Elmira Fikrətqızı
33
şerinin forma və məzmununu siz tapdınız. Altı əsr sizin yolunuzu
gözləmişdir”, - deyə yazmışdır.
Beləliklə, türk şeri XIX, xüsusilə də XX əsrdə ciddi şəkildə forma
və məzmun dəyişikliyinə məruz qalaraq bir çox ədəbi cərəyanlarla,
yeni dəyərləri, düşüncə sistemini, insan və dünya münasibətlərini
sosiallıq və sentimentallıq baxımından fərqli əks etdirmələrlə meyda-
na çıxır. Bir çox şairlərin yaradıcılığında ənənəvidən fərqli olan yeni
poetik axtarışlar XX əsrdə – qloballaşmanın daha sürətlə getdiyi bir
vaxtda böyük bir vüsət alır. XX əsr Türkiyə ədəbiyyatında forma və
məzmunda gedən yeniliklərlə bağlı bu kimi cərəyanlar meydana
çıxır: birinci yeni, ikinci yeni, sosializm realizmi, mücərrədçilər, ba-
ğımsızlar (sərbəst olanlar) və s.
XX əsr boyu türk ədəbiyyatında özünü göstərən bu şeir cərəyan-
ları paralel şəkildə Kıbrıs türk ədəbiyyatında da öz əksini tapmışdır.
1940-cı ildə və sonralar qurulan Türkiyə - Kıbrıs əlaqələri (qruplar
şəklində Türkiyədə təhsil alma, dövrün aparıcı söz adamlarının Kıb-
rısa səfərləri) bu yaxınlığı şərtləndirən sosial-tarixi səbəblərdəndir.
Təbii ki, həm Orxan Vəlinin başçılığı altında ədəbiyyatda başla-
yan yeniləşmə hərəkatının, həm də Məmməd Əmin Yurdaqulun
Kıbrıs türk poeziyasına böyük təsiri olmuşdur. Kıbrıs türk şeri XX
əsrin ortalarından başlayaraq yeni bir məcraya yönəlmişdir. Mətin
Turana və digər tədqiqatçılara görə, Kıbrıs türk poeziyası türk şerini
müəyyən məsafədən izləmişdir. (Turan, 2004: 169) Yəni XX əsr
Türkiyə ədəbiyyatında artıq fəaliyyətini başa vurub tənəzzülə doğru
gedən cərəyanlar, istiqamətlər ada ədəbiyyatında tərəqqi mərhələ-
sinə qədəm qoyurdu. Bu baxımdan “qəribçilər”in təsiri altında for-
malaşan ədəbi-bədii nümunələr Kıbrıs türk poeziyasında 1950-ci il-
lərdən görünməyə başlamışdır.
XIX əsrin sonlarında Kıbrıs türk ədəbiyyatında xüsusi yeri olan
şəxslərdən biri də Əhməd Tofiq Əfəndidir. Müxtəlif həcvlər və sa-
tirik şeirlərin yaradıcısı olan Tofiq Əfəndi həm də jurnalistika ilə
məşğul olaraq, “Kokonoz” (1896), “Kərkəs” (“Akbaba” ) (1897),
“Miratı-Zaman” qəzetlərini çıxarmışdır. O, şeirlərində zəmanəsinin
Osman Türkayın poetik irsi
34
sosial həyatındakı ziddiyyətləri yalnız təsvir etməklə kifayətlənmə-
miş, həm də bu vəziyyətə kəskin etirazını satira vasitəsilə dilə gətir-
mişdir:
Sen sana çekersin parasızlıkla evinde
Lakin o pamuk şiltede yataruha.
Sen iste o vermez, yine iste yine vermez
Bu hal devam eyler ise biz bataruha.
(Kıbrıs Türk Edebiyatı, 1989: 46)
Həmin dövrdə maarifçiliklə, mətbuatla məşğul olmuş digər Kıb-
rıs türk ziyalısı isə Əhməd Raiqdir (1885-1962). Dünya ədəbiyya-
tından tərcümələri ilə yanaşı, türkçülüklə bağlı bəzi məqalələri ilə
“Füyuzat” jurnalında çıxış edən Əhməd Raiq “Çağlar” təxəllüsü ilə
yazıb-yaratmış, Kıbrıs-Azərbaycan ədəbi əlaqələrində xüsusi rol
oynamışdır
13
.
