Osman Türkayın poetik irsi
24
Kıbrısda
məskunlaşan türklərin maddi, mənəvi mədəniyyət ör-
nəklərinin yerli mədəniyyət dəyərləri ilə çulğalaşmış şəkildə inki-
şafı müşahidə olunur. Bu ərazi həmçinin qərinələr boyu formalaşan
ortaq türk mədəniyyətinin, nəsillərdən-nəsillərə ötürülən
folklor nü-
munələrinin qorunub saxlanıldığı bölgə kimi də əhəmiyyət kəsb
edir. Kıbrıs türklərinin tarixi ilə əlaqəli olan bu özəl keyfiyyət onla-
rın folklorunun spesifik cəhətlərini (mərhələ-mərhələ deyil, hazır
bədii təfəkkür məhsulunu mənimsəməsi və s.) müəyyən edir.
Kıbrıs türk folkloru manilər (bayatılar), tapmacalar, nağıllar, ata-
lar sözləri və s. janrları əhatə edir. Kıbrıs türk maniləri rəngarəng
mövzulara həsr olunmuşdur. Məsələn, aşağıdakı nümunə məhəbbət
mövzusundadır, ayrılıq “notlarını” ifadə edir:
Dağ ayrı, duman ayrı,
Kaş ayrı, kaman ayrı.
Bize mevlam mı yazdı,
Gezelim ayrı-ayrı?
(Maniler, 1996: 32)
Tədqiqatçıların
fikrincə, bu manilərin əksəriyyəti Anadolu mani-
lərinin variantı olsa da, onlar arasında yeni yaranan və sırf Kıbrısla
bağlı olan, Kıbrıs türklərinin tarixini özündə əks etdirən nümunələr
də vardır:
Şubat ayı, mart ayı,
Fark etmez bayan bayı.
Dokuz mart altmış dörtte
Rum vurdu Kasabayı.
(Maniler, 1996: 88)
Həmin manilərin bir qismi Azərbaycan bayatıları ilə də variant-
lılıq təşkil edir. Onların içərisində Azərbaycanla bağlı ərazilərin adı
çəkilən örnəklər də vardır:
Elmira Fikrətqızı
25
Gidiyorum Tebrize,
Misafir geldim size,
Bana böyle yapmayın,
Bir daha gelmem size.
(Maniler, 1996: 46)
Kıbrıs türk dastanlarına
7
gəldikdə, bəzilərinin
müəllifləri bilinsə
də, bəzilərinin kim tərəfindən yazılması məlum deyildir. Müəlliflik
məsələsi ətrafında da müxtəlif fikirlər mövcuddur. Oğuz Yorğan-
cıoğluna görə, Kıbrısda ən qədim dastan “Tərcüman”dır. Bundan
başqa, “Kıbrıs”, “Həsən Bullilər”, “Dələduz işi” (“Dolandırıcı işi”),
“Polis”, “Acgöz” (“Acgözlü”), “Doktor Behic”, “Xalid Ərəb və ya
Gülsüm xanım”, “Adəmlə Həvva”, “Yaş”, “Qaçaq Əli”, “Camal
Mida” kimi dastanlar da vardır
8
. İngilis müstəmləkəçiliyinə qarşı
yazılan və qəhrəmanlıq mövzusunda olan dastanların
böyük qismi
Mustafa Aynalıya (1873-1965) aid edilir. O, yazdığı dastanları, həm
də el-el dolaşaraq tərənnüm etmişdir. Ondan başqa Aşıq Kenzi, Ha-
fiz Camal (Loğman Həkim), Əhməd Babacanın adlarını da dastan
müəllifləri sırasında çəkmək mümkündür
9
.
Kıbrıs türk yazılı ədəbiyyatı adada fəaliyyət göstərən şair və ya-
zıçıların yaradıcılığını əks etdirir. Bu ədəbiyyatın
mərhələlər üzrə
7
Türkiyə ədəbiyyatşünaslığında “dastan” deyildikdə, əsasən, divan şairlərinin
əruzla yazdıqları mənzumələr nəzərdə tutulur.
