Osman Türkayın poetik irsi
18
İngiltərədən lazımi ədəbiyyatları tapmaqda öz köməyini əsirgəmə-
yən Mustafa Gəncsoya, Türkiyə Respublikasının Azərbaycanda mə-
dəniyyət müşaviri olmuş prof. dr. Fəthi Gədikliyə, Osman Türkay
poeziyasının görünməyən tərəflərini açıqlayacaq mahiyyətdə iki ki-
tab nəşr edən Şevket Öznur və Tuncay Ozdoğanoğluna, rəyçilərim
f.e.d. Azadə Musayeva və prof., f.e.d. Əsgər Rəsulov, prof., f.e.d.
İsmayıl Vəliyev, prof. dr. Saim Sakaoğlu, prof. dr. Həbib Dərzinə-
vəsi, prof. dr. Erman Artun, prof. f.e.d. Tofiq Hüseynov, prof. f.e.d.
Elman Quliyev, prof. f.e.d. Bədirxan Əhmədov, dos. dr. Nazim
Muradov, f.e.d. Mahmud Allahmanlı, f.e.n. Arif Məmmədov, f.e.n.
Səadət Şıxıyeva, f.e.n. Elçin Mehrəliyev, f.e.n. Əlibala Hacızadə,
f.e.n. Fedora Arnaut, f.e.n. Ruhəngiz Cümşüdlü, f.e.n. Sədi Sa-
diyevə və ailəmə xüsusi təşəkkürlərimi bildirmək istəyirəm.
Osman Türkay və Çingiz Aytmatov XX-XXI əsr türk dünyasının
və eləcə də bütün bəşəriyyətin çox böyük ədəbi simalarıdır. Buna
görə də milli müstəqillik şəraitində hər iki müəllifin yaradıcılıq irsi-
nin öyrənilməsi və təbliği Azərbaycan türkologiyasının mühüm mə-
sələlərindəndir. Bunu da nəzərə almalıyıq ki, hər iki yazar Orxan Pa-
mukdan fərqli olaraq Nobel mükafatını qazanmasalar da, 20 Yanvar,
Xocalı faciələrində Azərbaycanın yanında olmuş, erməni terroruna
öz mənfi münasibətlərini bildirmişlər. Erməni qətliamını “Xocalı şə-
hidlərinə ağı” (“Hocalı şehitlerine ağıt”) adlı şeri ilə lənətləyən,
“Ozanın ruhu kalesidir” (Türkay, 1990: 275) deyən Osman Türkayın
mənəvi-ruhi yaşantıları haqqında Azərbaycanda çap olunacaq bu ilk
kitabın nəşri və redaktəsində böyük əməkləri olan prof., f.e.d. Göv-
hər Baxşəliyeva və f.e.n. Səadət Şıxıyevaya ayrıca minnətdarlığımı
bildirirəm.
Elmira Fikrətqızı
19
I FƏSIL: KIBRIS TÜRK ƏDƏBİYYATININ
TƏŞƏKKÜL TARİXİNDƏN
1.1. Kıbrıs türk ədəbiyyatının inkişaf mərhələləri
Əlverişli coğrafi şəraiti və zəngin tarixi keçmişi olan Kıbrıs ada-
sı 1571-ci ildə Lala Mustafa Paşanın komandanlığı altında Sultan II
Səlimin ordusu tərəfindən fəth edilərək, Osmanlı imperiyasının tər-
kibinə qatıldı. Ada bu dövrə qədər finikiyalılar, assuriyalılar, iran-
lılar, misirlilər, romalılar və venesiyalıların hakimiyyəti altında ol-
muşdu. Sonunculara tabeçilik dövründə yerli xalq zülmə düçar
olmuş və hətta katolik idarəçilər pravoslav rumların dini ayinlərinə
qadağa qoyaraq kilsələrini bağlamışdılar. Belə bir şəraitdə Osmanlı
padşahına xilas üçün müraciətlər olmuş və Şeyxülislamın fitvasın-
dan sonra türk donanması fəth məqsədilə adaya doğru hərəkət
etmişdi. Kıbrıs 1878-ci ilə qədər Osmanlı imperiyasının idarəçili-
yində qalmışdı. Bu idarəetmə dövründə adanın ərazisi dörd sancağa
(Lefkoşa, Mağusa, Baf, Girnə) ayrılmış, yeni üsuli-idarə tətbiq
edilmiş, bəylərbəyi, qazi, dəftərdar və muxtarlar təyin olunmuşdu.
