkiyədə, uzun illər İngiltərədə yaşamış, özünü
dünya vətəndaşı sayan bu görkəmli sənətkarın yaradıcılığını
sadəcə sırf milli Kipr türk ədəbiyyatı bağlamında təhlil etmir,
onun poetik dünyasını geniş mənada türkçülük, maarifçilik,
müasirlik, qərbçilik, bəşərilik və s. fikir cərəyanları
müstəvisində işıqlandırır. Həm də bu təqdimatda iddiaçı bəzi
bədxahları tərəfindən kosmopolitlikdə təqsirləndirilən şairin
dünyaya və bəşəriyyətə baxış bucağını, poetik dün‐
yagörüşünü sadəcə Yerüzü övladı kimi yox, kosmosu da öz
içinə alan “kainat ozanı” kimi ciddi məsələlər müstəvisində
təhlil edir. Bütün hallarda, araşdırılan problemlərə müəllifin
öz elmi baxışları, prinsipial mövqeyi daim özünü hiss etdirir.
Osman Türkayın poetik irsi
10
Monoqrafıyada çağdaş Kıpr türk poeziyasının formalaş‐
ması və inkişafında böyük xidməti olan Osman Türkayın öz
növbəsində müasirləri və xələfləri olan kiprli şairlərin dünya‐
görüşü və ədəbi‐estetik zövqünün formalaşması, poetik ya‐
radıcılığının təşəkkülü və təbəddülatı prosesində mühüm
rolu konkret ədiblərin və onların əsərlərinin nümunəsində
araşdırılır.
Ustad şairin poeziyasının sənətkarlıq xüsusiyyətləri, onun
şeirindəki ənənə və novatorluq məsələləri, bədii dil, üslub,
təsvir və ifadə vasitələri də tədqiqatın ikinci fəslində əhatəli
təhlil edilir. Müəllif, haqlı olaraq, belə bir düzgün elmi
mövqedən çıxış edir ki, Osman Türkayın şeir və poemaları
forma və məzmun baxımından klassik Şərq poetikasının,
fransız və türk simvolizminin, Türkiyə ədəbiyyatında “birin‐
ci” və “ikinci yeni” adı verilən ədəbi məktəblərin, ingilis
modernist poeziyasının sintezindən təşəkkül etsə də, öz fərdi
üslubi məziyyətləri, ideya‐məzmun və mündəricəsi ilə ta‐
mamilə orijinal poeziya nümunələridir. Yaradıcılığı boyu
həm əruz, həm heca, həm də sərbəst vəznlərdən istifadə edən
şairin, ilk iki vəznə ədəbi yaradıcılığının başlanğıc dönəm‐
lərində müraciət etməsi, 50‐ci illərdən sonra isə sərbəst şeirə
üstünlük verməsinin səbəbləri və elmi‐nəzəri əsasları iddiaçı
tərəfindən doğru işıqlandırılır.
Monoqrafiyanın üçüncü fəslində Osman Türkayın milli
ədəbiyyatın sərhədlərini aşan ədəbi‐tənqidi və estetik gö‐rüş‐
ləri, müasir ədəbi cərəyan və konsepsiyalara münasibəti elmi
şəkildə şərh olunur. İddiaçı ədibin XX əsr ədəbiyyatı tari‐
xində hakim olan üç ədəbi istiqamət – modernizm, sosialist
Dostları ilə paylaş: |