Osman Türkayın poetik irsi
40
II FƏSIL. MÜASİR KIBRIS TÜRK
ƏDƏBİYYATINDA YENİLƏŞMƏ
PROSESİ VƏ OSMAN TÜRKAY
2.1. Həyatı. Yaradıcılığının ilk dövrü: klassik poeziya və
simvolist türk şerindən bəhrələnmə
XX əsr Kıbrıs türk ədəbiyyatının görkəmli nümayəndələrindən
olan Osman Türkay 16 fevral 1927-ci ildə adanın şərqində yerləşən
Kazafana adlı qəsəbədə, Mustafa Hasan və Emete (Otçuoğlu) Hasa-
nın ailəsində dünyaya gəlmişdir
15
. Şairin atası kiçik torpaq sahəsinə
malik olmuşdur. (Türkay, 2002: 14) Lakin o, hələ körpə yaşlarında
ikən atasını itirmiş və dayısının himayəsində böyümüşdür. Dəcəlli-
yilə digər uşaqlardan seçilən Osman məktəbdə də həm bu cəhəti ilə,
həm də parlaq zəkası ilə müəllimlərin diqqətini cəlb etmişdir. O,
1939-cu ildə qəsəbədəki ibtidai məktəbi bitirmiş, bundan sonra
Lefkoşaya gələrək Türk Kişi Liseyinə daxil olmuş və ilk şerini də
burada oxuyarkən, təxminən 14 yaşında qələmə almışdır. 1942-ci
ildə həmin liseyi bitirən O. Türkay sonradan təhsilini Girnə şəhərin-
də yerləşən İngilis Ali Məktəbində davam etdirmişdir. Şairin özü-
nün yazdıqlarına görə, artıq yaşının bu mərhələsindən sonra xarak-
terində də, dünyagörüşündə də böyük dəyişikliklər əmələ gəlmişdir.
Bu dövrdə daha çox Əhməd Haşım və Yəhya Kamalın şeirlərini,
eləcə də, Əbdülhaq Hamidin “Məqbər” əsərini sevərək oxuyan gən-
cin ilk dövr yaradıcılığına həmin ədiblərin böyük təsiri olmuşdur ki,
irəlidə bu barədə daha geniş bəhs ediləcəkdir.
1946-cı ildə məktəbi bitirən O. Türkay buraxılış gecəsində “İn
Good-bye to the English High School” (“İngilis Ali Məktəbinə əl-
vida”) şerini oxuyaraq buradan ayrılır.
15
Şairin həyatı ilə bağlı məlumatlar, əsasən, Şövkət Öznurun hazırladığı “Osman
Türkay. İlk Şiirleri Üzerine Bir Araştırma (1946-1961). Lefkoşa: Gökada Yayın-
ları, 2002” kitabından götürülmüşdür.
Elmira Fikrətqızı
41
1947-1951-ci illər arasında yerli “Hürr söz” qəzetinin redaksiya-
sında işləyir, həm ədəbiyyat və sənət səhifəsini hazırlayır, həm də
satiraları ilə çıxış edir.
1951-ci ildə jurnalistikanı daha yüksək səviyyədə öyrənmək
üçün Türkiyəyə gedən şair burada – Adanada İncirlik, NATO aero-
portunun tikintisində yüksək maaşla tərcüməçi kimi işə düzəlir.
Lakin Ana vətəndə o, yalnız pul qazanmır, müasir və klassik türk
ədəbiyyatı ilə daha yaxından tanışlıq imkanını əldə etdiyi üçün dün-
yagörüşünü zənginləşdirir, türkiyəli şairlərlə görüşür, Türkiyə ədəbi
mühitinə daxil olmağa başlayır, eyni zamanda jurnalistlik fəaliy-
yətini də davam etdirir: həm Kıbrısdakı mətbuat orqanları ilə, həm
də Türkiyədə çıxan qəzetlərlə əlaqə yaradaraq yazılarını yayınladır.