XX əsrin əvvəllərində Kıbrıs türk mətbuatında xidmətləri olan
şəxslərdən biri də Mehmet Rəmzi Okandır (1885-1942). O, 8 sent-
yabr 1920-ci ildə “Söz” qəzetinin nəşrinə başlamış, sonralar əlifba
dəyişikliyi baş verəndə Kıbrısda ilk dəfə bu qəzet yeni əlifba – latın
əlifbası ilə çap olunmuşdur. Mehmet Rəmzi Okan Atatürkçü yazı-
larına görə iki dəfə ingilislər tərəfindən məhkum edilmiş, lakin öz
ideallarından əl çəkməmişdir.
Müasir Kıbrıs türk ədəbiyyatının hansı illərdən başlanması barə-
də mübahisələr mövcuddur. Bəziləri bu tarixi 1930-cu ildən (Yıl-
maz, Okumuş, 1992: 5), bəziləri 1940-cı ildən (Birinci Uluslararası
KBTES
a
, 1998: 177), bəziləri də 1943-cü ildən (Serdar, 1996: 382;
Yaşın, 1994: 36) başlayırlar. 1943-cü ili müasir Kıbrıs türk poezi-
13
Bu barədə geniş məlumat üçün bax: Elmira FİKRETKIZI, “Lefkoşeli Ahmet
Raik ve Baku’de Çıkan “Füyuzat” Dergisi (1906-1907)”, IV. Uluslararası Kıbrıs
Araştırmaları Kongresi , 28-29 Kasım 2002, Gazimağusa- KKTC, 2005, s. 339-
345
Elmira Fikrətqızı
35
yasının başlanğıc tarixi sayanlar arasında Gülgün Sərdarın da adı
vardır. O bu tarix üzərində dayanmasının səbəbini ingilis müstəm-
ləkə rejiminin yumşalması, “Çığ” adlı ədəbi toplunun nəşr edilməsi,
Türkiyə ilə əlaqələrin güclənməsi ilə izah edir.
Müasir ədəbiyyatın yaranmasını həm yeni yazarlar, həm də yeni
ədəbi cərəyanların meydana çıxması təmin edirdi. Əgər divan şair-
lərinin çoxu Osmanlı sultanlarının himayəsi altında yaşayıb, onlara
mədhiyyə yazmaqla məşğul olurdularsa, yeni nəsil şairlər Atatürk
ideyalarından yararlanıb, ədəbiyyatda kimlik - türklük axtarışlarına
çıxır, ingilis müstəmləkəsinə, yunan təcavüzkarlığına qarşı mübariz
poeziya yaradırlar. Məsələn, Talat Yurdaqulun Məmməd Əmin
Yurdaqulun təsiri altında vətənpərvərlik mövzusunda yazdığı əsər-
ləri bu baxımdan diqqəti cəlb edir: “Trakya türkləri”, “23 aprel”
(“23 Nisan”), “Erenköy dastanı” və s.
Əsrin əvvəllərində poeziya yuxarıda qeyd etdiyimiz kimi, ata-
türkçülük ideyaları ilə yüklənərək, milli ideallar və rəmzləri əks
etdirir. Həmin poeziyanın nümayəndələrindən biri olan Mehmet
Fikrinin şeirləri bu idealların poetik ifadəsidir:
Kemal Paşa! Benim ülkem ancak sana layiktir.
İman suyum, akarlarım, yeşil tarlam açıktır.
Askerlerim Eski Türk’ün yavruları yürüsün
Garbu nuru ayak altı nalçelerde çürüsün.
(Kıbrıs Türk Edebiyatı, 1989: 51)
Müşahidələr göstərir ki, 1940-1950-ci illər Kıbrıs türk poeziya-
sında əsərlərini heca vəznində yazan şairlər aparıcı mövqeyə malik-
dirlər və onlar “hecaçı romantiklər” adı ilə ədəbiyyat tarixinə daxil
olmuşlar. Nazif Süleyman Ebeoğlu, Engin Könül (Əminə Otan),
Urkiye Mine Balman, Necla Salih Sübhi, Pembe Mərmərə bu cərə-
yanın təmsilçiləridir. Təsəvvür aydınlığı yaratmaq üçün verəcəyi-
miz şeir nümunəsi Urkiye Mine Balmanın yaradıcılığındandır:
Dostları ilə paylaş: |