8
Kıbrıs və Azərbaycan ədəbiyyatında dastan janrının
təşəkkülü, xüsusilə Aşıq
Kenzi və Qasım bəy Zakirin həyat və yaradıcılıq yollarının müqayisəli təhlili haq-
qında geniş məlumat üçün bax: Səadət Şıxıyeva “XIX. Yüzyıl Azerbaycan ve Kıb-
rıs Türk Edebiyatlarının Müşterekleri Üzerine” (Kuzey Kıbrıs Türk Cumhuriye-
ti’nin 25. kuruluş yılı, Türk Mukavemet Teşkilatı’nın 50. kuruluş yılı ve Kıbrıs
Türk Kültür Derneği’nin kuruluşunun 60. yılı nedeniyle Uluslararası Kıbrıs Sem-
pozyumu/ Ankara, 21-23 Kasım)
9
Kıbrıs Türk dastanları ilə geniş məlumat üçün bax: Fevzioğlu B., Atun S. Kıbrıs
Türk Halk Edebiyatında Destanlar ve Ağıtlar Üzerine Bilgiler, Belgeler, Araştır-
malar, (1. cilt. Gazimagusa: SAMTAY Yayınları: 3, Ankara:
Ürün Ltd Şti, 2001),
(2. cilt. Gazimagusa: SAMTAY Yayınları: 6, Ankara: Birlik Matbaacılık, 2002),
(3. cilt. Gazimagusa: SAMTAY Yayınları: 7, Ankara: Başkent Matbaacılık 2003)
Osman Türkayın poetik irsi
26
inkişafının müəyyənləşdirilməsində tədqiqatçılar arasında fikir
müxtəlifliyi mövcuddur. Məsələn, “Kıbrıs türk şeri”ndə aşağıdakı
bölgü verilmişdir:
1.1571-1930-cu illərin ədəbiyyatı
2.1930-1960-cı illərin ədəbiyyatı
3.1960-1974-cü illərin ədəbiyyatı
4.1974-cü ildən bu günə qədər olan ədəbiyyat (Yılmaz, Okumuş,
1992: 5)
Əlbəttə ki, bu cür dövrləşdirmə şərti xarakter daşıyır və bu bölgü
Kıbrıs türklərinin həyatında əhəmiyyətli rol oynayan ictimai-siyasi
hadisələr əsas alınmaqla aparılmışdır. Burada ədəbiyyatda gedən
forma və məzmun dəyişiklikləri nəzərə alınmamışdır.
Şair-tədqiqatçı M.Qansuya görə, Kıbrıs türk ədəbiyyatı türklərin
adaya yerləşməsindən 1940-cı ilə qədərki və 1940-cı ildən günümü-
zə qədərki mərhələ üzrə iki yerə ayrılır. (Birinci Uluslararası
KBTES
a
, 1998: 869)
Tədqiqatçı alim Gülgün Sərdar isə Kıbrıs türk ədəbiyyatının
inkişafını altı mərhələ üzrə təsnif edir:
I mərhələ (1571-1878) – Kıbrısın Osmanlı İmperiyasına
aid ol-
duğu mərhələ;
II mərhələ (1878-1923) – Adanın müvəqqəti olaraq ingilislərə
verildiyi mərhələ;
III mərhələ (1923-1955) – İngilis müstəmləkə idarəsinin ilk mər-
hələsi;
IV mərhələ (1955-1964) – İngilis müstəmləkə idarəsinin ikinci
mərhələsi;
V mərhələ (1964-1974) – Erenköy çarpışmalarından 20 İyul Ba-
rış Hərəkatına qədər
olan dövr;
VI mərhələ – 1974-cü ildən günümüzə qədərki və davam et-
məkdə olan mərhələ (Serdar, 1992: 552)
Sonuncu təsnifatda ədəbiyyatdakı keyfiyyət dəyişmələrindən da-
ha çox, xronoloji ardıcıllıq əsas götürülmüşdür.