Həmin illərdə daha çox Adanada nəşr olunan “Vətəndaş” adlı müs-
təqil qəzetlə əməkdaşlıq edir və bu qəzetə “Böyük davalarımız”
başlığı altında Kıbrıs türklərinin mücadilələrindən bəhs edən silsilə
yazılar göndərir. Bu, 1953-cü ilə qədər davam edir. Həmin ilin pa-
yızında O. Türkay Londona yola düşür. 1955-ci ildə London Müasir
Dillər Məktəbinin jurnalistika fakültəsini, 1958-ci ildə isə İqtisadi
Elmlər Məktəbinin fəlsəfə fakültəsini başa vurur. İngiltərədə yaşa-
dığı bu illərdə intellektual səviyyəsini artırmaq, bilik və bacarığını
inkişaf etdirmək üçün rahib öz monastırına qapanan kimi, o da
məskənini kitabxanalarda salaraq durmadan çalışır, günlərini
mütaliə etməklə keçirir, dünya mədəniyyətini, fəlsəfəsini, ədəbiyya-
tını ən qədim dövrlərindən müasir mərhələsinə kimi öyrənir, araşdı-
rır və artıq o, sözün həqiqi mənasında bir dünya şairinə – kainat
ozanına çevrilir. O, 1957-ci ildə Kıbrısa qayıdana kimi (Şövkət Öz-
nur bu tarixi bir il sonraya atır – E.M.) Londonda müxtəlif biznes
firmalarında təmsilçi olaraq çalışır. 1958-ci ilin payızında O.
Türkay vətənə qayıdır, “Bozqurd” qəzetində işləyir, siyasət və mə-
dəniyyət bölmələrinə rəhbərlik edir. 1959-cu ildə Fuad Vəziroğlu
və Kutlu Adalı ilə birlikdə “Beşbarmaq” və “Xəbərdarlıq” (“Uya-
rı”) adlı ədəbi jurnalların dərcinə başlayır. Həmin ildə onun ilk şeir-
lər kitabı – “7 Telli” nəşr olunur. Türkiyə mətbuat orqanları ilə də
Osman Türkayın poetik irsi
42
əlaqəni kəsməyən şair tez-tez müxtəlif mövzularda məqalələr yaza-
raq oradakı qəzet və jurnallara göndərir.
1961-ci ildə o, yenidən İngiltərəyə gedir və burada 1961-1962-ci
illər arasında “Kıbrıs türkünün səsi” adlı qəzet çıxardır. Sonralar isə
“Vətən” qəzeti ilə əməkdaşlıq edir və yenə də Türkiyə ilə əlaqəni
kəsməyərək “Varlıq”, “Türk dili”, “Varlıq illiyi”, “Yedditəpə”,
“Yelkən”, “Tərəzi” (“Denge”), “Səsimiz” kimi müxtəlif mətbu or-
qanlara ədəbi-bədii, publisistik və elmi yazılarını göndərir. “... Os-
man Türkay, İngiltere’ye göç eden, orada eğitim alan, oraya yerle-
şen ve Kıbrıs türkünün sesini oradan duyurmaya çalışan, sadece
Kıbrıs Türk edebiyatının değil, genel olarak bütün Türk edebiyatı-
nın İngilteredeki temsilcisi konumunda bulunan önemli bir şahsi-
yettir”. (Yeniasır, 2003: 38)
1969-cu ildə şairin ikinci şeirlər kitabı – “Yuxu gəzərgisi”
(“Uyurgəzər”) Türkiyədə “Yedditəpə” nəşriyyatı tərəfindən nəşr
olunur. Bir il sonra – 1970-ci ildə isə həmin nəşriyyat şairin “Bet-
hovendə aydınlığa oyanmaq” (“Beethovende Aydınlığa Uyanmak”)
adlı yeni bir kitabını çap edir. 1971-ci ildə İngiltərədəki Kıbrıs Türk
Birliyinin baş katibi vəzifəsinə təyin olunur. 1972-ci ildə “Dünyəvi
səyahət” (“Evrenin Düşünde Gezgin” – “Symphonies for the
World”), 1975-ci ildə “Qiyamət günü müşahidəçiləri” (“Kıyamet
Günü Gözlemcileri”) adlı kitabları yuxarıda adı çəkilən nəşriyyat
tərəfindən çap olunur. O, Türkiyədə yerləşən “Pans Xəbər Agent-
liyi” və “Bu həftə” qəzeti tərəfindən ilin ən yaxşı şairi elan edilir.
Həmin ildə “Poet” adlı şeir jurnalının Mərkəzi Şərq üzrə redaktoru
vəzifəsinə təyin olunur və ömrünün sonunadək orada işləyir.
1974-cü ildə dünya alimlərini və ədəbiyyatçılarını birləşdirmək
məqsədi ilə 1945-ci ildə Romada qurulan və bütün dünyada nüma-
yəndələri olan “Beynəlxalq Mübadilə və Tədqiqatlar Mərkəzi”
(“Cento Studi e scambi İnternaionali”) təşkilatı şeir yayımına baş-
lamasının 15-ci ildönümünü qeyd etmək məqsədi ilə Beynəlxalq
Şeir Antologiyasının nəşrini nəzərdə tutur və bu antologiyalardan
Dostları ilə paylaş: |