1878-ci il Berlin sülh müqaviləsindən sonra Kıbrıs adası müvəq-
qəti olaraq İngiltərə hökumətinin idarəsinə verilmişdir.
1914-cü ildə İngiltərə Osmanlı imperiyasının Almaniyanın müttə-
fiqi kimi Birinci Dünya müharibəsinə qoşulmasına öz mənfi mövqe-
yini əks etdirərək, Kıbrısı özbaşına olaraq tərkibinə birləşdirmiş və
1960-cı ilədək burada ingilis hökmranlığı bərqərar olmuşdu.
Kıbrısli tarixçi Fikrət Alasyanın (1988: 142) yazdığı kimi, 1923-cü
ildə Lozanna sülh müqaviləsinin 16-cı və 20-ci maddələrinə əsasən
Kıbrısın İngiltərəyə ilhaqı rəsmi şəkildə qəbul edilmiş və 1925-ci ildən
etibarən “İngilis tacı”na bağlı bir müstəmləkə statusu tətbiq olun-
muşdur.
Bu mərhələdə ada insanları, xüsusilə də türklər təzyiq altında müs-
təmləkə şəraitində yaşamalı olmuşlar. 1931-ci ildə vergidən yayınmaq
Osman Türkayın poetik irsi
20
bəhanəsi ilə Yunanıstana birləşmək üçün rumların üsyan qaldırıb İngil-
tərə dövlətinin adadakı səlahiyyətli nümayəndəsinə və onun yerləşdiyi
binaya qarşı təcavüzlərindən sonra siyasi partiyalar dağıdılmış, mət-
buata senzura tətbiq edilmiş, milli bayraqların istifadə edilməsi üçün
hökumətdən icazə alınması şərti qoyulmuş, türk və yunan tarixlərinin
məktəblərdə tədrisi dayandırılmışdır. (Alasya, 1992: 28)
Əslində adadakı rumlar Osmanlı imperiyası zamanında da belə
bir üsyana cəhd etmişdilər. Baş yepiskop Kiprianosun Osmanlı İm-
periyasını parçalayıb “Böyük Yunanıstan” qurmaq məqsədi ilə
1814-cü ildə yaradılmış Filiki Eteria (Dostluq Cəmiyyəti) adlı gizli
siyasi cəmiyyətlə əməkdaşlıq edərək, 1821-ci ildə türklər əleyhinə
üsyan qaldırması özünün və tərəfdaşlarının asılması ilə nəticələn-
mişdi. Lakin rumlar XX əsrin II yarısından başlayaraq, “Meqali-
idea” fikrini reallaşdırmaq üçün yenidən fəaliyyətə keçirlər. 1951-ci
ildə baş yepiskop Makarios tərəfindən yaradılan PEON (Milli
Gənclik Hərəkatı) 1953-cü ildən EOKA (Kıbrıslı Döyüşçülərin
Milli Təşkilatı) adı altında gizli bir təşkilat olaraq fəaliyyət göstər-
məyə başlayır və 1955-ci il aprelin birində Lefkoşada bir sıra höku-
mət idarələrinə bombaların atılması ilə terror hərəkatına başlanılır.
1958-ci il avqustun birində isə ada türklərinin EOKA-ya qarşı Türk
Müqavimət Təşkilatı (TMT) qurulur
3
. Kıbrıs tarixinin bu dövrü “Et-
niki Eteria” proqramının 8-ci maddəsinə uyğun olaraq, adanın Yu-
nanıstana birləşdirilməsini həyata keçirməyə çalışan rumların türk-
lərə qarşı qanlı terror faciələrinin törədilməsi ilə səciyyələnir.
1960-cı ildə qısa müddətli Kıbrıs Cümhuriyyəti qurulur. Lakin
tezliklə bu Cümhuriyyət ortadan qaldırılır və sonrakı onilliklərdə
Kıbrıs türk xalqının tarixi taleyində baş verən faciələr, aparılan
azadlıq mübarizələri dərin iz qoyur. 1963-cü il 21 dekabr tarixindən
adada türklərin soyqırımını hədəfləyən AKRİTAS planının icraçıla-
rının aktiv fəaliyyəti nəticəsində çoxlu şəhid verilir, 103 türk kəndi
boşaldılır. İngilis müstəmləkəsindən xilas olmağı və sərbəst şəkildə
3
Əslində bu təşkilatın 1957-ci ilin noyabrından fəaliyyət göstərdiyi məlumdur.
Dostları ilə paylaş: |